Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-28/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumuluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 iyun 2024-cü il tarixdə, saat 12.55-də ünvan 5əhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 2023-cü ilin may ayında, Lənkəran şəhərində istintaqa məlum olmayan dəqiq tarixdə və mənbədən, qanunsuz olaraq, satış məqsədi ilə, 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,336 qram, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,188 qram; 0,269 qram; 0,211 qram; 0,225 qram; 0,186 qram; 0,257 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış və 05 may 2023-cü il tarixdə, saat 13:30 dəqiqədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X5 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran rayonu Göyşaban kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən, Lənkəran ŞRPŞ-nin X5 inzibati binasına gətirildikdən sonra, 05 may 2023-cü il tarixdə saat 14:00 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,336 qram çəkidə narkotik vasitə heroin və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onu istintaq orqanının qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə X8 gətirərək 01 gün bölmənin inzibati binasında qanunsuz saxlayıb, ona qarşı zor tətbiq edib, ittiham olunan narkotik vasitələrini üzərinə qoyaraq etmədiyi cinayət əməlini etiraf etməyə məcbur etmişlər. Həmin vaxt üzərində olmuş pulları və telefonları da götürmüşlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. ünvan 4 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 18 may 2017-ci il tarixdə ünvan 5əhkəməsinin hökümü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilmiş və 28 06 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 14 aprel 2021-ci il tarixdə Lerik rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm.xx.xx.2021-ci il tarixdə cəzanın sou ilə azad olunmuşam. 5 ildir ki, narkotik vasitə heroindən zərdə çəkmək üsulu ilə qəbul edirəm. Bu səbəbdən narkotik vasitələrə aslılığım yaranmışdır. Təxminən 3 ay öncə istifadəsi üçün narkotik vasitələri aldığı zaman çəkilərini dəqiq bilmək və aldanmamaq üçün Lənkəran mərkəzi bazarından elektron tərəzi almışdır. 18 yanvar 2023-ci il tarixdə saat 11 radələrində narkotik vasitə heroin almaqdan ötrü yaşadığı evdən çıxıb piyada hərəkət edərək, Lənkəran şəhəri Böyük Bazar ərazisinə getmişdir. Orada əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüşdür. Bu zaman ona küçədə görüb yaxınlaşıb ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, cibindən 1 qramdan çox, 4 bükümdə narkotik vasitəsinin olduğunu və 20 manata satdığını demişdir. O da həmin şəxsə üzərində olan puldan 20 manat pulu verib, heroin bükümlərini ondan alıb, oradan uzaqlaşıb piyada hərəkət edərək, Lənkəran şəhəri ərazisinə getmişdir.Bir neçə saat sonra yaşadığı Lənkəran şəhəri H.Z.Tağıyev küçəsinə gəlmişdir. Həmin tarixdə saat 18 radələrində aldığı narkotik vasitəni qəbul etmək üçün sakit bir yer axtarmaq üçün Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada hərəkət edən zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişdir. Onlar ona narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağım barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər, rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun üçün müdafiəçi Bəhrəm Muxtarovu dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da Lənkəran şəhəri Böyük Bazar ərazisində aldığı və üzərində saxladığı 4 büküm heroinin və üzərində gəzdirdiyi elektron tərəzinin polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində cibindən aşkar ediləcəyini bilib, həmin bükümləri əynindəki qara rəngli qiş gödəkçəsinin sol yan cibindən çıxarıb, təqdim etmiş və bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin gödəkçənin sağ yan cibindən isə elektron tərəzini və qara rəngli “Vertex” markalı mobil telefonumu təqdim etmişdir. Bu zaman təhqiqatçı tərəfindən narkotik vasitələri haradan və hansı məqsədlə almağı ilə bağlı sualına həmin bükümləri şəxsi istifadəsi üçün Lənkəran şəhəri Böyük Bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, elektron tərəzini isə aldığı narkotik vasitə heroini çəkmək üçün üzərimdə gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış aparıldıqda üzərindən başqa qanunsuz hər hansı predmet, əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 4 bükümdə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,41 qram olmuşdur. Sonra aşkar olunmuş 4 bükümdə heroin bükümləri və bir ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərflərin üstünü o və müdafiəçisi Bəhrəm Muxtarov tərəfindən imzalanmışdır. Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxunmuşdur. Protokolu o və başqa iştirakçılar tərəfindən imzalanmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini, narkotik vasitədən heç kimə satmadığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın Liman PB-nin polis nəfəri, Şahid2 göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə əməliyyat müvəkkili, Şahid1 icraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Həmin qrupa ondan başqa özü və Şahid3 Rəfail oğlu da daxil olmuşlar. 05 may 2023-cü il tarixdə, saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayon Göyşaban kəndində piyada hərəkət etdiyini görüb onu saxlayıb X8 dəvət etmişlər. Polis bölməsində ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 6 ədəd şəffaf selofana bükülmüş bükümləri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümlərə baxış zamanı içərisində heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 6 ədəd bükümü Lənkəran rayonu Böyük bazar adlanan yerdə tanımadığı şəxsdən 30 manat verərək əldə etdiyini, özünə məxsus olduğunu, bükümləri şəxsi istifadəsi üçün üzərində saxladığını, elektron tərəzidən isə narkotik satan zaman çəkilərini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın Liman PB-nin polis nəfəri, Şahid3 Rəfail oğlu da ifadəsində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan, 05 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş həmin istintaq hərəkətinin qeydə alındığı CD diskdə olan videogörüntüdən görünür ki, vət. Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə, saat 13:30 dəqiqədə Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən Lənkəran rayonu Göyşaban kəndində saxlanıldıqdan sonra polis bölməsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 6 ədəd şəffaf sellofana bükülmüş bükülüləri və bir ədəd elektron tərəzini təqdim etmiş, həmin bükümlərə baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, 6 ədəd büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,49 qram olmuş və ekspertizaya göndərilməsi məqsədilə elektron tərəzi ilə birlikdə zərflərlə qablaşdırılmış, möhürlənmiş və üzərləri imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinləri təxminən bir həftə əvvəl Lənkəran şəhəri Böyük bazar adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi və həmçinin satması üçün 30 manata əldə etdiyini, elektron tərəzidən narkotik vasitə satarkən narkotikin çəkisini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X5 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxsla heç bir qərəzli münasibətləri olmamışdır. 05 may 2023-cü il tarixdə, saat 13:30 dəqiqədə Lənkəran rayon Göyşaban kəndində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Həmin küçədə ona yaxınlaşaraq hər iki qolundan tutub hərəkətsiz vəziyyətə gətirəndən sonra, özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə əməliyyat məlumatının olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü X8 dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara qarşı çıxmamış və onlarla birlikdə ünvan 7 ünvanında yerləşən polis bölməsinin inzibati binasına gəlmişlər. Polis bölməsində otaqların birində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı-Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 6 ədəd şəffaf selofana bükülmüş bükümləri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümlərə baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,49 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa, şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs 6 ədəd bükümü Lənkəran rayonu Böyük bazar adlanan yerdə tanımadığı şəxsdən 30 manat verərək əldə etdiyini, özünə məxsus olduğunu, bükümləri şəxsi istifadəsi və satmaq üçün üzərində saxladığını, elektron tərəzidən istə narkotik satan zaman çəkilərini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 may 2023-cü il tarixli 19/517 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxsin üzərindən aşkar olunan kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,188 qram; 0,269 qram; 0,211 qram; 0,225 qram; 0,186 qram; 0,257 qram ümumi təmiz çəkisi 1,336 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindidrlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Təqdim edilmiş üzərində “Şəxsin üzərindən aşkar olunan 01 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri yoxdur. Tədqiqatdan sonra heroinin qalığı 1.036 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan ünvan 5əhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumatların həqiqliyininin yoxlanılması məqsədilə bu barədə şöbə rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və 05 may 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayon Göyşaban kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış zamanı üzərindən 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,336 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürüldü. Konkret olaraq Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitəni əldə etdiyi şəxsin və satdığı şəxs və ya şəxslərin şəxsiyyətlərini müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərimiz davam etdirilir. İşdə olan “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,336 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və 01 ədəd CD diskdə videogörüntü maddi sübut qismində tanınmış, 06 ədəd bükümdə qalıq çəkisi -1,036 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan tələbnamədən, hökm, qərarların surətlərindən görünür ki, Fərəcov X2 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnsitiya qərarına əsasən cəzadan azad olunmuş, xx.xx.2018-ci il tarixdə Abşeron RPİ-də barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 11 ay 27 gün islah işləri cəzası ilə məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzasından azad edilmiş, ünvan 5əhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkumluğu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğundan məhkəməyə daxil olmuş cavabdan görünür ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavabından və ona əlavə edilmiş tibbi kitabşanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədək keçirilən zaman bədənində xəsarət aşkar edilməmiş, sağ qasıq nahiyyəsində çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirlən şəxs əməliyyat olunduğunu bildirir. İşdə olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı xx.xx.2013-ci il tarixdə doğulmuş X3 olmaqla barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi iləsatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 6 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Lakin, nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlərin məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitənin satdığı barədə heç nə bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 06 bükümdə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini -1,336 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitə qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, xx.xx.2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində altı ədəd bükümdə narkotik vasitəyə oxşar kütlən istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet –kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə - istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 06 bükümdə narkotik vasitə heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri predmetə (kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Lənkəran şəhərində istintaqa məlum olmayan dəqiq tarixdə və mənbədən 06 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri ayrı-ayrılıqda təmiz çəkiləri- 0,188 qram; 0,269 qram; 0,211 qram; 0,225 qram; 0,186 qram; 0,257 qram, ümumi təmiz çəkisi -1,336 qram olmaqla şəxsi istehlak miqdarından artıq tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin X5 əməkdaşları tərəfindən 05 may 2023-cü il tarixdə saat 14:00 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Fərəcov X2 rayonu Göyşaban kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq X8 gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,336 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, eyni zamanda narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs qısa müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.036 qram qalıq çəkisi olan heroin və bir ədəd elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda zərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1.036 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində ünvan 5əhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(049)-28/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-28/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver