Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-271/2024 11.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, yasamal rayonu, Y.İbrahimbəyov küçəsi, dalan 14, ev 14-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, keçid 1410, ev 15/2, mənzil 79-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayının sonlarında Lənkəran rayonunun Girdəni kənd sakini Zərərçəkmiş şəxs qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra sonuncunun Heydər Əliyev adına Azərbaycan Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətində mühafizəçi işləyən oğlu Şahid3 yüksək əmək haqqı verilən başqa işə keçirəcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq bunun müqabilində 15000 (on beş min) manat pul istəmiş, 2023-cü ilin avqust ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu Girdəni kəndində yerləşən evində 15.000 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs 15000 (on beş min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu X5 rayonu, Havzava kənd sakini olan dostu Şahid2 tanış etmişdir. Şahid2la 2021-ci ildən dostluq edir və münasibəti vardır. Amiddən bal aldığına görə tanımış və aralarında dostluq münasibəti yaranmışdır. Novruzu da, Amidə görə tanımışdır. Belə ki, 2023-cü ilin iyul ayının ortalarında yenə Lənkəran şəhərində olarkən Amidlə Lənkəran şəhərində fəaliyyət göstərən “555” adlı çayxanada görüşəndə Novruz da, orada olmuşdur. Amid onun barəsində Novruza, Novruz barədə isə ona məlumat vermişdir. Həmin vaxtdan Novruzla da, münasibət saxlamış, mobil nömrəsi Novruzda, Novruzun da mobil nömrəsi onda olmuşdur. Amidlə yanaşı Novruzla da, mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışmışdır. 2023-cü ilin avqust ayında şəxsi ailə problemi ilə əlaqədar 15000 manat məbləğində pula ehtiyacı olmuşdur. Bakı şəhərində yaşayan dostlarından borca pul istəmiş, lakin pul tapa bilməmişdir. Şahid2 da, borca pul istədikdə, Amid də, pulunun olmadığını ona demişdir. Maddi sıxıntıları barədə Amidə və Novruza danışmış, Zərərçəkmiş şəxs də onun pula ehtiyacı olduğunu bilmişdir. 2023-cü ilin avqust ayının sonlarında Novruzla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq borca pul istəmiş, Novruz ona borca pul verəcəyinə razılaşmışdır. Təxminən 3 gün sonra 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhərindən Lənkəran rayonuna gəlmiş və yolda olarkən Amidə zəng edib onu qarşılamasını və birlikdə Novruzgilə getmələrini demişdir. Amid onunla razılaşmış, həmin gün, saat 21 radələrində Lənkəran rayonu, Girdəni kəndinə çatmış və Amidlə birlikdə Novruzgilə getmişlər. Novruz onları qarşılamış və arvadı Asudə onlara çay süfrəsi açmışdır. Çay içərək Novruza pul üçün gəldiyini demişdir. Novruz arvadı Asudəyə tapşırmışdır ki, pulu gətirsin. Asudə də, qəzetə bükülü vəziyyətdə olan pulu gətirib Novruza, Novruz isə ona vermişdir. Pul 15000 manat məbləğində 100 manatlıq əskinaslardan ibarət olmuş, pulu saymadan qəbul etmişdir. Novruza pulu qısa müddətdə qaytaracağını bildirmiş, daha sonra o və Amid Novruzla sağollaşıb çıxmışlar. Amid evinə, o isə Bakı şəhərinə qayıtmışdır. Novruzun ona verdiyi 15000 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Maddi imkanı yaxşılaşmadığı üçün Novruza verdiyi pulu söz verdiyi vaxtda qaytara bilməmişdir. Bundan sonra dəfələrlə Novruzla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona vaxt verməsini xahiş etmiş, lakin pulunu bu günə qədər qaytara bilməmişdir. Həmin pulu Novruzun Azərbaycan Beynəlxalq Hava Limanında işləyən oğlu Musanın həmin hava limanında daha yüksək maaşlı vəzifəyə keçirilməsinə köməklik edəcəyi müqabilində pul istəməmişdir. Ümumiyyətlə Novruzla aralarında oğlu Musanın işi ilə bağlı söhbət olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs dəymiş 15.000 (on beş min) manat məbləğində ziyanı tamamilə ödəmişdir, onunla barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Həmçinin dəymiş ziyanın 25 (iyirmi beş) faizi miqdarında, yəni 3.750 manat məbləğində pul vəsaitini dövlət nəfinə ödədiyini qeyd edərək, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşayır. Tanışı Həsənov X4 rayonu, Havzava kənd sakinidir. Amid hazırda Havzava kənd tam orta məktəbdə informatika müəllimi işləyir. 20 ildir ki, Amidi tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs da 2023-cü ilin oktyabr ayında Şahid2 görə tanımışdır. Belə ki, oğlu Şahid3 Heydər Əliyev adına Azərbaycan Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətində mühafizəçi işləyir və aylıq 600-700 manat civarında əmək haqqı alır. Musanı yüksək əmək haqqı verilən başqa işə keçirməyi qərara almış, lakin oğlu Musanın bundan xəbəri olmamışdır. Amidlə münasibətləri yaxşı olduğuna görə, Amidə oğlu Musanı başqa işə keçirmək istəməsi barədə bildirmişdir. Şahid2 ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, əlinin hər yerə çatdığını və bu cür işləri gördüyünü bildirmişdir. Amidə əgər həqiqətən dediyi şəxsin, yəni Təqsirləndirilən şəxs bu cür işlər görə biləcəyini bilirsə onunla tanış olmaq istədiyini demişdir. Oğlu Musa evli olub ayrılmış və 2023-cü ildə Musaya toy etməyi planlaşdırmışdır. Ona görə də, həmin ərəfədə nağd pulu olmadığından 2023-cü ilin avqust ayında "xxxx" ASC-nin Lənkəran filialından 12000 manat məbləğində kredit götürmüşdür. Həmin pulu yaşadığı evdə saxlamışdır ki, Musaya toy etsin. 2023-cü ilin avqust ayının sonlarında axşam saat 21 radələrində Şahid2 bir nəfər şəxslə onun yaşadığı Lənkəran rayonu, Girdəni kəndində yerləşən evə gəlmişdir. Amid yanındakı şəxsin adının Mirramin olduğunu və Prezident Administrasiyasında yüksək vəzifədə işlədiyini, onunla dostluq etdiyini demişdir. Amid həmçinin ona Mirraminlə danışdığını və Miramin Musanın vəzifəsinin dəyişdirilməsinə köməklik edəcəyini demişdir. Mirramin özü də, Amidin dediklərini təsdiq etmiş və Musanı işlədiyi Hava Limanında daha yüksək maaşlı vəzifəyə keçiriləcəyinə 2-3 gün müddətində kömək edəcəyinə söz vermişdir. Amid ona Mirramini yaxşı tanıdığını və ona zamin olduğunu demişdir. Amidə “Mirramini yox səni tanıyıram” demişdir. Amid də onunla razılaşmışdır. Yaşadığı evdə söhbət etmişlər və arvadı Şahid1 da orada olmuşdur. Mirramin ondan Amid və Asudənin yanında oğlu Musanın işlədiyi Hava Limanında daha yüksək maaşlı vəzifəyə keçirilməsinə köməklik etməsi müqabilində 15000 manat məbləğində pul istəmişdir. Amidə “birdən pulu verərəm iş alınmaz sonra vəziyyətim yaxşı olmaz, bankdan kredit götürmüşəm” demişdir. Amid də ona narahat olmamasını, Mirraminin etibarlı adam olduğunu və işi həll edəcəyini demişdir. Amidə və onun təkidi ilə Mirraminə inandığı üçün sonuncu ilə razılaşmış və arvadı Asudəyə tapşırmışdır ki, kredit götürdüyü 12000 manatı və əlavə 3000 manatı gətirsin. Asudə 15000 manat pulu gətirib ona vermişdir. Pulu saymadan Mirraminin qarşısına qoymuş, Mirramin də saymadan pulu ondan təhvil alıb cibinə qoymuşdur. Mirramin pulu ondan qəbul edəndən sonra inandırmışdır ki, “narahat olma Musanın işinin 2-3 günə həll edəcəyəm” demiş və buna əminliklə söz vermişdir. Bundan sonra Şahid2 və Mirramin yaşadığı evdən getmişlər. Oğlu Musanın işinin dəyişdirməsi məqsədi ilə Mirramin adlı şəxsə pul verməsindən xəbəri olmamışdır. Bir neçə gün sonra Mirramindən xəbər çıxmadığını görüb Amidlə əlaqə saxlamış, daha sonra Amiddən Mirraminin mobil nömrəsini alıb zəng etmişdir. Mirramin yenə ona narahat olmamağını və işin düzələcəyini demişdir. Yenə bir müddət gözlədikdən sonra oğlu Musaya zəng edərək işində bir dəyişiklik olub-olmadığını, onu Hava Limanının rəhbər şəxsləri tərəfindən qəbul edilibedilmədiyini soruşduqda Musa da, ona işində bir dəyişiklik olmadığını və heç kimin qəbulunda olmadığını demişdir. Bundan sonra Mirramin barədə Bakı Beynəlxalq Hava Limanında işləyən başqa şəxslərdən maraqlandıqda, Mirraminin başqa şəxsləri də işə düzəltmək adı ilə aldatdığını və heç kimin pulunu qaytarmadığı ona məlum olmuşdur. Mirramin tərəfindən aldadıldığını başa düşəndən sonra əvvəlcə Amidə zəng edərək pulunu istəmiş, Amid də ona Mirraminlə danışacağını və pulun qaytarılmasına köməklik edəcəyini demişdir. Daha sonra Mirraminin özü ilə də əlaqə saxlayıb pulunu istədikdə, Mirramin elə telefon danışığı zamanı ona pulu anasının əməliyyatına xərclədiyini, lakin qısa müddət ərzində tam şəkildə qaytaracağına söz vermişdir. 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı, yəni 15.000 manat məbləğində pulu tam olaraq ona ödəmişdir, onlar barışmışlar və Mirramindən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayon Aydın Əliyev adına Havzava kənd tam orta məktəbdə riyaziyyat və informatika müəllimi işləyir. Zərərçəkmiş şəxs 20 ildən artıq müddətdir və Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır. 2023-cü ilin avqust ayının sonunda Mirramin ona zəng edərək yolda olduğunu, Lənkəran rayonuna gəldiyini bildirmiş və birlikdə Novruzun evinə getmələrini təklif etmişdir. Mirramindən nə səbəbə Novrizgilə getdiklərini soruşduqda, Mirramin ona Novruzdan pul götürəcəyini demişdir. Mirraminlə razılaşmış, həmin gün axşam saat 21 radələrində Mirramin Lənkərana çatmış və Mirramini Lənkəran rayonu, Girdəni kəndində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında qarşılamış və birlikdə Novruzun evinə getmişlər. Bildiyinə görə Mirramin ilk dəfə Novruzun evinə getmişdir. Mirraminin avtomobilində Novruzun evinə getmişlər. Novruz onları yüksək səviyyədə qarşılamışdır. Novruzgildə oturub çay içmişlər. Həmin vaxt Novruzun arvadı Asudə də, yanında olmuşdur. Çay içdikdən sonra Novruz arvadına “Asudə xanım əmanəti gətir” demişdir. Asudə yanlarından ayrılıb digər otağa keçmiş və əlində kağıza bükülmüş halda pul gətirərək Novruza vermişdir. Novruz Mirraminə pulun 15 dənə, yəni 15000 manat olduğunu demiş və təklif etmişdir ki, pulu saysın. Mirramin isə pulu saymağa ehtiyac olmadığını demişdir. Mirramin pulu götürəndən sonra Novruzgildən getmişlər. Novruz onları yola salmış, yaşadığı Lənkəran rayonu, Havzava kəndinə, Mirramin isə üzü Bakı şəhəri istiqamətində getmişdir. Bir ay yarımdan sonra Novruzla yenə çay içmək üçün görüşəndə, Novruz ona Mirraminə pulu oğlu Musanının işlədiyi hava limanında daha yüksək maaşlı vəzifəyə keçməsinə köməklik etməsi müqabilində, yəni oğlunun işinə görə verdiyini, lakin Mirraminin onu aldatdığını və oğlununu işini düzəltmədiyini, pulu isə qaytarmadığını demişdir. Novruz ona oğlunun işinə görə Mirraminə verdiyi pulun çox hissəsini Bankdan kredit götürdüyünü və banka 12000 manatdan artıq borcu qaldığını demişdir. Mirraminlə mobil telefonla danışıb pul məsələsini soruşanda, Mirramin mənə öz işinə görə Novruzdan borc aldığını demiş və pulu qısa müddət ərzində qaytaracağına söz vermişdir. Lakin pulun verildiyi vaxtdan 8 aya yaxın müddət keçməsinə baxmayaraq, Mirramin Novruzun pulunu qaytarmamışdır. Özü də, bu müddət ərzində dəfələrlə Mirraminə zəng edərək pulu qaytarmasını xahiş etmiş, Mirramin də ona hər dəfə maddi vəziyyətinin yaxşı olmadığını bildirib, pulu yaxın vaxtlarda qaytaracağını demişdir. Həqiqətən də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun yanında 15000 manat pul vermişdir. Mirraminin həmin pulu nə məqsədlə Novruzdan aldığını bilməmişdir və Mirramin ona həmun pul puldan heç bir vəsait verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Həqiqətən də Təqsirləndirilən şəxs onların evində olarkən həyat yoldaşı Novruzdan 15.000 manat məbləğində pulu almışdır. Mirramin onların evinə kəndçiləri Amidlə birlikdə gəlmişdir. Həmin pulu onlar bankdan kreditə götürmüşlər və həyat yoldaşı Novruz həmin pulu Amidə aralarında olan razılığa əsasən, oğlu Şahid3 daha yüksək məvacibli işə keçirmək adı ilə aldmışdır, lakin verdiyi vədə əməl etməyib onları aldatmışdır. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi nömrəsiz evdə kirayədə yaşayır. X6 X1 Baş İdarəsində böyük inspektor vəzifəsində çalışır. 2023-cü ilin sentyabr ayının ortalarında sonradan tanıdığı Təqsirləndirilən şəxs işlədiyi yerə gəlib onunla görüşmüşdür. Təqsirləndirilən şəxs özünün Prezident Administrasiyasında yüksək vəzifədə işlədiyini, onun işini danışdığını, onu daha yüksək vəzifəyə təyin etdirəcəyini demişdir. Təqsirləndirilən şəxs nə danışması barədə məlumatlı olmadığını demişdir. Mirramin isə ona “sənin atanla danışmışam, narahat olma, sənin işini daha yüksək məvacibli işlə dəyişdirməyə kömək edəcəyəm” demişdir. Həmin vaxta qədər olanlardan, yəni atasının Mirraminlə görüşüb bununla bağlı sonuncuya 15000 manat verməsi barədə məlumatı olmamışdır. Bu barədə Mirraminin özündən eşitmiş, Mirramin həmçinin ona “Genaralın köməkçisi bizim adamdır, nə lazımdısa sənin üçün edəcəyik” demişdir. Mirramin yanından uzaqlaşdıqdan sonra atasına zəng edib danışdıqda atası Zərərçəkmiş şəxs ona hər şeyi demiş və atasına “bu adam düzgün adama oxşamır, onu araşdıracağam” deyə cavab vermişdir. Səhəri gün Mirraminin iş yerinə gəldiyi avtomobili aereportda moykada görmüşdür. Orada olan şəxslərdən avtomobilin kimə məxsus olduğunu soruşduqda həmin şəxslər ona avtomobilin Təqsirləndirilən şəxs məxsus olduğunu və hava limanında işlədiyini demişlər. Təqsirləndirilən şəxs onları aldatdığını hiss etmişdir. Mirramin barəsində maraqlandıqda sonuncunun dələduzluq işləri ilə məşğul olub başqa şəxsləri də aldatdığını eşitmiş və dərhal atasına zəng edib bu barədə danışdıqda Təqsirləndirilən şəxs onları aldatdığına əmin olduğuna görə X6 Aereportunun ərazisində görüşüb onlara yalan danışdığını, onu araşdırdığını üzünə demişdir. Mirramin isə yenidən öz yalanlarını deməyə davam etmişdir. Mirraminə “atama bu barədə məlumat verəcəyəm, aranızda nə söhbət olmuşdursa qaydasına qoyun” demiş, həmçinin bu məsələ ilə bağlı bir də ona zəng edib narahat etməməsini demişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu aldadaraq işini guya daha yüksək məvacibli işlə dəyişəcəyinə dair yalan vəd verib Lənkəran rayonu Girdəni kəndində yerləşən evində atam Zərərçəkmiş şəxs 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Mirramin adlı şəxsi 2023-cü ilin sentyabr ayının ortalarında tanımışdır. Atası Zərərçəkmiş şəxs onun işini daha yüksək məvacibli işə dəyişməsi üçün Miramin Mirsultanova 15000 manat məbləğində pul verərkən onun bu barədə heç bir məlumatı olmamışdır. Atası pul verməsi ilə bağlı ona heç bir söz deməmiş, sonradan bu barədə eşitmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşmadan görünür ki, Zərərçəkmiş şəxs qızının həyat yoldaşı Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından 12.000 manat məbləğində pul kreditə götürülmüşdür. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında dələduzluq yolu ilə ondan ələ keçirdiyi 15.000 manat məbləğində pulu tam halda geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 10994 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən xəstəxanada müalicədə olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 avqust 2024-cü il saat 17:00-dan hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 4(049)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 0149/25 saylı, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdə qeyd edilmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə vurulmuş ziyanın 25 faizini, yəni 3750 manatı dövlət büdcəsinə ödəmişdir. İş üzrə icraata xitam verilməklə, cinayət məsuliyyərində azad edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli 10627 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Lənkəran rayon filialı vasitəsi ilə X2 AZ11CTRE******************** nömrəli hesabına ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadə və ərizəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə « Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-271/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-271/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver