Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-269/2023 03.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 02 il 05 ay çəkilməmiş cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 03 avqust 2023-cü il tarix, saat 10:55-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 21 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri Z.Əliyeva küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,619 qram, 0,515 qram və 0,333 qram, ümumi təmiz çəkisi 1,467 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 22 fevral 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı saat 11:20-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında üzdən tanıdığı, adını Rasim kimi bildiyi şəxsdən öz istifadəsi üçün 15 manata üç bükümdə heroin almışdır. Ertəsi gün, saat 11 radələrində yaşadığı evin yaxınlığında Z.Əliyeva küçəsi ilə piyada gedərkən polis işçiləri ona yaxınlaşaraq onu Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynində olan şalvarının cibində olan üç büküm heroini çıxarıb təqdim etmiş və bükümlərin içərisində heroin olduğunu, onu bir gün qabaq, axşam saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Tik-tok” adlı mağazanın yaxınlığında adını Rasim kimi bildiyi şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən heroin elektron tərəzidə çəkilmiş, sonra bir zərfə qoyulmuş, həmin zərf möhürlənmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması” barədə protokol, həmin istintaq hərəkətinin aparılmasının qeydə alındığı bir ədəd CD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutlarla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 təqsirləndirlən şəxsin narkotik vasitələrin əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Buna görə də qrupun rəhbəri kimi Şahid1, qrupun üzvləri, o və polis əməkdaşı Şahid3 ilə bərabər xx.xx.2023-cü il tarixdə 11 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində təqsirləndirlən şəxsi saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarın cibindən 03 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Götürülmüş 03 ədəd heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və bundan sonra götürülən bükümlər zərfə qoyulub möhürlənərək qablaşdırıldıqdan sonra üstündə qeydlər aparılmışdır. Şifahi sorğu zamanı üzərində aşkar edilmiş 03 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və istifadəsi üçün saxlanılan gündən bir gün qabaq, axşam saatlarında Lənkəran şəhəri mikrorayon ərazisində “Tik-tok” adlı mağazanın yaxınlığında üzdən tanıdığı, adını “Rasim” kimi bildiyi şəxsdən 15 manat verməklə alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini əldə etdiyi şəxsi ifşa etməmək üçün həmin şəxsi tanımadığını bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis əməkdaşı Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 lazımi qaydada məlumat verilsə də, o, işi ilə bağlı ezamiyyətdə olduğundan, üzrlü səbəbə görə məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş şahid, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması və daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 22 fevral 2023-cü il tarixdə, saat 11:20-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq üzərində şəxsi axtarış aparılmasından ötrü Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı Baxşəli Rufullayev tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Baxşəli Rufullayev tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüdə olan sellofanı açdıqda içərisində 3 bükümdə narkotik vasitə heroinə oxşar kütlələrin olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin 1,61 qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir. Özünə məxsusdur, özü qəbul etmək üçün saxlanılan gündən bir gün qabaq, axşam saatlarında Lənkəran şəhəri mikrorayon ərazisində “Tik-tok” adlı mağazanın yaxınlığında üzdən tanıdığı, adını “Rasim” kimi bildiyi şəxsdən ümumilikdə 15 manat verməklə alıb üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinləri öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini əldə etdiyi şəxsi ifşa etməmək üçün həmin şəxsi tanımadığını bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. İşdə olan 22 fevral 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 03 bükümdə, 1,61 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş üç bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümü saxlanılan gündən bir gün qabaq axşam saatlarında, Lənkəran şəhər mikrorayon ərazisində, “Tik-tok” mağazasının yaxınlığında adını “Rasim” kimi bildiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın 22 fevral 2023-cü il tarixli, 19/222 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,619qr: -0,515qr: -0,333 qram ümumi təmiz çəkisi: -1,467 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 1,317 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli, 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığından görünür ki, 22 fevral 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra üzərindən üç bükümdə heronin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, qalıq çəkisi 1,317 qram olan narkotik vasitə olan heroinin saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdıər. İşdə olan xasiyyətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun xx.xx.2017-ci il təvəllüdlü Melisa adlı qızı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edib özündə saxlaması və daşıması kifayət qədər sübuta yetmişdir. Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən törətdiyi cinayəti etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materialları ilə müəyyən edilir ki, Rəhmanlı X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin hökm qanuni qüvvəsini almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 51 saylı cavabından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və cəzasının müddəti həmin tarixdən başlanmışdır. O, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qisdmində cəlb edildiyi üçün onun barəsində Lənkəran Rayon Məhkəməsinin 2(049)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən başlanmışdır. Təqsirləndirilən şəxs 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 06 ay 24 gününü çəkmiş, cəzasının çəkilməmiş 02 il 05 ayı qalmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman CM-nin 68.1.1-1-ci -ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-nin 68.1.1-1-ci -ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,317 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan CD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökm üzrə təyin edilmiş və çəkilməmiş 02 il 05 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 01 il 02 ay 15 gün azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,317 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №1(049)-269/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-269/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver