Məhkəmə qərarları › İş №1(049)-267/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-267/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-267/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X13, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Lənkəran rayonu Boladi kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat 20 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, mülkiyyətində olan «İJ27175» markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu, Boladi kəndində asfalt yolla idarə edərkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsinin sağ kənarından 1 metr sola doğru, hərəkət hissəsi ilə piyadanın avtomobillə eyni istiqamətdə hərəkət etməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi «İJ27175» markalı avtomobillə piyada arasında təhlükəsizlik yan məsafəsini saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməklə yerinə yetirməli olduğu, bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdırlar» tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «İJ27175» markalı avtomobili 50 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirərək avtomobili yoldan çıxarıb yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan yolun sağ səkisində hərəkətdə olan piyada-Lənkəran rayonu, Boladi kənd sakini olan xx.xx.1969-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş və avtomobilin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik - baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, alın sümüyünün açıq, qəlpəli yerdəyişmiş sınığı, sağ təpə sümüyünün, sağ gicgah sümüyünün almacıq çıxıntısının, əsas sümüyün qanadabənzər çıxıntılarının, hər iki əng sümüyünün, burun sümüklərinin çoxsaylı sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerdəyişmiş sınığı, sağ yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qaş nahiyəsinin, sağ alt göz qapağının, burun nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ budun, sol baldırın sıyrıqları, hər iki üst göz qapağının, sağ bazu oynağı nahiyəsinin qançırlarından ibarət xəsarətlər alıb, kəllə tağı, kəllə əsası və üz skeleti sümüklərinin sınıqları, baş beyinin əzilməsi, toxumasına və qişalarına qansızma ilə əlaqədar inkişaf edən baş beyinin ödemindən ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mülkiyyətində olan buraxılış ili 2006-cı il, «İJ27175» markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. BC kateqoriyalı sürücülük vəsiqəsilə həmin avtomobili idarə edir. Həmin avtomobilin arxa hissəsi yük yeri olduğuna görə avtomobilin arxa hissəsi ilə süd daşıma fəaliyyəti ilə məşğul olur. Yaşadığı Lənkəran rayonu Boladi kəndində yerləşən fermadan və evlərdən süd məhsulları alıb, Lənkəran şəhəri ərazisində yerləşən pendir sexlərinə və «Milk Light» ayran sexinə satır. Mərhum Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Əvvəllər onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. 23 yanvar 2023-cü il tarixdə saat 20 radələrində dostu İlkin Rzayevlə kənddə yerləşən çayxanada çay içmək üçün onların evinə getmək məqsədilə yaşadığı evdən çıxıb «İJ27175» markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə əyləşib avtomobili işə salmışdır. Kəndin asfalt yolu ilə təxminən 40-50 km saat sürətlə hərəkətdə olan zaman qarşıdan avtomobilin gəldiyini görmüşdür. Bu zaman həmin avtomobilin işıqları gözünə düşdüyü üçün hərəkətdə olduğu yolu görməyi məhdudlaşmış və anidən yolun kənarı ilə 2 nəfər şəxsin hərəkət istiqamətilə getdiyini görmüşdür. Avtomobili yolun nisbətən sol hissəsinə doğru hərəkət etdirmək istəsə də, avtomobilin əyləcindən istifadə edə bilmədiyi üçün avtomobilin sağ tərəfi yolla hərəkət edən şəxsə çırpılmışdır. Zərbənin təsirindən həmin şəxs üz üstə asfalt yoldan yolun səki hissəsinə tərəf yıxılmışdır. Bu zaman avtomobilin hərəkətini saxlayıb avtomobildən düşmüşdür. Həmin şəxsin yerdə huşsuz vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt yol ilə piyada hərəkət edən həmkəndlisi Şahid2 da həmin yerdə görüb, ondan avtomobili ilə vurduğu şəxsin kim olduğunu soruşduqda Şahid2 ona, avtomobillə vurduğu piyadanın həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bildirib, su gətirməyini istəmişdir. O da avtomobilindən su gətirib, Vasifə vermişdir. Sonra mobil telefonu ilə təcili tibbi yadım xidmətinə məlumat verib yaşdığı kəndə həkim briqadasını gəlməsini istəmişdir. Həmkəndlisi Şahid2 da vurduğu piyada Zərərçəkmiş şəxs oğlanlarına zəng etmişdir. Hadisə yerinə gələn Zərərçəkmiş şəxs Nazim və Sadiq adlı oğlanları təcili tibbi yadım avtomobilin gəlməyini gözləməyib öz avtomobilinin arxasına mindirib Lənkəran RMX-ya doğru getmişlər. O da öz avtomobil ilə onların arxası ilə Lənkəran RMX-ya getmişdir. Sonradan Zərərçəkmiş şəxs ailə üzvləri onun əməliyyat olunmasından ötrü Bakı şəhəri, X4 aparmışlar. Bir müddət orada müalicə olduqdan sonra Zərərçəkmiş şəxs 04 fevral 2023-cü il tarixdə həmin xəstəxanada vəfat etməsini eşitmişdir. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və gənc olmasını nəzərə alaraq, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində bildirmişdir ki, o, yoldaşı ilə birlikdə atası Zərərçəkmiş şəxs məxsus evdə yaşayır. Həmin evdə digər qardaşı Nazim, anası X2 yaşayır. Evimin qarşısında ərzaq marketi işlədir. Atası Zərərçəkmiş şəxs Lənkəran şəhəri ilə Boladi kəndi maşurut xətti üzrə qazel sürücüsü işləyirdi. Həmişə işdən evə gəldikdən sonra küçəyə çıxıb piyada şəkildə kənd yolunun kənarı ilə gəzirdi. 23 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə ailə üzvlərilə birlikdə yaşadığı evdə olan zaman ona məxsus mobil telefona həmkəndlisi və qonşusu Şahid2 zəng edərək, kənd ərazisində piyada hərəkət edən atası Zərərçəkmiş şəxs avtomobilin vurduğunu və təcili ora gəlməyini bildirmişdir. O da dərhal qardaşı Nazimlə birlikdə özünə məxsus “Mersedes” markalı avtomobilə əyləşib hadisə yerinə tərəf getmişdir. Bu zaman həmin yerə çatdıqda, bir neçə şəxsin ora yığışdığını, atası Vasifin orada asfalt yolun kənarında arxası üstə uzanmış vəziyyətdə olduğunu və xırıldadığını görmüşdür. Sonra orada olan şəxslərin köməkliyi ilə onu “Mersedes” markalı avtomobilinin arxa oturacaqlarına uzatmışlar.O, qardaşı Nazim və Vasiflə birlikdə onu Lənkəran RMXnın qəbul şöbəsinə gətirmişlər. Hətta yolda olan zaman mobil telefonla təcili tibbi yardmın qaynar xəttinə zəng edərək, ağır vəziyyətdə xəstənin xəstəxanaya gətirilməsini bildirmişdir. Lənkəran RMX-ya aparıda onun kompyuter tomoqrafiya edilməsindən ötrü Masallı şəhərində yerləşən Bioloji-Təbabət Kilinikasına oradan da, təcili tibbi yardım avtomobili Bakı şəhəri, Respublika Kliniki Xəstəxanasına aparmışlar. Orada da atası Zərərçəkmiş şəxs həmin günü əməliyyat olunmuşdur. Cərrahi əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti ağır olaraq qalmış, lakin edilən səylərə baxmayaraq 04 fevral 2023cü il tarixdə həmin xəstəxanada atası Zərərçəkmiş şəxs dünyasını dəyişdiyini bildirmişdir. Bu hadisənin Təqsirləndirilən şəxs ehtiyatsızlığı ucbatından baş verdiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəmə bildirmişdir ki, halhazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə ən aşağı cəza verilməsini xahiş etmiş, bu barədə notariat qaydada yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, o, yaşadığı kəndin mərkəzində bərbər fəaliyyəti ilə məşğul olur. Atası Zərərçəkmiş şəxs Lənkəran şəhəri ilə Boladi kəndi maşurut xətti üzrə qazel sürücüsü işləyirdi. Həmişə işdən evə gəldikdən sonra küçəyə çıxıb piyada şəkildə kənd yolunun kənarı ilə gəzirdi. 23 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə ailə üzvlər ilə birlikdə yaşadığı evdə olan zaman ona məxsus mobil telefona həmkəndlisi və qonşusu Şahid2 zəng edərək, kənd ərazisində piyada hərəkət edən atası Asifi avtomobilin vurduğunu və təcili kənd ərazisindəki hadisə yerinə gəlməyini bildirmişdir. O da dərhal qardaşı Sadiqlə birlikdə ona məxsus ** EP *** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobilə əyləşib hadisə yerinə getmişlər. Bu zaman həmin yerə çatdıqda, bir neçə şəxsin ora yığışdığını görmüşdür. Bu zaman atası Zərərçəkmiş şəxs orada asfalt yolun kənarında arxası üstə uzanmış vəziyyətdə olduğunu və xırıldadığını görmüşdür. Sonra qonşusu Vasif, qardaşı Sadiqlə birlikdə köməkləşib onu yerdən qaldırıb “Mersedes” markalı avtomobilinin arxa oturacaqlarına uzatmış və birlikdə onu Lənkəran RMX-nın qəbul şöbəsinə gətirmişlər. Lənkəran RMX-ya aparıdıqdan sonra onun kompyuter tomoqrafiya edilməsindən ötrü Masallı şəhərində yerləşən Bioloji-Təbabət Kilinikasına oradan da, təcili tibbi yardım avtomobili Bakı şəhəri, Respublika Kliniki Xəstəxanasına aparmışlar. Orada da atası Zərərçəkmiş şəxs həmin günü əməliyyat olunmuşdur. Cərrahi əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti ağır olaraq qalmış və 04 fevral 2023-cü il tarixdə həmin xəstəxanada atası Zərərçəkmiş şəxs dünyasını dəyişmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs onunla qonşuluğunda yaşamışdır. O və onun ailə üzvləri ilə münasibəti normaldır. 23 yanvar 2023-cü il tarixdə saat 20 radələrində dostu Telman İsmayılovun yaşadığı evinə getmək üçün yaşadığı evdən piyada hərəkət edərək kənd yoluna doğru çıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs küçədə həmkəndlisi Ceyhun Seyfullayevlə söhbət etdiyini görmüşdür. Bu zaman onlarla salamlaşdıqda Zərərçəkmiş şəxs ondan hara getdiyini soruşduqda ona kəndin girəcəyində yerləşən “Moskva” marketə tərəf getdiyini bildirib hərəkətini davam etmişdir. Bu zaman o da yeriyərək arxadan gəlib çatmışdır. Kəndin asfalt yolun sağ kənarı ilə piyada şəkildə söhbət edə-edə hərəkət etməyə başlamışlar.Həmin vaxt Zərərçəkmiş şəxs asfalt yolun sağ tərəfinin kənarında, o da Zərərçəkmiş şəxs sağında imiş. Təxminən birlikdə 130-150 metr piyada hərəkət etdikdən sonra, qarşı tərəfdən asfalt yolun solundan markasını və nömrəsini xatrılamadığı bir avtomobil qarşıdan həmin yoldan keçmiş, təxminən elə həmin an arxadan gələn bir avtomobil onun solunda hərəkət edən Zərərçəkmiş şəxs arxa hissəsindən vuraraq 2-3 metr onun qarşısına atmışdır. Bu zaman o, dərhal irəli qaçıb Zərərçəkmiş şəxs arxası üstə uzatmışdır. Bu zaman onun baş nahiyəsi, üzü qanlı vəziyyətdə görmüşdür. Sonra avtomobil sürücüsü də avtomobili qabağda saxlayıb yanına doğru qaçaraq gəlmişdir. Bu zaman avtomobil sürücünün həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan vurduğu piyadanın kim olduğunu soruşduqda ona Zərərçəkmiş şəxs olduğunu bildirdib su gətirməsini istəmişdir. O da avtomobildən əlində su ilə yanıma gələrək piyada Zərərçəkmiş şəxs birlikdə ilkin köməklik etməyə səy göstərmişlər. Sonra Təqsirləndirilən şəxs ilkin təcili tibbi yardıma zəng etməyini bildirmişdir. O da mobil telefonla təcili tibbi yardıma zəng etmişdir. O da Zərərçəkmiş şəxs oğlu Nazimə məxsus mobil telefona zəng edərək, hadisə barədə ona məlumat vermişdir. Təxminən 2 dəqiqə sonra Zərərçəkmiş şəxs Nazim və Sadiq adlı oğlanları avtomobillə ora gəlmişlər. Nazim və Sadiqin köməkliyi ilə Zərərçəkmiş şəxs yerdən qaldırıb onlara məxsus Mersedes markalı avtomobilin arxa oturacağına yerləşdirmişlər. O da həmin vaxt avtomobilin arxa oturacağında əyləşmişdir. X14 Lənkəran RMX-ya gətirmişlər. Təqsirləndirilən şəxs da onlardan sonra Lənkəran RMX-ya gəlmiş və Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmışdır. O da Təqsirləndirilən şəxs Asif Babyevin vəziyyətinin necə olduğunu bilmədiyini bildirib həkimlərin onunla məşğul olduğunu bildirmişdir. Sonradan 04 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərində ölməsini eşitmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran ŞRPşnın DYPB-nın yol patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. Polis serjantı rütbəsindədir. 23 yanvar 2023-cü il tarixdə o, dövlət yol polisi bölməsində xidmətdə olmuşdur. 23 yanvar saat 21 radələrində Lənkəran rayonu, Boladi kəndində Təqsirləndirilən şəxs idarə etdiyi “İJ27175” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobili piyada vurması barədə məlumat daxil olmuşdur. Dərhal idarə etdiyi xidməti avtomobillə Lənkəran rayonu, Boladi kəndində hadisə baş verən yerə getmişdir.Hadisə yerinə gedəndə artıq piyadanı ağır vəziyyətdə Lənkəran RMX-ya aparıldığını bilmişdir. Lənkəran RMX-da olan zaman piydanın Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs, sürücünün isə Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sürücü Təqsirləndirilən şəxsla ilə şifahi söhbət zamanı ona, 23 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi həmin avtomobillə Lənkəran rayonu, Boladi kəndi ərazisindən keçən asfalt yolla hərəkətdə olmuşdur. Avtomobildə ondan başqa heç kim olmamışdır. Onun hərəkəti istiqamətində yolla iki nəfər piyadanın hərəkət etdiyini bu zaman həmin yolla əks istiqamətdən markasını və qeydiyyat nişanını bilmədiyi bir avtomobil gəldiyinə görə həmin piyadalardan birini vurmuşdur. Avtomobili dərhal saxlayıb həmin yerə gəldikdə vurduğu piyadanın həmkəndlisi Zərərçəkmiş şəxs olmasını, onun yanıda gedən piyadanın isə Şahid2 olmasını bilmişdir. X15 birgə ona ilkin tibbi yadım göstərmişdir.S onra hadisə yerinə Zərərçəkmiş şəxs oğlanları Sadiq və Şahid1 qardaşları ilə hadisə gəlmiş və onu avtomobilinə mindirib Lənkəran RMX-ya apardıqlarını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi İJ27175” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı minik avtomobili avtomobili şöbənin duracağına təmin edilmiş, sürücü özü sərxoşluq vəziyyətinin yoxlanılmasından ötrü narkoloji dispanserə aparılmış və daha sonra müstəntiqə təqdim edildiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: 23 yanvar 2023-cü il tarixli, 000230 nömrəli sərxoşlq vəziyyətinin müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. 24 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Boldi kəndi ərazisində yerləşən asfalt yolunda baş vermişdir, «İJ27175»» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs, həmin yolla piyada hərəkətdə olan mərhum Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vururub xəsarət yetirdiyi yeri göstərmişdir. DİN-in BDYPİ-nin Lənkəran Rayonlarası Qeydiyyat İmtahan və X12 alınmış 23 aprel 2023-cü il tarixli, 3-13-16-55/2-3757/2023 saylı məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdə «BC» kateqoriyalı AF-102662 saylı sürücülük vəsiqəsinin verildiyini, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar arasında olmadığı göstərilmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 03 aprel 2023-cü il tarixli, 8/736 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən İJ 27175 markalı, 42CC089 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cı il tarixli 15 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, alın sümüyünün açıq, qəlpəli yerdəyişmiş sınığı, sağ təpə sümüyünün, sağ gicgah sümüyünün almacıq çıxıntısının, əsas sümüyün qanadabənzər çıxıntılarının, hər iki əng sümüyünün, burun sümüklərinin çoxsaylı sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerdəyişmiş sınığı, sağ yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qaş nahiyəsinin, sağ alt göz qapağının, burun nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ budun, sol baldırın sıyrıqları, hər iki üst göz qapağının, sağ bazu oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi kəllə tağı, kəllə əsası və üz skleti sümüklərinin sınıqları, baş yenin əzilməsi, toxumasına və qişalarına qansızma ilə əlaqədar inkişaf edən baş beynin ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2023-cü il tarixdə saat 05:20-də Ak. M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Azərbaycan Respublikası DİN BƏSİİ-nin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq orqanına və məhkəməyə təqdim edilmiş ərizəsindən (sonuncu notarial qaydada təsdiq edilmişdir) görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirdiyinə, o və ailəsi ilə barışmaq üçün səy göstərdiyinə və onlara dəymiş ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs bağışladığını, şikayət və tələbi olmadığını bildirmişdir. Lənkəran şəhər İHB-nın Boladi kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Lənkəran rayonu, Boladi kəndində arvadı X10, övladları – xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İJ 27175 markalı, 42CC089 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ibtidai istintaq yekunlaşandan sonra saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa nail olması və dəymiş ziyanı tam həcmdə ödəməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, təqsirini etiraf etməsi, tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsi, ailəsinin qazanc gətirən şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin xarakterini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitələrini idarə etmə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin göstərilən yüngülləşdirici halları, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X13 ilə barışıq əldə etməsi və dəymiş ziyanı tam həcmdə ödəməsini, himayəsində azyaşlı uşaqlarının olamasını, gənc olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını diqqətə alıb məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkmədən də islah olunması mümkündür və bu görə də təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələri qoya bilər. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Maddi sübut - İJ 27175 markalı, 42CC089 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 2(iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 3(üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin və təyin edilmiş 3(üç) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 1(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası, Təqsirləndirilən şəxs davranışları üzərlərində nəzarətin həyata keçirilməsi onların yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut - İJ 27175 markalı, 42CC089 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRF********************, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar