Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-276/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı Nümayəndə , Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 avqust 2023-cü il tarix, saat 12:25-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs balıqları qanunsuz tutmaqla dövlət balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydalarının tələbləri ilə həvəskar balıq ovu üçün 1 nəfərin istifadəsi üçün diametri 0,5 metrdən kiçik 1 ədəd istifadə etməli və ovuna icazə verilən şamayı balıqlarının minimum ölçüsünün 19 sm olduğu halda həmin tələbləri pozaraq qanunsuz balıq tutmaq məqsədi xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Girdəni çayının Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsinə gəlib 1 ədəd diametri 90 sm olan balıqovlama vasitəsi sayılan domcadan istifadə etməklə həmin gün saat 15 radələrinə qədər qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən, hər biri 33 manat təşkil edən, ölçüləri 12-16 sm aralığında dəyişən 32 ədəd şamayı balığı qanunsuz tutaraq xeyli, yəni 1056 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirlən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Kasıbçılıq üzündən, ailəsini dolandırmaq məqsədilə 25 mart 2023-cü il tarixdə, saat 10 radələrində balıq tutmaq üçün Girdəni çayının, Lənkəran rayonunun, Girdəni kəndi ərazisindən keçən hissəsində kapron sapdan toxunmuş domcadan istifadə edərək saat 15 radələrinə kimi balıq tutmuşdur. Tutduğu balıqlarıda götürüb çaydan sahilə çıxan zaman Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, balıq tutmaq üçün rəsmi icazəsi yoxdur, ailəsinə qida əldə etmək üçün balıq ovu etmişdir. Bundan sonra polis əməkdaşları onu balıqovlama vasitələri ilə birlikdə Lənkəran XPŞ-nə aparmış, orada onlara baxış keçirilmiş, bu barədə protokol tərtib olunaraq, videokameraya çəkmişlər. O, tərtib olunmuş protokola imza etmişdir. Bundan sonra balıqovlama vasitəsi və tutduğu 32 ədəd ağ sol balığı maddi subut kimi götürülmüşdür. Həmin balıqları şamayı kimi qeyd etsələr də, o, onların məhz ağ sol balığı olduğunu bildirmiş, lakin polis əməkdaşları buna məhəl qoymayaraq onları şahmayı kimi rəsmiləşdirmişlər. Şahmayı balığı ilə ağ sol balığının qiymətləri fərqlidir. Əlavə olaraq bildirmişdir ki, əməlindən peşmandır. Bu cinayəti ağır ailə vəziyyətində olduğu üçün etmişdir. Ona qarşı polislər tərəfindən fiziki və psixiki təsir göstərilməmiş, orada ifadələrini sərbəst olaraq vermişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Mülki iddianı qəbul qismən edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı, Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi Nümayəndə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 15.00-da Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs Girdəni çayının Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində kapron sapdan toxunmuş, 1 ədəd domca adlanan ov vasitəsi ilə qanunsuz 32 ədəd şamayı balığını tutduğunu görmüşdür. Buna görə də sonuncu Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd şamayı balığı 3,30 man) olmaqla 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd şamayı balığı balığlarına görə ziyanın məbləği 33,0 manat, təşkil etdiyindən 32 ədəd şamayı balığı (32 ədəd x 33 manat=1056 manat) dəymiş ziyan 1056 manat təşkil edilmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid, X8 İdarəsinin X10 şöbəsinin polis nəfəri Şahid göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. xx.xx.2023-cü il tarixdə saat 15.00-da Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxsdan kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan 1 ədəd domca adlanan ov vasitəsi, həmin domca ilə ovladığı 32 ədəd şamayı balığı aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞnə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə Girdəni çayının Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsinin su sahəsinə icazəsiz daxil olaraq 1 ədəd domca adlanan ov vasitəsi ilə 32 ədəd şamayı balığı rəsmi icazəsi və balıqovlama bileti olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. İşdə olan “Baxış keçirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutularkən saxlanılmış, yoxlama zamanı ondan balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, diametri 90 sm, gözlərinin ölçüsü 16x16mm olan 1 ədəd domca, hər birinin ayrı ayrılıqda ölçüləri 12-16 sm olan 32 ədəd şamayı balığı aşkar olunaraq götürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, karton sapdan toxunmuş, gözlərinin ölçüləri 16x16 mm olan bir ədəd domça müvəqqəti saxlanılması üçün Su NPİnin Lənkəran XPŞ-nin məsul növbətçisi X2 təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ümumi çəkisi 2,130 kg olan 32 ədəd şahmayı balığı Səfərəli Ələkbərova təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mütəxəsis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kapron sapdan toxunmuş, gözlərinin ölçüləri 16x16 mm olan 1 ədəd domca adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 32 ədəd şamayı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd şamayı balığı 3,30 man) olmaqla 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,0 manat, təşkil etdiyindən 32 ədəd şamayı balığı (32 ədəd x 33 manat = 1056 manat) dəymiş ziyan 1056 manat təşkil edir. İşdə olan iddia ərizəsindən görünür ki, iddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi təqsirləndirlən şəxsdən 1056 manat məbləğində ziyanın tutularaq hesablarına köçürülməsini xahiş etmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/916- 9/4837 saylı rəyindən görünür ki, cinayət işi materialında olan mütəxəssis rəyinə, şəkillərə və videogörüntülərə əsasən 32 ədəd balıq Şamayı növünə aiddir. Onların ovlanması nəticəsində 2023-cü ilin mart ayına təbiətə vurulmuş ziyanın ümumi məbləği 1056 manat müəyyən edilir. O cümlədən bir ədəd şamayı balığının qanunsuz ovlanması ilə vurulan ziyan-33 manat, 32 ədəd-1056 (32x33 manat) manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-295/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşdə olan “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, diametri 90 sm, gözlərinin ölçüsü 16x16mm olan 1 ədəd domca, hər birinin ayrı ayrılıqda ölçüləri 12-16 sm olan 32 ədəd şamayı balığı və hadisə yerində baxış zamanı çəkilmiş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 27 mart 2023-cü il tarixli 3-1315-3-2/2-96/2023 saylı məktubuna əsasən "xxxx" MMC-yə təhvil verilməsi və həmçinin digər maddi sübutlar olan balıqovlama vasitələrini isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağında təhvil verilməsi nəzərə alınmışdır. İşdə olan Lənkəran RİHB-nın Girdəni kənd İƏD üzrə nümayəndələyinin xasiyyətnaməsi, arayışın və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmaqla himayəsində bir yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Nuray və 30.08. 2010-cu il təvəllüdlü Nihad adlı bir azyaşlı uşağı vardır. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən, hökmün surətindən və Lənkəran RPŞ-nin MSY-nin rəisinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, birinci dəfə Şəfiyev X3 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, daha sonra Lənkəran rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin zaman ölkədə yayılmış koronavirus pandermiyası ilə əlaqədar olaraq təqsirləndirilən şəxslərin etapı məhdudlaşdırıldığından ibtidai istintaq müddətinin sonundan Lənkəran RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs sonuncu hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından o, xx.xx.2020-ci il tarixdə oradan azad olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirlən şəxsi (mülki cavabdehi), zərərçəkmiş şəxsi (mülki iddiaçını), şahidləri dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan CM-nin 256.1-ci maddəsi ilə tövsif edilmişdir, həmin əməli törətməkdə təqsirlidir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar yoxdur. CM-nin 256.1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və onun həyat şəraitinə təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X10 Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, diametri 90 sm, gözlərinin ölçüsü 16x16mm olan 1 ədəd domca, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 12-16 sm aralığında dəyişən 32 ədəd şamayı balığı "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı və həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli, bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalı, hadisə yerinə baxış zamanı çəkilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar qeyd edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1056 (bir min əlli altı) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan cinayətin aləti - Lənkəran XPŞ-nin sübutların saxlanc otağında saxlanılan balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, diametri 90 sm, gözlərinin ölçüsü 16x16mm olan 1 ədəd domca Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Departamentinə verilsin, hadisə yerində baxış zamanı çəkilmiş videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 12 ədəd şamayı balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurduğu ziyanın əvəzi olaraq 1056 manat tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesdabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi anadan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №1(049)-276/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-276/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver