Məhkəmə qərarları › İş №1(049)-278/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-278/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-278/2023 25.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Bakı çəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.1967-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla rayonun Göyşaban kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, 25 oktyabr 2023-cü il tarixdə, saat 15.35-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri mərkəzi bazarında ona müraciət edən Lənkəran rayonu Türkəkəran kəndində yaşayan Zərərçəkmiş şəxs ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib falına baxıb köməklik etmədiyini sitədikdən sonra, sonuncuya həyatında baş vermiş problemlərin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində basdırılmış cadu ilə əlaqəli olduğunu yalandan vəd edərək, bu məqsədlə cadunu zərərsiz vəziyyətə gətirmək üçün vahid niyyətlə hərəkət edərək Zərərçəkmiş şəxs ümumimlikdə 600 manata razılaşıb, məbləğin 100 manatını həmin vaxtı məkəzi bazarda, qalan 500 manatını isə qeyd edilən tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı rayonun Türkəkəran kəndindəki fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 4 ədəd fərqli yerlərdən içərisində müxtəlif əşyalar olan bükümləri çıxardıqdan sonra sonuncunun ümumilikdə 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta evində olduğu zaman sonradan adını bildiyi zərəçəkmiş şəxs Könül xanım evlərinə gələrək ona demişdir ki, Astara rayonunda özünə baxdırmış və orada ona bildirmişlər ki, həyətlərində cadular basdırılıb və onları çıxartmaq lazımdır. Könül ondan həmin caduların çıxardılmasını xahiş edərək bir cadunu neçə manata çıxartdığını soruşmuşdur. O isə cavabında bildirmişdir ki, cadunun birini 150 manata çıxarır. Könül xanım onunla razılaşmış, lakin bildirmişdir ki, evə gedib evdə məsləhət etdikdən sonra, evdəkilər razı, pulu isə hazır olsa ona zəng vuracaqdır və bundan sonra o, onlara gələ bilər. Bir müddətdən sonra Könül xanım ona zəng vurmuş və onu evlərinə dəvət etmişdir. Könül xanımın harada yaşadığını bilmədiyi üşün ondan ünvanını soruşmuş, Könül xanım evlərinin Lənkəran rayonun Türkəkəran kəndində olduğunu bildirmişdir. O, Könül xanımdan ona ora gətirmək üçn maşın göndərməsini xahiş etdikdə, Könül xanım ona bildirmişdir ki, özü taksi ilə gəlsin, ödənişini özü edəcəkdir. Buna görə də qonşuluqda yaşayan taksi sürücüsü Şahinə zəng vurmuş, Şahin gəlib onu götürərək birlikdə Türkəkəran kəndinə getmişlər. Onlar Şürük kəndində daxil olduqları zaman o, Könül xanımla telefonla əlaqə saxlamış, sonuncu ona evlərinin istiqamətini bildirmiş və onlar da həmin istiqamətdə hərəkət edərək Könülün dediyi ünvana çatmışlar. O, maşından düşsə də, Şahin maşında qalmışdır. Könül xanım onu qarşılamış və onlar həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra o bir bel gətirmələrini xahiş etmiş və onlar da həmin beli gətirmişlər. Cadulardan birini özü, digərini isə Könülün anası qazıb çıxartmışlar. Caduları çıxardanda sonra zəhmət haqqı 300 manat təşkil eləsə də, Könül ona 500 manat vermiş, daha 20 manat pulu isə taksi pulu kimi vermişdir. O, Könülə 300 manat verməli olduğu halda niyə 500 manat verdiyini soruşduqda, Könül ona “zəhmət çəkmisən” bildirmişdir. Onlar oradan çıxıb evlərinə qayıdan zaman, Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazidə polis əməkdaşları onların olduqları maşını saxlamış və həmin maşında polis şöbəsinə aparmışlar. Polis şöbəsində Bəşir və Natiq adlı polislər onan 20 min manat pul istəmişlər. Daha sonra Anar adlı polis onu kişilərə aid söyüşlərlə söymüşdür. O, onlara “neyləmişəm ki, 20 min manat pul verim, hardan gətirim, mənim pulum yoxdur” demişdir. Şöbədə Könül tərəfindən ona verilmiş 500 manat pulu polislər ondan almışlar. O, onlara bildirmişdir ki, bu vaxta kimi heç vaxt ondan polisə şikayətlər olmayıb. Həmin gün polislər onu günorta saatlarından gecə yarısına, saat 24-də kimi polis şöbəsində saxlamış, sonra isə buraxmışlar. Əlavə olaraq bildirdi ki, polislərdən Bəşiri əvəldən tanıyır. Bir dəfə evinə hücum edib ondan pul alıblar. Məhkəmədən, təqsirsiz olduğuna görə barəsində bəraət hökmünü çıxarılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadəsində olan ***-***-**-** nömrəli mobil operatoru üzrə ərazi anten dairəsi barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi barədə vəsatət vermiş, vəsatətini müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazarında Zərərçəkmiş şəxs ilə görüşməmiş, nə dəki, ondan hər hansı məbləğ və yaxud qeyd edildiyi kimi 100 manat pul almamışdır. O, yalnız 300 manat üçün razılaşmış, Zərərçəkmiş şəxs isə ona 300 manatdan artıq 200 manat, cəmi 500 manat pulu özlərinə məxsus həyətdə vermişdir. Son sözündə Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü təqsirli bilmir, ona qarşı çox hörmətsizlik ediblər. Qardaşı qazi və muharibəyə könüllü gedənlərdən olub. Məhkəmə təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin, məhkəmə iclasında dindirilmiş şahidin ifadələrini dinləyib, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, ona istinad edilən cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmir və ona bəraət verilməlidir. Belə ki, 25 iyul 2023-cü il tarixdə məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ibtidi istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvələr təqsirləndirlən şəxsi onun iş yoldaşlarının və kəndçilərinin həyətlərini cadulardan təmizləməsi ilə bağlı tanımışdır. Ona qarşı düşmənçiliyi yoxdur. 25 mart, 2023-cü il tarixdə, səhər saat 9-da, Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona bildirmişdir ki, Astara rayonunda mollanın yanında olmuş, orada özünə baxdırmış, molla orada ona bildirmişdir ki, həyətində cadu var gedib onları təmizlətdirsin. Buna görə də Saçlı xanımdan xahiş etmişdir ki, həyətindəki caduları təmizləsin. Saçlı xanım ona narahat olmamağı və gəlib caduları təmizləyəcəyini bildirmişdir. O, bunun üçün nə qədər pul götürəcəyini soruşduqda, Saçlı xanım ona hər bir caduya görə 150 manat olmaqla 600 manat olacağını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onu onların evinə gətirən taksi fəaliyyəti ilə məşğul olan sürücüyə 20 manat da verəcəkdir. Üstündə 100 manat pul olmuş, həmin pulu “Böyük bazar” adlanan yerdə, "xxxx"ın Lənkəran filialının inzibati binasının qarşısında Saçlı xanıma vermiş, qalan 500 manat pulu da, tapıb ona xəbər verəcəyini bildirmişdir. İki saatdan sonra özü Saçlı xanımın evinə gedərək ona bildirmişdir ki, o, evdəkilərlə bu barədə razılığa gəlmişdir. Saçlı xanım öz mobil telefon nömrəsini ona vermişdir ki, onunla əlaqə saxlasın. Həmin gün, günorta saatlarında Saçlı xanım onların kəndinə gələrək həyətlərindən caduları çıxartmışdır. Onlardan birini əvvəl Saçılı xanım özü qazıb çıxartmış, digərlərini isə anası qazaraq, cəmi 04 ədəd cadu çıxartmışlar. Özü bu zaman telefonunun kamersi ilə çəkiliş aparmışdır ki, bilsin ki, Saşlı xanım həqiqətən caduları aşkar edib çıxarır, yoxsa yalandan özü gətirib onları orada atır. Çəkiliş apardığı zaman bundan Saçlı xanımın xəbəri olmamışdır. Çəkilişi o, məhz öz marağı üçün etmişdir. Saçlı Xanım çıxartdığı caduların içərisində sap, daş var idi. Saçlı xanım onlara bildirmişdir ki, onlar “bağlıdırlar, həm də xəstədirlər, nə yaxşı ki, ölməyiblər”. Bundan sonra Saçlı xanım ondan su istəmiş və o, onu ona gətirb vermişdir. Daha sonra Saçılı xanıma 500 manat pulu vermişdir. Saçlı xanım narazılıq eləyərək bildirmişdir ki, pulu az vermiş, halbuki o, daha çox cadu çıxartmışdır. Bundan sonra Saçlı xanım çıxıb getmişdir. Həmin vaxt anasının halı pisləşmişdir. Həmin gündən başlayaraq anasının və atasının xəstəliyi ona mənəvi əzab verməyə başlamışdır. Onlar hamısı xəstədirlər. Sonradan qonşusu ona demişdir ki, o, Saçlıya 1200 manat pul vermiş və çox peşimandır. Saçlı adamı aldadır. O da ona bildirmişdir ki, Saçlı ondan da həyəti təmizləmək üçün pul almışdır. Buna görə də o, əvvəl DİN-nin 102 Xidmətinə zəng vurmuş, daha sonra isə şöbəyə gedərək şikayət vermişdir. Əlavə olaraq bildirmişdir ki, polis şöbəsində heç kəslə tanışlığı yoxdur. Şöbəyə Saçlı xanımla üzləşmə üçün getmişdir. Ümumilkdə polisdə iki dəfə olmuşdur. Polisdə olduğu zaman Saçlı xanıma verdiyi 500 manat pulu ona geri qaytarılmışdır. O, həmin 500 manat pulu artıq xərcləmişdir. Polisə ona görə şikayət etmişdir ki, Saçlı xanıma desəydi ki, pulunu qaytarsın, qaytarmazdı. Saçlının xanımın yanına boşluğa düşdüyünə və çarəsiz olduğuna görə getmişdir. Sonradan öz iş yoldaşlarından eşitmişdir ki, həmin xanım “moşennikdir”. O, Saçılının işi ilə bağlı izahatını öz evlərində vermiş və həyətlərindən çıxanları caduları polisə təhvil vermişdir. Məhkəmədən Saçlının ona qarşı dələduzluq etdiyi üçün həbs olunmasını istəyir. 19 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında Zərərçəkmiş şəxs ilk dəfə məhkəmədə verdiyi ifadəsini təkzib edib və məhkəməyə yazılı şəkildə ifadəsini təqdim edərək bildirmişdir ki, həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə iclası zamanı təsir altında olmuşdur və buna görə də elə ifadələr vermişdir. Həmin ifadələrində həmin hadisənin olduğunu və Saşlı xanıma 500 manat pul verdiyini, həmin 500 manat pulun ona qaytarıldığını və 100 manat pulun Saçlı xanımın ona qaytarmalı olduğunu bildirmişdir. Əslində isə o, Saçlı xanıma yalnız həyətlərində 500 manat və 20 manat taksi pulu vermişdir. O, bundan əvvəl Astara rayonuna, Yeganə xanımın yanına getmişdir. Ola bilsin ona verdiyi pulla bu pulla qarışdırmışdır. O, polislərin qurbanı olmuş və onlar ona nə demiş, onu da onların dedikləri kimi etmişdir. Bunları müstəntiq Aqşin müəllim ona demiş, o da, Aqşin müəllimim dediyi kimi etmişdir. Hazıra o, ortalıqda tək qalmışdır. O, xx.xx.2023-cü il tarixdə, səhər saat 09-da Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona əvvəlcədən 100 manat pul verməmişdir. O, həmin gün günorta, saat 13 radələrində Saçlı xanımın yaşadığı Lənkəran rayonu, Göyşaban kəndinəki evinə getmiş, orada razılaşmışlar ki, Saçlı xanım bir cadunu 150 manata çıxaracaqdır. Bir müddətdən sonra Saçlı xanım onların kəndindəki evlərinə gəlmiş, bel istəmiş, bel ilə birincini özü, digərlərini isə anası qazaraq caduları çıxarmışdır. Saçlı xanım cəmi 4 cadu çıxarmışdır. Əlavə olaraq bildirmişdir ki, o, Aqşinlə əlaqə saxlayaraq məhkəmədə nə deməli olduğunu soruşmaq istəsə də, Aqşin ona cavab verməmişdir. Bu hadisədən əvvəl onun polislər ilə şəxsi münasibətləri olmuşdur. Ona polis işçiləri demişlər ki, hadisə barəsində DİN-nin102 Xidətinə zəng vursun, o da, onların sözlərinə əməl edərək həmin Xidmətə zəng vurmuşdur. Bir daha bildirir ki, o, ortalıqda tək qalmışdır. Polislər nə demiş və nə yazmışlar, o da onları etmişdir. Çünki, polislər onu tək saxlamışlar. Atasının əlinə poçt qəbzi düşüb və ondan soruşur ki, “məhkəmədə nə gəzirsən, orada nə işin var”. İstəmir ki, atası bilsin ki, onu məhkəməyə cağırırlar və bu səbəbdən də məhkəmə bildirişlərinin evərinə göndərilməsini istəmir. Məhkəmədən işin “bağlanmasını” xahiş etmişdir. Hazırki məhkəmə iclasında, 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasından 1-2 saat sonra vurduğu teleqramla bağlı sualı cavablandıran Zərərçəkmiş şəxs bir daha bundan əvvəl verdiyi ifadəsini təkzib edərək bildirmişdir ki, teleqramda göstərdiyi ifadəsi düzdür, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, Saçlı xanım tərəfindən ziyan ödənilməmişdir. 17 oktyabr 2023-cü il tarixdə məhkəmə iclasında Şahid göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edib etməyəcəyini, onu elan etdikdən sonra bildirəcəkdir, çünki, bilsin ibtidai istintaq zamanı nə ifadə vermişdir. O, şöbədə nə dediyini xatırlamır. Şöbədə bütün izahatını müstəntiq yazıb, özü isə latın qrafikalı əlifba ilə oxuyub yaza bilmir. Onun izahatı müstəntiq tərəfindən oxunulmuş, o da, müstəntiqə inanaraq onu imzalamışdır. Bu gün verdiyi ifadə isə düzgündür. Belə ki, Saçlı xanım onun qonşusudur. Saçlı xanım Göyşaban kəndinə gəlin gəlmişdir. Hacıxanım caamata xidmət edir, caamat onun yanına gəlib özlərini baxdırırlar. Özü taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü hacıxanım ona zəng vurub bildirmişdir ki, Türkəkəran kəndinə getmək lazımdır. Onlar Türkəkəran kəndində getdikləri zaman hacxanımla bir nəfər telefonla əlaqə saxlayaraq öz ünvanlarını ona söyləyirdi. “Ballı” marketi keçdikdən sonra Türkəkəran kəndində çatmışlar. Özü maşında qalmış, Saçlı xanım isə maşından düşüb həyətə girmiş, onun həyətdə nə etdiyini və ya evə girdiyini görməmiş, orada nə danışdılqarını eşitməmişdir. Saçlı xanım həmin həyətdə 10-15 dəqiqə olmuşdur. Oradan çıxıb evlərinə qayıtdıqları zaman Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə yol polis əməkdaşları ona “saxla” işarəsi vermişlər. Maşını orada saxlamağa yer olmadığı üçün bir az qabağa sürüb maşını saxlamışdır. Maşından düşüb yol polis əməkdaşının yanına gəlib onunla söhbət etdiyi zaman arxaya dönüb maşına tərəf baxdıqda görmüşdür ki, iki polis əməkdaşı maşının arxa tərəfindən qapıları açaraq onu maşınına oturmuşlar. Onlardan biri polis formasında, digəri isə mülki geyimdə olmuşdur. Polis əməkdaşları hacxanımın sağ və sol tərəfində oturmuşlar və onlar Lənkəran rayon polis şöbəsinə gəlmişlər. Onu yarım saat polisdə saxladıqdan sonra buraxmışlar. Ancaq hacıxanımı şöbədə saxlamışlar. İşdə olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran rayonu Türkəkəran kənd sakini Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd sellofanda olan əşyalara və bir ədəd CD diskdə olan videogörüntüyə sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sellofanın içərisində iki ədəd vərəqin üzərində ərəb əlifbası ilə yazılmış sözlər, rəngli saplar, bir ədəd sancaq, bir neçə ədəd kömür, daş, paslanmış mismarlar, piy, açar, 10 qəpiklik pulun olması, aşkarlanmış bütün əşyaların yaş vəziyyətdə olması müəyyən edilmişdir. Bundan başqa bir ədəd cd diskdə olan 02 dəqiqə 12 saniyə müddətindəki videogörüntüdə xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində torpaqdan bel ilə qazaraq bağlamaları çıxardığı görüntülər əks olunmuşdur. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən Zərərçəkmiş şəxs təqdim etdiyi əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi beş ədəd 100 manatlıq pul əskinazına baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Bir ədəd 100 manatlıq pul əskinazının ön tərəfində, orta hissədə Azərbaycan Respublikasının xəritəsi, sol yuxarı tərəfdən aşağıya doğru “C58511550”, sol yuxarı hissədə “100”, aşağı hissədə sağdan sola doğru “YÜZ MANAT”, sağ yuxarı hissədə “C58511550”, sağ aşağı hissədə “100” sözləri yazılmışdır. Arxa tərəfdə yuxarı sol hissədən sağa doğru “AZƏRBAYCAN MƏRKƏZİ BANKİ”, sol aşağı hissədə “100 MANAT”, sağ yuxarı və aşağı hissələrdə “100” və sağ orta hissədən aşağıya doğru “YÜZ MANAT” sözləri yazılmışdır. Bir ədəd 100 manatlıq pul əskinazının ön tərəfində, orta hissədə Azərbaycan Respublikasının xəritəsi, sol yuxarı tərəfdən aşağıya doğru “A83828590”, sol yuxarı hissədə “100”, aşağı hissədə sağdan sola doğru “YÜZ MANAT”, sağ yuxarı hissədə “A83828590”, sağ aşağı hissədə “100” sözləri yazılmışdır. Arxa tərəfdə yuxarı sol hissədən sağa doğru “AZƏRBAYCAN MƏRKƏZİ BANKİ”, sol aşağı hissədə “100 MANAT”, sağ yuxarı və aşağı hissələrdə “100” və sağ orta hissədən aşağıya doğru “YÜZ MANAT” sözləri yazılmışdır. Bir ədəd 100 manatlıq pul əskinazının ön tərəfində, orta hissədə Azərbaycan Respublikasının xəritəsi, sol yuxarı tərəfdən aşağıya doğru “C44045440”, sol yuxarı hissədə “100”, aşağı hissədə sağdan sola doğru “YÜZ MANAT”, sağ yuxarı hissədə “C44045440”, sağ aşağı hissədə “100” sözləri yazılmışdır. Arxa tərəfdə yuxarı sol hissədən sağa doğru “AZƏRBAYCAN MƏRKƏZİ BANKİ”, sol aşağı hissədə “100 MANAT”, sağ yuxarı və aşağı hissələrdə “100” və sağ orta hissədən aşağıya doğru “YÜZ MANAT” sözləri yazılmışdır. Bir ədəd 100 manatlıq pul əskinazının ön tərəfində, orta hissədə Azərbaycan Respublikasının xəritəsi, sol yuxarı tərəfdən aşağıya doğru “A59298319”, sol yuxarı hissədə “100”, aşağı hissədə sağdan sola doğru “YÜZ MANAT”, sağ yuxarı hissədə “A59298319”, sağ aşağı hissədə “100” sözləri yazılmışdır. Arxa tərəfdə yuxarı sol hissədən sağa doğru “AZƏRBAYCAN MƏRKƏZİ BANKİ”, sol aşağı hissədə “100 MANAT”, sağ yuxarı və aşağı hissələrdə “100” və sağ orta hissədən aşağıya doğru “YÜZ MANAT” sözləri yazılmışdır. Bir ədəd 100 manatlıq pul əskinazının ön tərəfində, orta hissədə Azərbaycan Respublikasının xəritəsi, sol yuxarı tərəfdən aşağıya doğru “C73047302”, sol yuxarı hissədə “100”, aşağı hissədə sağdan sola doğru “YÜZ MANAT”, sağ yuxarı hissədə “C73047302”, sağ aşağı hissədə “100” sözləri yazılmışdır. Arxa tərəfdə yuxarı sol hissədən sağa doğru “AZƏRBAYCAN MƏRKƏZİ BANKİ”, sol aşağı hissədə “100 MANAT”, sağ yuxarı və aşağı hissələrdə “100” və sağ orta hissədən aşağıya doğru “YÜZ MANAT” sözləri yazılmışdır. İş üçün əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd 100 manatlıq pul əskinazlarının kserosurətləri çıxarılaraq protokola əlavə edilmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşdə olan arayışdan görünür ki, təqsirləndirlən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş və İnsan Hüquqları Müvəkkilininə, Baş Prokurorluğa, Prezident Administarsiyasına və X4 ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizələrində Təqsirləndirilən şəxs göstərmişdir: “19 aprel 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları zorla saxlayaraq Lənkəran ŞRPŞ-nə apardılar. Lənkəran ŞRPŞ-də adları mənə məlum olan polis əməkdaşları Natiq, Elçin, Elman adlı polis əməkdaşları təhdid, hədə qorxu və küçə söyüşləri ilə ünvanıma nəlayiq sözlər dedilər. Məndən həmin polis əməkdaşları 20.000 manat pul tələb etdilər. Sonradan sağ olsun orda işləyən müstəntiq həmin pulu 15.000 manata saldı. Mən onlara məndən istənilən qədər pulum olmdığını bildirdikdə, onlar mənə yenə təhqirlər etməyə davam etdilər. Həmin günü məni səhər saat 10:00 radələrində zorla polis şöbəsinə aparan polis əməkdaşları məni orda gecə saat 03:00 radələrinə qədər saxladılar. Mənim orda köməksiz vəziyyətdə olmağımı görən polis əməkdaşları gecəyə qədər təhqirlərini davam etdirdilər. Mənə hər dəfə bildirdilər ki, zəng et və evdən kimsə sənin üçün pul gətirsin. Axır mən orda qohumlarıma zəng etdim. Ondan sonra qohumlarım kimlərəsə məlumat verdikdən sonra Natiq, Elçin, Elman adlı polis əməkdaşları mənə vaxt təyin etdilər. Bildirdilər ki, onların dediyi 15.000 manatı onlara çatdırmalıyam. Əks təqdirdə mənim ailə üzvlərimi, yaxınlarımı istənilən vasitə ilə ilişdirə bilərlər. Mənə bildirdilər ki, sən pulu çatdırmasan sənin özün barəsində iş açacayıq. Axırda mənə dedilər ki, bir sıra sənədlər var onlara da qol çək və çıx get bizim dediyimiz amanatı çatdır.... Axı mən nə etmişəm ki, məni bu vəziyətə saldılar və bu cür təhqirlər etdilər. Artıq mən bu təhqirlərdən özümə qəsd etmək səviyyəsinə çatmışam. Qorxumdan nə özüm nədə ailə üzvlərim çölə bayıra çıxa bilmirik. Çünki Natiq müəllimin məndən tələb etdiyi pulu çatdırıb tapa bilmirəm. Neçə-neçə qohum əqrəbama ağız açsamda 15000 manatı düzəldə bilmirəm, indidə qorxumdan bilmirəm nə edim. Hazırda pis vəziyyətdə qalmışam. Mən dövlətimə, millətimə, prezidentimə sadiq biriyəm. Mən kimdən pul tapım bilmirəm. Xahiş edirəm mənə köməklik edin. Bir çıxış yolum var ki, ya özümə qəsd edim və ya hardansa bu pulu tapım Natiq müəllimə çatdıram…Mən artıq Lənkəran ŞRPŞ-də polis əməkdaşları olan Natiq müəllim, Elçin müəllim və Elman müəllimin mənə polis şöbəsində etdikləri söyüşləri təkrarən eşidmək istəmirəm. Hazırda Sizə müraciət etmək üçün Bakı şəhərinə gəlmişəm. Lənkərana qayıtmağa qorxuram. Ailə üzvlərim evdən çölə çıxmırlar. Çünki deyilən pulu çatdıra bilməmişik…” Cinayət işinə əlavə edilmiş İnsan Hüquqları Müvəkkili Aparatının Baş Prokurorluğa ünvanladığı 2-5/2-12515/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ombudsmana müraciət edərək, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, təhqirlərə, təhdidlərə və digər qanunazidd hərəkətlərə məruz qaldığını, sərbəst buraxılması müqabilində ondan müəyyən məbləğdə pul vəsaitinin tələb olunduğunu bildirmiş, hüquqlarını müdafiəsində və təhlükəsizliyinin təmin edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavabına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilmiş, diskdəki yazılardan görünür ki, xx.xx.2023-cü il tarixdə, səhər saat 09 radələrində zərəçəkmiş şəxs özünün göstərdiyi kimi, Lənkəran şəhəri, “Böyük bazar” deyilən ərazidə deyil, Lənkəran rayonu Sepnekəran kəndi ərasisində olmuş və o, 1-ci dəfə saat 14:00:42-də, 2-ci dəfə saat 14:16:02-də və 3cü dəfə saat 14:30:47-də təqsirləndirlən şəxsə zəng etmiş, təqsirləndirilən şəxs isə öz növbəsində cəmi 1 dəfə, saat 14:46:50-də zərəçəkmiş şəxsə zəng vurmuş və həmin gün səhər saatlarında Asatara rayonunun Pensar kəndi ərazisində olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavabına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilmiş, diskdəki görüntülərdən xx.xx.2023-cü il tarixdə zərəçəkmiş şəxslə təqsirləndirlən şəxsin görüntülərinin "xxxx" ASC Lənkəran filialının qarşısında quraşdırılmış kameralara düşmələri müşahidə olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş DİN-nin X3 Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, ümumiyyətlə 2023-cü ildə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və ya onun anası X2 müraciətləri daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş və zərəçəkmiş şəxsin xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir: “25.03.23 saat 12:30 radələrində Təqsirləndirilən şəxsgilə getdim danışdıq evə çağırdım. Gəlib həyəti təmizlədi. 500 AZN pul verdim 20 AZN taksi pulu verdim və çıxıb getdi. Keçən məhkəmə təsir altında idim polisin dedikləri kimi ifadə verdim. Olar mənə dedilər ki, de ki, 620 AZN vermisən, accsisbankın qabağında 100 m, vermisən, ammaki verməmişdim. Saçlı xanımdan heç bir şikayətin yoxdur! Məni aldatmayıb məndə polisə ümumiyyətcə şikayət verməmişdim.Olar yaszıblar mənimza çəkmişəm... 19.09.23” Cinayət işinə əlavə edilmiş və zərəçəkmiş şəxsin xx.xx.2023-cü il tarixdə, saat 14:06:56-da məhkəməyə ünvanladığı teleqramda qeyd edilmişdir: “Məhkəmədən tez-tez mənim evimə bildirşlər gəlirdi. Atam xəstə olduğu üçün narahatçılığ keçirirdi. Bu səbəbdən məhkəməyə gəlmək isdəmirdim. Belə ki istintaq dövründə verdiyim ifadəni təsdiq edirəm. Saçlı adlı baxıcı 600 (altı yüz) manat pulumu alıb məni aldadıb.” Məhkəmə eyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq hesab edilir. Lakin, məhkəmə iclasında sübuta yetirilmişdir ki, təqsirləndirlən şəxsin zərəçəkmiş şəxsin etibarından sui istifadə edərək və ya onu aldadaraq onun əmlakını əlinə keçirməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, təqsirləndirlən şəxs baxıcılıq etməklə məşul olur. Məhz buna görə zərəçəkmiş şəxs özü təqsirləndirlən şəxsin evinə gələrək ondan evində cadular olduğunu bildirib onları aşkar edib çıxarmasını xahiş etmişdir. Təqsirləndirlən şəxs bunun müqabilində bir cadunun qiymətini zərəçəkmiş şəxsə bildirmiş, zərəçəkmiş şəxs həmin qiymətlə razılaşmış, bundan sonra təqsirləndirlən şəxs zərəçəkmiş şəxslə telefon əlaqəsi saxlayaraq onun evinin harada olmasını soruşmuş və telefonla soraqlaşaraq onun yaşadığı ünvanı tapıb həyətə daxil olmuş, bundan sonra caduların basdırıldığı yerləri aşkar edərək onları çıxartdırıb zərəçəkmiş şəxsə təqdim edərək zərəçəkmiş şəxsin verdiyi 500 manat xidmət haqqını almışdır. Təqsirləndirlən şəxsin əməli o vaxt dələduzluq kimi qiymətləndirilə bilərdi ki, o, gizli yolla, qabaqcadan özü zərərçəkmiş şəxsin həyətində həmin caduları basdırıb, özü təşəbbüs göstərib zərəçəkmişlə ünsiyyət quraraq onu “ələ alardı”, sonradan onu özünə inandıraraq özü basdırdığı caduları çıxarıb təqdim edərdi. Hazırki hadisə isə bundan tamam fərqlidir. Burada “təhrikçi” rolunu məhz zərərçəkmiş şəxs oynamışdır. Belə ki, təqsirləndirlən şəxs qabaqcadan zərəçəkmiş şəxsi tanımamış, hansı kənddə və hansı ünvanda yaşadığını bilməmiş, qabaqcadan da bilə-bilməzdi ki, zərəçəkmiş şəxs ona öz problemləri ilə əlaqədar müraciə edəcəkdir. Buna görə də o, qabaqcadan orada hər hansi bir cadu basdıra bilə bilməzdi. Məhkəmə qeyd edir ki, elə insanlar var ki, onlarda öncədən görmə qabiliyyətləri olur. Misal üçün Nostradamusu, Vanqanı, gürcü xanımı Cunanı, azərbaycanlı Zirəddin Rzazyevi göstərmək olar. Zərəçəkmiş şəxsin xahişi əsasında caduların yerini aşkar etməyə qabiliyyəti olan təqsirləndirlən şəxs, heç vaxt olmadığı bir həyətdə basdırılmış caduların yerini dəqiq göstərirsə, bu dələduzluq əməli deyildir. Onları neçə aşkar edir, artıq bu onun işidir. Bu qabiliyyətə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Təqsirləndirlən şəxs müəyyən muzd qarşılığında xidmət göstərmiş və xidmət haqqı olaraq zərəçəkmiş şəxs təqsirləndirlən şəxsə 300 manat istədiyi təqdirdə 500 manat pul vermişdir. Zərəçəkmiş şəxs 20 manatı da, taksi fəaliyyəti ilə məşğul olan sürücüyə görə vermişdir. Məhkəmə qeyd edir ki, bu iş qabaqcadan planlaşdırılmış işə bənzəyir. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirlən şəxsin əməlinə “cinayət” donunu geydirmək məqsədilə ibtidai istintaq və ilk dəfə məhkəmə baxışı islasında ifadə verdiyi zaman göstərmişdir ki, 25 mart 2023-cü il tarixdə, səhər saat 9-da, Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımla görüşüb çıxaracağı cadulara görə qabaqcadan ona 100 manat pul vermişdir. Həmin faktı təqsirləndirilən şəxs inkar etmiş, bu faktı xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında zərəçəkmiş şəxs özü də inkar etmişdir. Həmin faktın doğru olub-olmadığını aşkar etmək üçün məhkəmə anten məlumatlarının alınması məqsədilə sorgü vermiş və "xxxx" MMC-dən alınan cavabdan məlum olmuşdur ki, 25 mart 2023-cü il tarixdə, səhər saat 9-da təqsirləndirlən şəxs ümumiyyətlə Lənkəran rayon ərazisində olmamış, həmin vaxt o, Astara rayonu ərazisində olmuşdur. Bundan əlavə 100 manat pulun verildiyi iddia olunan və "xxxx"ın Lənkəran filialının inzibati binasının qarşısında quraşdırılmış kameraların görüntüləri məhkəmə tərəfindən tələb olunmuş və həmin görüntülərdən də, zərəşəkmiş şəxslə təqsirləndirlən şəxsin ümumiyyətlə 25 mart 2023-cü il tarixdə həmin ərazidə olmaları müəyyən edilməmişdir. Yəni bu fakt onu təsdiqləyir ki, zərəçəkmiş şəxs bilə-bilə istintaqa və məhkəməyə yalan ifadə vermişdir. İttiham ehtimallar üzərində qurula bilməz. Hər hansı bir şübhə təqsirləndirlən şəxsin xeyrinə yozulur. Qeyd oluna “100 manat” məhz təqsirləndirlən şəxsi cinayət məsuliyyətinə cəlb etmək üçün istintaqa “lazım” olmuşdur. Çünki, təqsirləndirlən şəxsin də etiraf etdiyi 500 manat cinayət məsuliyyəti yaratmır. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında zərəçəkmiş şəxs də təqsirləndirlən şəxsə əvvəlcədən 100 manat vermədiyini, təqsirləndirilən şəxsə 500 manat verdiyini təsdiq etmişdir. Həmin “100 manat” şübhələr əsasında ittihama salınmışdır. Buna görə də məhkəmə hesab edir ki, zərəçəkmiş tərəfindən təqsirləndirlən şəxsə 100 manat verilməsi sübuta yetirilmir. Bu hal isə cinayət məsuliyyətini istisna edir. Belə ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin təsir dairəsi Cinayət Məcəlləsinin 177ci maddəsinin “Qeyd” hissəsində göstərildiyi halda yarana bilər. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd olunan işin qabaqcadan planlaşdırılmış işə bənzəməsi, zərəçəkmiş şəxsin istintaqa təqdim etdiyi və telefonunun kamerası ilə çəkiliş aparıldığı görüntülərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında sübut kimi tanınmış diskə baxış keçirdikdə, məhkəmə müəyyən etdi ki, zərəçəkmiş şəxs “təşəbbüskar” olaraq təqsirləndirlən şəxsi həyətinə dəvət etsə də, açıq-aşkar deyil, gizli şəkildə təqsirləndirlən şəxsin hərəkətlərini əlindəki mobil telefonunun kamerasına çəkmişdir. Həmin görüntülərdən açıq-aşkar görünür ki, zərərəçəkmiş şəxs mobil telefonu əlində elə tutmuşdur ki, çəkiliş aparıldığını təqsirləndirlən şəxs hiss etməsin. Məqsədi isə həmin görüntülərdən istifadə etməklə təqsirləndirlən şəxsi ifşa etmək olub. Təqsirləndirlən şəxsin baxıcılıq qabiliyyətinə inanaraq, onun öz evinə dəvət edən şəxs gizli çəkiliş aparmaz. Gizli çəkiliş qabaqcadan planlaşdırılmış bir hərəkətdir. Belə olmasaydı, zərəçəkmiş şəxs öz xətti ilə yazdığı və məhkəməyə təqdim eydiyi yazısında həm ibtidai istintaq zamanı, həm də ilk məhkəmə baxışı iclası zamanı təsir altında olduğuna görə elə ifadələr verdiyini, əslində Saçlı xanıma yalnız 500 manat verdiyini, polislərin “qurbanı” olduğunu və onların göstərişləri ilə hərəkət etdiyini, həmin hadisədən əvvəl onun polis əməkdaşları ilə şəxsi münasibətlərinin olduğunu, polis əməkdaşlarının təkidləri ilə hadisə barəsində DİN-nin 102 Xidətinə zəng vurmadığı halda, vurduğunu bildirməzdi. Məhkəmə onu da qeyd edir ki, qeyd olunan cinayət işi ciddi qanun pozuntuları ilə aparılmışdır. Belə ki, cinayət işinin 40-cı vərəqəsində “Maddi sübut kimi tanınma haqqında xx.xx.2023cü il tarixli Qərarın 5-ci abzasında qeyd edilmişdir ki, “İbtidai istintaqın gedişində toplanmış istintaq və prosessual sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapdığından, tərəfimdən 19 aprel 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə göstərilən maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və tərəfimdən barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir.” İlk baxışdan zənn etmək olar ki, müstəntiq sadəcə mexaniki səhvə yol verərək “Maddi sübut kimi tanınma haqqında” Qərarın tarixini “xx.xx.2023” yazmaq əvəzinə, səhvən “xx.xx.2023” yazmışdır. Lakin, cinayət işinin 42-ci vərəqəsində müstəntiqin Lənkəran rayon prokurorluğuna ünvanladığı ”Maddi sübut kimi tanınma haqqında” Qərarın surətinin məlumat üçün göndərilməsini əks etdirən məktubdan da görünür ki, həmin məktubun imzalanma tarixi məhz xx.xx.2023-cü ildir. Məhkəmə iclasında təqsirləndirlən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı müdafiəçi ilə təmin olunmamış, müdafiəçi kimi adı qeyd olunan vəkil İntiqam Hüseynovu heç görməmişdir. Məhkəmə həmin gün növbətçi vəkillərin siyahısı ilə əlaqədar Lənkəran Vəkillər Bürosuna şifahi qaydada müraciət etmiş və oradan bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə növbətçi vəkillər Müdafiəçi2 və X5 olmuşlar. Bu hal da ona dəlalət edir ki, təqsirləndirlən şəxsin müdafiə hüquqları pozulmuşdur. Məhkəmə onu da qeyd edirki, iş üzrə maddi sübut olan 500 manat pul əskinazları saxlanılması üçün zərəçəkmiş şəxsə verilmişdir. Lakin, məhkəmə iclası zamanı zərəçəkmiş şəxs bildirmişdir ki, həmin pulları artıq xərcləmişdir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non necanti insumbit probation (sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Belə ki, CPM-nin 139-cu maddəsinə görə cinayət təqibi üzrü icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: hadisəsinin baş vermə faktı və halları; təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi və s. Bütün yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, istintaq orqanının təqdim etdiyi sübutların mötəbərliyi ciddi şübhə doğurur. Subütların əldə edilmə mənbəyinin əsassızlığı və qeyri-qanuniliyi, habelə sübutlar arasında olan kəskin ziddiyyətlər bu şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olması barədə tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmur. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Radçıkov Rusiya Federasiyasına qarşı şikayətlə bağlı qərarda istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünü yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə - məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən suiistifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə -məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (bax Bratyakin Rusiya Federasiyasına qarşı şikayətlə bağlı Avropa Məhkəməsinin Qərarı). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan suiistifadə imkanının təhlükəli olması hazırki şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlərlə istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı risqləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Sadalanan hallar məcmu halda götürüldükdə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayət əməllərinin törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.2-ci maddələrinə görə şəxsin cinayət törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirlililiyi sübuta yetirilmədikdə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 41.5-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Həmin Məcəllənin 42.1 və 42.1.4-ci maddələrinə görə məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Ona görə də qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.2, 39.3, 41.5, 42.1, 42.1.4, 42.2.4, 346-350 və 384-385-ci maddələrini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilsin və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut olan bir ədəd sellofanda üzərində ərəb əlifbası ilə sözlər yazılmış iki vərəq, rəngli saplar, bir ədəd sancaq, bir neçə ədəd kömür, daş, paslanmış mismarlar, piy, açar, 10 qəpiklik pul hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, 5 ədəd yüz manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, bir ədəd CD diskdə olan videogörüntülər is materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar