Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-287/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qazidarəsində operator işləyən, Vətən müharibəsi iştirakçısı, məhkumluğu olmayan, ünvan 1ənzil ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 08 iyun 2023-ci il tarixdə, saat 14:55də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 18 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/10 mənzil 42-də yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sinə nahiyyəsindən itələyib yerə yıxaraq yerdə olan zaman Zərərçəkmiş şəxs sağ əl nahiyyəsinə qəsdən təpiklə vurmaqla ona- sağ əlin l barmağı nahiyyəsində əzilmiş yaradan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Fizuli, Xocavənd, Tuğ, Daşaltı və Şuşa uğrunda döyüşlərdə iştirak etmişdir. Zərərçəkmiş şəxs ilə o, uzun müddətdir ki, dostluq edir. xx.xx.2023-cü il tarixdə günorta vaxtı Şahin ona zəng edərək onu evinə dəvət etmişdir. O, Şahinə axşam saat 18 radələrində gələ biləcəyini bildirib həmin radələrdə onun evinə getmiş, yorğun olduğu üçün ayaqqabısını çıxarmadan evə daxil olmuşdur. Buna görə Şahin əsəbləşərək ona “ay mədəniyyətsiz eşşək, adam evə ayaqqabı ilə daxil olmaz” demiş, Şühinin sözləri ona pis təsir etdiyi üçün o, Şahinlə mübahisə edib sinə nahiyəsindən itələmiş və sonuncu yerə yıxılmışdır. Bundan sonra təpiklə Şahinin əlinə bir zərbə vurmuşdur. Şahin qışqırdığı üçün o, onun evini tərk etmişdir. Münaqişə zamanı orada heç bir kənar şəxs olmamış və münaqişə 1-2 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, Şahinlə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Buna görə də bir-birilərinin evinə qonaq gedib gəlirlər. xx.xx.2023-cü il tarixdə günorta vaxtı o, Nazimə zəng edərək onu evinə dəvət etmişdir. Həmin gün axşam saat 18 radələrində Nazim onun evinə gəlmiş, lakin ayaqqabısını çıxarmadan evinə daxil olduğu üçün ona əsəbləşərək ona “ay mədəniyyətsiz eşşək, adam evə ayaqqabı ilə daxil olmaz” demişdir. Bu sözdən sonra Nazim onunla mübahisə edib onun sinə nahiyəsindən itələmiş və o, yerə yıxılmışdır. Bundan sonra Nazim təpiklə onun əlinə zərbə vurmuşdur. Ağrıdan qışqırdığı üçün Nazim, onun evini tərk etmişdir. Münaqişə zamanı orada heç bir kənar şəxs olmamış və münaqişə 1-2 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Nazimə qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və oğlunun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 484 saylı saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ əlin l barmağı nahiyyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialında olan 23 may 2023-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/10 mənzil 42-də yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. İş materialında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan və hökmün surətindən görünür ki, Əhmədov X2 rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, hazırda onun məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-287/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-287/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver