Məhkəmə qərarları › İş №1(049)-27/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-27/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-27/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: X1 iştirakları ilə, 31 avqust 1964-cü ildə Lənkəran rayonun Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsindən idarə etmək hüququndan məhrum edilməklə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonun Kərgəlan kəndində qeydiyyatda olmalqa, yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o 2024-cü ilin iyun ayının əvvəllərində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 04 iyun 2024-cü tarixdə, saat 10 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbəsində olarkən yol kənarında qarşılaşdığı və söhbət əsnasında balıqçılıqla məşqul olduğunu öyrəndiyi X2 özünü əsl adını və yaşayış yerini pərdələməklə guya Lənkəran rayonu, Liman şəhərində yaşayan “Hacı İqbal” kimi təqdim edərək, bir ədəd qayıq və mühərriki əvvəlcədə 1000 manat ödədiyi halda, dəyərindən ucuz qiymətə olmaqla 3000 manat ona satacağı dair yalan vəd verib, Şəbiyar Rəhimovu aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü həmin öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, əksinə maddi qazanc əldə etmək məqsədi ilə ilkin ödəniş olaraq razılşadıqları 1000 manat pulun 200 manatını həmin gün saat 14 radələrində Şəbiyar Rəhimovun özündən, 800 manatını isə 05 iyun 2024-cü il tarixdə saat 11 radələrində sonuncunun tanışı Şahid Samir oğlunun vasitəsi ilə hər iki halda Lənkəran rayonu, Liman şəhərində yerləşən “Pibon” marketin qarşısında idarə etdiyi Vaz-2106 markalı ** LC *** qeydiyyat nişanlı avtomobilin salonunda qəbul etməklə, özgənin əmlakını- X1 1000 (min) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə iki dəfəyə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ayaqları işləmədiyi üçün 1-ci qrup əliliyə görə təqaüd alır. Rəsmi olaraq heç yerdə işləmir. Lənkəran rayonun Balıqçılar qəsəbəsində yaşayan Şəbiyar Rəhimovu əvvəllər tanımamış onunla arasında heç bir münasibəti və qərəzçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında idarə etdiyi Vaz-2106 markalı ** LC *** qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonun Balıqçılar qəsəbəsində olarkən yol kənarında bir nəfər adını sonradan bildiyi Şəbiyar adlı şəxsin dayandığını görmüşdür. O Şəbiyardan ilk öncə buranın hansı kənd olması barədə soruşaraq onunla söhbətə başlamışdır. Söhbət əsnasında Şəbiyarın balıqçı olduğunu öyrənmişdir. Buna görə Şəbiyarın müəyyən qədər pulunu alıb ələ keçirmək məqsədi ilə ona bir ədəd qayıq və bir ədəd 40-lıq adı ilə tanınan qayıq mühərriki olduğunu və istəyən olarsa ucuz qiymətə sata biləcəyini demişdir. Şəbiyarda ondan qiymət barədə soruşduqda ona 3000 manat satdığını demişdir. Sonra Şəbiyarın mobil nömrəsini götürmüş, Şəbiyara isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Şəbiyara əgər qayıqla mühərriki istəsən onunla əlaqə saxlmasını və o Lənkəran rayonun Liman şəhərində olacağını demişdir. Əsl həqiqətdə onda heç bir qayıq və qayıq mühərriki olmadığını, sadəcə pula ehtiyacı olduğu üçün Şəbiyardan bu adla pul alıb ələ keçirmək niyyəti olmuşdur. Buna görə o Şəbiyara öz adını Xəzail deyil Hacı İqbal olduğunu və Liman şəhər sakini kimi özünü təqdim etmişdir. Həmin gün saat 12 radələrində Şəbiyarla zəngləşib onunla Liman şəhərində yerləşən Pibon marketin qarşısından öz avtomobilində görüşmüşdür. O Şəbiyara pulu gətirmisən dedikdə, Şəbiyar ona üzərində 200 manat olduğunu deyərək qalan 800 manatı tez bir zamanda tapıb xəbər edəcəyini demişdir. O da Şəbiyardan 200 manatı alıb, narahat olma sabah görüşərik pulun qalanımda verərsən deyib getimşdir. Səhəri gün xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Şəbiyara zəng edib onu inandırmaq üçün qayıqla mühərriki başqa alıcı ondan baha qiymətə istədiyini, əgər istəmirsənsə gəl 200 manatını aparmasını demişdir. Şəbiyara belə deməkdə məqsədi onu tələsdirib qalan 800 manatı ələ keçirmək olmuşdur. Şəbiyarda ona qayıqla mühərriki almaqda fikri qəti olduğunu deyib onunla görüşəcəyini bildirmişdir. Şəbiyarla zəngləşdikdən 1 saat sonra saat 11 radələrində Liman şəhərində yerləşən Pibon marketinin qarşısında görüşmüşdür. Həmin vaxt Şəbyarın yanında bir oğlan olmuşdur. Onlar hər ikisi onun avtomobilinə əyləşmişlər. Şəbiyardan pul barədə soruşduqda, həmin vaxt ona pulu Şəbiyarla birlikdə gəlmiş adının Vüsal olduğunu deyən şəxs ona 800 manatı sayıb vermişdir. Pulu aldıqdan sonra Şəbiyara saat 14 radələrində zəng edəcəyini deyib gəlib qayıqla mühərrikə Liman şəhərində baxa biləcəklərni, əgər bəyənsəniz qalan 2000 manatıda verib qayıqla mühərriki apara biləcəklərini, bəyənmədikləri təqdirdə isə 1000 manatı qaytaracağını demişdir. Onlar da razılaşmışdır. Sonra onlarla sağollaşıb getmişdir. Həmin gün axşam Şəbiyar ona zəng edib qayıq və mühərrik barədə soruşduqda Şəbiyara narahat olmamağı səhər xəbər edəcəyini demişdir. Lakin sonradan onun zənglərinə cavab verməmişdir. Hazırda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün balıqçılıqla məşğul olur. Balıq mövsümü qurtardıqda motosklet təmir etməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı kənddə evinə yaxın avtomobil yolunun kənarında dayanab siqaret çəkərkən tünd bənövşəyi rəngli Vaz- 2106 markalı, seriyası xatıralmadığı 10 - 362 qeydiyyat nişanlı avtomobil yanında dayanmışdır. Həmin avtomobilin sürücüsü olan yaşlı bir kişi ondan kəndin adını soruşmuşdur. O da həmin şəxsə bura Balıqçılar kəndi olduğunu dedikdən sonra onunla söhbətə başlamışdır. Söhbət əsnasında həmin şəxs ona ilk öncə ona adını Hacı İqbal olduğunu desə də sonradan adının Xəzail olduğunu öyrənmişdir. Bundan sonra Xəzail ona, onda qayıq və qayığın mühərriki olduğunu bildirib, kasıb bir oğlan olarsa ucuz qiymətə satacağını demişdir. O Xəzailə özü balıqçı olduğunu deyib ondan qayıqla mühərrikin qiymətini soruşmuşdur. Xəzail ona qayığı mühərriki ilə birlikdə 3000 manata satdığını və beh olaraq ondan 1000 manat istəmiş, qalan 2000 manatıda qayıq və mühərriki verdikdən sonra ondan alacağını demişdir. Xəzail ona ***-***-**-** saylı mobil nömrəsini verib əgər istəsə saat 14:00 da Liman şəhərində görüşəcəyini demişdir. Həmçinin Xəzail onun mobil nömrəsini alıb özündə qeyd etmişdir. Həmin gün saat 12 radələrində Xəzail ona zəng edərərk hazırda Liman şəhərində olduğunu bildirib və pulun hazır olub olmaması barədə soruşmuşdur. O isə Xəzailə görüşüb söhbət etmək istədiyini demişdir. Xəzail ilə zəngləşdikdən sonra Liman şəhərində Pibon marketinin qarşısında görüşmüşdür. Xəzail ora avtomobili ilə gəlmimşdir. O Xəzailin avtomobilinə əyləşmişdir. Xəzail ondan pulu gətirmisən dedikdə, ona hələlik üzərində 200 manat olduğunu demişdir. Xəzail ondan pulu alıb bəs 800 manatı nə vaxt verərsən deyə soruşanda ona tapıb xəbər edəcəyini demişdir. Xəzaildə ona narahat olma sabah görüşərik deyib getimşdir. O da gəlib qonşusu Vüsala bu barədə danışmış və Vüsaldan 800 manat borc pul istəmişdir. Səhəri gün xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Xəzail özü ona zəng edərək qayıqlaq mühərrikə başqa alıcı çıxıdğını, əgər istəmirsənsə gəl 200 manatı apar demişdir. Həmin gün Xəzail ilə zəngləşib 1 saat sonra Liman şəhərində yerləşən Pibon marketinin qarşısında görüşmüşdür. Həmin vaxt Vüsalda onunla birlikdə olmuşdur. O Vüsal ilə birlikdə Xəzailin avtomobilinə əyləşmişlər. Pulu Vüsal onun yanında sayıb özünü onun əvəzinə Xəzailə vermişdir. Xəzail ona saat 14 radələrində zəng edəcəyini deyib gəlib qayıqla mühərrikə Liman şəhərində baxarsınız, bəyənsəniz qalan 2000 manatıda verib qayıqla mühərriki apararsınız. Bəyənməsəniz 1000 manatı qaytaracağını demişdir. Oda razılaşmışdır. Ona pulu verdikdən sonra həmin şəxslə sağollaşmışlar. Həmin gün axşama kimi gözləsədə bir xəbər çıxmadığı üçün Xəzailə məxsus ***-***-**-** saylı mobil nömrəni yığaraq onunla əlaqə saxlamış, Xəzail ona narahat olmamasını, bu gün alınmadı tez bir zamanda xəbər edəcəyini demişdir. Lakin iki gün sonra Xəzail onun zənglərinə cavab verməmişdir. Sonra bu barədə maraqlanmış, həmin şəxsin tapmaq üçün Vüsal ilə birlikdə bütün məscidləri Hacı İqbal adı ilə axtarmışlar. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxsin adı Hacı İqbal deyil Lənkəran rayonun Kərgəlan kəndində yaşayan Xəzail adlı dələduzluqla məşqul olan şəxsdir. Buna görə DİN-nin 102 xidmətinə zəng edib, polis şöbəsinə ərizə ilə bu barədə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid Samir oğlu ifadəsində göstərdi ki, Əvvəllər hərbiçi olsa da hazırda təqaütdədir. Şəbiyar onun yaxın qanşusudur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şəbiyar yol kənarında olarkən bir nəfər ona Vaz- 21006 markalı, avtomobil yanında saxlayıb sürücü yaşlı bir kişi olan, özünü Hacı İqbalı adı ilə təqdim edən şəxs ona özünə məxsus qayıq və mühərrikini satdığını bildirmişdir. Şəbiyar bununla maraqlandıqda qiymətini soruşmuş, həmin şəxsdə Şəbiyara qayıqla mühərriki birlikdə 3000 manata satdığını demişdir. Həmin şəxs İlkin ödəniş və beh kimi Şəbiyardan 1000 manat istəmişdir. Qalan 2000 manatıda qayıq və mühərriki verdikdən sonra alacağını demişdir. Sonra həmin o Hacı İqbal kimi özünü təqdim edən əsl adını Xəzayıl olduğunu öyrəndiyi şəxs Şəbiyara ***-***-**-** saylı mobil nömrəsini verib ona əgər istəsən saat 14:00-də Liman şəhərində görüşəcəyini ona təklif etmişdir. Ona bu barədə Şəbiyar bildiridikdən sonra Liman şəhərində Pibon marketinin qarşısında birlikdə Xəzayıl adlı şəxslə görüşmüşlər. Xəzayıl Şəbiyardan pul istədikdə Şəbiyar ona üstündə 200 manat olduğunu demişdir. Xəzayıl 200 manatı ondan alaraq qalan 800 manatı nə vaxt verərsən deyə soruşanda Şəbiyarda ona tapıb xəbər edəcəyini demişdir. Ba. verənlər Şəbiyar ona danışmışdır. Şəbiyar ona bu barədə danışdıqda sonra ondan 800 manat Xəzailə vermək üçün borc pul istəmişdir. Səhəri gün xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Xəzayıl Şəbiyara zəng edərək 1 saat sonra Pibon marketinin qarşısında görüşəcəyini demişdir. O da Şəbiyar ilə birlikdə Xəzailin dediyi yerə gəlmişlər. Xəzail ora öz avtomobil ilə gəlmişdir. Onlar Xəzailin avtomobilinə əyləşmişdir. O arxa oturacaqda Şəbiyar isə ön sərnişin oturacağında əyləşmişdir. Xəzayıl Şəbiyarla danışıb razılşadığı üçün Şəbiyarın əvəzinə 800 manat pulu sayıb Şəbiyarın yanında Xəzayıla vermişdir. Xəzayıl onlara saat 14 radələrində zəng edəcəyini deyib gəlib qayıqla mühərrikə Liman şəhərində baxarsınız, bəyənsəniz qalan 2000 manatıda verib qayıqla mühərriki apararsınız, bəyənməsəniz 1000 manatı qaytaracağını demişdir. Şəbiyarda razılaşmışlar. Ona pulu verdikdən sonra həmin şəxslə sağollaşmışdır. Həmin gün axşam saatlarında Şəbiyar Xəzailin mobil nömrəsinə zəng edib əlaqə saxlamış, Xəzail Şəbiyara narahat olma bu gün alınmadı səhər xəbər edəcəyini demişdir. Lakin iki gün sonra o Şəbiyarın zənglərinə cavab verməmişdir. Həmin şəxsin tapmaq üçün bütün məscidləri Hacı İqbal adı ilə axtarmışlar. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin şəxsin adı Hacı İqbal deyil Lənkəran rayonun Kərgəlan kəndində yaşayan Xəzail adlı dələduzluqla məşqul olan şəxsdir. Buna görə Şəbiyarda DİN-nin 102 xidmətinə zəng edib, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin 38-40-cı vərəqlərindən olan tələbnamədən cavabından görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsindən idarə etmək hüququndan məhrum etməklə 01 il azadlıqdan məhrumetə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından cəzadan azad edilmişdir. Cinayət işinin 73-cü vərəqində olan Lənkəran Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünürki, Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti bitdiyi üçün 06.04.202-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 13 saylı MTCM-dən azad edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrin idarə etmək hüququndan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il, cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Cinayət işinin 64-65-ci vərəqlərində olan 29 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Lənkəran ŞRPŞ-nin MSY-ə təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxsin məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, CM-nin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışdığını və dəymiş ziyanın ödənildiyi təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləmndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar