Məhkəmə qərarları › İş №1(049)-270/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-270/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-270/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli. himayəsində azyaşlı övladı olan, Lənkəran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 1(049)- 18/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı rəhbər tutularaq barəsində amnistiya tətbiq edilmiş və cəzadan 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Lənkəran şəhəri S.Kazımbəyoğlu küçəsi ev 2-də qeydiyyatda olmaqla, yaşamış və barəsində Lənkəran rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində Bakı-Astara avtomobil yolunun Lənkəran rayonun Şilavar kəndindən keçən hissəsində yol kənarında yerləşən X1 məxsus “Bir gün pullu sabah pulsuz” adlı çayxanada, çayxananın iş saatı qurtardıqdan sonra orada gözətçi qalan Şahid3 çayxananın içərisindən çıxıb binanın arxa tərəfinə getməsini, çayxananın giriş qapısının açıq olmasını fürsət bilərək çayxananın içərisinə qanunsuz daxil olmuş, oradanda başqa saxlanc yeri hesab edilən kassa aparatından 220 manat pulu gizli olaraq talamqla oğurluq etmişdir. Bundan başqa, 2023-cü ilin mart ayının əvvəllərində, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,241 qram, 0,195 qram, 0,218 qram, ümumi təmiz çəkisi 0,899 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 05 mart 2023-cü il tarixdə saat 17:55-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sağ yan cibində “Prima” markalı siqaret qutusunda şəffaf sellofan kəsiyinə bükülmüş 4 ədəd sellofan bükümlərin içərisində həmin narkotoik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə CM-nin 177.2.3 və 234.1-ci maddələr ilə 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin sentyabr ayında həbsdən azad edilmişdir. O uzun illər narktotik vasitə heroini qızdırıb tüstüsünü çəkməklə qəbul etmişdir. Lakin həbsdən azad edildikdən sonra narkotik vasitədən istifadə etməmişdir. Bir gün pullu sabah pulsuz adlı çayxanada oğurluğu o, etmişdir. Belə ki, uzun müddət həmin çayxana ilə üzbəuz yerləşən avtomobil yuma sexində işləmişdir. Buna görə çayxananın sahibi Zərərçəkmiş şəxs tanıyır. Arada bir çayxanaya gedib orada çay içir. Pula ehtiyyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. O, bu ilin fevral ayının sonlarında gecə saat təminən 3-4 radələrində çayxananın qarşısında olarkən çayxanada olan gözətçi işləyən Anarı çayxananın plastik şüşə qapısnın açıb çölə çıxıb çayxananın arxasına ayaq yoluna getdiyini görmüşdür. Çayxananın kassa aparatında pulun saxlanıldığını bilirmiş. Gözətçi getdidkən dərhal sonra çayxananın salonun içərisinə girərək kassa aparatına yaxınlaşmışdır. Kassa aparatı klidli olsada, açar kassa aparatının yanında olmuşdur. Açarı götürüb kassanı açaraq orada olan kağız pulları götürüb gözətçi gəlmədən oradan təcili çıxıb getmişdir. Həmin pulları öz maddi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 05 mart 2023-cü il tarixdə saat 18 radələrinə Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Lənkəran polis şöbəsinə aparmışlar. Bundan sonra polis şöbəsində üzərində şəxsi axtarış aparılmışdır. Polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Polislər tərəfindən təqyiq nəticəsində ona verilmişdir və həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsi ondan tələb edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə gündüz saatlarında ünvan 1 ünvanını bimədiyi şəxsdən 4 ədəd bükümdə şəxsi istifadəsi üçün 20 manata heroin almışdır. Həmin heroini qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 18 radələrinə Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Lənkəran polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etməsini bildirmişdir. O da həmin vaxt əynində olan şalvarının sağ yan cibində saxladığı 1 ədəd prima siqaret qutusunu təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Təhqiqatçısı siqaret qutusunun içərisinə baxış keçirildikdə qutunun içərsində şəffaf selofana bükülmüş 4 ədəd sellofan bükümləri aşkar edilmişdir. Üzərində aşkar olunmuş həmin bükümlərə baxış keçirildikdən sonra heroin elektron tərəzidə çəkildikdə bükümlərin çəkisi 0,99 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş kütlənin heroin olduğunu və özünə məxsus olduğunu, heroinin bir neçə saat bundan öncə Lənkəran şəhər 5 saylı orta məktəbin yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin heroin bükümü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişdir. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. Həmin heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kəsə satmamış və heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı-Ələt-Astara avtomobil yolunun Lənkəran rayonun Şilavar kəndindən keçən hissəsində yolun kənarında yerləşən “Bir gün pullu sabah pulsuz” adlı çayxananı işlədir. Çayxana hər gün səhər saat 07 radələrində gecə saat 00 radələrinə kimi fəaliyyət göstərir. Bundan sonra çayxanada hər gecə Şahid3 gözətçi qalır. Anar çayxananın içərisində olaraq çayxananın qapılarını kilidləyir. Çünkü çayxananın əmlakının çox hissəsi salonda yerləşir. Çayxanada olan gündəlik qazanc götürldükdən sonra pulun bir hissəsi salonda yerləşən kassa aparatında saxlanılır. Kassanın kilidi onun yanında kiçik qabın altında gizlədilir. xx.xx.2023-cü il tarixdə işə gələrkən kassa aparatını açdıqda orada günlük bazarlıq etmək üçün saxladığı 220 manat pulun olmadığını görmüşdür. O bu barədə Anara zəng edib bildiridikə Anar ona heç kəsin gecə çayxanaya gəlmədiyini səhərə kimi orada olduğunu, gecə bir dəfə ayaq yoluna getmək üçün oradan çıxdığını bildirmişdir. Əvvəlcə oğurluq etmiş şəxsi özü tapmaq qərarın gəlmişdir. Buna görə şikayət etməmişdir. Sonradan o, polisə ərizə ilə müraciət etmişdir. Əvvəllər onun çayxanasından oğurluq etməsindən şübhələndiyi şəxs olmasa da, polis şöbəsinə müraciət etdikdən sonra ona məxsus çayxanadan əvvəllər çayxana ilə üzbəüz avtoyuma sexində işləyən Asimin oğurluq etməsi məlum olmuşdur. O Asimi tanıyır, dəfələrlə çayxanaya gəlib getmişdir. Ona orada pulsuz çay və səhər yeməyi vermişdir. Asim əvvəllər gecə vaxtları çayxanaya gələrmiş, lakin sonradan onun narkotik aludəçisi olduğunu bildiyi üçün ona çayxanaya gəlməsinə icazə verməmişdir. Baş vermiş oğurluq hadisəsində ona 220 manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, Zərərçəkmiş şəxs məxsus çayxanada gecələr gözətçi qalır. Çayxana hər gün səhər saat 07 radələrindən gecə saat 00 radələrinə kimi fəaliyyət göstərir. Sonra işçilər gedir çayxanada o qalır. O işdə olduğu zaman çayxananın salonunda qapını klidləyib salonda qalır. xx.xx.2023-cü il tarixdə gecə vaxtı orada olarkən bir dəfə ayaq yolun getmişdir. Sonra yenidən salona qayıtmışdır. Həmin vaxt ətrafda kənar şəxs görməmişdir. Səhər vaxt çayxananın sahibi Ceyhun gələrək kassa aparatından 220 manat pulun olmadığını bildirmişdir. Ona gecə çayxaya heç kəs gəlmədiyini, sadəcə bir dəfə ayaq yoluna getmək üçün salondan çıxıb çayxananın binasının arxasına getdiyini demişdir. Sonra Ceyun bu barədə Lənkəran polis şöbəsinə şikayət etdikdən sonra həmin oğurluq hadisəsini əvvəllər çayxana ilə üzbəüz avtomobil yuma sexində işləyən Asimin etdyini bilmişlər. Bildirir ki, oğurluq baş verdiyi gün Asimi orada görməmişdir. Çayxana həmin vaxt bağlı olmuşdur. Çayxanada heç bir müştəri olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 05 mart 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis bölməsində gəlmişdir. Polis şöbəsində üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd Prima markalı siqaret qutusunu təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfində həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə qutunun içərisində 4 ədəd sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirildikdə, bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olumuş maddənin heroin olduğunu və həmin heroinin tutulduğu gün ünvan 2 ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Sonradan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus çayxananın kassasından pul oğurlamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 mart 2023-cü il tarixli protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd Prima markalı siqaret qutusunu təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfində həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə qutunun içərisində 4 ədəd sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olumuş maddənin heroin olduğunu və həmin heroinin tutulduğu gün ünvan 2 ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 06 mart 2023-cü il tarixli 19/258 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “M.Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə içərisində narkotik maddəyə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,245 qram; -0,241 qram, -0,195 qram, -0,218 qram, ümumi təmiz çəkisi -0,899 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 09 mart 2023-cü il tarixli 263 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından və Lənkəran Rayon Məhkəməsi tərəfindən təqdim edilən hökmün surətindən və Səlyan Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 1(049)- 18/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı rəhbər tutularaq barəsində amnistiya tətbiq edilmiş və cəzadan 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu götürülməmiş və ödənilməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 4(049)-87/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 28 sprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd kağız paketdəki çəkisi 0,899 qram olan 4 bükümdə narkotik vasitə heroin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotiv vasitə - heroinin ekspertizadan sonra qalıq qalmış 0,699 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X3, anası X5 və qardaşı X2 ilə birlikdə ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis şöbəsində üzərində aparılan şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, polislər tərəfindən təqyiq nəticəsində ona verilərək və həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsinin ondan tələb edilməsi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,699 qram təşkil edən narkotik vasitə – heroin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2023-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,699 qram təşkil edən narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar