Məhkəmə qərarları › İş №1(049)-284/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-284/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-284/2023 20.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə, saat 20 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaşadıqları evdə ailəməişət münasibətləri zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs ona sprtli içki qəbul etdiyinə görə etdiyi etiraz səbəbindən sonuncu Zərərçəkmiş şəxs boyun nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbəsi vuraraq ona boyun nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. bir yerdə yaşamaqla 3 övladları vardır. Əvvəllər arvadı ilə münasibətləri normal olsa da, sonradan hər bir ailədə olduğu kimi onun ailəsində də ailə-məişət münasibətləri zəminində mübahisələr olmuşdur. O, spirtli içkilər içdiyindən buna görə Aytən evdə münaqişə yaratmışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, işdən evə gələndən sonra spirtli içki qəbul etmiş və arvadı Aytən onun spirtli içki içdiyini bilmiş, ondan niyə spirtli içki içdiyini soruşduqda, o, işdən sonra bədənində ağrılar olduğunu, ona görə içdiyini demişdir. Ancaq Aytən əsəbləşib evin əşyalarını yerə dağıtmış, onu nalayiq söyüşlərlə söymüşdür. O da əsəbləşdiyindən Aytənin üstünə hücum edərək yumruqla başından və boynundan vurmuşdur. Bundan sonra Aytən polisə gedib ondan şikayət etmişdir. Münaqişə yaşadıqları evdə baş vermiş, orda kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs onu döyməsi barədə ərizəni o yazmışdır. O, 1996-cı il tarixdə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı vardır. Ailə qurandan sonra Qalib hər dəfə spirtli içki içdiyindən evdə münaqişələr yaranmışdır. O da yaşadıqları illər ərzində uşaqlarına görə ərinin hərəkətlərinə dözmüşdür. Ancaq bu hal getdikcə pisləşmiş, əri spirtli içki qəbul edəndən sonra özünü idarə edə bilməmişdir. O, ərinə içki içməməyini bildirdikdə daha da əsəbləşmiş, onu söymüş və uşaqları ilə pis rəftar etmişdir. Dəfələrlə ondan şikayət etsə də, Qalib hərəkətlərindən əl çəkməmişdir. 05 may 2023-cü il tarixdə saat 18 radələrində o, işdən çıxıb evə getmək üçün Lənkəran rayon avtovağzalında olan marşruta minərkən əri Qalibin də marşrutda oturduğunu və sərxoş vəziyyətdə olduğunu görmüşdür. Qalib ona içməyəcəyini söz versə də, onun vəziyyəti onu məyus etmişdir. Qəsəbəyə çatandan sonra o marşrutdan düşüb evə getsə də, ancaq Qalib dükana getmişdir. Təxminən 20 dəqiqədən sonra evə gələn Qalibin yenidən spirtli içki alıb içdiyini görmüş, buna görə ona irad bildirmiş və mübahisə etmişlər. Mübahisə zamanı Qalib ev əşyalarını dağıtmaqla üstünə hücum çəkib yumruqla başından, boynundan vurub onu döymüş və ona xəsarət yetirmişdir. Zərbələrdən sonra halı pisləşmiş, bundan sonra polisə müraciət etmişdir. Münaqişə yaşadıqları evdə baş vermiş, münaqişə 2-3 dəqiqə davam etmiş, orda kənar şəxslər olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayır, fərdi əməklə məşğul olur. Nə üçün izahat verməyi ona aydındır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onunla eyni qəsəbədə yaşayırlar. Onların hər hansı birisi ilə heç bir qərəzliliyi olmamışdır. Belə ki, Qalib Fərcov fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. Qalibdən yaşadığı qəsəbədə indiyə qədər hər hanıs bir xoşagəlməz hərəkət görməmişdir. xx.xx.2023-cü il tarixə o, qəsəbədə Qaliblə Aytən arasında yaşadıqları evdə münaqişə olduğunu və Qalibin Aytəni döyməsi barədə eşitmişdir. Lakin o, konkret olaraq hadisəni görməmiş, onların aralarında olan münaqişə bərədə heç bir məlumatının olmadığını bildirmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 10 may 2023-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 445 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-boyun nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir,müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının 16 may 2023-cü il tarixli 810 saylı arayışından görünür ki, Fərəcov X3 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 may 2023-cü il tarixli arayışından görünür ki, Fərəcov X3 rayonu, Nərimanabad qəsəbəsində arvadı Zərərçəkmiş şəxs və uşaqları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar