Məhkəmə qərarları › İş №1(049)-280/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-280/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-280/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 avqust 2023-cü il tarixdə, saat 12.55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 25 fevral 2023-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermada yerləşən, saxlanc yeri sayılan, mişar daşı ilə hörülmüş tövləyə qıfılını özündə olan kəlbətinlə sındırma üsulu ilə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 140 manat olmaqla, ümumi qiyməti 280 manat olan 02 baş quzuları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməyən vaxtda və mənbədən 01 bükümdə, təmiz çəkisi 0,288 qram ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 01 mart 2023-cü il tarixdə, saat 07:00 radələrində Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən qeyd olunan çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 2018-ci ildə CM-in 177-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum olunmuş və həmin il cəriməni tam olaraq ödəmişdir. Tutulmamışdan bir neçə ay əvvəl “şüşə”dən istifadə etmişdir. 23 fevral 2023-cü il tarixdə, saat 23 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətdən velosiped və aliminium qazan oğurlamışdır. Növbəti gün onları tanımadığı şəxsə 40 manata satmışdır. O, əvvələr Mehmanın fermasında işləmiş və bilirdi ki, gecələr fermada heç kim olmur. Buna görə də, 25 fevral 2023-cü il tarixdə, gecə saat 02 radələrində Mehmanın fermasının həyətində olan tövlədən iki quzu oğurlayıb yaşadığı evin həyətindəki tövləyə salmışdır. 26 fevral 2023-cü il tarixdə quzuları həmin gün onlara gəlmiş tanışı Telehə satmaq istədiyini bildirmiş və sonuncu onları ondan satın almışdır. Bu zaman Talehə onların oğurluq olduğunu deməmişdir. 01 mart 2023-cü il tarixdə, gecə saat 01-02 radələrində Kiçik Bazar deyilən ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün bir bükümdə “şüşə” almış və üzərində saxlamışdır. Həmin gün, səhər saat 07 radələrində Liman şəhərində polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirmişlər. Orada dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının cibindəki siqaret qutusunda olan bir bükümdə “şüşə”ni çıxardıb təqdim etmişdir. Onunla bu barədə sorğu sual edildikdə, üzərində aşkar olumuş “şüşə”nin özünə məxsus olduğunu, onu 01 mart 2023-cü il tarixdə gecə saat 01-02 radələrində Lənkəran şəhərində Kiçik Bazar deyilən yerdə tanımadığı şəxsdən 15 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Eləcə də bildirmişdir ki, qonşusu Mehmanın velosipedini və iki baş quzusunu oğurlamış, oğurladığı quzuları tanışı Talehə satmışdır. Hazırda zərəçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmiş, zərəçəkmiş şəxs ondan şikayətçi və tələbkar deyildir. Etdiyi əməldən çox peşman olmuşdur. Məhkəmədən barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı iş üzrə dindirmə protokolları, hadisə yerinə baxış protokolu, şəxsi axtarış və götürmə haqqında protokol və protokola əlavə edilmiş CD disk, götürülmüş maddi sübutlar, əməliyyat tapşırığına verilmiş cavab, məhkəmənarkoloji, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, eləcə də, digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs lazımi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, lakin imzası notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirlən şəxs ona vurduğu ziyanı tam olaraq ödədiyini, sonuncudan tələbkar və şikayətçi olmadığını bildirib məhkəmə iclasını iştirakı olmadan keçirməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində yerləşən evdə yaşayır. Təqsirləndirlən şəxs onun qonşusudur. Sonuncu təsərrüfat işlərində ona köməklik etmişdir. 25 fevral 2023-cü il tarixdə tövlədə üç baş quzunun olmadığını aşkar etmişdir. O, quzuların oğurlanması barədə DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus üç baş deyil, iki baş quzu oğurlanmış və həmin oğurluğu qonşusu Cavid törətmişdir. Bundan əlavə Cavid ona məxsus velosipedi və bir ədəd aliminium qazanı da oğurlamışdır. İki baş quzunun ümumi qiyməti 280 manat, velossipedin qiyməti 50 manat, qazanın qiyməti isə 20 manat olmuşdur. Ümumilikdə ona 350 manat ziyan dəymişdir. Cavid ona vurduğu maddi ziyanın heç bir hissəsini qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində narkotik vasitələri saxlaması və gəzdirməsi barədə məlumat əldə etmişdir. Onun cinayət əməlini ifşa etmək üçün ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid1 Polad oğlu və Şahid2 ilə birlikdə, saat 07:00 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri, M.Ə.Sabir küçəsində görüb birlikdə polis bölməsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxsda onlarla birlikdə polis bölməsinə gəlmiş, orada onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi-axtarış aparılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisinə baxış keçirildikdə ağ rəngli, kristal şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr metamfetamindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 15 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Liman şəhərində Mehman adlı şəxsin velosiped və qab-qacaqlarını, iki baş da qoyununu oğurlamış, oğurladığı qoyunları Taleh adlı şəxsə satmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfəri Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə qeyd edir ki, cinayət işində olan 25 fevral 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran rayonu, Liman şəhər sakini Zərərçəkmiş şəxs məxsus iki baş quzu fermadan oğurlanmışdır. Cinayət işində olan mütəxəssis rəylərindən görünür ki, zərərçəkmiş şəxsə məxsus oğurlanmış 1 baş, ət çəkisi 9-10 kiloqram olan quzunun qiyməti 140 manat olmaqla 2 baş quzunun cəmi qiyməti 280 manat qiymətində qiymətləndirilmişdir. İşdə olan 01 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Psixotrop maddə metamfetaminə bənzər bükümün çəkisi 0,33 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr metamfetamindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 15 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Liman şəhərində Mehman adlı şəxsin velosiped və qab-qacaqlarını, 2 baş da qoyununu oğurlamış, oğurladığı qoyunları Taleh adlı şəxsə satmışdır. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2023-cü il tarixli 19/247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi -0,288 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,238 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 02 mart 2023-cü il tarixli, 244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddə əldə edərək istifadə etmişdir. Lələyev X2 rayonu, Liman şəhər sakini Zərərçəkmiş şəxs məxsus iki baş quzunu ona məxsus fermadan oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı iki baş quzunu Taleh adlı şəxsə satmışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdə, təmiz çəkisi -0,288 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 bükümdə, təmiz çəkisi -0,238 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən, portaldan edilmiş çıxarışdan və cinayət işinə əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 36c nömrəli məlumatdan görünür ki, Lələyev X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödəmiş və xx.xx.2018-ci il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Şikayət və tələbi yoxdur. Təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş”həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və və Lənkəran rayon Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,238 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutularaq, Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 05 ay 24 gün həbsdə saxlamanın müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 11 (on bir) ay 18 (on səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq, 02 (iki) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,238 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədə CD disk isə iş materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat ekspertiza xərci dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar