Məhkəmə qərarları › İş №1(049)-286/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-286/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-286/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci i tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin sentyabr ayının ortalarında, Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə, məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, 01 (bir) ədəd konvalyut kəsiyində, 2 (iki) ədəd qəhvəyi rəngli dairəvi formada, tərkibində təsiredici maddənin ümumi miqdarı 0,08 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon dərmanını əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş DİN-in BNMİ-nin X2 Şöbəsinin əməkdaşlarının 16 sentyabr 2024cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 20:15 radələrində Lənkəran şəhəri, A.Mahmudov küçəsində 7 nömrəli tam orta məktəbin yaxınlığında hərəkətdə olarkən saxlanılaraq, orada üstü yoxlanılarkən qeyd olunan miqdarda və sayda narkotik vasitə metadon dərmanı konvalyut kəsiyində əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvəllər CM-in 234.1 və 234.2- ci maddələri ilə məhkum olunmuşdur. Sonuncu məkumluğu 2018-ci ildə olmuşdur. Narkotik vasitə istifadəçisidir, istifadəsinə 20 il bundan öncə başlamışdır. Ara-sıra istifadəsini tərgitməyə çalışsa da, bir müddət sonra yenidən istifadə etmişdir. Narkotik vasitə aludəçisi olduğu üçün istifadə etmədiyi zaman ağrıları olur. Sonuncu dəfə 15 sentyabr 2024-cü il tarixdə “Böyük Bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata 2 ədəd metadon alıb şalvarının cibində saxlamışdır. Səhərisi gün, yəni 16 sentyabr 2024- cü il tarixdə axşam saatlarında təxminən saat 20 radələrində 7 nömrəli orta məktəbin yaxınlığında mülki paltarda 3 nəfər ona yaxınlaşmış özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onlardan birinin əlində mobil telefon varmış və o videoçəkiliş aparırmış. Onlardan biri ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumatı olduğunu demiş, ona təklif etmişdir ki, üzərində qanunsuz nəsə varsa, təqdim etsin. O da şalvarının sol yan cibində olan iki ədəd metadon tabletkalarını çıxarıb təqdim etmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmişdir. Videoçəkiliş yekunlaşmış və onu polis şöbəsinə aparmışlar. Vəkil şöbəyə gələndən sonra onunn izahatı alınmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, BNMİ-nin X2 şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. icraatına Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 280-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Bu barədə məlumat icraatına qəbul edilmiş və həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa BNMİ-nin CBRŞ-nın baş əməliyyat müvəkkili,polis mayoru Şahid2 və polis nəfəri, polis baş serejantı Şahid3 da olmuşdur. 16 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində rəhbərliyi altında Lənkəran rayonu Şəhidlər Xiyabanı küçəsi ərazisinə Təqsirləndirilən şəxs A.Mahmudov küçəsində 7 nömrəli tam orta məktəbin yaxınlığında aşkar olunaraq saxlanılmışdır. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu demişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya,predmet və.s nəsə varsa könüllü surətdə təqdim etməyi təklif etmişdir. O, şalvarının sol yan cibindən 2 (iki) ədəd 1 (bir) list kəsiyində üzərində “Metadon 40” yazıları olan metadona bənzər həbb təqdim etmişdir. Ondan bunun nə olduğunu soruşduqda təqdim etdiyi həblərin metadon həbləridir deyə əlavə etmişdir. Daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı predmet, əşya və.s nəyinsə olmasını yoxlamaqdan ötrü tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd metadona bənzər həblər list kəsiyi ilə birgə elektron tərəzi vasitəsiylə çəkilmiş və çəkisi 1.16 qram olmuşdur. Təqdim edilmiş 2 ədəd metadona bənzər həbb zərfdə qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və saxlanılan şəxs də daxil olmaqla digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs sual olunmuşdur ki, təqdim etdiyi 2 ədəd metadona bənzər həbləri kimdən, haradan, nə vaxt və neçəyə əldə etmiş, o da cavab olaraq bildirmişdir ki, dünən yəni 15 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 2 ədəd metadona bənzər həbi 20 manat müqabilində əldə etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, BNMİ-nin X2 şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 280-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Yaradaılmış əməliyyat qrupunun tərkibində o, da olmuşdur. 16 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Şahid1 rəhbərliyi altında Lənkəran rayonu Şəhidlər Xiyabanı küçəsi ərazisinə Təqsirləndirilən şəxs A.Mahmudov küçəsində 7 nömrəli tam orta məktəbin yaxınlığında aşkar olunaraq saxlanılmışdır. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu demişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya,predmet və.s nəsə varsa könüllü surətdə təqdim etməyi təklif etmişdir. O, şalvarının sol yan cibindən 2 (iki) ədəd 1 (bir) list kəsiyində üzərində “Metadon 40” yazıları olan metadona bənzər həbb təqdim etmişdir. Ondan bunun nə olduğunu soruşduqda təqdim etdiyi həblərin metadon həbləridir deyə əlavə etmişdir. Daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı predmet, əşya və.s nəyinsə olmasını yoxlamaqdan ötrü tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd metadona bənzər həblər list kəsiyi ilə birgə elektron tərəzi vasitəsiylə çəkilmiş və çəkisi 1.16 qram olmuşdur. Təqdim edilmiş 2 ədəd metadona bənzər həbb zərfdə qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və saxlanılan şəxs də daxil olmaqla digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs sual olunmuşdur ki, təqdim etdiyi 2 ədəd metadona bənzər həbləri kimdən, haradan, nə vaxt və neçəyə əldə etmiş, o da cavab olaraq bildirmişdir ki, dünən yəni 15 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 2 ədəd metadona bənzər həbi 20 manat müqabilində əldə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid3 ifadəsində göstərdi ki, BNMİ-nin X2 şöbəsinin polis nəfəri vəzifəsində işləyir. Əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 280-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Yaradaılmış əməliyyat qrupunun tərkibində o, da olmuşdur. 16 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Şahid1 rəhbərliyi altında Lənkəran rayonu Şəhidlər Xiyabanı küçəsi ərazisinə Təqsirləndirilən şəxs A.Mahmudov küçəsində 7 nömrəli tam orta məktəbin yaxınlığında aşkar olunaraq saxlanılmışdır. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu demişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya,predmet və.s nəsə varsa könüllü surətdə təqdim etməyi təklif etmişdir. O, şalvarının sol yan cibindən 2 (iki) ədəd 1 (bir) list kəsiyində üzərində “Metadon 40” yazıları olan metadona bənzər həbb təqdim etmişdir. Ondan bunun nə olduğunu soruşduqda təqdim etdiyi həblərin metadon həbləridir deyə əlavə etmişdir. Daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı predmet, əşya və.s nəyinsə olmasını yoxlamaqdan ötrü tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd metadona bənzər həblər list kəsiyi ilə birgə elektron tərəzi vasitəsiylə çəkilmiş və çəkisi 1.16 qram olmuşdur. Təqdim edilmiş 2 ədəd metadona bənzər həbb zərfdə qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və saxlanılan şəxs də daxil olmaqla digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs sual olunmuşdur ki, təqdim etdiyi 2 ədəd metadona bənzər həbləri kimdən, haradan, nə vaxt və neçəyə əldə etmiş, o da cavab olaraq bildirmişdir ki, dünən yəni 15 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən 2 ədəd metadona bənzər həbi 20 manat müqabilində əldə etmişdir. Cinayət işinin 9-15-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 16 sentyabr 2024-cü il tarixli ‘şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd konvalyut kəsiydə 02 (iki) ədəd tərkibində təsirdedici maddənin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon həbi aşkar edilib qablaşdınlaraq götürülmüş, Təqsirləndirilən şəxs konvalyut kəsiyindəki həblərin narkotik vasitə metadon həbləri olduğunu bildirmiş, ona məxsus olduğunu və “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində aldığını demişdir, həmçinin "təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında’’ protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd konvalyut kəsiyində olan 02 (iki) ədəd narkotik vasitə metadon həbinə baxış keçirilmiş və ekspertizaya təqdim olunması üçün yenidən qablaşdınlaraq götürülmüşdür. Cinayət işinin 46-49-cu vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2024- cü il tarixli 19/664 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd metadona bənzər tabletka ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd konvalyut kəsiyində olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı tərkibindəki təsiredici maddənin ümümi miqdarı 0,08 qram olan həblər metadon həbləridir. Tədqiqatdan sonra 1 ədəd həb qalıq qalmış, ekspertizanın dəyəri 60 manatdır. Cinayət işinin 71-ci vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 705 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2024-cü ildən “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20.15-də saxlanılmış, həmin tarixdə, saat 22.00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə 18 sentyabr 2024-cü il, saat 17.30da tutulduğu Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin 76-78-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin (köhnə redaksiyada) 226-1ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə 5 il azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 1 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 98-99-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla arvadı ilə birlikdə yaşayır, yaşadığı müddətə onun barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 103-104-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 06 noyabr 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd metadon həbi və 2 ədəd DVD disk iş materiallarında saxlanılmaqla maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 111-ci qrafasına əsasən 0,02 qram narkotik vasitə metadon xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadonun miqdarı 0.08 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini, mütəmadi olarq hər gün narkotik vasitə əldə edərək istifadə etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 16 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində “polinarkomaniya” diaqnozu ilə qeydiyyata olması nəzərə alınmalıdır . Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd narkotik vasitə metadon CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar