Məhkəmə qərarları › İş №1(049)-286/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-286/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-286/2023 13.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: X8, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: X6, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, azyaşlı oğlu X8 ilə 09 may 2023-cü il tarixdə, saat 21 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbəsində şəxsi münasibətlər zəmnində yəni sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq ilə Əli Taliblinin göz nahiyəsinə vurmaqla ona sol göz almasına yayılmış qansızma, sol üst göz qapağı nahiyələrində qançır, burun sol üst göz qapaı nahiyələrində sıyrıqlar –cızıqlardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə X1 qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs oğludur. Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində birgə yaşayırlar. 09 may 2022-ci il tarixdə, saat 21 radələrində spirtli içkinin təsiri altında olarkən arvadı Şəhla Talibli ilə mübahisə edən vaxt əsəbləşərək stolun üstündə olan stəkanı onları ayırmağa çalışan oğlu Əli Taliblinin üstünə atmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır, birlikdə Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində birgə yaşayırlar. Atası mütəmadi spritli içki qəbul edir. 09 may 2022-ci il tarixdə, saat 21 radələrində atası spirtli içkinin təsiri altında olarkən anası Şəhla Talibli ilə mübahisə edən vaxt, o, atası ilə anasını ayırmağa çalışmış, həmin vaxt atası əsəbləşərək stolun üstündə olan stəkanı onun üstünə atmışdır. Hazırda atası ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 20-23-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman zərərçəkmiş şəxs hadisə yerini göstərərək 09 may 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 18-19-cu vərəqlərində olan 10 may 2023-cü il tarixli, 453 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər, sol göz almasına yayılmış qansızma, sol üst göz qapağı nahiyələrində qançır, burun sol üst göz qapaı nahiyələrində sıyrıqlar –cızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küet əşyanın təsirindən törnmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 28-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli oğlu əvvəllər məhkuum edilməmişdir. Zərəçəkmiş şəxs X9 tərəfindən məhkəməyə təqdimiş edilmiş 12 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar