Məhkəmə qərarları › İş №1(049)-265/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-265/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-265/2023 09.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:55 xx xxxxxx 1995-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 21 fevral 2023-cü il tarixdə, saat 22 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən "böyük bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 4 (dörd) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,531 qr; -0,441 qr; -0,306 qr; -0,202 qram, ümumi təmiz çəkisi -1,48 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşımış və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 22 fevral 2023-cü il tarixdə, saat 13 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 12:50 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 4 (dörd) ədəd şəffaf sellofan kəsiklərinə bükülmüş halda əynindəki cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə edir. O, istifadə etdiyi heroini Lənkəran şəhərində yerləşən "böyük bazar" adlanan ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 21 fevral 2023-cü il tarixdə, saat 22 radələrində evdən çıxıb istifadə etmək üçün heroin almaqdan ötrü piyada Lənkəran şəhərində yerləşən bazarın yanına gəlmiş və Nizami küçəsində yerləşən "böyük bazar" deyilən əraziyə getmişdir. Həmin ərazidə tanımadığı şəxsdən 15 manata 4 bükümdə heroin almışdır. Sonra isə piyada yaşadığı evə qayıtmışdır. Həmin gün aldığı heroindən istifadə edə bilməmişdir. Səhəri günü, yəni 22 fevral 2023-cü il tarixdə saat 13 radələrində evdən küçəyə çıxmışdır. Sonra isə üzərindəki dörd bükümdə olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. O, həmin gün, saat 13 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət etdiyi zaman bir maşın onun yanında dayanmış və həmin maşından bir neçə nəfər şəxs düşərək ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində onu bir otağa aparmışlar və polis işçisi, ona Lənkəran rayon vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş və özü seçdiyi vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl təhqiqatçı üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu təqdirdə təqdim etməsini təklif etmiş, o da əynində olan cins şalvarının sağ yan cibində gizlətdiyi dörd bükümdə olan heroini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. Təhqiqatçı içərisində heroin olan 4 ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman cəmi çəkisinin 1,63 qram olduğunu görmüşdür .Bundan sonra, içərisində heroin olan 4 ədəd bükülü bir zərfə qoyulmuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur. O, vəkillə birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə həm ibtidadi istintaq, həm də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 Namiq oğlu ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində daşıyaraq gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə onun tərəfindən Lənkəran ŞRPŞ-nin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında, onun və polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə, saat 12:50 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı Baxşəli Rufullayevin xidməti otağına aparmışlar. Baxşəli Rufullayev tərəfindən, Şahid1, onun, Şahid2 və Lənkəran rayon Vəkil bürosunun vəkili Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl X1 tərəfindən üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir . Axtarış aparılmazdan əvvəl X1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, X1 Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Baxşəli Rufullayev həmin sellofan bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı sellofan bükülünün içərisindən 4 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Baxşəli Rufullayev həmin 4 ədəd sellofan bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin 4 ədəd bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu, həmin 4 bükümdə olan heroini 21 fevral 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən "böyük bazar" adlanan ərazidə tanımadığı şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra, Baxşəli Rufullayev, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlələr olan 4 ədəd bükülünü elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranına baxan zaman cəmi çəkisinin 1,63 qram olduğunu görmüşdür. Bundan sonra, Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlələr olan 4 ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə Lənkəran ŞRPŞ-nin 135 saylı möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs, müdafiəçisi Əbdülhəsən Əzimovla birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdən etibarən tanıyır. Təqsirləndirilən şəxs ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 22 fevral 2023-cü il tarixdə, saat 09 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində daşıyaraq gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən Lənkəran şəhərrayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin, CAB-nın əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə, saat 12:50 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı Baxşəli Rufullayevin xidməti otağına aparmışlar. Baxşəli Rufullayev tərəfindən, onun, Şahid3, Şahid2 və Lənkəran rayon Vəkil bürosunun vəkili Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl X1 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, polis mayoru Şahid3 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Axtarış aparılmazdan əvvəl X1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. X1, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Baxşəli Rufullayev həmin sellofan bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı sellofan bükülünün içərisindən 4 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Baxşəli Rufullayev həmin 4 ədəd sellofan bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin 4 ədəd bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu, həmin 4 bükümdə olan heroini 21 fevral 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən "böyük bazar" deyilən ərazidə tanımadığı şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra, Baxşəli Rufullayev, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlələr olan 4 ədəd bükülünü elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranına baxan zaman cəmi çəkisinin 1,63 qram olduğunu görmüşdür. Bundan sonra, Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlələr olan 4 ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə Lənkəran ŞRPŞ-nin 135 saylı möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs, müdafiəçisi Əbdülhəsən Əzimovla birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Əbdülhəsən Əzimov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır. Bundan sonra,Şahid3 videoçəkilişi dayandırmışdır. Baxşəli Rufullayev protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, Bakı şəhərində əmək məzuniyyətində olması əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdən etibarən tanıyır. Təqsirləndirilən şəxs ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 22 fevral 2023-cü il tarixdə, saat 09 radələrində ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində daşıyaraq gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu Şahid1 barədə tərəfindən Lənkəran şəhərrayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin, CAB-nın əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis baş leytenantı onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə, saat 12:50 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı Baxşəli Rufullayevin xidməti otağına aparmışlar. Baxşəli Rufullayev tərəfindən, onun, Şahid3, Şahid2 və Lənkəran rayon Vəkil bürosunun vəkili Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl X1 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, polis mayoru Şahid3 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Axtarış aparılmazdan əvvəl X1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. X1, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Baxşəli Rufullayev həmin sellofan bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı sellofan bükülünün içərisindən 4 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Baxşəli Rufullayev həmin 4 ədəd sellofan bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin 4 ədəd bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu, həmin 4 bükümdə olan heroini 21 fevral 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən "böyük bazar" deyilən ərazidə tanımadığı şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra, Baxşəli Rufullayev, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlələr olan 4 ədəd bükülünü elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranına baxan zaman cəmi çəkisinin 1,63 qram olduğunu görmüşdür. Bundan sonra, Baxşəli Rufullayev içərisində heroinə bənzər kütlələr olan 4 ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə Lənkəran ŞRPŞ-nin 135 saylı möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs, müdafiəçisi Əbdülhəsən Əzimovla birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Əbdülhəsən Əzimov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır. Bundan sonra,Şahid3 videoçəkilişi dayandırmışdır. Baxşəli Rufullayev protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 22 fevral 2023-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 4 (dörd) ədəd bükülüdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 19/223 nömrəli rəyindən görünür ki; -tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr......" sözlər və imzalar olan bir ədəd zərfdəki,4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri:-0,531 qr;-0,441 qr;-0,306 qr;-0,202 qram:ümumi təmiz çəkisi:-1,48 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli, 214 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Lənkəran Rayon Məhkəməsinin 1(049)-198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə xitam verilmişdir. Məhkumluğu yoxdur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci və Azərbaycan Respublikası CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(049)-70/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının arayışından görünür ki, 02 mart 2023-cü il tarixli, 193 nömrəli məktubundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Əzizli X2 rayon Hərbi Komissarlığının göndərişi əsasında xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər Lənkəran şəhər Psixiatriya xəstəxanasında müayinə olunub və "Hal-hazırda psixi xəstəlik aşkar olunmadı. Taturovka, Anamnezində yüngül nevrotik reaksiya" diaqnozu qoyulmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi Girdəni tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əzizli X2 şəhəri, H.Abdullayev küçəsi ev 11, ev 9 ünvanında yaşamışdır. Himayəsində xx.xx.2017-ci il təvəllüdlü qızı X5 və xx.xx.2020-ci il təvəllüdlü oğlu X4 adlı iki azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 4 (dörd) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,531 qr;-0,441 qr;-0,306 qr;-0,202 qram: ümumi təmiz çəkisi:-1,48 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin (ekspertiza tədqiqatından sonra qalıq qalan 1,28 qram) və şəxsi axtarış istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan videogörüntülər maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,28 qram narkotik vasitə olan heroin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, həm ibtidadi, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışı və əldə etdiyi narkotik vasitənin növü və miqdarını nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,28 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,28 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar