Məhkəmə qərarları › İş №1(049)-283/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-283/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-283/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən şərti olaraq 3 ay 11 gün vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2024-cü il ilin avqust ayının əvvəllərində Lənkəran şəhəri ərazisində dəqiq müəyyən edilməmiş mənbədən ümumilikdə 10 (on) ədəd olmaqla 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri:-0,135 qr; -0,115 qr; -0,136 qr; -0,116 qr; -0,116 qram: ümumi təmiz çəkisi -0,618 qram olan xeyli miqdar təşkil edən narkotik vasitə heroini və 05 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri:-0,148 qr; -0,063 qr; -0,125 qr; -0, 126 qr; -0,306 qram: ümumi təmiz çəkisi -0,768 qram olan ağ rəngli kristal şəkilli xeyli miqdar təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və həmin psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə, -0,306 qram çəkidə psixotrop maddə olan metamfetamini 21 avqust 2024-cü il tarixdə Lənkəran şəhəri ərazisində tanışı digər şəxsə 10 manat pula satmış, qalan 04 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,462 qram olub xeyli miqdar təşkil edən psixotrop maddə metamfetamini və 05 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,618 qram olub xeyli miqdar təşkil edən narkotik vasitə heroini üzərində saxlamış, sonuncu 21 avqust 2024-cü il tarixdə saat 19:10 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, H.Abdullayev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq üstünə baxış keçirilən zaman həmin bir ədəd gümüşü kağıza bükülmüş psixotrop maddə olan metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə məlumat almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 21 avqust 2024-cü il tarixdə, saat 19:50-də Lənkəran şəhəri, Səttərxan küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq üstünə baxış keçirilən zaman 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,135 qr; -0,115 qr; -0,136 qr; -0,116 qr; -0,116 qram: ümumi təmiz çəkisi -0,618 qram olub xeyli miqdar təşkil edən narkotik vasitə heroini və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,148 qr; -0,063 qr; -0,125 qr; -0, 126 qram: ümumi təmiz çəkisi -0,462 qram olan ağ rəngli kristal şəkilli xeyli miqdar təşkil edən psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 avqust 2024-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri, Səttarxan küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə getməli olduğunu bildirmişlər, o da etiraz etməmişdir. Polis şöbəsində polis əməkdaşları onu narkotik vasitə verərək üzərindən çıxdığını bildirmişlər. Narkotik vasitə istifadəçisi olsa da, tutulan vaxtı üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona hədə qorxu gəlmişlər və o, bundan qorxub ona verilən bütün sənədlərə imza çəkmişdir. O, Şahid4 və ya başqasına narkotik vasitə satmamışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasında elan edilməklə araşdırılmış cinayət işinin 95-96-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, “o, ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024 -cü il tarixdə şəxsi istifadəsi üçün, Böyük Bazar ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 60 manata 5 büküm metamfetamin və 5 büküm heroin almışdır. xx.xx.2024-cü il tarixdə saat 19:50-də Lənkəran şəhəri, Səttərxan küçəsində olan zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib hadisə yerində üstünü yoxladılar. Ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması ondan soruşulmuş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Vest markalı siqaret qutusunun içində 9 ədəd siqaretin zərli kağızına bükülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlələri və sol yan cibindən isə Redmi markalı telefonu təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmış və üzərindən heç bir əşya aşkar olunmamışdır və götürülməmişdir. Gümüşü falqalara baxış keçirilən zaman oradan metamfetaminə və heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələrin metamfetamin və heroin olduğunu bildirmişdir. Buna görə ondan götürülmüş 4 bükümdə psixotrop maddə olan metamfetaminəbənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi 0.73(sıfır tam yüzdə yetmiş üç) qram müəyyən olmuşdur və 5 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi 1.02(bir tam yüzdə sıfır iki) qram müəyyən olmuşdur. Həmin kütlələr zərfə qoyulmuş, üzərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan Redmi markalı telefon isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin şəxsi axtarış video ilə çəkilmişdir. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə bir ədəd metamfetamin bükümünü Nadir adlı şəxsə 10 manat qarşılığında satmışdır. Üzərində aşkar olunmuş 9 ədəd bükümdə kütlələr özünə məxsusdur. Bundan başqa saxlanılarkən və polis şöbəsinə gətirilərkən, polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq olunmamışdır” Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olan və Lənkəran şəhəri Səttərxan küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması və satması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 isə qrupun üzvləri olmuşlar. 21 avqust 2024-cü il tarixdə, saat 19:50 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttərxan küçəsində olmasını müşahidə etmişlər. Sonra ona yaxınlaşaraq özülərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhələr olduğundan üstünə axtarış keçirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izaha etdikdən sonra, videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd üzərində Vest sözləri yazılmış siqaret qutusunu çıxarmış və siqaret qutusunun içərisində isə 09 ədəd siqaretin zərli kağızma bükülmüş büküm təqdim etmişdir. Həmin təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılmış və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərə baxış keçirilmiş və həmin bükümlərdən 04 ədədinin psixotrop maddə olan metamfetaminəbənzər kütlə və 05 ədədinin isə narkotik vasitə olan heroinəbənzər kütlə olması müəyyən edilmişdir.Daha sonra həmin metamfetaminəbənzər kütlə və heroinəbənzər kütlələr ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Redmi markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması haqqında protokol Lənkəran ŞRPŞ-də tərtib olunmuş, sözügedən hərəkətlər videokamera ilə çəkilmiş və videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, psixotrop maddə satması barədə icraatına əməliyyat məlumatları daxil olmuş və həmin şəxs Şahid4 psixotrop maddə olan metamfetamin satması müəyyən olunmuşdur. Məhkəmənin sualına cavab olaraq şahid Ruslan Miriyev göstərdi ki, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılaraq polis şöbəsinə gətirilmiş, habelə saxlanılan zaman ona bu barədə bildirilmişdir. Onun tərəfindən, eləcə də onun yanında hər hansı əməkdaş tərəfindən Təqsirləndirilən şəxs hədə-qorxu gəlinməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat axtarış tədbirində o, da iştirak etmişdir. 21 avqust 2024-cü il tarixdə, saat 19:50 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttərxan küçəsində olmasını müşahidə etmişlər. Sonra ona yaxınlaşaraq özülərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhələr olduğundan üstünə axtarış keçirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izaha etdikdən sonra, videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd üzərində Vest sözləri yazılmış siqaret qutusunu çıxarmış və siqaret qutusunun içərisində isə 09 ədəd siqaretin zərli kağızma bükülmüş büküm təqdim etmişdir. Həmin təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılmış və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərə baxış keçirilmiş və həmin bükümlərdən 04 ədədinin psixotrop maddə olan metamfetaminəbənzər kütlə və 05 ədədinin isə narkotik vasitə olan heroinəbənzər kütlə olması müəyyən edilmişdir.Daha sonra həmin metamfetaminəbənzər kütlə və heroinəbənzər kütlələr ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Redmi markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid3 ğlu ifadəsində göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat axtarış tədbirində o, da iştirak etmişdir. 21 avqust 2024-cü il tarixdə, saat 19:50 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttərxan küçəsində olmasını müşahidə etmişlər. Sonra ona yaxınlaşaraq özülərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhələr olduğundan üstünə axtarış keçirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izaha etdikdən sonra, videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd üzərində Vest sözləri yazılmış siqaret qutusunu çıxarmış və siqaret qutusunun içərisində isə 09 ədəd siqaretin zərli kağızma bükülmüş büküm təqdim etmişdir. Həmin təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılmış və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərə baxış keçirilmiş və həmin bükümlərdən 04 ədədinin psixotrop maddə olan metamfetaminəbənzər kütlə və 05 ədədinin isə narkotik vasitə olan heroinəbənzər kütlə olması müəyyən edilmişdir.Daha sonra həmin metamfetaminəbənzər kütlə və heroinəbənzər kütlələr ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Redmi markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, heç vaxt Təqsirləndirilən şəxs ona narkotik vasitə satmasını bildirməmişdir, polis əməkdaşları ona qarşı hədə-qorxu gələrək ifadə almışlar. O, müstəntiqə belə ifadə verməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 158-160-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, “ailəsiylə birlikdə Lənkəran şəhərində yaşayır. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən qəbul edir. Adətən istifadəsi üçün psixotrop maddə olan metamfetamini Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. 21 avqust 2024-cü il tarixdə Lənkəran şəhəri, Səttarxan küçəsində tanışı Təqsirləndirilən şəxsla rastlaşdıqda ondan öz istifadəsi üçün psixotrop maddə olan metamfetamin satmasını istəmişdir. Rasimin də metamfetamin qəbul etdiyini və özündə metamfetamin olacağını düşünmüşdür. Rasim də özündə olan metamfetamin bükümlərindən bir bükümünü 10 manat pulun müqabilində ona satmışdır. Rasimdən aldığı 01 ədəd bükümdə metamfetamini daha sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sol yan cibinə qoymuşdur. 21 avqust 2024-cü il tarixdə, saat 19:10-da Lənkəran şəhəri H.Abdullayev küçəsində olduğu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Onlar ona psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə onlarda məlumatın olduğunu deyib, hadisə yerində üzərini yoxlamışlar. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyini bildirmişər. O da şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və şalvarının arxa sağ cibindən isə 01 ədəd Nokia markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində aşkar edilmiş həmin bükümə baxış keçirilmiş və içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm tərəzidə çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O da həmin zərfə imza etmişdir. Daha sonra həmin bükümü kimdən əldə etməyi şifahi olaraq ondan soruşulmuş, o da həmin psixotrop maddəni 10 manat pulun müqabilində Lənkəran şəhəri Səttarxan küçəsində Rasim adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğu elan edib və onun üçün müdafiəçi dəvət etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Özü narkotik vasitə istifadəçisidir, narkotik vasitələrin satışı ilə məşğul olmur” Cinayət işinin 9-11-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 21 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə" protokoldan görünür ki, vətəndaş X2 21 avqust 2024-cü il tarixdə saat 19:50-də Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Səttərxan küçəsində olduğu zaman saxlanılmış, üstünün yoxlanılması aparılmışdır. Yoxlanış başlandıqda əvvəlcə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd Vest markalı siqaret qutusunu çıxardı, həmin qutunun içərisindən ümumilikdə 09 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümlər çıxardı. Həmin təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılmış və başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərə baxış keçirilmiş və həmin bükümlərdən 04 ədədinin psixotrop maddə olan metamfetaminəbənzər kütlə və 05 ədədinin isə narkotik vasitə olan heroinəbənzər kütlə olması müəyyən edilmişdir. 04 ədəd metamfetaminəbənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0,73 qram və heroinəbənzər kütlə elektron tərəzidə çəkildikdə isə çəkisi 1,02 qram olması müəyyən edilmişdir. Daha sonra həmin metamfetaminəbənzər kütlə və heroinəbənzər kütlələr ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Redmi markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 45-49-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2024-cü il tarixli 19/617 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözlər və imzalar olan zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,148 qr; -0, 063 qr; -0,125 qr; -0,126 qram: ümumi təmiz çəkisi: -0,462 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,135 qr; -0,115 qr; -0,136 qr; -0,116 qr; -0,116 qram: ümumi təmiz çəkisi; -0,618 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Ekspertizanın dəyəri 60 manatdır. Ekspertizadan sonra 0.342 qram metamfetamin, 0.468 qram herion qalıq qalmışdır. Cinayət işinin 56-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 22 avqust 2024-cü il tarixli 655 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyata durur. Cinayət işinin 163-169-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,148 qr; -0, 063 qr; -0,125 qr; -0,126 qram: ümumi təmiz çəkisi: -0,462 qram olan metamfetamin (qalıq-0,342 qr), 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri: - 0,135 qr; -0,115 qr; -0,136 qr; -0,116 qr; -0,116 qram: ümumi təmiz çəkisi; -0,618 qram olan narkotik vasitə heroin (qalıq-0,468 qr) və iki ədəd DVD disk videogörüntü iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 102-106-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 avqust 2024-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin 137-138-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış-xasiyyətnamədən görünür ki, Dadaşov X1 rayonu, Mamusta kəndinə anası, arvadı, 2010 və 2014-cü il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır və müsbət xarakterizə olunur. Cinayət işinin 139-147-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəməyə təqdim edilmiş Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şərti olaraq 3 ay 11 gün vaxtından əvvəl azad olunmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran rayonu İcra və Probasiya şöbəsinin 09 dekabr 2024-cü il tarixli, 160 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan qərar xx.xx.22024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, cəza müddətinin sonu xx.xx.2024-cü il tarix hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində 23 avqust 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkum barəsində nəzarət işinin icrası dayandırılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlərlə təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən hədə-qorxuya qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, məhkəmə tibbi ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Məhkəmə, Şahid4 məhkəmə iclasında verdiyi ifadəsi iş matetrialları, habelə özünün ibtidai istintaq zamanı verdiyi ifadə, eləcə də üzləşdirmə zamanı verdiyi ifadəlrlə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, şahidin məhkəmə iclasında verdiyi ifadə təqsirləndirilən şəxslə olan münasibətlərindən irəli gələrək onu qorumaq məqsədi, həmçinin cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş ifadə hesab edilməli və ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin, İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnа hazırki məhkəmə hökmü ilə təyin ediləcək cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası birləşdirilməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini, habelə həmin əmələ görə müəyyən edilmiş cəzanın çəkilməsi dövründə hazırkı cinayət əməlini törətməsini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 22 avqust 2024-cü il tarixli, 655 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,148 qr; -0, 063 qr; - 0,125 qr; -0,126 qram: metamfetaminin qalıq-0,342 qramı, 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri: -0,135 qr; -0,115 qr; -0,136 qr; -0,116 qr; -0,116 qram: narkotik vasitə heroinin qalığı 0,468 qram CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən çəkilməmiş 3 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 4 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,148 qr; -0, 063 qr; - 0,125 qr; -0,126 qram: metamfetaminin qalıq-0,342 qramı və 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,135 qr; -0,115 qr; -0,136 qr; -0,116 qr; -0,116 qram: narkotik vasitə heroinin qalığı 0,468 qram məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar