Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-275/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 28.04. 2023-cü il tarixdə saat 07 radələrində Lənkəran rayonu Veravul kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncuya qəsdən baş nahiyəsi ilə üz nahiyəsinə zərbə endirməklə ona- sol gözaltı nahiyəsində əzilmiş yara, sol qulaq seyvanı nahiyəsində sıyrıq, boyun nahiyəsində qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs əmisi oğludur, həmçinin qonşusudur, bir həyətdə yaşayırlar. O, İİİ qrup əlildir. 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Fizuli və Qubadlı rayonların olunmasında, Vətən uğrunda və igidliyə görə medallarla təltif olunmuşdur. Ailələri arasında mütəmadi olaraq torpaq mübahisələri baş verir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində evdən həyətə düşən zaman həyətdə olan əmisi Elman və oğlu Əziz ünvanına nalayiq ifadələr işlətmişlər. Buna görə onlara yaxmlşmış, aralarında mübahisə düşmüşdür. Onlar hər ikisi Nurlan ilə dava-dalaş etmiş və həmin zaman əmisi oğlu Zərərçəkmiş şəxs onun yaxasından yapışmışdır. Əzizi özündən aralamaq üçün başı ilə onun üz nahiyəsinə zərbə endirmişdir. Səs-küyə ailə üzvlər gəlmiş və mübahisəni dayandırmışlar. O, özünü müdafiə etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əmisi oğludur, həmçinin qonşusudur, bir həyətdə yaşayırlar. Əvvəllər əmisi oğlu Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, lakin son zamanlar münasibətləri soyumuşdur. Yaşadığı ünvanda onun ailəsindən başqa 2 əmisi ailəsi ilə birgə yaşayır. Buna görə aralarında mütəmadi olaraq torpaq mübahisəsi baş verir. xx.xx.2023 il tarixdə, saat 07 radələrində evdən həyətə çıxmış, həyətdə Təqsirləndirilən şəxs anası Şöhrət və atası Elman Nəzərovla mübahisə etdiyini görmüşdür. Mübahisəni sovuşdurmaq məqsədilə onlara yaxınlaşmışdır. Həmin zaman Təqsirləndirilən şəxs onun yaxasından yapışmış və özünə tərəf çəkərək baş nahiyəsi ilə onun üz nahiyəsinə zərbə endirmişdir. Aldığı zərbədən xəsarət almış və yerə yıxılmışdır. Bunu görən Təqsirləndirilən şəxs oradan yayınmışdır. O, valideynlərinin köməkliyi ilə ayağa qalxmış və evinə getmişdir. Bir müddət keçdikdən sonra gəlmiş, baş verən hadisə ilə əlaqədar Lənkəran ŞRPŞ-nə yollanmışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, barışmaq fikri də yoxdur, artıq neçənci dəfədir ki, mübahisə baş verir. Məhkəmədən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs onun qaynının oğlu, həmçinin qonşusudur. xx.xx.2023-cü il, saat 07 radələrində qaynı oğlu Təqsirləndirilən şəxs əlində dəmir parçası ilə evin həyətdə səs-küy salmışdır. Onun və ailə üzvlərinin ünvanına səbəbsiz yerə nalayiq ifadələr işlətmişdir, səs küyü eşidib həyətə çıxmışdır. Həmin zaman Nurlan yenidən onun ünvanına nalayiq ifadələr işlətmiş və ona tərəf gələrək, mübahisə etməyə başlamışdır. Evdə yatan oğlu Əziz səsə yuxudan durmuş və həyətə çıxmışdır. Həmin zaman Təqsirləndirilən şəxs əlləri ilə oğlunun yaxasından tutmuş və özünə tərəf çəkərək baş nahiyəsi ilə Əzizin üz nahiyəsinə zərbə endirmişdir, zərbənin təsirindən oğlu Zərərçəkmiş şəxs xəsarət almış və yerə yıxılmışdır. Bunu görən Təqsirləndirilən şəxs evinə getmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs onun qardaşı oğludur həmçinin qonşusudur. Onlar hər ikisi Lənkəran rayonu Veravul kəndində yaşayırlar. Yaşadığı ünvanda onun ailəsindən başqaiki qardaşı da ailəsi ilə birgə yaşayır. Buna görə aralarında mütəmadi olaraq torpaq mübahisəsi baş verir. xx.xx.2023-cü il saat 07 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs əlində dəmir parçası ilə fərdi yaşayış evinin həyətdə səs-küy salmışdır. Onun və ailə üzvlərinin ünvanına səbəbsiz yerə nalayiq ifadələr işlətmişdir, səs küyü eşidib həyətə çıxmışdır. Həmin zaman Nurlan yenidən nalayiq ifadələr işlətmiş və ona tərəf gələrək, mübahisə etməyə başlamışdır. Evdə yatan oğlu Əziz səsə yuxudan durmuş və həyətə çıxmışdır. Həmin zaman Təqsirləndirilən şəxs əlləri ilə oğlunun yaxasından tutmuş və özünə tərəf çəkərək baş nahiyəsi ilə Əzizin üz nahiyəsinə zərbə endirmişdir. İş materiallarının 27-29-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023cü il tarixli, 405 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözaltı nahiyəsində əzilmiş yara, sol qulaq seyvanı nahiyəsində sıyrıq, boyun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvəvə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağla yüngül zərər vurmaya aiddir. İş materiallarının 33-35-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. İş materiallarının 40-42-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası, arvadı, xx.xx.2005, xx.xx.2007 və xx.xx.2010-cu il təvəllüdlü uşaqları ilə birlikdə Lənkəran rayonu, Veravul kəndində yaşayır. İş materiallarının 40-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş medalladan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla, İgidliyə görə, Qubadlının azad olunmasına və Füzulinin azad olunmasına görə medallarla təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, İİ Qarabağ müharibəsində iştiak etməsini və təltif edilməsini, CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-275/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-275/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver