Məhkəmə qərarları › İş №1(049)-276/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-276/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-276/2024 25.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Lənkəran rayonu Havzava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Havzava kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 25 dekabr 2024-cü il tarixdə saat 15.30-da baxaraq, məhkəmə müəyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 30 iyul 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında, yolun kənarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,787 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 30 iyul 2024-cii il tarixdə, saat 12 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 12:05 - də Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında, yolun kənarında dayandığı zaman saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin bir ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini və ibtidai istyintaqa zamanı sərbəst ifadə verdiyini bildirib göstərmişdir ki, təxminən 5 il ərzində “şüşə” deyilən psixotrop maddə olan metamfetamindən və "kakos" deyilən narkotik vasitə olan heroindən istifadə etmişdir. Üzərində narkotik vasitə gəzdirdiyi üçün bir dəfə məhkum olunmuşdur. Metamfetamini və heroini siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla qəbul etmişdir. İstifadə etdiyi metamfetamini və heroini həmişə Lənkəran şəhərində yerləşən Böyük bazar deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 30 iyul 2024-cii il tarixdə, saat 10 radələrində Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın qarşısına gəlmiş, bu zaman ona həmişə metamfetamin və heroin satmış şəxsin yolun kənarında dayandığını görmüşdür. O, həmin şəxsə 20 manat verib ondan bir bükümdə "şüşə" almış və əynində olan şalvarının cibinə qoymuşdur. Sonra isə bazarın ətrafında gəzərək aldığı metamfetamini istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Lakin münasib yer tapmadığı üçün Nizami küçəsi ilə piyada, bazarın girişinə tərəf gəlməyə başlamışdır. Həmin gün, saat 12 radələrində Nizami küçəsində yerləşən bazarın yaxınlığında, yolun kənarında dayandığı zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar və onlardan bir polis işçiləri olduqlarını bildirib onu tutaraq Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi,üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. O da, əynində olan şalvarının cibində gizlətdiyi bir bükümdə olan metamfetamini və digər cibindən bir ədəd "Nokia" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymuşdur. Polis işçisi həmin bükülünün içərisində nə olduğunu ondan soruşduqda, içərisində "şüşə" olduğunu və özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir .Bundan sonra, polis işçisi, onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. Polis işçisi, içərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,89 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi, içərisində metamfetamin olan 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur.O, vəkil Müdafiəçi ilə birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir.Bundan sonra videoçəkiliş dayandırılmışdır.Polis işçisi protokol tərtib etmiş və "Nokia" markalı mobil telefonunu protokola əlavə edib götürmüşdür.O və vəkil Müdafiəçi həmin protokola imza etmişlər. Ona həmişə metamfetamin satmış şəxsin adını və harada yaşadığını bilmir. Həmin şəxs, orta bədən quruluşlu, sarışın, boyu 165-170 sm və 35-40 yaşlarında olan bir kişidir. O, əldə etdiyi həmin 1 bükümdə olan metamfetamini özü istifadə etmək üçün əldə etmişdir. "Nokia" markalı mobil telefonunda ***-***-**-** telefon nömrəsini işlədir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, ağır xəstə (bədənində olan iltihamla əlaqədar ayaqlarının şişməsi və gəzə bilməməsi) olduğuna görə müalicəsini davam etdirmək üçün 10-15 gün vaxt verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün və şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol,həmin protokola əlavə edilmiş videogörüntü, maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə ambulator-narkoloji ekspertizalarının rəyləri, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Amil Abdinovun 14 oktyabr 2024-cii il tarixli raportu, şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla qohumluğu, ədavəti və ziddiyyəti yoxdur. 2024-cii ilin iyul ayının əvvəllərindən etibarən ŞRPŞ-nin cinayət-axtarış bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsində, əldə edərək üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Sonuncu dəfə 30 iyul 2024-cii il tarixdə, saat 10 radələrində onun icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində, əldə edərək üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən dərhal şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 iyul 2024-cii il tarixdə, saat 12:05 dəqiqədə Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında, yolun kənarında olan zaman saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs ŞRPŞnin, təhqiqat bölməsinin baş təhqiqatçısı Vurğun Məmmədovun xidməti otağına aparmışlar. Vurğun Məmmədov tərəfindən, onun, Şahid2 və Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl X3 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, Şahid2 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Axtarış aparılmazdan əvvəl X3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. X3, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd ağ rəngli sellofan bükülünü və sol yan cibindən bir ədəd "Nokia" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Vurğun Məmmədov həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülünün içərisindəkinin "şüşə" deyilən metamfetamin olduğunu və həmin metamfetamini özü istifadə etməsi üçün 30 iyul 2024-cii il tarixdə, saat 10 radələrində Mərkəzi bazar ərazisində üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Vurğun Məmmədov, Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub- olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, Vurğun Məmmədov, Təqsirləndirilən şəxs üzərində axtarış aparmış, amma üzərindən heç nə aşkar olunmamışdır. Vurğun Məmmədov içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,89 qram olduğunu görmüşdür. Bundan sonra, Vurğun Məmmədov içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü zərlə qoymıış və həmin zərtın üzərinə ŞRPŞ-nin 135 nömrəli möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin zərfin üzərinə imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Müdafiəçi tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır. Bundan sonra, Şahid2 videoçəkilişi dayandırmışdır. Vurğun Məmmədov protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.Vurğun Məmmədov, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mobil telefonu protokola əlavə edib götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, Şahid2 da Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2024-cti il tarixli, 19/588 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə" sözlər və imzalar olan zərfdəlci, 1 ədəd bükümdə təmiz çəkisi -0,787 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.Tədqiqatdan sonra qalıq çəkisi 0,737 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2024-cii il tarixli, 727 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narlcoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Lənkəran ŞRPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,787 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir.Təqsirləndirilən şəxs miitəmadi olaraq və 30 iyul 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında yolun kənarında 20 manat müqabilində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi- 0,787 qram psixotrop maddə olan metamfetamin satmış orta bədən quruluşlu, sarışın, boyu 165-170 sm və 35-40 yaşlarında olan naməlum şəxsin kimliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi:-0,787 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,737 qram çəkidə psixotrop maddə olan metamfetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılır, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSlİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Əhədov X2 Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 03 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 01 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası, bacısı və qardaşı ilə yaşamaqla yaşayış yeri üzrə mənfi xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını və ağır xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,737 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,737 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar