Məhkəmə qərarları › İş №1(049)-27/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-27/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-27/2023 06.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxslər və mülki iddiaçılar: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran şəhəri, M.Əsədov küçəsi, dalan 3, ev 41A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə keçirmə cinayətini törətmişdir. Belə ki o, 21 avqust 2020-ci ildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə “Top az” sossial şəbəkəsində tanış olduğu Fizuli rayonu Horadiz şəhərində yaşayan tanışı X9 özünü mebel ustası kimi təqdim edərək səkkiz ədəd qapı düzəltmək üçün 1600 manat pul müqabilində ona taxta materialdan qapı düzəldəcəyinə yalandan vəd verməklə Vüsal Əlizadənin etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 21 avqust 2020-ci il tarixdə 900 manat pulunu material pulu adı ilə tanışı Lənkəran rayon Sütəmurdov kənd sakini Şahid1 adına poçt vasitəsi ilə göndərtdirmiş, sonuncu 900 manat pulu Lənkəran poçt filialının müştəri xidmətlər şöbəsindən aldıqdan sonra həmin pulu Təqsirləndirilən şəxs verməklə 21 avqust 2020-ci il tarixdə X6 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü tikinti işləri ilə məşğul olan şəxs kimi qələmə verib birlikdə qazanc əldə etmə məqsədi ilə Fizuli rayonunda yataqxana tikəcəyi barədə yalan vəd vermiş və sonuncunun etibarını qazandıqdan sonra 2020-ci ilin dekabr ayının sonunda ünvan 1 ünvanında yerləşən ofisdə görüşmüş, orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 aldadıb sonuncun 13.000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən özünü “Sərməstoğlu İnşaat” tikinti şirkətinin rəhbəri kimi qələmə verib “İnstagram” sosial şəbəkəsində “sarmastoglu” profili altında səhifə açaraq tikinti işləri ilə məşğul olması barədə elan yerləşdirdiyindən həmin elanı görmüş vətəndaş Zərərçəkmiş şəxs4 səhifədə göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə 18 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə görüşmüş, orada Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs4 məxsus Qusar rayonu, Balaqusar kəndində yerləşən 10 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi inşa edəcəyini vəd edib, etibarından sui istifadə edərək, aldadıb sonuncun 5000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən özünü “Sərməstoğlu İnşaat” tikinti şirkətinin rəhbəri kimi qələmə verib “İnstagram” sosial şəbəkəsində “sarmastoglu” profili altında səhifə açaraq tikinti işləri ilə məşğul olması barədə elan yerləşdirdiyindən həmin elanı görmüş vətəndaş Zərərçəkmiş şəxs2 səhifədə göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə 24 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə görüşmüş, orada Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi inşa edəcəyini vəd edib, etibarından sui-istifadə edərək, aldadıb sonuncun 3000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən özünü “Sərməstoğlu İnşaat” tikinti şirkətinin rəhbəri kimi qələmə verib “İnstagram” sosial şəbəkəsində “sarmastoglu” profili altında səhifə açaraq tikinti işləri ilə məşğul olması barədə elan yerləşdirdiyindən həmin elanı görmüş vətəndaş Zərərçəkmiş şəxs5 səhifədə göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə 2021-ci ilin may ayında ünvan 1 ünvanında yerləşən ofisdə görüşmüş, orada Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs5 məxsus Qəbələ rayonu, Vəndam kəndində yerləşən 6 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi inşa edəcəyini vəd edib, etibarından sui-istifadə edərək, aldadıb sonuncun 9000 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin noyabr ayının əvvəllərində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə instoqram sossial şəbəkəsində tanış olduğu Fizuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu Naxçıvani küçəsi ev 92 mənzil 26da yaşayan tanışı Zərərçəkmiş şəxs6 özünü mebel ustası kimi təqdim edərək bir ədəd divan, bir ədst masa və bir ədəd güzgülü termo (kamot) düzəldəcəyinə yalandan vəd verməklə Zərərçəkmiş şəxs6 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək 04 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nizami rayonu Qaraqarayev metrosunun yaxınlığında 50 saylı natarial konturluğunun qarşısında Zərərçəkmiş şəxs6 1200 manat məbləğində pul vəsaitini və 10 noyabr 2021-ci il tarixdə Bakı şəhərindən Lənkəran şəhərinə Təqsirləndirilən şəxs 900 manat pul göndərməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 2100 manat pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edir, Zərərçəkmiş şəxs6, X11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 qarşı törətdiyi əmələ görə peşmandır, maddi imkanı olan kimi bütün pulları qaytaracaqdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsində göstərdi ki, 21 avqust 2020-ci il tarixdə Füzuli rayon sakini olan X12 ilə “Top az” sosial şəbəkəsində tanış olmuşdur. Vüsal Əlizadə ondan qapı istəmişdir. O da Vüsal Əlizadəyə qapı düzəldə biləcəyini bildirmişdir. Mebel işi ilə məşğul olduğunu və Lənkəran şəhərində mebel düzəltmə sexi olduğunu ona bildirmişdir. Vüsal Əlizadə ondan 8 ədəd taxta qapı düzəltməyinə nə qədər pul lazım olduğunu soruşmuş, o da Vüsal Əlizadəyə 1600 manat cəmi pul demişdir. Vüsal Əlizadədə onunla razılaşmış və ona sifariş etmişdir. O da bundan istifadə edərək Vüsal Əlizadədən ilk olaraq material pulu adı ilə 900 manat pul istəmişdir. Vüsalda onunla razılaşmışdır. Həmin vaxt onun yanında qazel şoferi olan tanışı Lənkəran rayon Sütəmurdov kənd sakini Şahid1 olmuşdur. O Şahid1 şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşmuşdur. Şahid1 şəxsiyyət vəsiqəsinin maşında olduğunu bildirmişdir. Şahid1 şəxsiyyət vəsiqəsi üzərində olmadığını, onun adına pul göndəriləcəyini xahiş etdikdə Şahid1 onunla razılaşmışdır. Şahid1 şəxsiyyət vəsiqəsinin şəklini çəkib Vüsal Əlizadəyə göndərmiş, Vüsal Əlizadədə həmin gün yəni 21 avqust 2020-ci il tarixdə Şahid1 adına 900 manat pul göndərmiş və Şahid1 həmin pulu Lənkəran şəhəri Mərkəzi poçtdan aldıqdan sonra ona vermişdir. Həmin vaxt Şahid1 onun Vüsal Əlizadəni aldatdığını bilmənişdir. Bununla bağlı o Şahid1 heç bir məbləğdə pul verməmiş və Şahid1 Vüsal Əlizadəni tanımır. Bundan sonra Zərərçəkmiş şəxs3 İqaryeviç ilə tanışı Zeynəb adlı qadın vasitəsi ilə 2020-ci ilin dekabr ayında Bakı şəhərində tanış olmuşdur. 2020-ci ilin dekabr ayının sonlarında Nikolay Maskovdan ünvan 1 ünvanında yerləşən ofisə dəvət edərək görüşmüş və 13.000 manat pulu ondan ofisdə almışdır. Onunla şərik iş görəcək vədi vermişdir. Həmin puluda öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o asan pul qazanmaq üçün özünü “Sərməstoğlu İnşaat” tikinti şirkətinin rəhbəri kimi qələmə verib “İnstagram” sosial şəbəkəsində “sarmastoglu” profili altında səhifə açaraq tikinti işləri ilə məşğul olmağı barədə elan yerləşdirmişdir. Bundan sonra ona bir neçə tanımadığı şəxslərdən zənglər gəlmişdir. İnstaqram sosial şəbəkəsi vasitəsi ilə telefon nömrələrinə zəng edərək özlərinə ev tikdirmək istədiklərini bildirmişlər. Həmin elanı görmüş şəxslərdən olan Zərərçəkmiş şəxs4 səhifədə göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq 18 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə görüşmüşdür. O Zərərçəkmiş şəxs4 məxsus Qusar rayonu, Balaqusar kəndində yerləşən 10 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi inşa edəcəyini vəd verib etibarından sui-istifadə edərək aldadıb ondan 5000 manat pul almışdır. Lakin vədinə əməl etməmişdir. Daha sonra isə elanı görmüş şəxslərdən Zərərçəkmiş şəxs2 səhifədə göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq ev tikdirmək istədiyini bildirmişdir. 24 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə onunla görüşmüşdür. O Zərərçəkmiş şəxs4 Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi inşa edəcəyini vədi vermişdir. Bu işin qarşılığında 3000 manat pul istəmişdir. Pulu aldıqdan sonra isə vədinə əməl etməyib onu aldatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs5 səhifədə göstərilən mobil telefon nömrəsi ilə 2021-ci ilin may ayında əlaqə saxlayaraq Qəbələ rayonu, Vəndam kəndində yerləşən 6 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi tikdirmək istədiyini bildirmişdir. O Zərərçəkmiş şəxs5 ünvan 1 ünvanında yerləşən ofisə dəvət edərək görüşmüşdür. Həmin yerdə Zərərçəkmiş şəxs5 kiçik ölçülü fərdi yaşayış evi inşa edəcəyini vəd edib, etibarından sui-istifadə edərək, aldadıb 9000 manat pulunu ələ keçirtmişdir. Bundan başqa eyni qaydada o imstaqram sosial şəbəkəsində mebel ustası kimi özünü təqdim edib, Zərərçəkmiş şəxs6 ilə tanış olmuşdur. Özünü mebl, divan, yataq dəsti, stol-stul düzələtməklə məşğul olduğunu ona bildirmişdir. Sosial şəbəkədə tanış olduğu bir çox şəxslər üçün qəbul etdiyi sifarişləri sahiblərinə təhvil vermişdir. Sexi yaşadığı Lənkəran şəhəri M.Əsədov küçəsi dalan 3 ev 41A-da evinin birinci mərtəbəsində yerləşir. İnstaqram sosial şəbəkəsində divan şəkilləri qoymuşdur. İstifadə etdiyi ***-***-**-** saylı cin mobil nömrəsində instaqram sosial şəbəkəsinə əlaqə üçün saxlamışdır. Zərərçəkmiş şəxs6 2021-ci ilin noyabr ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı sim mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı cin mobil nömrəyə zəng etmiş, instaqram səhifədən nömrəsini götürdüyünü, divan, stol-stul və kamot (termo) istədiyini bildirmişdir. Ondan kataloq istəmişdir. O da internetdən yüklədiyi, onda olmayan Zərərçəkmiş şəxs6 istədiyi əşyaların şəklini Zərərçəkmiş şəxs6 göndərmişdir. Zərərçəkmiş şəxs6 şəkillərə baxdıqdan sonra göy rəngli bir divan, sotol-stul dəsti və kamot (güzgülü termo) bəyənmişdir. Təkrar onunla telefon əlaqəsi yaratmışdır. 04 noyabr 2021-ci il tarixdə Lənkəran şəhərindən səhər saat 08 radələrində taksi ilə Bakı şəhərinə Zərərçəkmiş şəxs6lə görüşməyə getmişdir. Həmin gün saat 12 radələrində Bakı şəhərinə çatmışdır. Sonra restoranda günorta yeməyini yemiş, sonra Zərərçəkmiş şəxs6 zəng etmişdir. Zərərçəkmiş şəxs6 telefonda ona yerini deməsini bildirmişdir. Qaraqarayev metrosunun yaxınlığında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 ona mebel aldığı evdə Qaraqarayevdə yerləşdiyini bildirib həmin gün onlar saat 14 radələrində Qaraqarayevdə “bazarstore” mağazasının qarşısında görüşmüşlər. Sonra Zərərçəkmiş şəxs6 Qaraqarayevdə yerləşən təmirsiz evinə getmişlər. Həmin vaxt orada tanımadığı ustalar evə aboy vururmuşlar. Ustalar söhbəti bildikdən sonra Zərərçəkmiş şəxs6 əşyaları gətirib təhvil verdikdən sonra pulunu verməsini demişlər. O da həmin vaxt ustalara əşyaları düzəltməyə material lazım olduğunu bildirmişdir. Material almağada pul lazımdır. Sonra Zərərçəkmiş şəxs6 ona n0tariusa gedib müqavilə bağladıqdan sonra pulu verəcəyini bildirdikdə Zərərçəkmiş şəxs6lə razılaşmışdır. Sonra onlar evdən çıxıb notariusa getmişlər. Notariusda onlara 1200 manat pula görə 120 manat pul istəmişlər. Zərərçəkmiş şəxs6 həmin pulu natarusa vermək istəməmiş və ona inandığını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs6 ona Qaraqarayev metrosunun yaxınlığında natarusun qarşısında 1200 manat pul vermişdir. 1200 manat pulun müqabilində o Zərərçəkmiş şəxs6 divan və stol-sutul düzəldib verməli olmuşdur. 04 noyabr 2021-ci il tarixdə Bakı şəhərindən Lənkəran şəhərinə gəlmişdir. 1200 manat pulu özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs6lə telefonda danışanda ona sifariş etdiyi divan və sotul-stul dəstinin yavaş-yavaş hazır etdiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs6 ona demişdir ki, qaynı üçün stol-stul və özü üçün güzgülü termo istədiyini bildirmiş və telefonda onların hər ikisinə cəmi 900 manata razılaşmışlar. 10 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 Bakı şəhərindən onun adına 900 manat pulu göndərmişdir. O da Lənkəran şəhərində Mərkəzi poçtdan həmin 900 manat pulu götürmüşdür. Həmin puluda öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Zərərçəkmiş şəxs6 telefon zənglərinə cavab verməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki cavabdeh qismində dindirilmiş Zərərçəkmiş şəxs4 оğlu ifаdəsində göstərdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində X13 vəzifəsində işləyir. İş üzrə bildirmiş ki, Qusar rayonu, Balaqusar kəndində bağ evi tikmək üçün 10 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin üzərində heç bir tikili olmadığı üçün orada ailəsi üçün fərdi yaşayış evi inşa etdirmək qərarına gəlmiş və bunun üçün münasib şirkət axtarmışdır. “İnstagram” sosial şəbəkəsində elanlara baxan zaman orada “sarmastoglu” hesabından tikinti ilə bağlı paylaşımlar edən səhifə qarşına çıxmışdır. Həmin hesab ilə yazışaraq əlavə məlumat almaq istədiyini bildirən zaman ona 077 310 53 10 sim nömrə ilə əlaqə saxlamağı göstərilmiş və həmin nömrə ilə əlaqə saxlayaraq özünü ona “Sarmastoglu” şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə danışmış və özünə məxsus Qusar rayonu, Balaqusar kəndində yerləşən 10 sot torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəyini bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs onu işlədiyi ünvan 1 ünvanında yerləşən ofisə dəvət etmişdir. O ofisə gedərək məlum məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə danışıq aparmışdır. Aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs ona məxsus Qusar rayonu, Balaqusar kəndində yerləşən 10 sot torpaq sahəsində 3 ay ərzində 65 kv/m ölçülü fərdi yaşayış evi inşa etdirməli və bunun əvəzində o Təqsirləndirilən şəxs 19000 manat pul ödəməli olmuşdur. Razılığa əsasən ödəməli olduğu pulun 5000 manatının tikinti başlamazdan öncə, 5000 manatının tikinti aparılan zaman, digər 9000 manat pulu isə kredit şərtləri ilə Təqsirləndirilən şəxs ödəyəcəyi barədə razılaşmışdır. Tikinti apardığı şərtlər və qiymət real bazar qiymətindən çox aşağı olduğu üçün bu təklif onu şirnikləndirmiş və o Təqsirləndirilən şəxslə razılaşmışdır. 17 aprel 2021-ci il tarixdə o Təqsirləndirilən şəxs ilə birlikdə ona məxsus avtomobil ilə Qusar rayonu, Balaqusar kəndinə getmiş və orada Cavidan ona məxsus boş torpaq sahəsinə baxış keçirərək, tikinti apara biləcəyini qeyd etmişdir. 18 aprel 2021-ci il tarixdə o Təqsirləndirilən şəxs işlətdiyi ünvan 1 ünvanında yerləşən ofisə atası Rafiq Salahovla birlikdə gəlmişdir. Orada yenidən tikinti barədə Cavidan ilə söhbət etmişlər və Cavidan pulu həmin gün ödəməklərini xahiş etmişdir. İlkin olaraq o Cavidandan tələb etmiş ki, notarial qaydada müqavilə bağlayaq, lakin Cavidan qəti şəkildə imtina edərək, qeyd etmiş ki, onun özünün möhürü var və müqavilə çap edərək, təsdiq edə bilir. Təqsirləndirilən şəxs inandığı üçün onunla razılaşmış və ofisdə atası Rafiq Salahovun iştirakı ilə Təqsirləndirilən şəxs 5000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs özünün çap etdiyi müqavilini imzalayaraq həmin pulu almasına dair qeydlər aparmış və hər ikisi müqaviləni imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs öz möhürü ilə həmin müqaviləni təsdiq etmişdir. Müqavilənin bir nüsxəsi ona, digər nüsxəsi isə Təqsirləndirilən şəxs qalmışdır. Pul ödədikdən dərhal sonra tikinti başlayacağını bildirsə də, Təqsirləndirilən şəxs heç bir iş görməmiş və buna görə də pul ödədikdən bir-neçə gün sonra o Cavidan ilə əlaqə saxlamış və işə nə vaxt başlayacağını sual etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan əlavə 5000 manat ödəməyini istəmiş, lakin o imtina edərək bildirmiş ki, növbəti 5000 manat pulu iş ortasında ona ödəyəcəkdir. Həmin vaxtdan sonra Cavidan müxtəlif bəhanələr gətirərək, pulunu geri qaytarmaqdan və tikinti aparmaqdan imtina etmişdir. Bunun səbəbini isə gah tikinti materiallarının bahalaşması, gah tikinti işi ilə artıq məşğul olmaması ilə əlaqələndirmişdir. Bu günə qədər Təqsirləndirilən şəxs ondan aldığı pulları geri qaytarmaqdan imtina edərək onunla əlaqəyə saxlamamışdır. Məlum hadisədən sonra Təqsirləndirilən şəxs ilə marağlanan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan başqa da digər şəxsləri tikinti adı ilə aldadaraq müəyyən məbləğdə pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki cavabdeh qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifаdəsində göstərdi ki, Qəbələ rayonu, Vəndam kəndində ona məxsus 6 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində heç bir tikili olmadığı üçün orada ailəsi üçün fərdi yaşayış evi inşa etdirmək qərarına gəlmiş və bunun üçün münasib şirkət axtarmışdır. “İnstagram” sosial şəbəkəsində elanlara baxan zaman orada “sarmastoglu” hesabından tikinti ilə bağlı paylaşımlar edən səhifə qarşısına çıxmışdır. Həmin hesabdan edilən paylaşımın altında qeyd edilən 070 888 00 99 saylı gsm nömrə ilə 01 may 2021-ci il tarixdə əlaqə saxlayaraq özünü ona “Sarmastoglu” şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə danışmış və Qəbələ rayonu, Vəndam kəndində yerləşən 6 sot torpaq sahənin üzərində fərdi yaşayış evi inşa etdirmək istəyini bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs onu ilkin olaraq işlədiyi ofisə dəvət etsə də, o Cavidana bildirmiş ki, torpaq sahəsi Qəbələ rayonunda olduğundan onun və ya əməkdaşlarının Qəbələ rayonuna gələrək, həmin əraziyə baxıb qiymət barədə danışıqlar aparmaqları daha məqsədəmüvafiq olardı. Təqsirləndirilən şəxs ona etiraz etmədən bildirmiş ki, növbəti gün Qəbələ rayonuna gələrək, həmin sahəyə baxış keçirəcək. 02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Qəbələ rayonuna gəlmiş və o Təqsirləndirilən şəxs qarşılayaraq tikinti aparılmalı olan boş sahəyə aparmışdır. Təqsirləndirilən şəxs Qəbələ rayonuna tək gəlmiş və bu hal onda həmin vaxt bir qədər şübhə yaratmış, lakin mahiyyətinə varmamışdır. Ona bu barədə sual edən zaman o, bildirmişdir ki, tikintiyə özü rəhbərlik etdiyindən bütün sahələrdən anlayışı var və özü sahəyə baxan zaman hansı işlərin görülməsinə ehtiyyac olduğunun qeydiyyatını aparacaq. Sahəyə baxdıqdan sonra Təqsirləndirilən şəxs ilə qiymət barədə danışıqlar aparmışdır. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs ona məxsus Qəbələ rayonu, Vəndam kəndində yerləşən 6 sot torpaq sahəsində 72 kv/m təmirli 1 mərtəbəli ev inşa etməli olmuşdur. Bütün bu işlərin görülməsi üçün Təqsirləndirilən şəxs ondan 18.000 (on səkkiz min) manat pul istəmiş, lakin aralarında olan razılaşmaya əsasən həmin pulun 7000 (yeddi min) manatını o avans kimi ödəməli, 25 faizini iş gedişatı zamanı, 35 faizini isə iş yekununda ödəyəcəkmiş. Şərtlər barədə Təqsirləndirilən şəxs ilə 01 may 2021-ci il tarixdə mobil telefonla danışan zaman razılığa gəlmiş və Təqsirləndirilən şəxs Qəbələ rayonuna gələn zaman artıq əlində yazılı şəkildə olan müqavilə ilə gəlmişdir. Həmin vaxt o Təqsirləndirilən şəxs notarial qaydada müqavilə bağlamağı təklif etsə də, Cavidan imtina edərək, qeyd etmişdir ki, onun öz şirkəti var və müqavilə yazaraq özündə olan möhür ilə həmin müqaviləni təsdiq edə bilir. Cavidana inandığı və hüquqi məsələlərdən anlayışının olmadığı üçün onunla razılaşmış və onun əvvəlcədən hazırladaraq Qəbələ rayonuna gətirdiyi müqaviləni 02 may 2021-ci il tarixdə imzalayıb, 7000 (yeddi min) manat nağd pulu Təqsirləndirilən şəxs Qəbələ rayonu, Vəndam kəndində vermiş, Cavidan pulu alan zaman qeyd etmiş ki, bu gündən etibarən artıq tikinti materiallarının alınması və tikinti işləri başlayacaq və həmin torpaq sahəsinə ustalar cəlb ediləcəkdir. İmzaladığı müqavilənin bir nüsxəsini də Təqsirləndirilən şəxs ona təqdim etmişdir. Pulu verdikdən bir-neçə gün sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlamış və bildirmiş ki, tikiləcək evin lahiyəsinin çəkilməsi üçün Qəbələ rayonuna gəlir. 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adını bilmədiyi və tanımadığı şəxslə Qəbələ rayonuna gəlmiş və ona məxsus torpaq sahəsinə getmişlər. Orada bir-neçə dəqiqə Təqsirləndirilən şəxs ilə gələn şəxs noutbuk vasitəsi ilə dediklərinə görə lahiyə ilə bağlı nəsə qeydiyyat aparmışdır. Həmin şəxslə o heç bir əlaqədə olmamışdır və həmin şəxs qeydlərini apardıqdan sonra Təqsirləndirilən şəxs ona kənarda bildirmiş ki, həmin şəxsin lahiyə çəkməsinə görə əlavə 800 (səkkiz yüz) manat pul ödəməlidir. Buna görə də o həmin vaxt, yəni 08 may 2021-ci il tarixdə Qəbələ rayonu, Vəndam kəndində yerləşən ona məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs əlavə 800 (səkkiz yüz) manat pul vermiş və onlar getmişlər. Pulu verdikdən bir-neçə gün sonra o Bakı şəhərində olduğu zaman Təqsirləndirilən şəxs yenidən onunla telefon əlaqəsi yaradaraq bildirmişdir ki, Qəbələ uzaq rayon olduğundan tikinti üçün nəzərdə tutulmuş materialları bir-neçə dəfəyə olmaqla göndərmək maddi cəhətdən ona sərf etmir və buna görə də ondan xahiş etmiş ki, əlavə olaraq 1200 (min iki yüz) manat da ödəniş etsin ki, o, bütün tikinti materiallarını bir dəfəyə olmaqla rayona göndərsin. İşinin operativ alınması üçün Cavidan ilə razılaşmış və buna görə də əri X2 ilə birlikdə Cavidanın ona ofisi kimi söylədiyi ünvan 1 ünvanında yerləşən ofisə gəlmişdir. Orada o əri Raufun iştirakı ilə Cavidana əlavə 1200 (min iki yüz) manat pul ödəmiş və Cavidan bildirmişdir ki, 2-3 gün ərzində bütün tikinti materialları ona məxsus Qəbələ rayonu, Vəndam kəndində yerləşən torpaq sahəsində olacaqdır və tikinti işlər başlayacaqdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs pul ödədikdən sonra onunla əlaqə saxlamaq çətinləşmiş və Təqsirləndirilən şəxs hər dəfəsində müxtəlif bəhanələr gətirərək, işin yubanmasını gah tikinti materialları satan şəxsin məsuliyyətsizliyinin üzərinə, gah xəstə olmasının üzərinə, gah da işlə bağlı başqa rayonlarda olmasının üzərinə atmışdır. Bir müddət sonra ümumiyyətlə Təqsirləndirilən şəxs işlədiyi ofisə gedən zaman Cavidanın artıq ofisi icarə götürmədiyini və təhvil verdiyini görmüşdür. Hazırda ümumiyyətlə Məlum hadisədən sonra Təqsirləndirilən şəxs ilə marağlanan zaman ona Təqsirləndirilən şəxs ondan başqa da digər şəxsləri tikinti adı ilə aldadaraq müəyyən məbləğdə pullarını ələ keçirməsi məlum olmuşdur. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyə bilməyəcəyi səbəbindən işə onun iştirakı olmadan baxılmasını və ona dəymiş zərərin ödənilməsini tələb etdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs X7 ifadəsindən görünür ki, Lənkəran şəhər sakini olan Təqsirləndirilən şəxs barədə şikayət etmişdir. Şikayətinə səbəb o instaqram sosial şəbəkəsində mebel ustası kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Özünü mebel, divan, yataq dəsti, stol-stul, qapı düzələtməklə məşğul olduğunu bildirmişdir. Sexi yaşadığı Lənkəran şəhəri M.Əsədov küçəsi dalan 3 ev 41A-da evinin birinci mərtəbəsində yerləşdiyini demişdir. Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində qapı şəkilləri qoymuşdur. İstifadə etdiyi ***-***-**-** saylı nar mobil nömrəsinidə instaqram sosial şəbəkəsinə əlaqə üçün saxlamışdır. O 2020-ci ilin avqust ayının ortalarında istifadəsində olan ***-***-**-** saylı mobil sim nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nar mobil nömrəyə zəng etmiş, instaqram səhifəsindən nömrəsini götürdüyünü, qapı istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs kataloq istəmişdir. Təqsirləndirilən şəxs internet vasitəsi ilə ona istədiyi əşyaların şəklini göndərmişdir. Şəkillərə baxdıqdan sonra 8 ədəd qapı bəyənmişdir. Təkrar Cavidanla telefon əlaqəsi yaratmışdır. Təqsirləndirilən şəxs ona 8 ədəd qapının ümumilikdə 1600 manat pul təşkil etdiyini bildirmişdir. O da Cavidanla razılaşmışdır. Təqsirləndirilən şəxs ondan material pulu olaraq 900 manat pul istəmiş və o da Cavidana Fizuli rayonundan poçt vasitəsi ilə Lənkəran şəhərinə Şahid1 adına 900 manat pul göndərmişdir. Pulu götürdükdən sonra iki həftəyə qapıları gətirəcəyini bildirsə də, sonradan telefon zənglərinə cavab verməmişdir. O da bu səbəbdən müxtəlif orqanlara bu barədə şikayət ərizələri ünvanlamışdır. Təqsirləndirilən şəxs ona 900 manat maddi ziyan vurmuşdur. Tələbi ona dəymiş ziyanı qaytarılmasıdır. Əgər pulu qayıtmasa o Təqsirləndirilən şəxs həbs olunmasını istəmişdir. Məhkəməyə ərizə ünvanladığı üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, İnstaqram sosial şəbəkəsində mebel ustası kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Özünü mebel, divan, yataq dəsti, stol-stul düzələtməklə məşğul olduğunu ona bildirmişdir. Sexi yaşadığı Lənkəran şəhəri M.Əsədov küçəsi dalan 3 ev 41A-da evinin birinci mərtəbəsində yerləşdiyini bildirmişdir. Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində divan şəkilləri qoymuşdur. İstifadə etdiyi ***-***-**-** saylı cin mobil nömrəsinidə instaqram sosial şəbəkəsinə əlaqə üçün saxlamışdır. O 2021-ci ilin noyabr ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı sim bol nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı cin mobil nömrəyə zəng etmiş, instaqram səhifəsindən nömrəsini götürdüyünü, divan, stol-stul və kamot (termo) istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs kataloq istəmişdir. Təqsirləndirilən şəxs internet vasitəsi ilə ona istədiyi əşyaların şəklini göndərmişdir. Şəkillərə baxdıqdan sonra göy rəngli bir divan, sotol-stul dəsti və kamot (güzgülü termo) bəyənmişdir. Təkrar Cavidanla telefon əlaqəsi yaratmışdır. 04 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Cavidana zəng etmiş və Cavidan ona demiş ki, Qaraqarayev metrosunun yaxınlığındadır. O da Cavidana demiş ki, mebel aldığı ev Qaraqarayevdə yerləşir. Beləliklə də həmin gün saat 14 radələrində Qaraqarayevdə “bazarstore” mağazasının qarşısında görüşmüşlər. Sonra Qaraqarayevdə yerləşən evinə gəlmişlər. Həmin vaxt ustalar evə aboy vururmuşlar. Ustalar söhbəti bildikdən sonra ona əşyaları gətirib təhvil verdikdən sonra onun pulunu verməyini ona məsləhət etmişlər. Cavidan da ona əşyaları düzəltməyə material lazım olduğunu və material almağada pul lazım olduğunu bildirdikdə Cavidana notariusa gedib müqavilə bağladıqdan sonra ona pul verəcəyini bildirmişdir. Cavidanda onunla razılaşmışdır. Sonra onlar evdən çıxıb notariusa getmişlər. Notariusda 1200 manat pula görə onlardan 120 manat pul istəmişlər. O da həmin pulu notariusa vermək istəməmiş və Cavidana inandığını bildirmişdir. Sonra o Qaraqarayev metrosunun yaxınlığında 50 saylı notariusun qarşısında 1200 manat pulu Cavidana vermişdir. 1200 manat pulun müqabilində Təqsirləndirilən şəxs ona divan və stol-sutul düzəldib verməli olmuşdur. Cavidana 1200 manat pulu verəndə yanında başqa heç kim olmamışdır. Cavidandan ayrılmışdır. Sonra telefonda onunla danışanda sifariş etdiyi divan və sotul-stul dəstinin yavaş-yavaş hazır etdiyini ona bildirmişdir. Daha sonra o qaynı üçün stol-stul və özü üçün güzgülü termo istədiyini bildirmiş və onlar telefonda həmin əşyaların hər ikisinə cəmi 900 manat pula razılaşmışlar. 10 noyabr 2021-ci il tarixdə o Bakı şəhərindən Təqsirləndirilən şəxs adına 900 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra ona telefonda bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs bir müddət onunla telefon əlaqəsi saxlasa da, daha sonralar onun telefon zənglərinə cavab verməmişdir. O da başa düşmüş ki, Təqsirləndirilən şəxs onu aldadıb, onun etibarından istifadə edib, ümumilikdə 2100 manat pulunu mənimsəmişdir. O qaynı üçün verdiyi puluda özü ödəmişdir. Qaynına stol-stul dəstini hədiyyə etmək istəmişdir. Təqsirləndirilən şəxs ona 2100 manat maddi zayan vurmuşdur. Tələbi ona dəymiş ziyanın geri qaytarılmasıdır. Əgər pulu qayıtmasa o Təqsirləndirilən şəxs həbs olunmasını istəyir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs X4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2 ilə yaxındır ki, tanıyır. O, Təqsirləndirilən şəxs Zeynəb adlı qadın vasitəsilə tanımışdır. 2020-ci ildə o Təqsirləndirilən şəxslə görüşən zaman yataqxana tikintisi üçün tender qazandığını bildirmiş, Fizuli rayonunda sandviç paneldən ümumi sahəsi 307.8 m.kv olan yataqxana tikiləcəyini bildirmiş, bu işdə 14000 manat gəlir əldə edəcəyini və onunla şərik olmağını təklif etmişdir. Həmçinin ona bildirmiş ki, tikintinin ümumi dəyəri 62250 manatdır. O Təqsirləndirilən şəxslə razılaşaraq lazımi sənədləri toplamışdır. Bundan sonra tikintinin başlanması üçün ümumi məbləğin 30 faizi yəni, 18756 manat pul hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs tikintiyə başlamaq üçün ona pul lazım olduğunu, hesabdan pulu çıxarıb ona verməyini bildirmişdir. O hesabından 13000 manat pul çıxardıb Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra o Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq tikintinin hansı vəziyyətdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs narahat olmamağını, tikintini başladığını bildirmişdir. Lakin bir müddət sonra Cavidanın onu aldatdığını bilmişdir. O bu günə qədər Təqsirləndirilən şəxs həmin pulu geri ala bilməmişdir. Həmçinin, Cavidan tenderlə bağlı heç bir iş görməmişdir. Bu səbəbdən pulu hesaba köçürdən “X5” MMC-i məhkəmə qərarı ilə onun hesabını dondurmuşdur. O həmin pul vəsaitini Təqsirləndirilən şəxs 2020-ci ilin sonlarında Nəsimi rayonu ərazisində yerləşən ofisində tək vermişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ evi tikmək üçün 2 sot torpaq sahəsi almışmışdır. Həmin torpaq sahəsinin üzərində heç bir tikili olmadığı üçün orada ailəsi üçün fərdi yaşayış evi inşa etdirmək qərarına gəlmiş və bunun üçün münasib şirkət axtarmışdır. “İnstagram” sosial şəbəkəsində elanlara baxan zaman orada “sarmastoglu” hesabından tikinti ilə bağlı paylaşımlar edən səhifə qarşına çıxmışdır. Həmin hesab ilə yazışaraq əlavə məlumat almaq istədiyini bildirən zaman ona 077 310 53 10 sim nömrə ilə əlaqə saxlamağı göstərilmiş və həmin nömrə ilə əlaqə saxlayaraq özünü ona “Sarmastoglu” şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə danışmış və özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 sot torpaq sahəsində kiçik ölçülü fərdi yaşayış evi inşa etdirmək istəyini bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs onu işlədiyi ünvan 1 ünvanında yerləşən ofisə dəvət etmişdir. O ofisə gedərək məlum məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə danışıq aparmışdır. Aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 sot torpaq sahəsində 3 ay ərzində 20 kv/m ölçülü kiçik fərdi yaşayış evi inşa etdirməli və bunun əvəzində o Cvidan Kəliyevə 5000 manat pul ödəməliymiş. Razılığa əsasən ödəməli olduğu pulun 3000 manatını tikinti başlamazdan öncə, 2000 manatının isə tikinti başa çatan zaman ödəyəcəkmiş. Təqsirləndirilən şəxs bu cür təklifi və bazar qiymətinə görə ucuz tikinti aparması onu şirnikləndirmiş və o Təqsirləndirilən şəxs təklifi ilə razı olmuşdur. Bundan sonra o Təqsirləndirilən şəxslə birlikdə onun idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək ona məxus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 sot torpaq sahəsinə baxmağa getmişdir. Torpaq sahəsinə baxış keçirdikdən sonra yenidən Təqsirləndirilən şəxs işlədiyi ofisə geri dönmüşlər. Ofisə geri döndükdən Təqsirləndirilən şəxs müqavilə bağlamağı və ilkin pulu ona ödəməyini tələb edən zaman Təqsirləndirilən şəxs təklif etmiş ki, notarial qaydada müqavilə bağlayaq. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmiş ki, o, özü şirkət sahibidir və onun müqavilələri təsdiqləmək üçün möhürü mövcuddur. O, Təqsirləndirilən şəxs inandığı üçün onunla razılaşmış və onun yazaraq çap etdiyi və öz möhürü ilə təsdiqlədiyi müqaviləni ona uzatmışdır. Müqavilədə göstərilənlərlə tanış olduqdan sonra o müqaviləni imzalamış və həmin müqavilənin bir nüsxəsi onda, digər nüsxəsi isə Təqsirləndirilən şəxs qalmışdır. xx.xx.2021-ci il tarixdə müqavilə bağladıqdan sonra o ofisdə Təqsirləndirilən şəxs nağd şəkildə 3000 manat pul vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyi üçün nə vaxt işə başlayacağını örgənmək məqsədilə bir-neçə gün sonra yenidən onun işlədiyi ofisə gəlmişdir. Həmin vaxt görmüş ki, ofisdə artıq heç kəs yoxdur və ofis bağlanıb. Bir-neçə gün sonra mobil telefon vasitəsi ilə Cavidan ilə əlaqə saxlaya bilən zaman Təqsirləndirilən şəxs, ona bildirmiş ki, artıq tikinti işləri ilə məşğul olmur və şirkəti bağlayıb. Bunun üçün də Təqsirləndirilən şəxs ona söz vermiş ki, yaxın günlərdə ondan aldığı pulları geri qaytaracaq. Bu günə qədər Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmaqdan imtina edir və onunla əlaqəyə çıxmır. Məlum hadisədən sonra Təqsirləndirilən şəxs ilə marağlanan zaman məlum olmuş ki, o, başqa da digər şəxsləri tikinti adı ilə aldadaraq müəyyən məbləğdə pullarını ələ keçirmişdir. Qeyd etdiyi ki, hazırda Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsində tikinti ilə bağlı paylaşımlar etdiyi hesabını bağlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər sakini olan Təqsirləndirilən şəxs mebel ustası kimi 2020-ci ildən tanıyır. Təqsirləndirilən şəxs tanımağına səbəb həmin vaxtlarda Qazel markalı avtomobil idarə etməsi olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə yük maşınıyla tikinti mağzalarından gedib mebel materialı götürməyini istəmiş və o da Təqsirləndirilən şəxslə birlikdə getdiyi yol müqabilində pulu almışdır. 2020-ci ilin avqust ayının 21-də Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin üstündə olub-olmamasını soruşmuş və o da Təqsirləndirilən şəxs demiş ki, sənədi maşındadır. Sonra Təqsirləndirilən şəxs ona bildirmiş ki, bir müştəri ona pul göndərəcək və özünün şəxsiyyət vəsiqəsi evdə qalıb. Ona görədə ondan xahiş etmiş ki, həmin müştəri onun adına pul göndərsin və o da buna razılıq vermişdir. Beləliklə də, onun adına 900 manat pul həmin gün göndərilmiş və o da pulu götürüb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona demiş ki, müştəri üçün qapıları düzəltdikdən sonra o maşınıyla aparıb həmin müştəriyə təhvil verəcəkmiş. Lakin sonradan Təqsirləndirilən şəxs heç bir xəbər olmamış, o Təqsirləndirilən şəxs zəng edib qapılar barədə soruşanda Təqsirləndirilən şəxs ona demiş ki Bakı şahərində mebel sexi açıb, qapıları Bakıda düzəldib müştəriyə özü göndərəcək. Daha sonra o Təqsirləndirilən şəxs görməmişdir. Bundan başqada Cavidan üçün adına pul göndərilməmişdir. Məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyi üçün istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində yerləşən “Lady East” adlı gözəllik salonunda həkim kosmetoloq işləyir. Təqsirləndirilən şəxs işlədi iş yerinin yanındakı ofisi icarəyə götürüən icarədar kimi tanıyır. Təqsirləndirilən şəxs münasibəti yalnız bu tanışlıq səviyyəsindədir. Təqsirləndirilən şəxs ona evlərin tikintisi və təmiri ilə məşğul olan “Sərməstoğlu İnşaat” şirkətinin müdüri olduğunu bildirmiş, ofis də bu məqsədlə fəaliyyət göstərmişdir. 2021-ci ilin aprel ayında onun Keşlə qəsəbəsindəki evi təmirə ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs şirkətinə müraciət etmiş, 2000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs onun evini təmir etmişdir. Beləliklə aralarında olan münasibət dostluğ münasibətinə keçmişdir. Təqsirləndirilən şəxs işlərinə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs onun evində təmir işləri gördüyünə görə o Təqsirləndirilən şəxs inanmış və Təqsirləndirilən şəxs kim ondan soruşmuşsa, o da Təqsirləndirilən şəxs işində dəqiq biri olduğunu hər kəsə bildirmişdim. Sonradan ona məlum olmuş ki, Cavidanm Kəliyev bir çox şəxsləri aldadaraq pullarını ələ keçirtmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayətlər üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci tarixdə axtarışda olduğu üçün tutulmuş və 29 noyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azad edilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci tarixdə axtarışda olduğu üçün tutulmuşdur. Cinayət işinin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilmiş və həbsetmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Kəliyev X3 şəhəri M.Əsədov küçəsi, ev 3/41A-da qeydiyatdadır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, zərərçəkmiş şəxslər ondan şikayətçidirlər. Onun şəxsiyyəti, cinayət əməlindən sonrakı davranışları, ziyanı ödəməyə cəhd göstərməməsi əsas verir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilməklə Təqsirləndirilən şəxs 5000 manat tutularaq Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs 9000 manat pul tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. CPM-nin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər X12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilsin və üzərində 3 il 11 ay 28 gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın, cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 5000 manat tutularaq Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs 9000 manat pul tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxslər X12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökm elan olunduqdan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan) 20 gün müddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar