Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-271/2023 24.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2004-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə 26 aprel 2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Veravul kəndində şəxsi münasibətləri zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə vurmaqla ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid üst dodaq nahiyəsində əzilmiş yaradan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Zərərçəkmiş şəxs kəndlisidir. Asimlə münasibətləri yaxşı olmuşdur. Asim xx.xx.2023-cü il tarixdə azyaşlı dayısı oğlu Vüsal ilə aralarında mübahisə baş vermişdir. Asimə mesaj yazaraq nə səbəbə dayısı oğlu Vüsalla dalaşdığını soruşmuşdur. Asim də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Telefon danışığı zamanı Asimlə aralarında mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Veravul kəndində evinə gedən zaman yolda Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Asimi ara məhləyə çağıraraq ona nə səbəbə onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Bu zaman arlarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı əsəbləşərək Asimin üz nahiyəsinə yumruq zərbələri endirmişdir. Sonra isə onu yıxaraq evinə çıxıb getmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, əməlıindən peşimandır, bir daha belə hallara yol verməyəcəkdir. Buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Şahid iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Veravul kənd 2 nömrəli məktəbində 11-ci sinifdə təhsil alır. xx.xx.2023-cü il tarixdə kəndlisi Vüsal ilə yolda rastlaşmışdır. Vüsal atası Seyfullanın qohumunun telefonunu özbaşına götürmüşdür. Vüsala bir daha belə hərəkətlər etməməsini demişdir. Aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı bir-birinə nalayiq ifadələr işlətmişdirlər. Həmin gün saat 22 radələrində qonşusu Yusif onun telefonuna nalayiq ifadələr yazaraq dayısı oğlu Vüsalı təhqir etdiyini bildirərək onu vuracağını demişdir. Təqsirləndirilən şəxs qonşusu, həmçinin Vüsalın dayısı oğludur. Atası Seyfulla olanları öyrənərək onu çölə buraxmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində atası Seyfulla onu dükana göndərərək çörək almasını demişdir. Dükana gedən zaman yolda Yusiflə rastlaşmışdır. Yusif onun ünvanına nalayiq ifadələr işlədərək üz nahiyəsinə yumruq zərbələri vuraraq müxtəlif xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid çıxışında ayrı-ayrılıqda Təqsirləndirilən şəxsla barışmadıqlarını və Yusifə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 26 aprel 2023-cü il tarixli, 400 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, sağ gözaltı, boyun, alt çənə nahiyələrində qançırlar, boyun nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Veravul kəndində baş vermişdir. Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası və qardaşı ilə birlikdə Lənkəran rayonu, Viravul kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin təsdiqedici ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Sadalanan sübutlar cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 128-ci maddəsinin sanksiyasında alternativ beş cəza növü müəyyən olunmuşdur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyətini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini, zərrəçəkmiş şəxslə barışmağa cəhd etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun: - yaşadığı Lənkəran rayonu, Viravul kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-271/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-271/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver