Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-269/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Saat 11:15 xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Kirov (indiki İstisu) qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Mənzil Təsərrüfatı İdarəsində baş mühəndis vəzifəsində işləyən, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/9, mənzil 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 24 iyun 2024-cü il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında yerləşən işlədiyi Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin qarşısında olarkən əvvəllər işlə bağlı irad bildirdiyinə görə münasibətləri pozulmuş iş yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşaraq, ondan iş yoldaşları arasında irad bildirməsinin səbəbini soruşarkən, yenidən Zərərçəkmiş şəxs işini vaxtında görməyən bacarıqsız işçi olduğunu bildirməsi səbəbindən həmin zəmində, yəni şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun qolundan tutub yerə yıxaraq sağ yumruğu ilə sol göz nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol göz qapaqları-gözaltı-almacıq nahiyəsindəki yumşaq toxumların əzilməsi-hematoması xəsarətini yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin may ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Mənzil Təsərrüfatı İdarəsinin baş mühəndisi vəzifəsində işləyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2020-ci ildən həmin idarədə iqtisadçı vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs əsas vəzifəsi mənzillərdən kommunal pullarının yığılmasından ibarət olmuşdur. Zərərçəkmiş şəxs həmişə asudə və iş vaxtlarında spirtli içki qəbul etmişdir. Bu səbəbdən həmişə Zərərçəkmiş şəxs irad tutaraq spirtli içki qəbul etməməsini bildirmişdir. 2024-cü ildən iyun ayının əvvəllərindən başlayaraq Ruslanın öz işinə biganə yanaşmasına görə aralarında sözlü mübahisələr yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs saat 15 radələrində evə getmək istədiyini bildirdikdə ona işi saatının saat 18-dək olduğunu və həmin vaxtadək dislokasiya ünvanında olmasını bildirmişdir. Sonra 2024-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə Lənkəran şəhər Ərazi Vergilər İdarəsinin yaxınlığında çayxanada olduqları zaman Zərərçəkmiş şəxs ilə eyni məsələ ilə bağlı aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman Zərərçəkmiş şəxs ona “başından böyük qələt edirsən” dedikdə ona cavab olaraq “səni divara çırparam” deyə cavab vermişdir. Sonra Zərərçəkmiş şəxs oradan çıxıb getmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs ona zəng edib onunla söhbət etmək istədiyini bildirdikdə, Zərərçəkmiş şəxs ailəsi ilə bir yerdə olduğunu və görüşə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə təkid edərək növbəti gün görüşmək istədiyini təklif etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında yarana biləcək mübahisədən yayınmaq üçün sabahkı tarixin həftənin bazar günü olduğunu bildirib görüşməkdən imtina etmişdir. Bu hadisədən sonra Zərərçəkmiş şəxs iş yerində görsə də aralarında həmin məsələ ilə bağlı mübahisə olmamışdır. 24 iyun 2024-cü il tarixdə saat 18 radələrində işlədiyi idarədən çıxıb idarənin çöl qapısını bağlamağa hazırlaşarkən Zərərçəkmiş şəxs ona tərəf gəldiyini görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq söhbət etmək istədiyini bildirib, onun kənara çəkilməyini istəmişdir. Danışıq zamanı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmasını hiss etdiyinə görə ona evə getməsini və ayıq vəziyyətdə söhbət edəcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ondan əl çəkməyərək qolundan tutub kənara çəkilməyini istəmişdir. Zərərçəkmiş şəxs əli ilə itələyib kənara çəkilməyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs yerdən çürük taxta parçasını götürüb üzərinə gəlmiş və həmin taxta parçasını onun arxadan kürək nahiyəsinə vurduqda taxta parçası paralanaraq yerə düşmüşdür. Sonra Zərərçəkmiş şəxs üzərinə gəlib hücum etmək istədikdə, onun qolundan tutub güləş fəndi işlədərək yerə yıxmış, yerdə olarkən əsəbi halda sağ yumruğunu onun sol göz nahiyəsinə sıxmışdır, lakin ona bərk zərbə vurmamışdır. Həmin zaman sağ əlinin nişan barmağında gümüş üzük olmuşdur. Sağ əlini onun sol göz nahiyəsinə sərt şəkildə sıxdığı üçün Ruslan gözündən xəsarət almışdır. Bir idarədə işləyən Şahid2 bu mübahisəni görüb idarədən çölə çıxıb ayırmaq üçün ora gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs yerdən durub yenidən üzərinə hücum çəkməyə başlamışdır. Şahid2 və idarənin yaxınlığında yerləşən “Zövq” inşaat materiallarında işləyən satıcı Şahid1 adlı şəxs onları ayıraraq sakitləşdirməyə çalışmışdır. Baş vermiş münaqişə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən təqsirli bilməsini zərər çəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə əlaqələndirib zərər çəkmişin üz nahiyəsinə yumruq zərbəsi vurmadığını, yalnız yumruğunu onun sol göz nahiyəsinə sıxdığını, ümumən baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsinə cəhd etməsinə baxmayaraq sonuncunun onunla barışmadığını, özünün Vətən müharibəsi iştirakıçısı olmasını, bir sıra medallarla təltif edilməsini, qardaşı - Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant İqbal Əhmədovun 2015-ci ilin mart ayında cəbhənin Ağdam istiqamətində şəhid olmasını, himayəsində öz ailəsi ilə yanaşı, şəhid qardaşının ailəsi, xəstə və yaşlı anasının da olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ali təhsillidir. 2020-ci ilin iyul ayının 1-dən Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Mənzil Təsərrüfatı İdarəsində iqtisadçı vəzifəsində çalışmışdır. 25 iyun 2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdır. Təqsirləndirilən şəxs Mənzil Təsərrüfatı İdarəsinin baş mühəndisi vəzifəsində çalışır. İş yoldaşı olaraq onunla münasibəti əvvəllər yaxşı olsa da, 2024-cü ilin iyun ayının əvvəllərindən dəfələrlə aralarında mübahisələr, münaqişələr yaranmağa başlanmışdır. Təqsirləndirilən şəxs iş kollektivinin yanında dəfələrlə onun işdə görmədiyimi, idarə üçün lazımsız işçi olduğunu bildirib onu qıcıqlandırmış və özünə qarşı ikrah hissi yaratmışdır. Lakin hər dəfə İdark Əhmədovun bu sözlərinə əhəmiyyət verməyib, onunla mübahisə etməkdən çəkinmışdir. Sonuncu dəfə 15 iyun 2024-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən çayxanaların birində iş yoldaşları ilə birgə oturduğu zaman baş mühəndis Təqsirləndirilən şəxs ora gəmişdir. Bu zaman ondan və başqa işçilərdən nə iş gördüyünü, nə qədər kommunal ödənişləri yığdığını soruşduqda, o Təqsirləndirilən şəxs həmin gün həftənin şənbə günü, həmçinin qeyri-iş günü olan bayram günü olduğunu bildirib 34 manata yaxın məbləğdə kommunal pulu yığdığını bildirib evə getmək istədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona nə üçün az pul yığdığını, daha çox kommunal ödəniş yığmağı olduğunu bildirib, əks təqdirdə evə getməyə qoymayacağını bildirmişdir. Sonra ona işləmədiyini və digər işçiləri də işləməyə qoymadığını bildirdiyi zaman Təqsirləndirilən şəxs “başından böyük danışma” deyə cavab vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “səni divara çırparam” deyərək işçilərin yanında onunla kobud danışmışdır. Lakin aralarında dava-dalaş olmamışdır. Sonra Təqsirləndirilən şəxs və başqa işçilər çıxıb getmiş o isə çayxanada qalmışdır. Sonra növbəti günlər də işdə olduğu zaman Təqsirləndirilən şəxs ona atmaca sözlər atıb məni əsəbləşdirmişdir. 24 iyun 2024-cü il tarixdə saat 17 radələrində boş vaxtı olduğu üçün Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən “Düşbərə” adlı kafeyə getmiş, orada təxminən iki bakal (bir litr) pivə içmişdir. Təxminən 1 saat orada olduqdan sonra saat 18 radələrində həmin kafedən çıxıb Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə üzü “Refem” market istiqamətində piyada hərəkət etmişdir. İşlədiyi Mənzil Təsərrüfatı İdarəsinin qarşısından keçən zaman iş yoldaşı olmuş Təqsirləndirilən şəxs idarənin pilləkənində olduğunu görmüş, ona yaxınlaşıb nə üçün iş yoldaşlarının yanında nalayiq ifadələr işlətdiyini, iş yoldaşlarının yanında onu alçaltdığının səbəbini soruşduqda, Təqsirləndirilən şəxs ona “yol gediləsi adam olmadığını”, işlərini vaxtı-vaxtında görmədiyini, lazımsız və bacarıqsız işçi olduğu cavabını vermişdir. O, Təqsirləndirilən şəxs qoluna girərək çayxanaya gedib söhbət etməyini və məsələni aralarında sakitcə aydınlaşdırmağını təkid etdikdə sonuncu onu itələyib “səni üstümə qızışdırıdıblar ki, mənimlə mübahisə edəsən” deyə bildirmişdir. Bu sözdən sonra Təqsirləndirilən şəxs onu nə hesab etdiyini soruşduqda, bir-birilərinin yaxasından tutmuşlar. Təqsirləndirilən şəxs heç bir müqavimət gsötərmədiyi halda ona güləş fəndi işlədərək yerə yıxmış, sonra ardınca üzərində olduğu zaman sağ əli ilə sol göz altı nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin zaman küçədən keçən şəxslər onu aralamışlar. Sonra səsə idarənin baş mühasibi Şahid2 çıxıb aralarına girib sakitləşdirməyə çalışmışdır. Aralarındakı münaqişə təxminən 5-7 dəqiqə davam etmişdir. Bundan sonra çıxıb evinə getmişdir. Səhəri günü işə gəldikdə qabırğasının ağrıdığını və gözlatı nahiyəsinin göyərdiyini görmüşdür. Həmin gün Təqsirləndirilən şəxs ondan üzr istəyəcəyini, barışmağa çalışacağını fikirləşib ondan şikayət etməmişdir. Lakin Təqsirləndirilən şəxs onunla barışmadığını və əməlindən peşman olmadığını görüb ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Mənzil Təsərrüfatı İdarəsində azad edildiyi işinə bərpa olunmasına köməklik göstərəcəyi halda Təqsirləndirilən şəxs barışacağını, lakin işinə bərpa edilmədiyi üçün hazırki halda onunla barışmadığını bildirərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2013-cü ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Mənzil Təsərrüfatı İdarəsində baş mühasib işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşları olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs idarənin baş mühəndisi vəzifəsində çalışır, Zərərçəkmiş şəxs isə 25 iyun 2024-cü il tarixədək iqtisadçı vəzifələrində çalışmışdır. Onların hər ikisi ilə işçi və şəxsi münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında iş vaxtı xırda müahisələri görsə də, əvvəllər onlar arasında böyük mübahisələr və dava-dalaşın olmasını görəməmişdir. 24 iyun 2024-cü il tarixdə saat 18 radələrində Mənzil Təsərrüfatı İdarəsinin inzibatı binasında yerləşən xidməti otağında olduğu zaman idarənin Aygün və Aysel adlı işçiləri ona idarənin çöl hissəsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dalaşdığını bildirmişlər. O da dərhal onları ayırmaq üçün çölə çıxdıqda Zərərçəkmiş şəxs İlə Təqsirləndirilən şəxs dalaşdığını görmüşdür. Bu zaman o və tanımadığı bir neçə nəfər şəxs Ruslan və İdrakı bir-birindən ayırmışdır. Onları sakitləşdirmək üçün onların hər biri ilə ayrılıqda danışıb və sakitləşmələrini bildirmişdir. Zərərçəkmiş şəxs ilə söhbət edən zaman onun spitrli içki təsiri altında olmasını hiss etmişdir. Sonra onların hər ikisi münaqişədən çəkinmiş və oradan uzaqlaşmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2 ildən çoxdur ki, Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən “Zövq” inşaat materialları satılan dükanda satıcı işləyir. Hər gün səhər saat 08:00-dan 18:00-dək mağazada işləyir. İşlədiyi mağazanın qonşuluğunda Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin inzibati binası yerləşir. Orda çalışan işçiləri tanısa da, onlarla yaxın münasibəti olmamışdır. 24 iyun 2024-cü il tarixdə saat 18 radələrində işlədiyi dükanda olan zaman çöldən səs-küy gəldiyini eşitmiş və bu zaman çölə çıxıb baxdıqda Mənzil İstismar İdarəsinin qarşısında həmin idarədə çalışan Ruslan və İdrak adlı şəxslərin əlbəyaxa olduqlarını görmüşdür. Əvvəlcə onların zarafat etdiklərini düşün sə də, sonradan bir-biriləri ilə ciddi mübahisə etdiklərini görüb dalaşmamaları və tərəfləri sakitləşdirmək üçün onların yanına gedib onları ayırmış, sonra qayıdıb dükana gəlmişdir. Həmin zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini görməmiş, sadəcə işlədiyi dükanda olan səs-küy gəldiyi üçün onların mübahisə edtiyini görüb yanına gedib onları ayırmış, həmin zaman dükanda müştəri olduğuna görə tərəfləri ayrıdıqdan sonra dərhal dükana qayıtdığını bildirmişdir. İş materiallarında olan: 05 sentyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən Lənkəran ŞİH-nin tabeçiliyibdə olan Mənzil Təsərrüfatı İdarəsinin inzibati binasının qarşısında yerləşir. Məhkəmə-tibbi ekspertizasının 01 iyul 2024-cü il tarixli, 596 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol göz qapaqları-gözaltı-almacıq nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 7-8 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3769 nömrəli arayışından görünür ki, Əhmədov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respyblikası CM-nın 331.2, 331.3, 341.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək CMnın 331.2, 62, 66.3, 66.3 maddələrinə əsasən 03 il 07 ay azadlıqdan məhrumetmə və 100 manat cərimə cəzası təyin edilmişdir. Məhkumluğu yoxdur. Lənkəran ŞİH-nin Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əhmədov X1 şəhəri, Z.Əliyeva küçəsi 78/9, mənzil 1-də anası, arvadı və xx.xx.2005-ci il təvəllüdlü qızı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 159353 №-li vəsiqənin surətindən görünür ki, həmin vəsiqə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs verilmişdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 1040s nömrəli Sərəncamı ilə verilmiş İ-91355 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə verilmiş İ-5338 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan əməlin törədilməsi özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, işdə olan ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, eləcə də bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbəsi vurmaması və yalnız yumruğunu onun sol göz nahiyəsinə sıxması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş zərər çəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı İqbal Əhmədovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmasını və özünün Vətən müharibəsi veteranı olması, göstərdiyi şücAətə görə müvafiq sərəncamlarla “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 06(altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-269/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-269/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver