Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-278/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 13:00 xx xxxx 1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2024-cü ilin avqust ayının sonunda Lənkəran şəhəri “Kürə” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, 1(bir) ədəd konvalyut kəsiyində 1(bir) ədəd qəhvəyi rəngli dairəvi formada, tərkibində təsiredici maddənin ümumi miqdarı 0,04 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon dərmanını əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 28 avqust 2024-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:10 radələrində yaşadığı Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində asfalt yolun kənarı ilə velosipedlə hərəkətdə olarkən saxlanılaraq, orada üstü yoxlanılarkən qeyd olunan miqdarda və sayda narkotik vasitə metadon dərmanı konvalyut kəsiyində əynində olmuş şalvarın sağ üst cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində ailəsi ilə birgə yaşayır. Evlidir, 3 uşağı var. Uşaqlarından birinin 14, birinin 13, digərinin isə 11 yaşı var. Bir neçə ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitələrdən istifadə etməyinə başlıca səbəb bədənində olan ağrılardır. xx.xx.2024-cü il tarixdə velosipedi ilə işə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq hadisəsi ilə əlaqədar onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində əmlakı oğurlanmış şəxsə onu təqdim etmişlər. Həmin şəxsin oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini bildirsə də, onu sərbəst buraxmamışlar. Polis əməkdaşları ona təzyiq göstərərək ona metadon həbi vermişlər. O da təzyiqlər qarşısında məcbur qalaraq ona verilmiş metadon həbini götürməyə məcbur olmuşdur. Sonra onu polis əməkdaşları Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsinə gətirmiş, guya onun qəsəbə ərazisində hərəkətdə olarkən üzərində narkotik vasitə metadon gəzdirməsi şübhəsi ilə saxlanılması görüntüsü yaratmış, videoçəkilişlə üstü yoxlanılmış bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. O da polis əməkdaşlarından çəkindiyi üçün etirafedici izahat vermişdir. Halbuki, o polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilmədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını, barəsində ittihamedici hökm çıxarılacağı təqdirdə himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində ailəsi ilə birgə yaşayır. Evlidir və 3 övladı var. Övladlarından birinin 14, birinin 13, digərinin isə 11 yaşı var. Ağciyərlərində olan problemlərlə əlaqədar bir neçə dəfə müalicə almışdır. O artıq 10 ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitələrdən istifadə etməyinə başlıca səbəb bədənində olan ağrılardır. Sonuncu dəfə, yəni 27 avqust 2024-cü il tarixdə saat 10 radələrində özünü “Habil” adlı şəxs kimi təqdim etmiş, zahiri əlamətlərinə görə tanıdığı şəxsdən narkotik vasitə əldə etmək üçün Lənkəran rayonu “Kürə” adlanan əraziyə getmişdir. Çünki ona narkotik vasitə lazım olan zaman o, həmin əraziyə gedirmiş və orada yerləşən çörək sexindən bir qədər aralıda dayanaraq “Habil” adlı şəxsin oradan keçməyini gözləmişdir. O “Kürə” adlanan əraziyə gəldikdən sonra həmişəki kimi çörək sexindən bir qədər aralıda duraraq müşahidə aparmağa başlamış və daha sonra “Habil” adlı şəxsin gəldiyini görmüşdür. O, “Habil” adlı şəxsə yaxınlaşaraq metadon həbi istəmişdir. “Habil” də da ona “15 manat pulun varsa” verə bilərəm demişdir. O, dərhal şalvarının cibindən 15 manat pul çıxarıb “Habil” adlı şəxsə verərək həbi verməyini istəmişdir. “Habil” də ona 1 ədəd metadon həbi vermişdir. O, aldığı həbi şalvarının cibinə qoyaraq, dərhal “Habil”lə əks istiqamətlərdə həmən ərazidən uzaqlaşmış və avtobus ilə yaşadığı qəsəbəyə gələrək evinə getmişdir. Həmin gün ağrıları olmadığı üçün narkotik vasitədən istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında təqribən 19 radələrində fəhlə kimi işlədiyi həyətdən çıxaraq velosiped ilə evə yollanmışdır. Qəsəbə ərazisində yol kənarında velosiped ilə hərəkətdə olarkən polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet olduğu halda təqdim etməyini təklif etmişlər. O da şalvarının sağ cibindən bir ədəd “Nokia” markalı telefonunu, bir ədəd alışqanı və bir ədəd metadon həbini çıxararaq təqdim etmişdir. Ondan həbin nə olduğunu soruşmuşlar, o da təqdim etdiyi həbin metadon olduğunu bildirmişdir. Daha sonra üzərinə baxış keçirmişlər və üzərində başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Alışqan iş üçün heç bir əhəmiyyət kəsb etmədiyinə görə ona qaytarılmışdır. “Nokia” markalı telefonu iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olması ehtimalından götürülmüşdür. Təqdim etdiyi həb də ekspertizaya təqdim edilməsi üçün bir ədə zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. icraatına Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları realizə edilməsi üçün əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun rəhbəri əməliyyat müvəkkili Şahid3, üzvləri isə əməliyyat müvəkkili olan Şahid2 və əmliyyat müvəkkili Şahid1 olmuşdur. Şahid3 göstərişiylə 28 avqust 2024cü il tarixdə saat 19 radələrində Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisinə çıxaraq müşahidələr aparılmış və Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Aşağı- Nüvədi qəsəbəsi ərazisində velosipedlə hərəkətdə olarkən aşkar etmişlər. Arxasınca hərəkət etdikləri avtonəqliyyat vasitəsində videoçəkiliş ilə onun hərəkətlərini müşahidə etdikdən sonra ona yaxınlaşmaq qərarına gəlmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. O, da özünü Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı onlarda məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını bildirmişlər. O, bu məlumatı təkzib etməyib və heç bir şey deməmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirləcəyini, əgər üzərində hər hansı, qanunla qadağan edilmiş bir əşya,predmet,maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan çoxcibli şalvarın sağ üst cibindən 1 ədəd tərkibində narkotik vasitə olan qəhvəyi rəngli metadona bənzər həb,1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd alışqan çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həbin nə olduğunu soruşduqda cavab olaraq bildirmişdir ki, o metadon dərmanıdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə,predmet olmadığını sual etdikdən sonra Şahid3 tərəfindən üzəri yoxlanılmış və üzərindən başqa hər hansı maddə,predmet və.s aşkar olunmamışdır. Həmçinin Şahid3 qeyd etmişdir ki, həyata keçirdikləri bütün hərəkətlər videoçəkiliş vasitəsiylə qeydə alınmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi metadona bənzər 1 (bir) ədəd həb ekspertizaya təqdim olunması məqsədi ilə bir ədəd zərfdə qablaşdırılmış və DİN-in 135 saylı möhrü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi “Nokia” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar olması ehtimalı olduğundan polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqdim edilmiş 1 ədəd alışqan iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Hüseynov X10 rayon polis şöbəsinə gətirilmişdir. Saxlanılan şəxs polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı, polis kapitanı Coşqun Qasımova tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu elan edilmiş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş 1ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd həb...” sözləri olan,DİN-in 135 saylı möhrü olan və Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 tərəfindən imzalanmış, 1 ədəd tərkibində narkotik vasitə olan metadona bənzər həb və 1 ədəd “Nokia” markalı mobil telefon əşyalara baxış keçirilməsi və götürmə aparılması üçün təhqiqatçı, polis kapitanı Coşqun Qasımova təqdim edilmişdir. X8 əşyalara baxış keçirmiş və əşyaların götürülməsini həyata keçirmişdir. Bu barədə X8 “təqdim olunmuş əşyalara baxış keçirilməsi və götürülmə haqqında” protokol tərtib etmişdir. Tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ilə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. 28 avqust 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında” protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan çoxcibli şalvarın sağ üst cibindən tərkibində təsiredici maddəsi 0,04 qram olan bir ədəd konvalyut kəsiydəki metadon həbi aşkar edilib və qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs metadon həbinin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 29 avqust 2024-cü il tarixli 19/2567 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd həb.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd qəhvəyi rəngli dairəvi formalı tərkibindəki təsiredici maddənin ümümi miqdarı 0,04 qram olan həb metadon dərmanıdır. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2024-cü il tarixli 673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həbini istifadə məqsədilə əldə edib üzərində saxlayaraq daşıdığı müəyyən edilmiş, lakin onun qeyd edilən narkotik vasitəni konkret olaraq hansı şəraitdə, kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 05 sentyabr 2024-cü il tarixli, 3442 nömrəli məktubdan görünür ki, Hüseynov X10 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məkum edilməmişdir. Lənkəran Rayonlarası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 805 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət aşkar edilməmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 30 avqust 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd konvalyut kəsiyində, tərkibində təsiredici maddənin ümumi miqdarı 0,04 qram olan tərkibində narkotik vasitə olan metadon həbinin ekspertizadan qaytarılmış 0,02 qram qalığı və 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə olan metadon həbinin ekspertizadan qaytarılmış 0,02 qram qalığı Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 (bir) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Aşağı Nüvədi qəsəbəsində anası X9, arvadı X5 və uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran ŞİHB-nin Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Birinci Qarabağ müharibəsində şəhid olmuş və Lənkəran şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş X1 Alim Tağı oğlunun doğma əmisi oğludur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə olmaması, onun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq üzərinə narkotik vasitə qoyulması, habelə təqsirləndirildiyi maddə üzrə Təqsirləndirilən şəxs bəraət verilməsi” barədə ifadə və çıxışlarına, qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə metadon həbini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolu və videogörüntüsü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları təzyiqə məruz qalması ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, işdə olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs üzərində heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-cı maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, əmisi oğlu X2 Birinci Qarabağ müharibəsində şəhid olmasını CM-nin 59.2-ci, himayəsində azyaşlı uşaqlarının olmasını isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan narkotik vasitə olan metadon həbinin ekspertizadan qaytarılmış 0,02 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan narkotik vasitə olan metadon həbinin ekspertizadan qaytarılmış 0,02 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-278/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-278/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver