Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-273/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 10:15 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş,Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydiyyatda olan və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri-0,189 qr;-0,212 qr;-0,208 qr;-0,194 qr;-0,227 qram; ümumi təmiz çəkisi-1,030 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək,üzərində saxlamaqla,daşımış və Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının 04 mart 2023-cü il tarixdə, saat 16 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 16:20 dəqiqədə yaşadığı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 5 (beş) ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş halda əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, hər gün narkotik vasitə olan heroindən iynə ilə damarına vurmaqla istifadə edir. İstifadə etdiyi narkotik vasitə olan heroini Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 04 mart 2023-ci il tarixdə, saat 12 radələrində özü istifadə etmək üçün heroin almaq məqsədilə Liman şəhərində avtobusa əyləşib Lənkəran şəhərinə getmişdir.O, Lənkəran səhərində avtobusdan düşüb piyada "Kiçik bazar" deyilən əraziyə getmişdir. O, həmin ərazidə ona həmişə heroin satan adını bilmədiyi şəxsdən 25 manata bir ədəd sellofanda beş bükümdə olan heroin almış və əynində olan boz rəngli idman şalvarının sağ yan cibində gizlətmişdir. Həmin günü saat 17 radələrində yaşadığı Nərimanabad qəsəbəsində üzərində olan heroindən istifadə etmək üçün piyada gəzərək münasib yer axtardığı zaman Liman polis bölməsinin işçiləri onu saxlayaraq Liman polis bölməsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 5 bükümdə heroin olan bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə, saat 13 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində saxlayaraq gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən Liman polis bölməsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə, saat 16:20 dəqiqədə yaşadığı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Liman polis bölməsinə gətirilmişdir. Polis şöbəsində Lənkəran rayon Vəkil bürosunun vəkili İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Mircan Quliyev həmin bir ədəd bükülünü açmış və bükülünün içərisindən 5 ədəd bükümdə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Mircan Quliyev həmin 5 ədəd bükülülərin içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülülərin içərisindəkinin özünə məxsus olan narkotik vasitə heroin olduğunu və həmin 5 bükümdə olan heroini özü istifadə etmək üçün 04 mart 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis serjantları Şahid2 və Şahid3, Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 mart 2023-cü il tarixli protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 05 ədəd narkotik vasitə olan heroinin təqribi çəkisi 1,17 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur. Həmin kütlələri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 05 mart 2023-cü il tarixli 19/256 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs oğ-nun üzərindən aşkar edilmiş 5 ədəd bükümdə kütlə......" sözlər və imzalar olan bir ədəd zərfdəki,5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,189 qr: - 0,212 qr;-0,208 qr;-0,194 qr;-0,227 qram:ümumi təmiz çəkisi:-1,030 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 03 aprel 2023-cü il tarixli 374 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır.Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 aprel 2015-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Məhkumluğu olmayan şəxsdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 4(049)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,189 qr; -0,212 qr; -0,208 qr; -0,194 qr; -0,227 qram: ümumi təmiz çəkisi -1,030 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotiv vasitə - heroinin ekspertizadan sonra qalıq qalmış 0,830 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bibisi liyeva Xədiyə Məlikməmməd qızı ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,830 qram təşkil edən narkotik vasitə – heroin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 04 mart 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,830 qram təşkil edən narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-273/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-273/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver