Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-263/2023 15.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçı: Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Darquba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əmək faəliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdarda maddi ziyan vurmaqla qanunsuz balıq tutmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın tələbləri ilə balıqovlama bileti olmadan sintetik saplı, eləcə də müəyyən edilmiş ölçülərə uyğun gəlməyən torlarla balıq və digər su bioresurslarının ovlanması qadağan edildiyi halda həmin tələbləri pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə 11 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran çayının Lənkəran rayonu, Darquba kəndi ərazisindən keçən hissəsinə gəlib 1 ədəd “jilka” adlanan sintetik sapdan hazırlanmış, gözlərinin ölçüsü 14x14 mm olan “ekran” adlanan balıqovlama vasitəsindən istifadə etməklə həmin gün saat 13 radələrinə qədər qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən, hər biri 33 manat təşkil edən 31 ədəd şamayı və hər biri 11 manat təşkil edən 2 ədəd qarasol balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1045 manat ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək faəliyyəti ilə məşğuldur. Balıqçılıqla məşğul olmur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində yaşadığı Lənkəran rayonu Darquba kəndindən keçən Lənkəran çayına qida ehtiyacını ödəmək üçün balıq tutmağa getmişdir. Çayda balıq tutmaqdan ötrü 1 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış gözlərinin ölçüsü 14x14 mm olan “ekran” adlanan balıq tutma vasitəsindən istifadə etmək niyyətində olmuşdur. Həmin zaman saat təxminən 13 radələrinə qədər balıq tutmaqla məşğul olmuş və şamayı ilə qarasol növündən balıqlar tutmuşdur. Saat təxminən 13 radələrində 2 nəfər polis geyimində şəxs ona yaxınlaşaraq Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Sorğu zamanı bildirmişdir ki, balıq ovlamağa rəsmi icazəsi yoxdur, yemək üçün balıq ovu etmişdir. Onun tutduğu balığın qiyməti bazarda 10 manatdır, buna görə mülki iddianı qəbul etmir. Hazırda qanunsuz olaraq balıq tutduğu üçün əməlindən peşmandır, himayəsində 6 aylıq uşağının olmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Su NPİ-nin X13 şöbəsinin əməkdaşlarının Lənkəran çayının Lənkəran rayonu Darquba kəndi ərazisindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayon Darquba kənd sakini Təqsirləndirilən şəxs Lənkəran çayının Lənkəran rayonu Darquba kəndi ərazisindən keçən hissəsində jilka adlanan sintetik sapdan hazırlanmış 1 ədəd, gözlərinin ölçüsü 14*14 mm olan “ekran“ adlanan balıq tutma vasitəsi ilə 31 ədəd şamayı və 2 ədəd qarasol balığı tutarkən saxlanılması barədə məlumatı vardır. 20 aprel 2023-cü il tarixdə Lənkəran XPŞ-də qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yəni zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Ona, nümayəndə kimi bütün hüquq və vəzifələri izah olunmuş, işdə iştirak edən şəxslər barədə məlumat almışdır. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi iddia ərizəsində göstərilmiş 1045 manat ziyana görə mülki iddianı müdafiə edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən heç bir ödəniş edilmədiyi üçün mülki iddianın tam təmin edilməsini, lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin yaşını, ailə vəziyyətini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X10 İdarəsinin Lənkəran xətt pois şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Su NPİ-nin X13 şöbəsinin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Lənkəran çayının Lənkəran rayon Darquba kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonu Darquba kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən yaxınlaşmışlar. Həmin zaman özlərini təqdim edərək Su NPİ-nin Lənkəran XPŞnin polis əməkdaşları olduqlarını bildirmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış gözlərinin ölçüsü 14x14 mm. “ekran” adlanan balıq tutma vasitəsi, həmin ekran vasitəsilə Lənkəran çayının Lənkəran rayonunun Darquba kəndindən keçən hissəsində qanunsuz tutduğu 31 ədəd şamayı və 2 ədəd qarasol balıqları aşkar etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş balıqovlama vasitəsini və Lənkəran çayının Lənkəran rayonunun Darquba kəndindən keçən hissəsində qanunsuz tutduğu balıqlarını hadisə yerində sənədləşdirmə işləri aparmaq üçün şərait olmadığından onu X13 şöbəsinə dəvət etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qida ehtiyacını ödəməkdən ötrü üçün 31 ədəd şamayı və 2 ədəd qarasol balıqlarını Lənkəran çayının Lənkəran rayonunun Darquba kəndindən keçən hissəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X10 İdarəsinin Lənkəran xətt pois şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Lənkəran çayının Lənkəran rayon Darquba kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı tədbir keçirmişlər. Həmin vaxt sonradan tanıdıqları Lənkəran rayonu Darquba kəndində yaşayan Təqsirləndirilən şəxs balıq tutmasını görüb ona yaxınlaşaraq balıq tutmaq üçün ovçuluq biletinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara balıq tutmaq üçün ovçuluq biletinin olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qida ehtiyacını ödəməkdən ötrü 31 ədəd şamayı və 2 ədəd qarasol balıqlarını Lənkəran çayının Lənkəran rayonunun Darquba kəndindən keçən hissəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Cinayət işinin 6-7-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 11 aprel 2023-cü il tarixli, baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Lənkəran çayının Darquba kəndinin ərazisindən keçən hissəsində reyd keçirilmiş və reyd zamanı bir nəfər şəxsin 14x14 mm olan “ekran” adlanan balıqovlama vasitəsindən istifadə etməklə 31 ədəd şamayı və 2 ədəd qarasol balıqları aşkarlanaraq götürülmüşdür. . Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 12 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 33 ədəd olan balıqdır. Şamayı balıqlarının hər birinin qiyməti 33 manat və 2 ədəd qarasol balıqlarının hər birinin qiyməti 22 manat olmaqla balıqların qiyməti ümumilikdə 1045 (bir min qırx beş) manat təşkil edir. Cinayət işinin 15-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 12 aprel 2023-cü il tarixli qaimə fakturadan görünür ki, 31 (otuz bir) ədəd şamayı və 2 (iki) ədəd qarasol ümumulikdə 33 ədəd balıq müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilmişdir. Cinayət işinin 46-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyi yanına X1 Xidmətinin 20 aprel 2023-cü il tarixli, 3-14-28/2-321/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin 22-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 15 aprel 2203-cü il tarixli qərardan görünür ki, 1 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış gözlərinin ölçüsü 14x14 mm. “ekran” adlanan balıq tutma vasitəsi, 31 (otuz bir) ədəd şamayı və 2 (iki) ədəd qarasol balıqları, hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və balıqların "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 50-51-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran RİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamənin surətindən görünür ki, Əsədzadə X7 rayonunun Darquba kəndində atası X6, anası X4, arvadı X2 və 15 noyabr 2022-ci il təvəllüdlü azyaşlı övladı X11 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinin 29-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 33-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 20 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vurulmuş 1045 manat maddi ziyana görə mülki iddia vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, mütəxxəsis rəyi, təhqiqatın aparılması zamanı protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, təhqiqat zamanı toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və sənədləri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda alıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 11 manat müəyyən edilmişdir. CM-nin 256.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq tutduğu balığın ümumlikdə qiyməti 1045 manat təşkil etmişdir ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci madddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-nin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. CM-nin 47.2-1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1045 (bir min qırx beş) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülməlidir. CM-in 99-1.1-ci maddəsinə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və X13 Şöbəsində saxlanılan 1 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış gözlərinin ölçüsü 14x14 mm. “ekran” adlanan balıq tutma vasitəsi CPM-nin 132.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, 1 ədəd CD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 31 ədəd şamayı və 2 ədəd qarasol balıqları ümumulikdə 33 ədəd balıların müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 131.2-ci maddəsinə əsasən həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 240 (iki yüz qırx) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1045 (bir min qırx beş) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və X13 Şöbəsində saxlanılan ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış gözlərinin ölçüsü 14x14 mm. “ekran” adlanan balıq tutma vasitəsi xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin. 1 ədəd CD disk iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 33 ədəd balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-263/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-263/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver