Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-266/2023 23.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 16:20 xx xxxxxxx 1988-ci ildə Vartaşen (indiki Oğuz) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(006)-58/2020 saylı hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, Oğuz şəhəri, Gənclik küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 10 avqust 2022-ci il tarixdə Qaradağ rayonu Qobu Park yaşayış kompleksi 2, bina 22-də olan zaman tanış olduğu Şahid3 sonuncunun Salyan şəhərində yaşayan dostu Zərərçəkmiş şəxs1 oğlu Hüseyn Həsənovu həbsdən azad etmək istəməsi barədə məlumatı aldıqdan sonra etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid3 vasitəsi ilə və sonradan görüşərkən özünü Zərərçəkmiş şəxs1 vəkil kimi təqdim edərək, guya oğlu Hüseyn Həsənovu həbsdən azad etdirmək iqtidarında olduğunu əminliklə bildirib, ona 2500 manat civarında pul ödənildiyi təqdirdə, Hüseyn Həsənovu həbsdən azad edəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə, vədinə əməl etmək niyyətində olmadan, əskinə maddi vəziyyətini yaxşılaşdırmağa yönələn niyyətinə çatmaq üçün vahid niyyətlə razılaşdıqları 2500 manat nağd pulu 10 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında alaraq, Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin dekabr ayında Lənkəran şəhərində yerləşən Lənkəran Rayon Məhkəməsinin inzibati binasında olan zaman tanış olduğu Şahid1 sonuncunun Lənkəran şəhərində yaşayan dayısı arvadı Zərərçəkmiş şəxs2 əri X2 həbsdən azad etmək istəməsi barədə məlumatı aldıqdan sonra etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid1 vasitəsi ilə və sonradan görüşərkən özünü Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edərək, guya X14u həbsdən azad etdirmək iqtidarında olduğunu əminliklə bildirib, ona 5000 manat civarında pul ödənildiyi təqdirdə, Asim Məmmədovu həbsdən azad edəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə, vədinə əməl etmək niyyətində olmadan, əskinə maddi vəziyyətini yaxşılaşdırmağa yönələn niyyətinə çatmaq üçün vahid niyyətlə razılaşdıqları məbləğin 100 manatını 28 dekabr 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində yerləşən “Bazar store” adlanan supermarketin arxasında icarəyə götürdüyü ofisində, 100 manatını 29 dekabr 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində X3 aid narkoloji xəstəxanasında sənədini düzəltmək adı ilə, 100 manatını ümumi verəcəyi puldan çıxacağını bildirərək, 31 dekabr 2022-ci il tarixdə qəbul etmiş və 4500 manatını 03 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərindəki sözügedən ofisində ödətdirilməsini təmin etməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü qarşı elan olunmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Oğuz şəhəri, Gənclik küçəsi, ev 12-də qeydiyyatında olsa da, bir müddət İsmayıllı və Lənkəran rayonlarında kirayədə yaşamışdır. Məhkəmə sahəsində yazı işlərində işlədiyi üçün müəyyən hüquqi biliklərə yiyələnmişdir. Həmin hüquqi biliklərə əsaslanaraq vətəndaşlara ərizə yazmaqla və hüquqi yardımlar göstərməklə gəlir əldə etmişddir. Əvvəllər Bakı şəhərində kirayədə yaşamışdır. 2022-ci ilin avqust ayında dostu olan Namiq adlı şəxsin vasitəsi ilə tanış olduğu Rövşən adlı şəxs ona oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini bildirmişdir. Həmçinin, həmin Rövşən adlı şəxs oğlunun həbs müddətinin bitməsinə 1 il 6 ay qaldığını demişdir. O, Rövşənə 2500 manat pul verəcəyi müqabilində 20 gün müddətinə azadlığa çıxacağını vəd vermişdir. Rövşən adlı şəxs 10 avqust 2022-ci il tarixdə Lökbatan qəsəbəsi, Qobu Park 2, 22-ci ünvanında Namiqin evində 2500 manat pulu ona vermişdir. Pulu aldıqdan sonra Rövşənin oğlunun işinə dair vəsatət yazaraq Lənkəran Ağır Cinayətlərə Məhkəməsinə göndərmişdir. Lakin, vəsatət təmin olunmamışdır. O, pulu xərclədiyinə görə sonradan Rövşənə qaytara bilməmişdir. Məhz bu səbəbdən Rövşənin telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, 2022-ci ilin dekabr ayında Lənkəran şəhərinə yaşamaq üçün ailəsi ilə birlikdə gəlmişdir. Burada kirayə ev tutduqdan sonra ailəsi ilə yaşamış və bir müddətdən sonra Lənkəran Rayon Məhkəməsinə getməyə başlamışdır. Lənkəran şəhərinə gəldikdən sonra Lənkəran şəhərində yerləşən “Bazar Store” adlanan supermarketin arxasında icarəyə yer götürmüş və həmin yeri ofis kimi işlətməyə başlamışdır. Həmin ofisdə Lənkəran rayonunun müxtəlif kəndlərindən olan vətəndaşları qəbul edib həmin şəxslərə hüquqi köməkliklər etmişdir. 28 dekabr 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsində olan zaman məhkəmənin inzibati binasının birinci mərtəbəsində adını sonradan bildiyi Şahid1 görmüşdür. Bu zaman həmin Əli adlı şəxs ona yaxınlaşaraq onun haradan gəldiyini soruşmuşdur. O da Əliyə Oğuz şəhərindən olduğunu və Lənkəran şəhərində hüquqi nümayəndə kimi fəaliyyət göstərdiyini bildirmişdir. Bu zaman həmin Əli adlı şəxs ona Lənkəran Rayon Məhkəməsinin yeni təyin olunan sədrinin Oğuz Rayon Məhkəməsindən gəldiyini və həmin sədri tanıyıb-tanımamağını ondan soruşmuşdur. O da cavabında bildirmişdir ki, yeni təyin olunmuş sədr Oğuz Rayon Məhkəməsinin sabiq sədridir. Həmin şəxsin Oğuz rayonundan bura yeni təyinat aldığını bilir, həmin şəxs haqqında yaşadığı rayonda vətəndaşların çox müsbət fikirdə olduğunu Əli adlı şəxsə bildirmişdir. Daha sonra Əli ona dayısının işininin məhkəmədə olduğunu və dayısına köməklik göstərib azadlıqda qalmasını təmin edə bilibbilməməsini ona bildirmişdir. O da Əliyə ofisinə gəlməyini və bu barədə orada danışa biləcəyini bildirmişdir. Daha sonra özünə məxsus mobil nömrəsini həmin Əli adlı şəxsə vermişdir. Həmin gün Əli adlı şəxs ofisinə gəlib dayısı X1 oğurluq və narkotik cinayətlərinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulmasını, həmin cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirildiyini və cinayət işinin baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Bu səbəbdən dayısı Asimin işi ilə məşğul olmağını və köməklik etməyini bildirmişdir. O da Əli adlı şəxsə dayısı Asimin işi ilə məşğul olacağını, işə hansı hakimin baxdığını öyrəndikdən sonra həmin hakimin köməkçisi ilə danışıb, məsələni qaydasına qoyacağını və dayısı Asimin azadlığın məhdudlaşdırması cəzasını alaraq azadlıqda qalmasını təmin edəcəyini bildirmişdir. Bunun müqabilində o, Əliyə 4000-5000 manat civarında pulun lazım olduğunu bildirmişdir. Özü üçün isə zəhmət haqqı kimi 500 manat pulu ondan alacağını bildirmişdir. Əli də onunla razılaşmışdır. Həmin gün müqavilə üçün Əlidən 100 manat istəmişdir. Əli də ona həmin məbləğdə pulu vermişdir. Bu zaman onun yanında Turqut adlı köməkçisi də olmuşdur. Daha sonra səhəri gün Əliyə zəng edərək, narkoloji xəstəxanada tanışının olub-olmadığını soruşub, dayısı Asimin xəstə kimi orada qeydiyyatda olması ilə bağlı sənədin alınıb ona verməsini istəmişdir. Əli də orada tanışının olmadığını bildirdikdə, o, əlaqələri vasitəsilə narkoloji xəstəxanadan həmin sənədi ala biləcəyini və bunun qarşılığında 100 manat pulun lazım olduğunu Əliyə bildirmişdir. Əli də ona 100 manat pulun bu sənədə görə çox olduğunu, 50 manata imkanının çatdığını bildirsə də o, razılaşmamışdır. Sonra “Whatsapp” vasitəsilə ona səsli mesaj göndərərək, 100 manat pulu verməyə razı olduğunu bildirmişdir. Həmin gün Turqut adlı köməkçisini Əlinin işlədiyi yerə göndərmişdir. Əli də Turquta 100 manat pul vermişdir. 31 dekabr 2022-ci il tarixdə mobil telefonda yenidən Əliyə səs göndərərək, Əlidən 100 manat pulu borc kimi istəyib, ümumi vərəcəyi puldan çıxacağını bildirmişdir. Turqut adlı köməkçisini yenidən Əlinin işlədiyi yerə göndərmiş və Əli 100 manat pulu köməkçisi Turquta vermişdir. 03 yanvar 2023-cü il tarixdə o, Əliyə yenidən səsli mesaj göndərərək işi həll edəcək adamın bu işlə bağlı maraqlandığını və ofisə gəlməyini istəmişdir. Əli də dayısı arvadı Zərərçəkmiş şəxs2 aldığı 4500 manat pulu gətirib Zərərçəkmiş şəxs2 ilə birlikdə ofisində ona vermişdir. Bundan sonra üzərindən bir neçə müddət keçmiş və o, Əli ilə mütəmadi əlaqə saxlamış və dayısının azad ediləcəyini bildirmişdir. Bundan sonra o, Əli və dayısı arvadı Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 4800 manat nəğd pulu da götürüb ailəsi ilə birlikdə İsmayıllı rayonuna getmişdir. Orada bir həyət evini kirayəyə tutub orada yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs2 baldızı oğlu Şahid1 vasitəsi ilə əri X2 həbsdən azad etdirmək adı altında aldadaraq ümumilikdə 4800 manat nağd pul vəsaiti almışdır. Əldə etdiyi pulun bir qismini özünə və ailəsinə paltar almaq üçün, digər hissəsini də kirayədə qaldığı evin pulunu və yemək-içməyə xərcləmişdir. Asim Məmmədovun həbsdən azad olunması üçün heç kimə müraciət etməmişdir. Hər dəfə Əli onunla əlaqə saxladıqda Əlini aldadaraq, dayısı Asimi həbsdən azad olunması ilə bağlı lazımi işlər gördüyünü bildirmişdir. Bir müddət keçdikdən sonra onun mobil telefonu qırıldığı üçün özünə yeni mobil telefon və yeni mobil nömrə almışdır. Bundan sonra nə Şahid1, nə də Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlaya bilməmişlər. O da həmin şəxslərlə əlaqə saxlamamışdır. Sözügedən pul vəsaitini o, özü tək aldadıb almışdır. Həmin pul vəsaitini heç kimə verməmiş və ya həmin pul vəsaitindən Asim Məmmədovun azad edilməsi ilə bağlı heç kimə verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı qismən ödədiyini, himayəsində yeni doğulmuş uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 05-10 avqust 2022-ci il tarixləri arasında dostu Namiq vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs Namiqin Qaradağ rayonu, Qobu Park 2, 22-ci binada olan evində Bakı İstintaq Təcridxanasında olan oğlu 1998-ci il təvəllüdlü X5 müdafiə etməsi və vaxtından əvvəl azadlığa buraxılması üçün 2500 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ona 20 gün ərzində oğlunun azadlığa buraxılacağı vədini vermişdir. Lakin, vədinə əməl etməyib, etibarından sui-istifadə edərək onu aldatmışdır. Telefon zənglərinə cavab verməmişdir. Belə ki, oğlu X7 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün məhkum edilmişdir. Bir il dörd aydan sonra oğlunun azadlığa buraxılacağını bildirmişdir. O da oğlunun vaxtından əvvəl azadlığa çıxmasını istəmişdir. Bu niyyətini dostu Namiq də bilmişdir. Buna görə də savadlı vəkil axtarmışdır. 2022-ci ilin avqust ayında Namiq ona tanışı olduğunu və oğlunun azadlığa buraxılması üçün köməklik edə biləcək bir nəfər tanıdığını bildirmişdir. O da dostu Namiqdən həmin şəxslə görüş təyin etməsini xahiş etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Namiq və Təqsirləndirilən şəxs Salyan rayonuna dəvət edib qonaqlıq vermişdir. Söhbət əsnasında Qabil ona əmisinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğunu, özlərinin Oğuz rayonundan olduğunu bildirmişdir. 2500 manat pul müqabilində oğlu X5 vaxtından əvvəl, görüşdükləri gündən 20 gün müddətində azadlığa buraxılmasını təmin edəcəyini bildirmişdir. Münasibətləri normal alınmış və həmin şəxs onun etibarını qazanmışdır. Əmisinin hakim olması onu inandırmışdır. 05-10 avqust 2022-ci il tarixləri arasında, dəqiq gününü xatırlamadığı vaxtda, Namiq öz evində onu Təqsirləndirilən şəxsla görüşdürmüşdür. O, arvadı Şahid2 ilə birlikdə Namiqin evinə getmişlər. Həmin vaxt evdə Namiqin anası və bacısı da evdə olmuşdur. Evdə Qabillə birlikdə və yuxarıda göstərdiyi şəxslər yemək yemişlər. Daha sonra o, həmin şəxslərin yanında oturduqları masada Qabilə 2500 manat nəğd pul vermişdir. Qabil həmin gündən etibarən 20 gün müddətində oğlunun azadlığa buraxılacağını bildirmişdir. Daha sonra Qabillə əlaqə saxlamağa çalışsa da Qabilə zəng çatmamışdır. Oğlu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və oğlu ona heç bir məhkəmə iclasının keçirilmədiyini bildirmişdir. Bundan sonra o, Qabilin onun etibarından sui-istifadə etdiyini və onu aldatdığını başa düşmüşdür. Oğlunun və onun haqlarına girməsi barədə Qabilin nömrəsinə mesajlar yazmışdır. Lakin, heç bir nəticə əldə edə bilməmişdir. Bir müddətdən sonra Qabilin telefon zənginə cavab verən şəxs özünü Qabilin atası kimi təqdim etmiş və Qabilin harada olduğunu bilmədiyini və öz oğlunun ünvanına nalayiq ifadələr işlədərək övladlıqdan çıxardığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən 2500 manat məbləğində maddi ziyan dəymiş, lakin hazırki tarixədək ona heç bir pul məbləği ödənilməmişdir. Ona dəymiş 2500 manat məbləğində pulu tələb edir, Təqsirləndirilən şəxs cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşamaqla Lənkəran Şəhəri İcra Hakimiyyətinin Mənzil İstismar İdarəsində fəhlə olaraq işləyir. 2006-cı ildən X4 ilə evlidir. 2022-ci ilin oktyabr ayında əri X4 oğurluq və narkotik cinayətlərinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. X14 cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikası CM-nın 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilmiş və cinayət işi baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən Asimin işi ilə maraqlanmaq üçün o və baldızı oğlu Şahid1 ilə birlikdə 28 dekabr 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasına getmişlər. Məhkəmənin inzibati binasının giriş qapısında olan zaman əri Asimin cinayət işinin hansı hakimin icraatında olması ilə bağlı maraqlanmışdır. Bu zaman məhkəmənin inzibati binasına bir şəxs daxil olmuşdur. Həmin şəxs hamı ilə, həmçinin yanında duran baldızı oğlu Əli ilə də görüşmüşdür. Bu zaman Əli həmin şəxsin vəkil olduğunu ona bildirib, yaxınlaşıb köməklik göstərilməsini xahiş etməsini bildirmişdir. Əli həmin şəxsə yaxınlaşmışdır. Bu zaman Əli həmin şəxsə yaxınlaşdıqda, həmin şəxs onlara adının Təqsirləndirilən şəxs oluğunu və vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O da Qabilə müraciəti ilə bağlı fikirlərini bildirmişdir. Bu zaman Qabil adlı şəxs Əliyə həmin tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, Qala Xiyabanında yerləşən “Bazar Store” marketinin arxasında yerləşən ofisinə gəlməyini bildirmişdir. Ofisdə olan zaman Əliyə Oğuzdan gəldiyini, yeni təyinat alan sədrin özünün qohumu olduğunu bildirmişdir. Sonra Əli həmin tarixdə, axşam saat 19 radələrində yaşadığı evə gələrək, Asimin həbsdən çıxarılmasına Qabil adlı vəkilin 4000-5000 arası pul istədiyini bildirmişdir. O da bu deyilənlərlə razılaşmışdır. 30 dekabr 2022-ci il tarixdə Şahid1 5000 manat pul vermişdir. 03 yanvar 2023-cü il tarixdə Şahid1 də ona zəng edərək, ona 5000 pulu Qabil adlı şəxsə verdiyini bildirmişdir. Bu vaxtdan bəri həmin şəxs onlara müxtəlif bəhanələr gətirərək, əri Asimin azadlığa çıxaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O və Əli də Qabil adlı şəxsin bu hərəkətlərindən şübhələnib, onları aldatmasını bilmişlər. Təqsirləndirilən şəxs adlı şəxsə baldızı oğlu Şahid1 vasitəsilə 4800 manat pul vermişdir. Qalan 200 manatı Əli ona qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona ümumilikdə 1300 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona 4800 manat məbləğində ziyan dəymiş, 1300 manat məbləğində pul ona qaytarılmış, hazırda təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmamış pulun məbləği 3500 manat təşkil edir. Təqsirləndirilən şəxs cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhərində yerləşən “Mərkəzi Bazar”da baytar aptekində satıcı işləyir. X4 onun dayısıdır. 2022-ci ilin oktyabr ayında dayısı X4 oğurluq və narkotik cinayətlərinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Asim Məmmədov cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikası CM-nın 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilmiş və cinayət işi baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən dayısı Asimin işi ilə maraqlanmaq üçün Asimin arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə 28 dekabr 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasına getmişlər. Məhkəmənin inzibati binasının giriş qapısında olan zaman dayısı Asimin cinayət işinin hansı hakimin icraatında olması ilə bağlı maraqlanmışlar. Bu zaman məhkəmənin inzibati binasına bir şəxs daxil olmuşdur. Həmin şəxs hamı ilə, həmçinin onunla da görüşmüşdür. Bu zaman həmin şəxsin kim olduğu ilə bağlı maraqlananda həmin şəxsin vəkil olduğunu ona bildirmişlər. O da dayısı arvadı Gülşənlə həmin şəxsə yaxınlaşmışdır. Bu zaman həmin şəxsə dayısı Asimin həbsdə olduğunu və həbsdən azad olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Bu zaman həmin şəxs onlara adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin yeni təyinat almış sədrinin əmisi oğlu olduğunu bildirmiş və nə köməklik lazım olarsa həll edə biləcəyini ona bildirmişdir. Bu zaman Qabil adlı şəxs ona həmin tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, Qala Xiyabanında yerləşən “Bazar Store” marketinin arxasında yerləşən ofisinə gəlməyini və orada işlə bağlı söhbət etməyini bildirmişdir. Sonra o, həmin tarixdə həmin ofisin olduğu yerə getmişdir. Orada olan zaman Qabil ona adamının olduğunu və 4000-5000 manat civarında pulun lazım olduğunu bildirmişdir. Özü isə zəhmət haqqı kimi 500 manat ondan pul alacağını bildirmişdir. O da Qabillə razılaşmışdır. Həmin gün müqavilə üçün ondan 100 manat istəmişdir. O da Qabilə həmin məbləğdə pulu vermişdir. Bu zaman Qabilin yanında Turqut adlı köməkçisi olan gənc oğlan da olmuşdur. Sonra Qabilin yanından çıxıb gəlmişdir. Sonra səhərisi günü ona zəng edərək, narkoloji xəstəxanada tanışının olub-olmadığını ondan soruşub, guya xəstə kimi orada qeydiyyatda olması ilə bağlı sənədin alınıb və Qabilin özünə verilməsini istəmişdir. O da orada tanışı olmadığını bildirdikdə, Qabil əlaqələri vasitəsilə narkoloji xəstəxanadan həmin sənədi ala biləcəyini və bunun qarşılığında 100 manat pul lazım olduğunu bildirmişdir. O, Qabilə 100 manat pulun bu sənədə görə çox olduğunu, 50 manata imkanının çatdığını bildirsə də Qabil onunla razılaşmamışdır. Sonra “Whatsapp” vasitəsilə Qabilə səsli mesaj göndərərək, 100 manat pulu verməyə razı olduğunu bildirmişdir. Həmin gün Qabil Turqut adlı köməkçisini onun işlədiyi yerə göndərmişdir. O da həmin şəxsə 100 manat pul vermişdir. Sonra Qabil ona səsli mesaj göndərərək, heç kimə bu barədə heçnə deyilməməsini bildirmişdir. 31 dekabr 2022-ci il tarixdə mobil telefonda ona səs göndərərək, ondan 100 manat pulu borc kimi istəyib, ümumi vərəcəyi puldan çıxacağını bildirmişdir. Turqut adlı kömkçisi yenidən onun işlədiyi yerə gəlmiş və o da həmin pulu Turquta vermişdir. 03 yanvar 2023-cü il tarixdə ona yenidən səs ataraq işi həll edəcək adamının bu işlə bağlı maraqlandığını və onun ofisə gəlməsini istəmişdir. O da dayısı arvadı Zərərçəkmiş şəxs2 aldığı 4500 manat pulu aparıb Qabilin ofisində Qabilə vermişdir. Bu zaman o, pulu Qabilə verəndə həmin Turqut adlı köməkçisi ofisdə yanlarında olmuşdur. Bu hadisədən sonra hər dəfə Təqsirləndirilən şəxsla telefon əlaqəsi zamanı dayısı Asim Məmmədovun işinin həlli ilə bağlı məhkəmə hakimi ilə danışıqlar aparacağını və dayısının azadlığa çıxacağını bildirsə də, Qabilin bu işi görməyəcəyini və onu aldatdığını anlamışdır. Bu səbəbdən Qabildən pulunu geri istəsə də Qabil onun pulunu geri qaytarmamışdır. Daha sonra zənglərinə cavab verməmişdir. Bir müddət keçdikdən sonra Qabilin ona verdiyi mobil nömrəyə zəng çatmamışdır. Təqsirləndirilən şəxs pulu verən zaman Turqut adı ilə tanıdığı köməkçisi orada olmuş və Turqutun yanında 4600 manat pulu Qabilə vermişdir. Qalan 200 manat pulu isə Turqut vasitəsilə göndərmişdir. İş üzrə şahidlər Şahid3 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. X8 məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Y.Xankişiyev küçəsi ev 9 ünvanında yaşayır. 05-10 avqust 2022-ci il tarixləri arasında əri Zərərçəkmiş şəxs1 dostu Namiq vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs Namiqin Qaradağ rayonu, Qobu Park 2, 22-ci binada olan evində Bakı İstintaq Təcridxanasında olan oğlu 1998-ci il təvəllüdlü X5 müdafiə etməsi və vaxtından əvvəl azadlığa buraxılması üçün 2500 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs əri Rövşənə 20 gün ərzində oğlunu azadlığa buraxılacağı vədini vermişdir. Lakin vədinə əməl etməyib, etibarından sui-istifadə edərək əri Rövşəni aldatmış və telefona cavab verməmişdir. Belə ki, oğlu X7 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün məhkum edilmişdir. Bir il dörd aydan sonra oğlu azadlığa buraxılmalı imiş. Onlar da oğlunun vaxtından əvvəl azadlığa çıxmasını istədiklərindən əri Rövşən bu niyyətini dostu Namiqə də bilirmiş və savadlı vəkil axtarmağa başlamışdır. 2022-ci ilin avqust ayında Namiq əri Rövşənə tanışı olduğunu və oğlunun azadlığa buraxılması üçün köməklik edə biləcək bir nəfəri tanıdığını bildirmişdir. Əri Rövşən də ondan həmin şəxslə görüş təyin etməsini xahiş etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Namiq və Təqsirləndirilən şəxs Salyan rayonuna dəvət edib evində qonaqlıq vermişlər. Söhbət əsnasında Qabil əmisinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğunu, özlərinin Oğuz rayonundan olduğunu bildirmişdir. 2500 manat pul müqabilində oğlu X5 vaxtından əvvəl, pulu aldığı gündən 20 gün müddətində azadlığa buraxılmasını təmin edəcəyini bildirmişdir. Münasibətləri normal alınmış və həmin şəxs əri Rövşənin etibarını qazanmışdır. Əmisinin hakim olması onları daha da inandırmışdı. 05-10 avqust 2022-ci il tarixləri arasında, dəqiq gününü xatırlamadığı vaxtda, Namiq öz evində əri Rövşəni Təqsirləndirilən şəxsla görüşdürmüşdür. O, əri Rövşənlə birlikdə Namiqin evinə getmiş, həmin vaxt evdə Namiqin anası və bacısı da evdə olmuşlar. Evdə Qabillə birlikdə və yuxarıda göstərdiyi şəxslər oturub yemək yemiş, daha sonra əri Rövşən həmin şəxslərin yanında oturduqları masada Qabilə sayaraq 2500 manat nəğd pul vermişdir. Qabil həmin gündən etibarən 20 gün müddətində oğlunun azadlığa buraxılacağını bildirmişdir. Daha sonra əri Rövşən Qabillə əlaqə saxlamağa çalışsa da ona zəng çatmamış və əri Rövşən oğluyla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və oğlu barəsində heç bir məhkəmə iclası keçirilmədiyini Rövşənə bildirmişdir. Bundan sonra əri Rövşən Qabilin onun etibarından sui-istifadə etdiyini və aldatdığını başa düşmüş, oğlunun və onların haqqına girməsi barədə Qabilin nömrəsinə mesajlar yazmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onları aldatmasına dəqiq əmin olmuş və Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən onlara 2500 manat maddi ziyan vurulmuş, nə Təqsirləndirilən şəxs, nə də onun yaxın qohumları tərəfindən onlara heç bir pul məbləği ödənilməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayında dostu Zərərçəkmiş şəxs1 onun vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs Namiqin Qaradağ rayonu, Qobu Park 2, 22-ci binada olan evində Bakı İstintaq Təcridxanasında olan oğlu 1998-ci il təvəllüdlü X5 müdafiə etməsi və vaxtından əvvəl azadlığa buraxılması üçün 2500 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs dostu Rövşənə 20 gün ərzində oğlunu azadlığa buraxılacağı vədini vermişdir. Lakin vədinə əməl etməyib, etibarından sui-istifadə edərək dostu Rövşəni aldatmış və telefona cavab verməmişdir. Belə ki, Rövşənin oğlu X7 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün məhkum edilmişdir. Bir il dörd aydan sonra oğlu azadlığa buraxılmalı imiş. Rövşən də oğlunun vaxtından əvvəl azadlığa çıxmasını istədiklərindən bu niyyətini ona da bilirmiş və savadlı vəkil axtarmağa başlamışdır. 2022-ci ilin avqust ayında o dostu Rövşənə tanışı olduğunu və oğlunun azadlığa buraxılması üçün köməklik edə biləcək bir nəfəri tanıdığını bildirmişdir. Rövşən də ondan həmin şəxslə görüş təyin etməsini xahiş etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində onu və Təqsirləndirilən şəxs Salyan rayonuna dəvət edib evində qonaqlıq vermişlər. Söhbət əsnasında Qabil əmisinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğunu, özlərinin Oğuz rayonundan olduğunu bildirmişdir. 2500 manat pul müqabilində oğlu X5 vaxtından əvvəl, pulu aldığı gündən 20 gün müddətində azadlığa buraxılmasını təmin edəcəyini bildirmişdir. Münasibətləri normal alınmış və həmin şəxs dostu Rövşənin etibarını qazanmışdır. Əmisinin hakim olması onları daha da inandırmışdır. 05-10 avqust 2022-ci il tarixləri arasında, dəqiq gününü xatırlamadığı vaxtda, o öz evində dostu Rövşəni Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Rövşən arvadı ilə birlikdə onun evinə getmiş, həmin vaxt evdə anası və bacısı da evdə olmuşlar. Evdə Qabillə birlikdə və yuxarıda göstərdiyi şəxslər yemək yemiş, daha sonra dostu Rövşən həmin şəxslərin yanında oturduqları masada Qabilə sayaraq 2500 manat nəğd pul vermişdir. Qabil həmin gündən etibarən 20 gün müddətində oğlunun azadlığa buraxılacağını bildirmişdir. Daha sonra dostu Rövşən Qabillə əlaqə saxlamağa çalışsa da ona zəng çatmamış və Rövşən oğlu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və oğlu barəsində heç bir məhkəmə iclası keçirilmədiyini Rövşənə bildirmişdir. Bundan sonra Rövşən Qabilin onun etibarından sui-istifadə etdiyini və aldatdığını başa düşmüş, oğlunun və onların haqqına girməsi barədə Qabilin nömrəsinə mesajlar yazmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onları aldatmasına dəqiq əmin olmuş və Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. 23 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə ünvan 6 ünvanda baş vermişdir. 18 aprel 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən “Bazar store” adlanan supermarketin arxasında yerləşən icarəyə götürülmüş ofisdir. Hadisə yeri Zərərçəkmiş şəxs2 tərəfindən göstərilmiş və bu zaman Zərərçəkmiş şəxs2 baldızı oğlu Əli Kazımlı ilə birlikdə bura gəldiyini və 4500 manat nağd pulu Əli vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Həmin əraziyə baxış keçirilməsi haqqında tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq materiala əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 mart 2023-cü tarixli, 4(049)-77/2023 saylı qərarından görünür ki, həmin tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin onun tutulduğu vaxtdan, 01 mart 2023-cü il tarixdə saat 18:30-dan hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə edilmiş sorğunun cavabından və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-58/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə təyin edilmiş cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 1(006)-58/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Oğuz RİHB-nin Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2023cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməlləri törətməsi özünün ifadəsi, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarına göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 münasibətdə) CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. İş materiallarından göründüyü kimi iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı həm ibtidai istintaq, həm də ki işin məhkəmə icraatı dövründə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-266/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-266/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver