Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-28/2025 19.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, videokonfrans əlaqə sistemi vasitəsilə açıq məhkəmə iclasında, saat baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs,qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 yanvar 2016-cl il tariuxdən başlayaraq 21 noyabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117,00 manat, minimum aylıq əmək haqqı məbləğinin 1,14 (bir tam yüzdə on dörd) misli miqdarında, sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(004)-2052/2016 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs 7771,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, kasıbçılıqla yaşamış və buna görə də, ona bildirmişlər ki, arvadı ilə bir yerdə yaşamaqda davam etməklə, arvadı tərəfindən tək ana kimi qeydiyyata düşüb evin alınması məqsədilə arvadı ilə aralarında bağlanmış rəsmi nikahı pozdursun. O da arvadı ilə aralalarında olan nikahı pozdurmuş, məhkəmə qərarı ilə aliment də qət edilmiş, arvadı ilə bir yerdə yaşamaqda davam etmişlər. Sonradan arvadı ilə münasibətləri korlanmış, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment yığılaraq ona yüklənmiş, o, həmin aliment borcunu ödəyə bilməmiş və hazırda da ödəmək imkanı yoxdur. Kasıbçılıqla böyüdüyünü, Vətən Müharibəsində iştirak etdiyini nəzərə alınmasını xahiş etmişdir. O, ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ilin fevral ayında rəsmi nikaha daxil olmadan evlənmişlər. Birgə nikahdan 21 noyabr 2012-ci ildə Banuçiçək doğulmuşdur. Evləndikdən sonra Nərgiz ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Nərgiz nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan 21 noyabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117,00 manat, minimum aylıq əmək haqqı məbləğinin 1,14 (bir tam yüzdə on dörd) misli miqdarında, sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Bu barədə icra sənədi Lənkəran rayon icra və probasiya şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lənkəran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 500,00 manat olur. Qazancını özünə xərcləyir. Qətnamə üzrə aliment borcundan Nərgizə 2993,00 manat ödəniş etmişdir. Qalıq aliment borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxs onun sabiq əridir. Onlar arasında rəsmi nikah bağlanmamışdır. Təqsirləndirlən şəxs uşağına münasibətdə atalıq borcunu yerinə yetirməmiş, ən azı ildə bir dəfə, uşaqlarının ad günündə uşağına zəng etməmişdir. Təqsirləndirlən şəxs aliment ödəsə də, çox az hissəsini ödəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, bütün aliment borcunu tələb edir. Çıxışında isə bildirmişdir ki, təqsirləndirlən şəxs aliment borcunun yarısını ödəsə, qalan borcu ona bağışlamağa hazırdır. Məhkəmədən təqsirləndirlən şəxsə sərt cəza verilməsini xahiş etmişdir. O, ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ilin fevral ayında rəsmi nikaha daxil olmadan evlənmişlər. Birgə nikahdan 21 noyabr 2012-ci ildə Banuçiçək doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan Tərlan uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 noyabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117,00 manat, minimum aylıq əmək haqqı məbləğinin 1,14 (bir tam yüzdə on dörd) misli miqdarında, sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev ustası işləyir. Aylıq 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs aliment borcundan cəmi 2993,00 manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismiundə dindirilmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edirək göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(004)-2052/2016 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Lənkəran rayon icra şəbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 8(049)-70/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik tam yerinə yetirməmiş, icra sənədi üzrə cəmi 2993,00 manat ödəniş edilmiş, 7771,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmədə iclasında şahid qismiundə dindirilmiş Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 göstərdiyi xüsusatı bir daha təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərmişdir. İşdəki X1 filialı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iş axtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs münasib iş üçün müraciət həmin şəxsə münasibətdə münasib iş təklif edilə bilər. Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) iş axtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq irlərin görülməsi mümkün olmamışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs ünvanına məktub göndərilmiş, Filiala və ya Nazirliyin liyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST” mərkəzlərinə yaxınlaşacağı təqdirdə məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görüləçəyi bildirilmişdir. İşdəki xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, tarixli xəbərdarlıq və bildiriş məktublarından, eləcə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(049)- 966/2018 saylı və xx.xx.2023-cü il tarixli, 3(049)-784/2023 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-2052/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdəki xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamış və o, müsbət xarakterizə olunur. İşdəki “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs barəsində axtarış elan edilməklə tutularaq MSY-nə təhvil verilməsi qərara alınmışdır. İşdəki Lənkəran RŞPŞ-nin Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqinə ünvanladığı məktubdan görünür ki, təqsirləndirlən şəxs xx.xx.2024-cü il tarixdə yaxalanaraq Bakı şəhəri, Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İşdəki “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan təbdiri ilə əvəz edilərək axtarış elan edilmişdir. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, təqsirləndirlən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10.00 radələrində Bakı Metropolitenində saxlanılaraq Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. İşdəki DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində kartotekada heç bir məlumat yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarında daha sonra qeyd edilmişdir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi... Yuxarıda qeyd edildi ki, təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə əvvəl inzibati məsuliyyətə cəlb olunmuş, o, inzibati xəta törətməkdə təqsirli bilinmiş, həmin inzibati xəta haqqında qərarlardan şikayət verməmişdir. Yuxarıda şərh olunan Konstitusiya Məhkəməsinin qərarında göstərildiyi kimi təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi hesab olunur. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən və zərəçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutlan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarılda göstərilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədə müvafiqdir. Bu zaman CM-nin 69.3-cü maddənin tələbləri nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülkü iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 iki gün tutulması nəzərə alınaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi subut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-28/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-28/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver