Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-268/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində anadan olmuş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan və orada yaşayan, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutularaq həbs edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2023cü il tarixdə Lənkəran rayonu Balıqçılar qəsəbəsində, həmin qəsəbə sakini X1 məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, beş ədəd kağız bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram - ümumi təmiz çəkisi 0,971 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:30-da Lənkəran Şəhər-Rayon X9 polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Lənkəran rayonu Nərimanabad qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən sayda bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən fərdi yaşayış evində anası, arvadı və 10 yaşlı övladı ilə birlikdə yaşayır. Fəhləliklə məşğul olmaqla ailəsinin maddi ehtiyaclarını ödəyir. Təxminən, üç ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni yaşadığı yerin ətrafında ayrı-ayrı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə yaşadığı qəsəbə ilə qonşuluqda yerləşən Balıqçılar qəsəbəsinə getmiş, orada əvvəllər narkotik vasitə aldığı şəxsləri axtarsa da, tapa bilməmişdir. Həmin qəsəbədə gəzən zaman əvvəlcədən barəsində narkotik vasitə satan şəxs kimi eşitdiyi, tanışlığı olmasa da, üzdən tanıdığı Elçin adlı şəxsi görüb ona yaxınlaşmışdır. Elçinə narkotik vasitə istifadə etdiyini, onun narkotik vasitə satdığından xəbərdar olduğunu deyib istifadəsi üçün beş büküm narkotik vasitə istəmişdir. Elçin də cibindən bir neçə büküm narkotik vasitə çıxarmış, ona beş ədəd büküm verib əvəzində 25 manat pul almışdır. O da həmin bükümləri cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin gün saat 17 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində üç şəxs ona yaxınlaşmış, Liman polis bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitəi saxlaması barədə məlumatlı olduqlarını deyərək şübhəli şəxs qismində saxlayıb Liman polis bölməsinin inzibati binasına aparmışlar. Orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. O, əynində olan şalvarın sağ yan cibində saxladığı beş ədəd bükümdəki narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, narkotik vasitəni qonşu kənd sakini Elçin adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ilk dəfədir ki, cinayət törədir. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran Şəhər-Rayon X9 polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların dəqiqliyi bir neçə mənbədən yoxlanılandan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmək üçün bölmə rəhbərliyinə müraciət edilmiş və bu məqsədilə əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri, bölmənin polis nəfərləri Şahid2 və Şahid3 isə qrup üzvləri təyin olunmuşlar. Onlar xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı qəsəbəyə gedib müşahidlər aparmağa başlamışlar. Müəyyən müddət sonra Təqsirləndirilən şəxs yaşadığı ərazidə küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin vacib olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə polis bölməsinin inzibati binasına getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuluraq özünün seçdiyi vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunmuş və o da əynində olan şalvarın sağ yan cibindən 5 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir və onun özünə məxsusdur. O, narkotik vasitəni Lənkəran rayonu Balıqçılar qəsəbəsində Elçin adlı şəxsdən 25 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd kağız büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyulub bağlanmışdır. Zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış, bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və vəkili də həmin protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran Lənkəran Şəhər-Rayon X9 polis bölməsinin əməkdaşları Şahid2 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Balıqçılar qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. O, 2023-cü ilin yanvar ayından heroindən istifadə etmiş, tutulduqdan sonra daha istifadə etməmişdir. Arvadı xərçəng xəstəliyinə tutulduğu üçün onunla birgə Bakı şəhərində yerləşən onkoloji xəstəxanaya getmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin xəstəxanada olmuşdur. Orada olarkən bir şəxslə tanış olmuş və həmin şəxsdən 75 manat müqabilində bir büküm narkotik vasitə heroin almışdır. Narkotik vasitəni almaqda məqsədi Lənkəran rayonuna qayıtdıqdan sonra həmin bükümdə olan narkotik vasitəni daha xırda bükümlərə bölüb satmaq, bu yolla gəlir əldə edərək arvadını müalicə etdirmək olmuşdur. Narkotik vasitəni daha xırda hissələrə bölən zaman onun çəkisini dəqiq bilmək üçün Bakı şəhərindən bir ədəd elektron tərəzi almış, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonuna qayıtmışdır. Tanıdığı bir neçə şəxsə narkotik vasitə satdığını və lazım olan zaman sata biləcəyini demişdir. Aldığı narkotik vasitəni elektron tərəzidən istifadə etməklə daha xırda bükümlərə bölməyə başlamış, həmin kütlələri də siqaret qutusunun içərisində olan gümüşü rəngli kağıza bükmüşdür. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balıqçılar qəsəbəsində piyada gəzərkən əvvəllər tanımadığı bir şəxs ona yaxınlaşmış, adının Elnur olduğunu, Nərimanabad qəsəbəsində yaşadığını, narkotik vasitə aludəçisi olduğunu və onun narkotik vasitə satdığından xəbərdar olduğunu demişdir. Elnur ona narkotik vasitə satmasını ondan xahiş etmişdir. Həmin vaxt onun cibində xırda bükümlərə bölünmüş halda narkotik vasitə heroin olmuş, tərəzi də üzərində olmuşdur. Elnura 25 manat müqabilində 5 büküm narkotik vasitə heroin vermişdir. Həmin gün axşam saat 19 radələrində qəsəbə ərazisində piyada hərəkətdə olan zaman qəfildən üç şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona bildirmişdir ki, onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumatlar vardır, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla polis bölməsinə getməlidir. Bölməyə gələndən sonra onu otaqlardan birinə aparmışlar və polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu demişdir. Müdafiə hüququnun olduğu bildirilərək ona vəkillərin siyahısı təqdim edilmiş və müdafiəçi seçməsi təklif edilmişdir. O, Bəhrəm Muxtarov adlı vəkili seçmiş, həmin vəkil polis bölməsinə dəvət edilmişdir. Bundan sonra küçədə ona yaxınlaşan polis əməkdaşlarının, həmçinin, vəkilin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Polis əməkdaşı ona üzərində qanunsuz predmet olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da şalvarının sağ yan cibindən 8 ədəd heroin bükümünü, sol yan cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. 8 ədəd büküm elektron tərəzidə çəkildikdə cəmi çəkisi 1,79 qram olmuşdur. Ona verilən suallara cavab olaraq həmin bükümlərdə narkotik vasitə heroin olmaqla, ona məxsus olduğunu, həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən həm öz istifadəsi üçün, həm də satmaq üçün aldığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balıqçılar qəsəbəsində Elnur adlı şəxsə narkotik vasitə satdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 18:00-dan başlayaraq Lənkəran şəhər rayon X9 Polis Bölməsinin inzibati binasında Liman polis bölməsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən beş ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin olduğunu, onun özünə aid olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Beş büküm narkotik vasitələrə Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 1,16 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X2 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/230 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd büküm.....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram ümumi təmiz çəkisi 0,971 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat obyektlərinin 0,2 qramdan ibarət (hər obyektdən 0,04 qram) hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,771 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X2 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/241 nömrəli rəyinin surətində qeyd edilmişdir ki, tədqiqata tədqiq edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs məxsus 5 büküm heroinlər Rəy № 19/230.....” və “X5 məxsus 8 büküm heroinlər və elektron tərəzi Rəy № 19/231.....” sözləri və imzalar olan 2 ədəd zərfdəki, ümumi sayı 13 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqat obyektlərinin hər birinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,721 qram və 1,072 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər rayon X7 Bölməsinin müstəntiqi X4 əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə xx.xx.2023-cü il tarixli, sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatları zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0.721 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir. Şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 2 ədəd disk də maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 240 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 510 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər rayon X9 Polis Bölməsinə gətirilmiş və həmin gün saat 17:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər-Rayon X7 Bölməsinin müstəntiqi X4 qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayındığına görə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, o tutulub məhkəmə iclasına gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdir. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20-də Bakı şəhəri Sabunçu rayonu ərazisində tutularaq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12-5/224 nömrəli arayışdan, xx.xx.2013-cü il tarixli AZ-İİİ 202083 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyin ərazisində ailə üzvləri ilə birgə qeydiyyatdadır, onun himayəsində xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur, lakin onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, narkotik vasitəni kimdən aldığını etiraf etməklə cinayətin digər iştirakçılarının ifşa edilməsinə kömək etməsini həmin məcəllənin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən onun könüllü olaraq narkotik vasitəni təqdim etdiyini, həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək “həbs” qətimkan tədbirində saxlanıldığı 1 ay 17 gün, cəmi 1 ay 19 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görüldüyündən o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/230 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 0,971 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Lənkəran Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,721 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək “həbs” qətimkan tədbirində saxlanıldığı 1 ay 17 gün, cəmi 1 ay 19 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 3 ay 8 gün müddət ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 2 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs bаrəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0.721 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-268/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-268/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver