Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-274/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istirakları ilə, saat 15:30 xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən bazarda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi -1,263 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla daşımış və 21 fevral 2023-cü il tarixdə, saat 15 radələrində DİN-nin BNMİ-nin X2 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 14:40 dəqiqədə Ələt-Astara avtomobil yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yerləşən "Pullu-Pulsuz" adlanan çayxananın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq CBRŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Ali təhsil alsa da bir müddət ixtisası üzrə işləmiş, hazırda rəsmi olaraq heç yerdə işləmir. Tikintidə fəhləlik edib ailəsinin dolanışığını təmin edir. Təxminən 2 ay ərzində hərdənbir narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi heroini Lənkəran şəhərində yerləşən bazarda üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 20 fevral 2023-cü il tarixdə, saat 17 radələrində evdən çıxıb heroin alıb istifadə etmək məqsədi ilə piyada Lənkəran şəhər bazarına getmiş və 15 manata 1 ədəd bükümdə heroin almışdır. Sonra isə yaşadığı evə qayıtmışdır. Bir neçə dəqiqədən sonra küçəyə çıxmış və münasib yer tapıb aldığı heroinin az bir hissəsini zərli kağızda yandıraraq tüstüsünü udmaqla istifadə etmişdir. Sonra isə yaşadığı evə qayıtmışdır. 21 fevral 2023-cü il tarixdə, saat 15 radələrində evdən çıxıb piyada "Pullu- Pulsuz" adlanan çayxanaya tərəf getmiş və çayxananın yaxınlığında üzərində olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman polis işçiləri onu küçədə tutub Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə aparmışlar. Regional polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində axtarış aparmışdır. Şəxsi axtarış zamanı o əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükülüdə olan heroini və sol yan cibindən "Samsung" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra isə şalvarının arxa sol cibindən cəmi 56 manat kağız pulunu və cəmi 1 manat 80 qəpik olan dəmir pullarını çıxarıb masanın üzərinə qoymuşdur. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, daha narkotik vasitələrdən istifadə etmədiyini, ailəninin yeganə qazanc gətirən şəxsi olduğunu nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin X2 Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 21 fevral 2023-cü il tarixdə,saat 10 radələrində Baş Narkotiklə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində daşıyaraq gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Şahid1 tərəfindən 21 fevral 2023-cü il tarixdə DİN-nin Baş NMİ-nin X2 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında, o özü və regional şöbənin polis nəfəri, polis baş serjantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Ələt- Astara avtomobil yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yerləşən "Pullu- Pulsuz" adlanan çayxananın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmişdir. Bundan sonra Baş NMİ-nin X2 Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənovun xidməti otağında, Şahid1, onun, Şahid3 və Lənkəran rayonu Vəkil bürosunun vəkili İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Famil Həsənov tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü, sol yan cibindən "Samsung" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs həmin şalvarının arxa sol cibindən cəmi 56 manat kağız pulu və cəmi 1 manat 80 qəpik olan dəmir pulları da çıxardıb masanın üzərinə qoymuşdur. Famil Həsənov həmin bir ədəd bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisindəkinin heroin olduğunu bildirmişdir. Famil Həsənov həmin bir ədəd bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Famil Həsənov həmin heroinə bənzər kütlənin kimə məxsus olduğunu və kimdən əldə etdiyini Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin heroinin özünə məxsus olduğunu və həmin heroini 20 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhər bazarında həmişə ona heroin satan üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını və az hissəsini qəbul etdiyini bildirmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə, saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. 21 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürmüş və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 19/221 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi......" sözlər və imzalar olan bir ədəd zərfdəki,1 ədəd bükümdə təmiz çəkisi:-1,263 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə ambulator-narkoloji ekspertizasının 22 fevral 2023-cü il tarixli, 211 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixitariya Xəstəxanasının 02 mart 2023-cü il tarixli, 387 nömrəli arayışından görünür ki, Mirzəyev X1 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Qətimkan tədbiri seçilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:50-də saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY– dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 5(049)-60/2023 saylı qərarı ilə Azərbaycan Respublikası DİN BNMİ-nin X2 Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 21 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi:-1,263 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,213 qram çəkidə narkotik vasitə olan heroin və şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər maddi sübut qismində tanınmış, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,213 qram çəkidə narkotik vasitə olan heroinin Lənkəran ŞRPŞnin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Mirzəyev X1 şəhəri, Ü.Hacıbəyov küçəsi ev 41 A ünvanında arvadı və 3 uşağı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 14:40-dan, 23 fevral 2023-cü il tarixdə saat 12:50-dək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, narkoloji rəyə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1,213 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 14:40-dan, 23 fevral 2023-cü il tarixdə saat 12:50-dək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,213 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-274/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-274/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver