Məhkəmə qərarları › İş №1(049)-280/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-280/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-280/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cu il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, mənkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 117-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop madd\ metamfetamini xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin avqust ayında, Lənkəran şəhərində, Kiçik-Bazar adlanan ərazidə məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 1 (bir) ədəd bükümdə, ağ rəngli kristallardan ibarət, təmiz çəkisi 0,442 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 23 avqust 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün, saat 21:49 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanılaraq, orada üstü yoxlanılarkən 0,442 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin boynundan asdığı kiçik ölçülü parça torbanın içərisində kağıza bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq etdiyi üçün məhkum edilmişdir. Özü narkotik vasitə heroindən istifadə edir. 23 avqust 2024-cü il tarixdə, axşam saatlarında polis əməkdaşları Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu Babək adlı polis əməkdaşının otağında döymüşlər. O, saxlanılarkən üzərində yalnız az miqdarda heroin olmuş, metamfetamin olmamışdır. Polis əməkdaşları onu döyərək üzərinə metamfetamini də qoymaq istəmişlər. Bir müddət sonra Rahid adlı polis əməkdaşı Babək adlı polis əməkdaşının otağına girərək videoçəkilişi özünün aparacağını bildirib onu Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsinə gətirmişlər və orada üstünü yoxlamışlar. Həmin zaman guya üzərindən metamfetamin də aşkar edilmişdir. Əslində isə üzərində yalnız heroin olmuş və həmin bir büküm heroini tutulmamışdan bir müddət əvvəl Lənkəran şəhərində, köhnə DYP adalanan binanın yanında Emin adlı şəxsdən 7 manata almışdır. Emin hündür boy, qara saçlı, qaraşın oğlandır və ondan əvvəllər də 2-3 dəfə heroin almışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 124-125-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, «ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. O Lənkəran şəhəri Ş.Zahid küçəsi ev 20-də yaşayır. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Bir neçə ildir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə psixotrop maddə metafetamini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. Hətta buna görə 2021-ci ildə CM-nin 234.1-ci maddəsi və CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə həbsdən azad edilmişdir. Həbsdən azad edildikdə sonra bir müddət narkotik vasitə qəbul etməsə də sonradan bədənində ağrılar olduğu üçün yenidən narktoik vasitə qəbul etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Kiçik-bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin bir ədəd bükümdə heroin alıb üzərində saxlamışdır. O həmin gün saat 22 radələrində yaşadığı küçədə biraz aralıda şəhərin Ş.Xiyabanı küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Onlarda biri video çəkiliş aparırmış. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üstünü yoxlmalı olduğunu demişdir. Sonra polis əməkdaşı ona üzərində əgər qanunla qadağan olunmuş hər hansı bir maddə və predmet vardırsa təqdim etməyini bildirmişdir. O da etiraz etməyib boynunda asdığı cuzdanın içərisindən 32 manat pulu, 2 ədəd 20 qəpiyi, bir ədəd sellofanda olan heronini, bir ədəd gümüşü kağız bükümdə olan metamfetamini və özünə məxsus mobil telefonunu təqdim etmişdir. Təqdim etdiyi bükümlərə baxış keçirib tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan heroin çəkisi 0,24 qram, metamfetaminin çəkisi isə 0,58 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş bükümün içərisində metamfetamin və heroin olduğunu və həmin maddəlləri həmin gün kiçik bazar ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişdir. Sonra polis şöbəsinə gəlib bu barədə tərtib edilmiş protokolu oxuyub imza etmişdir. Bundan sonra polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Vəkil ilə təmin edilmişdir. Ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. O metafetaminlə heroini Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxlamışdır. O həmin metafetaminlə heroini bədənində ağrıları olduğundan özü istifadə etməkdən ötrü üzərində saxlamışdır. Əldə etdiyi metafetamin və heroindən heç kəsə satmamış və həmçinin heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir.» Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 23 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yol kənarında dayandığını görmüşlər. Bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib üstünə baxış keçirlməsini bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Bundan sonra yaxınlıqda olan küçədə dayanmış avtomobilinin yanına gəlmişlər. Həmin vaxt baş əməliyyat müvəkkili X9 Əsədova üzərində əgər qanunla qadağan edilmiş hər hansı bir maddə və yaxud əşya vardırsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt boynundan asdığı cuzdanın içərisindən 32 manat pul, 2 ədəd 20 qəpiyi, bir ədəd sellofanda olan heronə bənzər kütləni, bir ədəd gümüşü kağız bükümdə olan metamfetaminə bənzər kütləni və özünə məxsus Redmi markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirib tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan heroinə bənzər kütlənin çəkisi 0,24 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 0,58 qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş bükümün içərisində metafetamin və heroin olduğunu və həmin madəlləri həmin gün kiçik bazar ərazisində üzdən tanımadığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlələr ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmişdir. 23 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yol kənarında dayandığını görmüşlər. Bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib üstünə baxış keçirlməsini bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Bundan sonra yaxınlıqda olan küçədə dayanmış avtomobilinin yanına gəlmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs üzərində əgər qanunla qadağan edilmiş hər hansı bir maddə və yaxud əşya vardırsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt boynundan asdığı cuzdanın içərisindən 32 manat pul, 2 ədəd 20 qəpiyi, bir ədəd sellofanda olan heronə bənzər kütləni, bir ədəd gümüşü kağız bükümdə olan metamfetaminə bənzər kütləni və özünə məxsus Redmi markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirib tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan heroinə bənzər kütlənin çəkisi 0,24 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 0,58 qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş bükümün içərisində metafetamin və heroin olduğunu və həmin madəlləri həmin gün kiçik bazar ərazisində üzdən tanımadığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlələr ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmişdir. 23 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yol kənarında dayandığını görmüşlər. Bu zaman onun tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib üstünə baxış keçirlməsini bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Bundan sonra yaxınlıqda olan küçədə dayanmış avtomobilinin yanına gəlmişlər. Həmin vaxt əməliyyat müvəkkili X9 Əsədova üzərində əgər qanunla qadağan edilmiş hər hansı bir maddə və yaxud əşya vardırsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt boynundan asdığı cuzdanın içərisindən 32 manat pul, 2 ədəd 20 qəpiyi, bir ədəd sellofanda olan heronə bənzər kütləni, bir ədəd gümüşü kağız bükümdə olan metamfetaminə bənzər kütləni və özünə məxsus Redmi markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirib tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan heroinə bənzər kütlənin çəkisi 0,24 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 0,58 qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş bükümün içərisində metafetamin və heroin olduğunu və həmin madəlləri həmin gün kiçik bazar ərazisində üzdən tanımadığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlələr ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hazırda Lənkəran ŞRPŞ-nin X6 rəisi vəzifəsində işləyir. Əvvəllər isə Lənkəran ŞRPŞ-də əməliyyat üzrə rəis müavini vəzifəsini icra etmişdir. Həmin dövrdə, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmuş və şəxs olduğu yerdə üstü yoxlanılaraq sonra polis şöbəsinə gətirilmişdir. Şəxs polis şöbəsinə gətirildikdən sonra o, əməliyyat üzrə rəis müavini kimi cəmi bir dəfə Təqsirləndirilən şəxs görmüş və profliktiki söhbət aparmışdır. Onun tərəfindən şəxsə hər hansı bir psixi, fiziki zor tətbiq edilməmiş, habelə belə bir hadisə onun yanında da olmamışdır. Təqsirləndirilən şəxsla profilaktiki söhbət etdikdən sonra şəxs müvfaiq hərəkətlər edilməsi üçün aidiyyatı üzrə təhvil verilmişdir. Cinayət işinin 9-11-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması protokolundan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə saat 21:49da Lənkəran şəhəri Ş.Xyabanı küçəsində yol kənarında dayanarkən, Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkli polis polkovnik-leytenantı Rahid Əgərov və polis kapitanı Şahid1 ilə birlikdə ona yaxınlaşıb şübhəli şəxsin üstünün yoxlanılarkən, Təqsirləndirilən şəxs boynundan asdığı cuzdanın içərisində 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardıb təqdim edərək bükümün içərisində olan maddənin metamfetamin olduğunu və özünə məxsus olmasını təsdiq edir. Cinayət işinin 46-50-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2024-cü il tarixli 19/621 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərindən aşkarlanmış 2 bükümdə narkotik vasitə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Tədqiqatdan sonra qalıq 0.392 qram olmuşdur. Cinayət işinin 79-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2024-cü il tarixli, 665 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stımulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci idən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 80-81-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibbi ekspertizasının 24 avqust 2024-cü il tarixli 795 saylı rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2024cü il tarixdə saat 21.49-da saxlanılmış, həmin gün saat 22.50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-80-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 120-131-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi barədə” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0.442 qram olan psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0.392 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 121-122-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Əsədov X1 şəhəri, Ş.Xiyabani küçəsi, ev 117 ünvanında tək yaşayır, yaşadığı müddətə ondan şikayət olmamış, məhəllədə keçirilən abadlıq və quruculu işlərində heç vaxt köməklik göstərməmişdir. Cinayət işinin 92-111-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamə, hökm və qərarlardan görünür ki, Əsədov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cu il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 120-131-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi barədə” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin miqdarı xeyli miqdardan az olduğu üşün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında material ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, tutulduqdan bir gün sonra keçirilmiş 24 avqust məhkəmə tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı dindirilmiş şahid Babək Hüseynov tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 23 avqust 2024-cü il tarixdə tutulmasını və 24 avqust 2024-cü il tarixdə, yəni təxminən 24 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı, habelə barəsində həbs qətimkan tədbiri seçilərkən əməlini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ümumiyyətlə üzərində psixotrop maddə olmamasına dair ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0.442 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 23 avqust 2024-cü il tarixdə onun Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Əsədov X1 Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi vardır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, əvvəlki məhkumluğunun da habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 2022ci il tarixdən “opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.392 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.392 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar