Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-275/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Aslanov Murad Şamxal oğlu, məhkəmə iclasının katibi: X4, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət Lənkəran Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Şikayət verən şəxs xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Bildirirəm ki, qardaşım X7 tərəfindən xx.xx.2024-cü il tarixdə gətirilmiş qaynaqçı tərəfindən, Azərbaycan Respublikası Dövlət X1 gediş-gəliş yolu kimi qeydə alınmış, məktəbli uşaqların gediş-gəliş yolunun qanunsuz və əsassız olaraq qaynaq üsulu ilə bağlanması və həmin yolun bağlanması zamanı iştirak etmiş qardaşımın etibarnamə üzrə nümayəndə adlandırdığı X6 tərəfindən təhqir edilərək şərəf və ləyaqətimin alçaldılması barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdim.Lənkəran ŞRPŞ-dən aldığım xx.xx.2024-cü il tarixli, 3-13-96/2-İ-22910/24 saylı cavab məktubunda həmin şikayətlə bağlı mənkəmə orqanlarına xüsusi ittiham qaydasında müraciət etmək hüququmun olması izah edilmişdir. xx.xx.2024-cü il tarixdə qardaşım X3 etibarnamə üzrə nümayəndəsi adlandırdığı, ehtiyatda olan Azərbaycan Respublikası Ordusunun mayoru, X6 tərəfindən, məhkəmənin qərarı olmadan, ümumi gediş-gəliş yolu qaynaq üsulu ilə bağlanılmaqla körpə uşaqlarımın məktəbə geiş-gəliş yolu bağlanıldı. Gediş-gəliş yolunun qanunsuz bağlanılması ilə bağlı verdiyim şikayət əsasında Reyestr Xidmətinin nümayəndəsi (adı Qiyas) iştirak edirdi və sözü gedən yolun ekspertizasını həyata keçirirdi.Lakin Reyestr Xidmətinin nümayəndəsi öz vəzifəsini yerinə yetirmək istəyərkən nümayəndə kimi təqdim edilən X6 ona da təzyiq göstərdi, kobudluq etdi və öz vəzi vəsini yerinə yetirməyə imkan vemədi. Eyni zamanda nümayəndə adlandırılan Arif Məmmədov tərəfindən açıq və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşaiyət olunan qəsdli hərəkətlərlə təhqir olundum.Belə ki, Reyestr Xidmətinin işçisinin iştirak etdiyi münaqişə zonasında özünü etibarnamə üzrə nümayəndə elan edən Arif Məmmədovdan ona verilmiş etibarnamənin təqdim eilməsini tələb etdim.O, etibarnaməni təqdim edə bilmədi və məni nəlayiq hərəkətlərlə və söyüşlərlə təhqir etdi.O, üzərimə cumdu, mənə əl-qol atdı, mənə nəlayiq söyüşlər söydü, mənə “oğraş” dedi və bununla kifayətlənməyib üzümə də tüpürdü.Məni “suka” adlandırdı.Reyestr Xidmətinin işçisinin işinə maneçilik etdi.Reyestr Xidmətinin işçisi onun bu hərəkətini “hörmətsizlik” kimi qiymətləndirdi və qardaşıma etiraz etdi.( Video-görüntüdə öz əksini tapmışdır)Arif Məmmədovun nəlayiq hərəkətlərindən yaxınlığdakı yolda hərəkətdə olan bəzi nəqliyyat sürücüləri belə maşınlarını saxlayıb A.Məmmədovun mənə qarşı işlətdiyi nəlayiq sözlərə qulaq asırdılar.Onun mənə qarşı törətdiyi cinayət əməli mənim tərəfimdən mobil telefona çəkilmişdir.(Vidfeo-görüntü əlavə edilir). Ona görə də o. təqsirli şəxsdir və cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X8 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən X2 CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Hazırda baxılan şikayətin məzmunundan da aydın olur ki, X6 tərəfindən X5 şərəf və ləyaqətini ləkələyən sözlərə yol verilmişdir. Yuxarıda sadalanan qanunvericilik normnalarından müəyyən olunur ki, şikayətdə göstərilənlər mülki hüquqi xarakterlidir və buna görə şikayət əsassızdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və «şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-275/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-275/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver