Məhkəmə qərarları › İş №1(049)-263/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-263/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-263/2024 26.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 26 noyabr 2024-cü il tarixdə saat 16.08-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,338(beş tam mində üç yüz otuz səkkiz)qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin gün, saat 03:30-da Lənkəran şəhəri Fizuli küçəsində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin T.İsmayılov küçəsi 26 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuana kibrit qutusunda aşkar edilib götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, ünvan 2 ünvanında atası Vəliməmməd Camalova məxsus evdə, atası, qardaşı Samir, qardaşı arvadı Aygün, uşaqları, arvadı Aysel və Hüseyn adlı oğlu ilə birlikdə yaşayır. Arvadı dializ xəstəsidir. Rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil ustası kimi Lənkəran şəhəri Fizuli küçəsində sexdə çalışır. Əvvəllər məhkum olunmamışdır. Təxminən 2 ildir ki, arabir narkotik vasitə qurudulmuş marixuanadan tüstüsünü udmaqla istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2024-cii il tarixdə, gecə saatlarında çalışdığı sexdə təmizlik işləri apararkən orada uzun müddət əvvəl kənddə çayxananın yaxınlığında tapdığı bir qismini istifadə etdiyi, bir qismini isə istifadəsi üçün bir ədəd kibrit qutusunda gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı tapmışdır. Həmin marixuananı götürüb şalvarının sağ yan cibinə qoymuşdur ki, istifadə edər. Həmçinin marixuananı istifadə etmək üçün kağızdan bir ədəd borucuq düzəldib cibinə qoymuşdur. Lakin istifadə etməmişdir. xx.xx.2024-cti il tarixdə, saat 03 radələrində çalışdığı sexdə işlərini qurtarıb yola çıxmış, piyada mağazadan siqaret və çörək almaq üçün “Lerikin dörd yoluna” tərəf getməyə başlamışdır. Həmin vaxtı yoldan keçən taksiyə əl edib saxlatdırmışdır. Avtomobil yanında saxlamış və o, avtomobilin sürücüsünün tanışı Elçin Rufullayev olduğunu görmüşdür. Elçin lazım olduğunda onu və ailə üzvlərini lazımi ünvanlara taksi kimi aparır. Yəni Elçinlə tez-tez telefonla əlaqə saxlayıb taksi kimi ailə üzvlərini aparmasını istəmişdir. Həmçinin arvadı dializ xəstəsi olduğu üçün arvadını xəstəxanaya aparır. Həmçinin xx.xx.2024-cü il tarixdə Elçinin avtomobilinin şüşəsini təmir etmişdir. Elçindən onu Lənkəran şəhəri Fizuli küçəsində yerləşən “Lerikin dörd yolu” adlanan yerə, mağazaya aparmasını istəmişdir. Elçin onu mağazanın qarşısına aparmışdır. Saat təxminən 03:30-da mağazanın qarşısında Elçinin idarə etdiyi “Opel astara” markalı 77DH269 dövlət nömrə nişanlı avtomobildən düşüb mağazaya girən zaman yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaşmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirmişlər, onu və Elçin Rufullayevi avtomobili ilə birlikdə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Vəliəhəd Həbibovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Şöbədə xidməti otaqların birində, videoçəkiliş vasitəsi ilə, müdafiəçisi Vəliəhəd Həbibovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, ona polis əməkdaşı Vurğun adlı şəxs tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə istifadə etmək üçün kağızdan düzəltdiyi borucuğu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusu polis işçisi Vurğun tərəfindən götürülmüşdür. Daha sonra üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərindən ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, sexin açarları və 7 manat pul əskinzaları aşkar edilmişdir. Üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkarlanmamışdır. Polis əməkdaşı Vurğun aşkarlanmış marixuananı haradan və nə məqsədlə əldə etməyi barədə onunla sorğu-sual etmiş, o, da aşkarlanmış marixuananı xeyli müddət qabaq əldə edib istifadəsi üçün özündə saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən marixuana polis əməkdaşları tərəfindən götürülmüş, qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 8,28 qram olması müəyyən edilmiş, daha sonra qablaşdırılmış, o və vəkili tərəfindən zərfin üzəri imzalanmışdır. Aşkarlanmış mobil telefon və kağız borucuq polis işçisi Vurğun tərəfindən götürülmüş, açar və pullar isə özünə qaytarılmışdır. Müdafiəçisinin ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilməmiş, polis əməkdaşlarından şikayəti yoxdur, aşkarlanmış narkotik vasitə özünə məxsusdur. Daha sonra protokol tərtib edilmiş və o, heç bir təzyiq altında olmadan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Elçin Rufullayevin də üzərinə və avtomobilinə baxış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. O, narkotik vasitələrdən hərdən bir istifadə edir. Əsasən Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Olanda özü istifadə edir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq olmamışdır. Üzərindən aşkarlanmış marixuanadan başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. X4 onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. O, Elçini təsadüfən yolda görmüşdür. O, Elçin Rufullayevi taksi kimi tanıyır. Lakin saxlanımamışdan qabaq Elçinə taksi kimi sifariş verməmiş və Elçinə zəng edib onu harasa aparmasını istəməmişdir. Sadəcə olaraq saxlanılan gecə yoldan keçən zaman Elçinin avtomobilini saxlatdırmışdır. Sonradan bilmişdir ki, avtomobilin sürücüsü Elçindir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması” barədə protokol, həmin istintaq hərəkətinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutlarla, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarım əldə etməsi, üzərində saxlaması, daşıması və daşıması barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Şahid1 ilə birlikdə o və Şahid3 da iştirak etmişdir. 22 iyul 2024- cü il tarixdə, saat 03:30-da Lənkəran şəhəri Fizuli küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs “Lerik dörd yolu” adlanan ərazidə, küçədə “Opel Astra minik” markalı 77DH269 dövlət qeydiyyat nişanlı avtomobildən düşüb mağazaya doğru piyada hərəkətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə polis şöbəsinə gəlməsini istəmişlər. Həmçinin orada Təqsirləndirilən şəxs gözləyən “Opel Astra minik” markalı 77DH269 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 da birlikdə polis şöbəsinə gəlməsini istəmişlər. Hər iki şəxs onlara etiraz etməyib ayrı-ayrı avtomobillərə oturub Lənkəran ŞRPŞ-nə gəlmişlər. Ramini polis avtomobili ilə, Elçin isə digər avtomobillə gətirmişlər. Polis şöbəsində avtomobili həyətə daxil edib avtomobilin qapısını kilitləyəndən sonra açarı Elçinin özünə təqdim etmişdir. Daha sonra, polis şöbəsində otaqların birinə daxil olmuşlar. Təqsirləndirilən şəxs və Elçin Rufullayevin üzərlərinə və avtomobilə baxış keçirilməsi üçün tərəfindən raport tərtib edilmişdir. Şəxsi axtarış zamanı Elçin Rufullayevin üzərindən və avtomobilindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi baş təhqiqatçı Vurğun Məmmədov tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu və bir ədəd kağız borucuq çıxarıb təqdim edərək kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Vurğun Məmmədov tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının ciblərindən bir ədəd “Samsung” markalı mobil telefon, açar və pul əskinazları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin 8,28qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə marixuanadır, özünə məxsusdur, xeyli müddət əvvəl əldə edib istifadəsi üçün özündə saxlamışdır. Müdafiəçisinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı hədə-qorxu gəlinməmiş, liziki və psixi təsirə məruz qalmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış əşyalar özünə qaytarılmışdır. Bir ədəd mobil telefon və kağız borucuq isə əhəmiyyət kəsb edə biləcəyindən Vurğun Məmmədov tərəfindən götürülmüşdür. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir təsir altında olmadan tərtib edilmiş protokolla müdafiəçisinin iştirakı ilə tanış olub imzası ilə təsdiq etmişdir. Daha sonra taksi sürücüsü X4 üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuananı əldə etdiyi şəxsi ifşa etməmək üçün narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından Elçin Rufullayevin məlumatı olmamışdır. Elçin Rufullayev sadəcə olaraq Təqsirləndirilən şəxs taksi kimi Lənkəran şəhəri Fizuli küçəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş PPXB-nin polis nəfəri Şahid3 da Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 22 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Fizuli küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən 8.28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni xeyli müddət əvvəl əldə edib istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan CD diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə “Azercell MMC”-dən xx.xx.2024-cii il tarixli, 16904 saylı məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı diskdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində mövcud olan zənglər və sms-lər siyahısının, sms mətnlərinə, əhatə dairəsinə və nömrələr adına rəsmiləşdirilmiş şəxslərə dair məlumatların olduğu məlum olur. Diskdə olan sms mətnlərinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Abunəçilərin siyahısına baxış zamanı Təqsirləndirilən şəxs danışdığı 69 nəfər şəxsə məxsus nömrələr görünür. “Antenna.xlsx” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 02:36-da “Lənkəran şəhəri Fizuli küçəsi 50 Cenub şadlıq sarayı” və X6 küçəsi” anten dairələrində olması məlum olur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 22 iyul 2024-cü il tarixli, 19/564 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi: - 5,338 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 5,238 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2024-cii il tarixli, 611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, narkotik vasitələrin aludəçisi olan, Lənkəran şəhər sakini Camalov X3 rayonu ərazisində, məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamışdır. 22 iyul 2024-cti il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Fizuli küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra üzərindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından X4 məlumatı olmamışdır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix, saat 03.30-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, saat 16.30-da MSY-dən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından qaytarılmış 5,238qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız borucuq maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD diskdə olan videogöriintii cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşaq olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 5,238 qram olan narkotok vasitə - qurudulmuş marixuana, bir ədəd kağız borucuq hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5,238 qram olan narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd kağız borucuq hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar