Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-285/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə, gecə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətinə gələrək tanışı X3 hansı səbəbdən məhəlləsindən qovmasını aydınlaşdırmaqdan ötrü söhbət etmələrini bildirmiş Zərərçəkmiş şəxs gecə saatlarında həyətinə gəlməklə onu narahat etdiyini və həyətindən çıxıb getməsini bildirdikdə sonuncunun getməkdən imtina edərək onunla mübahisə etməsi səbəbindən əsəbləşərək, Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədi ilə əlindəki metal boru parçası ilə onun döş qəfəsinə və sol dirsək nahiyəsinə qəsdən zərbələr vuraraq, ona sağ Vİİ-X qabırğaların sınıqları, sol dirsək sümüyünün qəlpəli sınığından ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Az Ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onunla eyni məhəllədə yaşayır, onunla aralarında əvvəllər hər hansı ziddiyət düşmənçilik olmamışdır. 30 aprel 2023-cü il tarixdə gecə saat 23 radələrində yaşadığı evdə olduğu zaman küçədə mübahisə səsi eşitmişdir. Səsə küçəyə çıxdıqda yaşadığı Əliağa Vahid küçəsinə yaxın yerləşən Nəsimi küçəsində yaşayan narkotik istifadəçisi kimi tanıdığı Habil adlı şəxsin küçəyə gəlib, orada məhəllə sakini olan Mübarizi soruşduğunu, Mübarizin anasının isə oğlunun evdə olmadığını deməsinə baxmayaraq Habilin orada səs-küy salaraq narahatçılıq yaratmasına şahid olmuşdur. Habilə yaxınlaşıb ona bir daha gecə saatlarında məhəlləyə gəlib səs-küy salmaması barədə tənbeh etmişdir. Bundan sonra Habil adlı şəxs məhəllədən çıxıb getmişdir. Bundan 2 gün sonra 02 may 2023-cü il tarixdə saat 20 radələrində işdən evə qayıtdığı zaman Habil adlı şəxsin məhəllədə olduğunu görmüşdür. Narkomanların məhəlləyə toplaşdıqlarında ucadan qışqıraraq bir-birləri ilə danışmaları səbəbindən məhəllə sakinləri eləcə də özü narahatçılıq keçirtdiyi üçün və Habilin də narkoman olduğunu bildiyindən ona yaxınlaşdıqda məhəlləyə nə səbəbə gəldiyini soruşmuşdur. Bu zaman Habil məhəlləyə gəlməsinin ona aidiyyəti olmadığı formasında kobud şəkildə cavab vermişdir. Habilin sözündən əsəbləşib, çiyin nahiyəsindən əli ilə asta formada itələyib ona acıqlı formada küçədən çıxıb getməsini bildirmişdir. Habil əvvəl getmək istəməsə də əsəbləşdiyini görüb çıxıb getmişdir. Özü də yaşadığı evin həyətinə daxil olmuşdur. Təxminən 2 saat sonra saat 22 radələrində yaşadığı evdə yatmağa hazırlaşdığı zaman həyətdən kiminsə onu çağırdığını eşitmişdir. Səsə evin pəncərəsindən həyətə baxdıqda Habilin qardaşı Fariz adlı şəxsin yaşadığı evin yaxınlığında yaşayan “Şaka” kimi çağrılan Zərərçəkmiş şəxslə birlikdə həyətinə gəldiyini görmüşdür. Onlardan həyətinə nə üçün gəldiklərini soruşmuşdur. Vasif ona 2 saat əvvəl Habili məhəllədən qovmağına görə onunla söhbət etmək, məsələni aydınlaşdırmaq istədiklərini demişdir. Vasifə gecə vaxtı həyətinə söhbət etmək üçün gəlməklə düz hərəkət etmədiklərini, həyətindən çıxıb getmələrini demişdir. Lakin onlar həyətindən çıxmamışlar və onunla qışqıraraq danışmağa başlamışlar, israrla həyətə düşməyini bildirmişlər. Vasif və Farizin həmin vaxt onunla mübahisə edərək, həyətindən çıxmadıqlarına görə əsəbləşib evdə olan paltar dolabındakı metal boru asılqanı götürüb, həyətə düşmüşdür. Onlara yaxınlaşdığı zaman bir daha onlara həyətindən çıxmalarını dedikdə Vasif onunla mübahisə edib, kobud şəkildə danışaraq, həyətindən çıxmamışdır. Bundan əsəbləşib əlindəki metal boru ilə Vasifin döş qəfəsinə zərbə vurmağa başlamışdır. Fariz Vasifi vurduğunu görüb qorxub həyətdən çıxmışdır. Əlindəki metal boru ilə Vasifin döş qəfəsinə zərbə vurduqda onun əlində bıçaq olduğunu görmüş və metal boru ilə bıçaq tutduğu əlinə zərbə vurmuşdur. Nəticədə bıçaq Vasifin əlindən yerə düşmüşdür. Vasifə yaxınlaşdığı ilk anda onun əlində bıçaq görməmiş, onun hansı vaxt bıçaq çıxardığını bilməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Zaminlə aralarında əvvəllər hər hansı narazılıq, ziddiyət olmamışdır. 02 may 2023-cü il tarixdə gecə saat 22 radələrində Nəsimi küçəsində yaşayan tanışı Fariz adlı şəxs yaşadığı ünvana gəlib onu küçəyə çağırmışdır. Həmin vaxt həyətində bıçaqla alma soyub yemişdir. Fariz onu çağırdıqda dərhal həyətdən küçəyə çıxmışdır. Fariz Zaminin bir neçə gün əvvəl qardaşı Habili küçəsindən qovmasını, həmin gün isə növbəti dəfə onu yaşadığı küçədə gördükdə ona qarşı kobudluq edib, itələyib küçədən qovmasını bildirmişdir. Farizə Zaminin yaşadığı həyətə gedib, ondan nə üçün qardaşı Habilə qarşı belə hərəkət edərək, onu küçədən qovmasını soruşub, məsələni aydınlaşdırmağı demişdir. Həmin vaxt alma soymaq üçün götürdüyü meyvə bıçağı özündə olmuş və tənbəllik edərək onu evdə qoymaq üçün geri qayıtmayıb, cibinə qoyaraq, Farizlə birlikdə Zaminin yaşadığı evin həyətinə getmişlər. Həyətə daxil olub, Zamini səsləmişlər. Bir qədər sonra Zamin onu çağırdıqlarını eşidib, evinin pəncərəsindən baxmış və onu nə üçün çağırdığını soruşmuşdur. Zaminə Farizin qardaşı Habilə qarşı etdiyi kobudluqla bağlı söhbət edib, məsələni aydınlaşdırmaq üçün gəldiklərini, həyətə düşməsini demişdir. Zamin isə ona gecə vaxtı həyətinə gedib, onu narahat etməklə düz hərəkət etmədiklərini və həyətindən çıxmalarını bildirmişdir. Zaminə həyətə düşməsini, söhbət etmələrini israr etdikdə o əsəbləşib həyətə düşmüşdür. Zamin həyətə düşüb, onlara yaxınlaşdıqda onlardan həyətindən çıxıb getmələrini tələb etmişdir. Zaminə onunla belə danışmaqla düzgün hərəkət etmədiyini demişdir. Həmin vaxt Zamin aralarındakı mübahisədən əsəbləşib üstünə gəlmiş və onun əlində metal boru olduğunu görmüşdür. Zamin onlara yaxınlaşan kimi əlindəki dəmir boru ilə döş qəfəsinə zərbələr vurmağa başlamışdır. Fariz Zaminin onu vurduğunu görüb, onlardan aralanmışdır. Zaminin əlindəki dəmir boru ilə ona ar-arda zərbə vurduğunu görüb, şalvarının cibində qalmış meyvə bıçağını çıxartmışdır ki, Zamin bıçağı görüb qorxsun və ondan uzaqlaşsın. Lakin cibindən bıçağı çıxartdıqda Zamin bıçağı tutmuş sol qoluna metal boru ilə zərbə vurmuş və bıçaq əlindən yerə düşmüşdür. Vəziyyəti belə görüb, əyilib bıçağı götürərək, qaçıb Zaminin həyətindən çıxmış və həyət darvazasının yanında dayanmış Farizlə birlikdə oradan uzaqlaşmışlar. 4 gün sonra 06 may 2023-cü il tarixdə özünü bir qədər yaxşı hiss etdikdən sonra Lənkəran şəhər rayon polis şöbəsinə gəlib Zaminin onu vurub xəsarət yetirməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs əlindəki metal boru ilə döş qəfəsinə və sol əlinə bir neçə zərbə vurmuş, nəticədə bir neçə qabırğası və sol əli sınmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmir və ona qarşı heç bir şikayəti yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 29-32-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 11-12-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 450 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində sağ Vİİ-X qabırğaların sınıqları, sol dirsək sümüyünün qəlpəli sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsində görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Ağ Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 54-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdimiş edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qaşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-285/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-285/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver