Məhkəmə qərarları › İş №1(049)-285/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-285/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-285/2024 11.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:50 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azerbaycan Respublikası vətəndaşı, təhsilli, işləməyən, ailəli, məhkumluğu olmayan, Lənkəran rayonu Boladi qəsebesində qeydiyyatda olmaqla yaşayan və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024 -cü il tarixdə saat 12 radələrində Lənkəran rayonu Boladi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində qardaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində.yəni Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun burun nahiyəsinə qəsdən kəlləsi ilə bir dəfə vuraraq ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan ,lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün qəlpəli yerini dəyişən sınığı,burun nahiyəsində əzilmiş yaradan ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, onunla təsərüfatları ayrı olsa da bir evdə yaşayır. Qardaşı Səfa ailə heyatı qurmayıbdır, tüfeyli həyat tərzi keçirir, mütəmadi olaraq spirtli içkilər qəbul edib və onunla ev üstündə və onun ailəli olduğuna paxıllıq etməsi üstündə mütəmadi aralarında mübahisələr olmuşdur. Bir neçə dəfə arvadı Ceyranın adına xoşagəlməz sözlər danışaraq arvadına böhtanlamışdır. Sonuncu dəfə 06 noyabr 2024-cü il tarixdə saat 12 radələrində o, həyətdə təmizlik işləri aparkən Səfa isə heyətdə oturub yeyib-içərkən bu zaman ondan həyətə özünün tökdüyü zibilləri yığışdırmağını tələb etmiş, bu zaman Səfa sərxoş olduğu üçün ona yaxınlaşıb mübahisə edərək onu söyməyə başlamış, arvadı Ceyran evdə xörək bişirmiş, söyüş səslərini eşidib onlara yaxınlaşaraq Səfanın onu söyməsini öz mobil telefonu ilə çəkilişi aparkən Səfa bu vaxtı arvadı Ceyranıda söyməyə başlamış və bu anda qəfildən gözündən yayınan Səfa əlinə ip götürüb arxadan arvadı Ceyrana yaxınlaşıb ipi onun boğazına keçirib, arvadını boğarkən o, buna görə tez onlara yaxınlaşıb Ceyranı Səfanın əlindən ayırmağa çalışdığı zaman Səfa onun boğmaqda davam etdiyi üçün onu itələyib Səfanın burun nahiyəsinə qəsdən bir kəllə zərbəsi vurmuşdur. Kəllə onun burnuna dəyəndən sonra Səfanın bumundan qan açılmış və Səfa arvadını buraxıb həyətdə çardağın altında olan şkafdan balta götürüb həmin baltanı uzaqdan ona atmış və qırağa çəkilmişdir. Törətdiyi cinayət əməlini səmimi etiraf edir, etdiyi əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Yekun qərar qəbul edilənədək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır.Qardaşı ailəlidir.Onunla birlikdə Lənkəran rayonu Boladi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır.Onun şəxsi evi olmadığına görə ailə həyatı qura bilməmişdir.Qardaşı da müxtəlif bəhanələr gətirərək onu evdən çıxartmaq istəmişdir.Qardaşının həyat yoldaşı Şahid ona yersiz bəhanələr ataraq bir neçə dəfə evində söz-söhbətlər yaradaraq onu evdən çıxartmaq istəmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində yaşadığı Lənkəran rayonu Boladi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan zaman qardaşı Zamin və həyat yoldaşı Ceyran ona bildirmişdir ki,həyətdən keçən su kanalına niyə məişət tullantıları atmasını bildirmişdir. Qardaşı onunla söz mübahisəsi etməyə başlamışdır.Zamin onun qolundan tutaraq h\yətdən çıxarmaq istəyən zaman O, onun üzərinə qışqıraraq, ondan əl çəkməsini bildirmişdir.Bu zaman aralarında söz mübahisəsi baş verən zaman gözləmədiyi anda Zamin baş nahiyəsi ilə onun burun nahiyəsinə bir dəfə qəsdən zərbə endirmişdir. Nəticədə O, burnundan xəsarət alaraq yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadə verərək bildirmişdir ki, 06 noyabr 2024- cü il tarixdə saat 12 radələrində günorta yeməyini hazırlayarkən bu zaman həyətdə əri Zamin ilə qaynı Səfa arasında mübahisə səslərini eşidib həyətə düşmüş və onların mübahisəsindən başa düşmüşdür ki, Səfa həyəti axar sularının qarşısında müxəlif tərəvəz bitkiləri əkərək su yolun bağladığı üçün əri Zamin də Səfadan həmin yolu açmağını tələb etmişdir. Səfa isə sərxoş halda olduğu üçün onu görüb bu səfər onu söyməyə başlamış və həmin mübahisəni öz telefonu ilə video çəkilişini aparıb bir qədər kənara çəkilərək həmin çəkilişə telefonunda baxarkən bu zaman xəbəri olmadan Səfa əlində bir iplə arxadan boynuna keçirib sıxaraq onu boğmağa başlamış bu zaman əri Zamin onlara yaxınlaşıb onu qardaşının əlindən ayırmaq üçün Səfanının sifətinə qəsdən bir kəllə zərbəsi vumuş və Səfanın burunudan qan açıldığı üçün o onu buraxmış və sonra Zamin Səfa ilə tutaşdğı üçün onlar tutaşan zamanda Səfa Zaminə yumruq və təpik zərbələri atmış sonra isə balta götürüb həmin baltanı Zaminə atmışdır. “Baxış keçirilməsi haqqında” 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Boladi qəsəbəsində Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxsla birlikdə yaşadığı fərdi yaşayış evinin həyətində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının 11 noyabr 2024 -ci il tarixli, 1044 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- burun sümüyünün qəlpəli yerini dəyişən sınığı,burun nahiyəsində əzilmiş aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir,müddəti müayindən 5-7 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİl-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azerbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlin törətməkdə təqsirli bilinərək barəsində 1 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası teyin edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın müddəti bitdiyi üçün cəza çekməkdən azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar