Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-27/2024 12.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək axtariş elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 mart 2024-cü il tarixdə videokonfrans əlaqə sistemi vasitəsilə açıq məhkəmə iclasında, saat 13.12-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin dekabr ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə donmuş toyuq əti məhsulunun satışı ilə məşğul olan şəxs kimi tanıdığı Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, güya ona daha ucuz qiymətə donmuş toyuq əti məhsulu sata biləcəyini əminliklə bildirib və bunun üçün ona nümunələr göstərib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından suiistifadə edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, Zərərçəkmiş şəxs tərəfindən ilkin ödəniş olaraq razılaşdıqları 3000 manat məbləğində pul vəsaitinin 11 dekabr 2022-ci il tarixdə, saat 15:59 dəqiqədə Bakı-Astara avtomobil yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yerləşən “Bazarstore” supermarketində quraşdırılmış “milliön” elektron ödəmə terminalı vasitəsi ilə onun əsl niyyətindən xəbərsiz olub sifarişi ilə ona taksi xidməti göstərmiş Şahid adına olan, "xxxx" ASC tərəfindən verilmiş 4169-7385-1513-3134 hesab nömrəli bank kartının hesabına yükləməsinə nail olmaqla və həmin məbləğdə pul vəsaitini eyni gündə, saat 16:05 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR, İ.Dadaşov küçəsi 3158/3156 məhəllədə yerləşən Bankın Şuşa filialında quraşdırılmış bankomatdan iki dəfəyə nağdlaşdırmaqla, Zərərçəkmiş şəxs məxsus 3.000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Belə ki, əvvəllər özü də toyuq ətinin alveri ilə məşğul olmuş və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs toyuq ətinin alveri ilə məşğul olduğunu bilmişdir. 2022-ci ilin dekabr ayında pula ehtiyacı olduğu üçün onun mobil telefon nömrəsini tapıb ona zəng edərək Gürcüstan toyuğu istəyib-istəmədiyini soruşmuşdur. Nazim də münasib qiymətə ala biləcəyini demişdir. Ona toyuq ətinin kilosunu 2 manat 90 qəpikdən satacağını bildirmiş, Nazim qiymətlə razılaşaraq ondan 7 min manat qiymətində olan 2.400 kiloqram donmuş toyuq əti alacağını bildirmişdir. Növbəti gün Nazimə zəng edərək bildirmişdir ki, pulun yarısını göndərsin ki, o da toyuq ətini avtomobilə yüklədib göndərsin. Nazim isə öz tanışını onunla görüşə göndərəcəyini, tanışının donmuş toyuq ətinə baxdıqdan sonra pulun yarısını göndərəcəyini bildirmişdir. Bundan sonra o, Nazimin tanışını aldatmaq məqsədilə Binəqədi rayonunda yerləşən Ambar deyilən ərazidə bir nəfər toyuq əti alveri ilə məşğul olan şəxsi tapmışdır. Həmin şəxsin yanına gedərək ondan 7.000 manatlıq toyuq əti alacağını, pulunu da nağd şəkildə məhsulu təhvil aldıqdan sonra verəcəyini demişdir. Daha sonra “Bolt” taksi şirkətindən taksi sifariş vermiş və Nazimin tanışı ilə görüşmüşdür. O, həmin şəxsin idarə etdiyi “Kamaz” markalı avtomobillə Ambar deyilən yerə getmişlər. Oraya çatdıqda əvvəlcədən razılığa gəldiyi şəxsə bildirmişdir ki, 7.000 manatlıq toyuq ətini Nazimin göndərdiyi avtomobilə yükləsin, malı təhvil aldıqdan sonra da pulu verəcəyini bildirmişdir. Həmin şəxs də ona inanmış və məhsulu avtomobilə yükləməyə başlamışdır. Bundan sonra Nazimin tanışına bildirmişdir ki, pulun yarısını göndərsin, məhsul artıq avtomobilə yüklənilir. Nazim öz tanışına görüntülü zəng etmiş, məhsulun həqiqətən də yükləndiyini gördükdən sonra 3000 manat pulu karta göndərəcəyini, qalan hissəsini isə məhsulu təhvil aldıqdan sonra verəcəyini bildirmişdir. O da “Bolt” şirkətinin sürücüsü Nurəli adlı şəxsin kartını verib demişdir ki, pulu həmin karta göndərsin. Nurəliyə də bildirmişdir ki, üzərində pul yoxdur, karta göndəriləcək puldan yol pulu verəcəkdir. Nurəli də onunla razılaşmışdır. Nazim pulu karta göndərdikdən sonra o, taksi ilə oradan uzaqlaşmış, Binəqədi rayonu, 8-ci mikrorayon deyilən yerdə yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 3000 manat pulu çıxarmış və 50 manatı taksi sürücüsü Nurəliyə vermişdir. Daha sonra həmin taksi ilə Nərimanov rayonunda yerləşən ünvanına getmişdir. Taksi sürücüsü Nurəlinin onun əməlindən məlumatı olmamışdır. Ələ keçirdiyi pulu şəxsi tələbatlarına xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, zərəçəkmiş şəxsə vurduğu ziyan qaytarılmış, sonuncu onunla barışmış və ondan şikayət, tələbi yoxdur. Buları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Belə ki, əvvələr təqsirləndirlən şəxsi tanımamışdır. 9 dekabr 2022-ci il tarixində özünü Azər kimi təqdim edən şəxs ona zəng etmiş və toyuq ətinin olduğunu, ucuz qiymətə ona sata biləcəyini bildirmişdir. O, 2400 kilo toyuq ətini 7000 manata ondan alacağı barədə onunla razılaşmışdır. Növbəti gün Azər adlı şəxs ona zəng edərək beh olaraq pulun bir hissəsini ona göndərməyimi istəmiş, o isə tanışını ora göndərəcəyini, toyuq ətinə baxdıqdan sonra pulu göndərəcəyini bildirmişdir. 11 dekabr 2022-ci il tarixdə tanışı Asim, Azər adlı şəxslə görüşməsi və toyuq ətini götürməsi üçün göndərmişdir. Asim Azər adlı şəxslə görüşərək toyuq ətini götürmək üçün Binəqədi rayonuna getmişlər. Asim oradan ona zəng edərək toyuq ətinin “Kamaz”a yüklənildiyini ona bildirmişdir. Bundan sonra Azər adlı şəxslə danışmış və 3000 manat beh, pulun qalan hissəsini isə toyuq əti ona çatdıqdan sonra verəcəyini demişdir. Azər də onunla razılaşmış və ona "xxxx" ASC-yə məxsus kartın görüntülərini göndərmişdir. Buna görə də o, 11 dekabr 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən "Bazarstore"-dan qeyd olunan karta 3000 manat pul göndərmişdir. Təxminən 5 dəqiqədən sonra həmin şəxsin telefonuna nə qədər zəng etsə də, zəng çatmamışdır. Bundan sonra kart sahibi olan Şahidla telefon vasitəsilə əlaqə saxlamışdır. Nurəli bildirmişdir ki, o, taksi sürücüsüdür, müştərini Nərimanov rayonunda yerləşən "Su Sonası" restoranının yanından götürüb, Binəqədi rayonu ərazisinə aparıb, bir nəfərə borc verdiyini, indi həmin şəxsin borcu ödəmək istədiyini, lakin kartının olmadığı üçün ona məxsus karta pulu köçürtdüyünü, pulu "Tenis Akademiyasının" yaxınlığındakı "xxxx" ASCyə məxsus bankomatdan nağdlaşdırdıqdan sonra ona 50 manat xidməti üçün ödəniş etdiyini, daha sonra Ayna Sultanova heykəli tərəfdə düşürtdüyünü, bir daha onu görmədiyini bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, hazırda təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş 3000 manat məbləğində ziyan tam ödənilmiş, o, təqsirləndirlən şəxslə barışmış və sonuncuya qarşı şikayət və tələbi yoxdur. Buna görə də təqsirləndirlən şəxsi cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmədə iclasının vaxtı və yeri barəsində Şahid lazımi qaydada məlumatlandırılmış, lakin o, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə verərək məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəyini və ibtiudai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsiylə birlikdə yaşayır, evlidir. "Bolt" taksi şirkətində biznes tarifi üzrə **-CC-*** dövlət qeydiyyat nişanlı "BMW F10" markalı avtomobili idarə edir. 11 dekabr 2022-ci il tarixdə, səhər saat 11 radələrində 28 may ərazisində olarkən ona mobil tətbiqdən yeni sifariş gəlmişdir. Təbriz küçəsində yerləşən Rahat market önündə "Su Sonası" restoranın yaxınlığından müştərini götürərək Biləcəri qəsəbəsindəki "mərkəz" deyilən yerə gəlmişlər. Bu şəxs avtomobildə hansısa "Kamaz" markalı avtomobilin sürücüsüylə danışırmış və görüşəcəyi yolu ona izah edirmiş. Daha sonra müştərinin xahişi ilə Binəqədidə "mərkəz" deyilən əraziyə getmişlər və bu şəxs 35-40 yaş arasında bir nəfərlə görüşmüş və onlar birlikdə onun avtomobilinə oturaraq Binəqədidə "Mərkəz" deyilən yerin yaxınlığnda "Kamaz" markalı avtomobili qarşılamışlar. Yolda olarkən müştəri avtomobilə yeni əyləşmiş şəxsdən "Kamaz" markalı avtomobilə yol göstərmək üçün yanında əyləşməsini xahiş etmişdir. Daha sonra onlar Binəqədidə "Anbar" deyilən əraziyə getmişlər. Bu şəxs avtomobildən düşərək anbara daxil olmuş və xahiş etmişdir ki, onu gözləsin. 1 saat sonra bu şəxs geri qayıtmış, işinin bitdiyini, üzərində nağd pulun olmadığını ona demiş və kart nömrəsinin məlumatlarını bir şəxsə göndərməsini xahiş etmişdir. Onda özünə məxsus "xxxx" ASC-də açılmış 4169 7385 1513 3134 nömrəli bank kartının şəklini bu şəxsin ona dediyi ********** mobil telefon nömrəsinə "WhatsApp" proqramı vasitəsiylə göndərmişdir. Tanımadığı şəxs 11 dekabr 2022-ci il tarixdə, saat 15:59 radələrində onun kartına 3000 manat yükləyərək qəbzin şəklini ona göndərmişdir. Dərhal müştəridən bu pulun nəyin müqabilində göndərilməsini soruşmuş, müştəri cavab olaraq ona bildirmişdir ki, öz kartı üzərində deyil və pulu göndərən şəxsin ona borcu var. Daha sonra Binəqədi ərazisində "xxxx" ASC-yə məxsus ATM-ə yaxınlaşmışlar və növbədə çox adam olduğu üçün, həm də şəhərə qayıdacaqları üçün Azadlıq metrosu yaxınlığına gəlmişlər və Tenis Akademiyasının yaxınlığındakı "xxxx" ASC-yə məxsus ATM-dən 3000 manatı nağdlaşdırmışlar və şəxs həmin puldan 50 manat götürərək yol pulu müqabilində ona vermişdir. Avtomobilə qayıtmış və onu Ayna Sultanova heykəlinin yaxınlığında düşürtmüşdür. Bu şəxs avtomobildən olarkən ona özünün "donmuş toyuq" biznesi olduğunu demişdir. Növbəti gün, yəni, 12 dekabr 2022-ci il tarixdə 3000 manat pulu kartıma göndərən şəxs onun istifadəsində olan ********** mobil telefon nömrəsinə zəng edərək aldadıldığını bildirmiş, ona prosesi izah etdikdən sonra öz tərəfindən köməklik göstəriləcəyini demişdir. Sonda ona məlum olmuşdur ki, müştəri qismində avtomobilimə əyləşən və onun kartına 3000 manat pulu yüklətdirən şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir. İşdə olan “qəbzə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 11 dekabr 2022-ci il tarixdə, saat 15:59-da Lənkəran şəhəri, Bakı-Astara şossesində yerləşən “Bazarstore” supermarketində quraşdırılmış “milliön” pdəmə terminalından "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169 7385 1513 3134 nömrəli bank kartının hesabına 3.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 11 dekabr 2022-ci il tarixdə, saat 15:59-da Şahid istifadəsində olan 4169-7385-1513-3134 nömrəli bank kartına 3.000 manat pul vəsaiti göndərilmişdir. İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 28 May metrosunun yaxınlığında yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri axtariş elan edilməklə “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. İşdə olan Lənkəran ŞRPŞ-nin Lənkəran Rayon Məhkəməsinə ünvanladığı cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş ƏAT-i nəticəsində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilib MSY-nə təhvil verilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 73-1.1ci maddəsinə əsasən cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan “Maddi sübut qismində tanıma haqqında” Qərardan görünür ki, 4169- 7385-1513-3134 nömrəli bank kartına 3000 manat pul vəsaitinin göndərilməsi barədə məlumatları özündə əks etrdirən qəbz və həmin nömrəli bank kartına aid məlumatlar barəsində çıxarış maddi sübut kimi tanınaraq iş materialına əlavə edilmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş 3000 manat məbləğində ziyan tam ödənilmiş, o, təqsirləndirlən şəxslə barışmış və sonuncuya qarşı şikayət və tələbi yoxdur. Xahiş edir ki, ərizəsi nəzərə alınsın. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, təqsirləndirlən şəxs tərəfindən zərəçəkmiş şəxsə vurulmuş 3000 manat məbləğində ziyan tam ödənilsə də, zərəçəkmiş şəxs təqsirləndirlən şəxslə barışaraq ondan şikayətçi və tələbkar olmasa da, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Yuxarıda qeyd olundu ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə artıq bir dəfə CM-nin 73-1.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Buna görə də, onun barəsində hazırda icraatda olan cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edilə bilməz. Təqsirləndirlən şəxs tərəfindən zərəçəkmiş şəxsə vurulmuş 3000 manat məbləğində ziyanın tam ödənilməsi, zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışaraq ondan şikayətçi və tələbkar olmaması təqsirləndirlən şəxsin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə ki, qeyd olunun Plenumun Qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən vurduğu ziyanın ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzası cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədəuyğundur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilməli və o, Ədliyyə Naziliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 4169-7385-1513-3134 nömrəli bank kartına 3000 manat pul vəsaitinin göndərilməsi barədə məlumatları özündə əks etrdirən qəbz və həmin nömrəli bank kartına aid məlumatlar barəsində çıxarış iş materiallarında saxlanılmalıdır. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 02 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 26 gün olmaqla, cəmi 28 gün həbsdə saxlamanın müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 01 (bir) ay 26 (iyirmi altı) gün çıxılmaqla üzərində qəti olaraq, 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və Ədliyyə Naziliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 4169-7385-1513-3134 nömrəli bank kartına 3000 manat pul vəsaitinin göndərilməsi barədə məlumatları özündə əks etrdirən qəbz və həmin nömrəli bank kartına aid məlumatlar barəsində çıxarış iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-27/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-27/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver