Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-287/2024 17.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri Arif Bağırov küçəsi ev 12-də qeydiyyatda olmaqla, yaşayan və barəsində "polisin nəzarərti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 dekabr 2024-cü il tarixdə, saat 16.57-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 24 iyul 2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri, Şirəli Axundov küçəsində olarkən yolun qarşı tərəfində dayanıb mobil telefonla danışan Zərərçəkmiş şəxs yaxınlaşaraq, geyiminə görə irad bildirməsinə və oranı tərk etməyi tələb etməsinə sonuncunun əhəmiyyət verməyib yoluna davam etdiyini özünə təhqir kimi qəbul edib, bunu bəhanə edərək, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara zidd olaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəfildən Zərərçəkmiş şəxs hücum edərək əvvəlcə qəsdən əlləri ilə arxadan boyun nahiyəsindən tutaraq itələyib, sonra isə arxadan kürək nahiyəsindən tutub qaldıraraq qəsdən yerə çırpmaqla Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sağ bazu sümüyü başının sınığı, sağ bazu oynağının çıxığı və sağ qalça qanadı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, əvvəllər xx.xx.2018-cü il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə məhkum edilərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə həbsdən azad edilimişdir. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Özünü dolandırmaq üçün Bakı şəhərində fəhləlik edir. “Tik-tok” sosial şəbəkəsində özünə məxsus “elnur-lenko” adlı səhifəsi vardır. Orada o düzgün kişi kimi yaşamağı təbliğ edir. Zərərçəkmiş şəxs Lənkəran şəhər sakini kimi tanısa da, onunla arasında heç bir münasibəti və qərəzçiliyi olmamışdır. Orxan özünü qız kimi aparır, qız kimi yeriyir, qəribə paltarlar geyinir. O, Orxanı cinsi azlığın nümayəndəsi kimi tanıyır. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhərində, “Xan evi”nin yanında bərbərxananın qarşısında qalıb siqaret çəkərkən, Orxan onunla üzbəüz qalıb telefonla danışırmış. Orxana fikir verdikdə, yenə əynində qəribə paltarları olmuşdur. Bu zaman ona yaxınlaşaraq “bu nə geyimdir yekə oğlansan ayıbdır, geyiminə fikir ver” dedikdə, Orxan ona “geyimim budur, sən kimsən” deyib onu təhqir etmişdir. Bundan əsəbləşib ilk öncə sağ əli ilə boynundan tutub bir şillər vurmuşdur. Lakin zərbənin təsirindən yerə yıxılmamışdır. Orxan qaçıb getmək istəyəndə onu arxadan tutub güləş fəndi ilə yuxarı qaldırıb yerə çırpmışdır. Orxan da ayağa qalxıb qaçaraq oradan uzaqlaşıb getmişdir. Həmin vaxt bərbərxanada işləyən tanımadığı şəxs onu sakitləşdirmişdir. Mübahisə Lənkəran şəhərində “Xan Evi”nin qarşısında, ümumlikdə 2-3 dəqiqə ərzində baş vermişdir. Mübahisə zamanı ora kənar şəxslər toplaşmamışdır. O, qaçıb gedəndən sonra ətrafdan mübahisə barədə maraqlanan bir neçə şəxs toplamışdır. O, Orxanı döyərkən əlində heç bir əşya olmamışdır. Sonra yaxınlıqda yerləşən bərbərxanada işləyən adını bilmədiyi bərbər onu sakitləşdirmişdir. Münaqişə zamanı Orxan ona xəsarət yetirməmişdir. Bildirir ki, etdiyi əməldən səmimi peşman olmuşdur. Buna görə Zərərçəkmiş şəxs xəsarət yetirdiyinə görə Orxannın valideynlərinə 500 manat tibbi xərcləri üçün pul verib üzrhaqlıq etmişdir. Əlavə olaraq bildirmişdir ki, ödədiyi 500 manatdan başqa zərərçəkmiş şəxsə vurduğu zərərə görə hissə-hissə pul ödəyəcəkdir. Xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin cinayət əməli, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə-tibbi və məhkəmə-psixatrik ekspertizaların rəyləri ilə sübuta yetirilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımasa da, hadisədən sonra onu tanımışdır. Belə ki, Elnur “Tik-tok” sosial şəbəkəsində özü haqqında videolar çəkərək paylaşımlar etdiyi üçün onu həmin sosial şəbəkədən tanıyır. Elnur ilə arasında hər hansı bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhərin Ş.Qurbanov küçəsində yerləşən “Xan evi” muzeyinin qarşısından keçərkən orada yerləşən bərbərin dükanın içərisindən adını sonradan bildiyi Elnur ona baxmış, o, ona əhəmiyyət verəyərək getmişdir. Bərbərxananın yaxınlığında yerləşən “Rahat” marketdən çörək alıb həmin bərbərxanın yaxınlığından keçərkən ona zəng gəldiyi üçün dayanıb telefonla danışmışdır. Bu zaman bərbərxananın içərisində olan Elnur çölə çıxıb onu yanına çağırmışdır. O isə ona telefonla danışdığını və özünün yanına gəlməsini demişdir. O da yolu keçib yanına gəlmişdir. Elnur ona yaxınlaşan kimi ona “sən kimsən burada qalıb telefonla danışırsan” dedikdə, Elnurə "başa düşmədim, sən kimsən bu yol dədəvin yoludur” deyə bildirmişdir. Elnur da ona “qalma burada, çıx get” deyə irad tutmuşdur. Sonra Elnur ona “sən gündə bir paltar geyinməklə nə deymək istəyirsən, sən kimsən haralısan, kimlərdənsən” deyə soruşduqda, ona bunun aidiyyəti olmadığını, polis əməkdaşaının oğlu olduğunu demişdir. Elnur buna inanmayıb ona hədə qorxu gəldiyini fikirləşdyi üçün onu söyüb təhqir etməyə başlamışdır. O da Elnurə “ məni narahat etmə və get işinlə məşqul ol, elə etməki, bütün polis şöbəsini bura töküm” dedikdə, Elnur ona “get nə istəyirsən et” demişdir. O yoluna davam edərkən əvvəlcə arxadan boyun nahiyyəsindən tutub itələmiş, sonra isə arxadan tutub böyür üstə itələyib yerə yıxmışdır. O yerə yıxılan zaman sağ yan tərəfi üstə yerə yıxılmışdır. Həmin vaxt sağ çiynindən xəsarət almışdır. Bu zaman bərbərxanadan çıxan tanımadığı bərbar Elnuru tutub kənara çəkmişdir. O da ayağa qalxıb piyada evinə gəlmişdir. Evdə anası Şahid2 baş verənləri danışıb bu barədə polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Səhəri gün ağrıları olduğu üçün Lənkəran RMXna müraciət edəndə bilmişdir ki, sağ çiyin sümüyü sınmışdır. Mübahisə “Xan evi”nin qarşısında, 3-4 dəqiqə ərzində baş vermişdir. O Elnurla mübahisə edəndə yanlarında heç kəs olmamışdır. Ətrafdan kənar şəxslər toplaşmamışdır. Dava-dalaş bitdikdən sonra gedərkən uzaqdan görmüşdür ki, ora kimlərsə gəlir. Onları heç kəs ayırmamışdır. Elnur onu yerə yıxan kimi özü kənara çəkilmişdir. Münaqişə zamanı o, Elnurə xəsarət yetirməmişdir. Baş vermiş münaqişə zamanı heç bir əmlakına ziyan dəyməmişdir. Əlavə olaraq bildirmişdir ki, müalicəsinə 2500 manat xərc çəkilmişdir. Təqsirləndirlən şəxs vurduğu zərərdən 500 manatını ödəmiş, qalan 2000 manatı ödəməmişdir. O, təqsirləndirlən şəxsdən həmin 2000 manat zərərin əvəzini tələb edir. Lakin bununla bağlı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir. Ondan vurulmuş ziyanı tələb etsə də, şikayətçi deyil və onun həbs olunmasını istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Orxan Türkiyə Respublikasında işləmişdir. Orxan 2024-cü ilin təqribən mart ayında Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsini oğlu Orxan yazmışdır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Orxanı Lənkəran şəhərinin “Xan evi”nin qarşısında yerləşən “Rahat” marketdən qara çörək aldırmaq üçün göndərmişdir. Həmin gün saat 19 radələrində Orxan evə gələndə ona sağ çiynində xəsarət aldığını, onu tanımadığı bir oğlan itələyərək yerə yıxdığın bildirmişdir. Orxandan hadisənin necə baş verməsini ona danışmasını bildirdikdə, Orxan ona “Xan evi”nin qarşısında qalıb telefonla danışarkən, adını şoradan bildiyi Elnur adlı şəxs yaxınlıqda yerləşən bərbərxandan çıxıb onun yanına gələrək ona “sən kimsən burdan keçirsən, bu nə paltardı geyinmisən” deyə irad tutduğunu, o da Elnurə “sən kimsən mənə irad tutursan” dediyi üçün aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Elnur onu ilk öncə arxadan itələdiyini və daha sonra onu yerə yıxdığını, yıxılarkən sağ çiynindən xəsarət aldığını, Elnura ondan şikayət edəcəyini dedikdə, Elnurda ona “nə istəyirsən et” deyərək onu təhqir etdiyini demişdir. O da buna görə Orxana polis şöbəsinə gedib müraciət etməsini bildirmişdir. Orxan da polis şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Səhəri gün Orxanı xəstəxanaya aparmışdır. Orada həkimlər Orxanı müayinə edərkən Orxanın çiynində və bazu sümüyünü sınığı xəsarəti aldığını öyrənmişdir. Buna görə oğlunu əməliyyat eləmişlər. Orxanın əməliyyat və tibbi xərclərinə 2500 manat pul xərcləmişdir. Müalicədən sonra Elnurun anası ona 500 manat tibbi xərci ödəsə də, qalan 2000 manat qalmışdır. Onun şikayət və tələbi ondan ibarətdir ki, Elnur oğluna yetirdiyi xəsarətlə bağlı vurduğu ziyanı tam ödəsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə göstərmişdir ki, Fərdi əmək kimi bərbərlik edir. O Lənkəran şəhərində “Xan evi”inin yanında yerləşən “Barber Shop” adlı bərbərxanada icarəyə götürdüyü yerdə bərbər işləyir. Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. Onunla arasında hər hansı bir yaxın münasibəti və qərzçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində divanda oturduğu vaxt Elnur ora gəlmişdir. Ona saçını düzəltircəyini demişdir. O da həmin vaxt ayağa qalxıb yeri hazırlayarkən Elnur birdən telefonla danışa-danışa çölə çıxmışdır. Üstündən 2-3 dəqiqə keçdikdən sonra küçədən gələn qışqırıq və söyüş səsləri eşitmişdir. O səsə küçəyə çıxanda görmüşdür ki, bərbərxananın qarşısında yerləşən parkın yanında Elnur bir oğlanla mübahisə edir. Oğlan qolunu tutub oradan uzaqlaşsa da, Elnur onu söyürdü. Həmin vaxt Elnura yaxınlaşaraq ona "söyüş söymə ayıbdır burdan camaat keçir” demişdir. O sonradan bilmişdir ki, Elnur mübahisə etdiyi şəxsi ora gəlməzdən öncə onu yerə yıxıb ona xəsarət yetirmişdir. O Elnur sakitləşdirib dükana salmışdır. Elnurdan niyə həmin şəxslə mübahisə etdiyini soruşanda Elnur ona adının sonradan bildiyi Orxan adlı şəxsin geyim tərzi, yerişi ona xoş gəlmədiyi üçün ona irad tutduğ üçün Orxanda buna narazılığını bildiridyinə görə aralarında münaqişə baş vermişdir. Orxan onu söydüyü üçün o da Orxanı itələyib yerə yıxdığını demişdir. O dükandan səsə çıxandan sonra Elnuru sakitləşdirib dükana salana qədər bu proses 4-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada Elnur və adını sonradan bildiyi Orxan adlı şəxs olmuşdur. Elnuru sakitləşdirərkən Elnur ona qarşı heç zor təbiq etməmişdir. Münaqişə zamanı Elnurun əlində heç bir alət və ya predtmet olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sürac oğlu ifadəsində göstərmişdir ki, o Lənkəran ŞRPŞ-nin İTB-nin sahə polis rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Əzizli X2 ŞRPŞ- na ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində “Dosa” parkının yaxınlığında tanımadığı şəxs tərəfindən təhqir olunaraq döyüldüyünü bildirmişdir. O bu barədə maraqlandıqda məlum oluşdur ki, hadisə “Dosa” parkın deyil, Lənkəran şəhər “Xan evi” muzeynini qarşısında yerləşən parkın yanında baş vermişdir. Zərərçəkmiş şəxs döyən şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Elnur ilə tərəfindən söhbət aparılan zaman bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla arasında hər hansı bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Lənkəran şəhəri “Xan evi” muzeyinin yanında yeləşən bərbərxananın qarşısında olarkən oradan piyada keçən Zərərçəkmiş şəxs geyim tərzinə görə irad tutuduğu üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Orxan onu söyüb təhqir etdiyi üçün o da Orxanı döymüşdür. Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini danışaraq törətdiyini cinayəti etiraf etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 696 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sağ bazu sümüyü başının sınığı və sağ bazu oynağının çıxığı, sağ qalça qanadı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2834 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədəkrən isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilir. E.İ.Kərimov 24 iyul 2024-cü il tarixdə cinayəti törədən zaman qeyd edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törtədiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırda da isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi mülicəyə tədbirlərinin tədbiq edilməsinə ehtiyyacı yoxdur. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, görünür ki, Kərimli X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 02 ay 16 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət törədərkən məhkumluğu ödənilmişdir. İşdə olan olan baxış protokolundan, fotocədvəllərdən görünürki, münaqişənin baş verdiyi yer Lənkəran şəhəri Ş.Axundov küçəsində yerləşən Xan ev muzeyinin qarşısında yerləşən piyada yoludur. Zərərçəkmiş şəxs həmin yeri təqdim edərək Təqsirləndirilən şəxs onu həmin yerdə arxadan tutub yerə çırparaq sağ çiyin sümüyünün sınmasını təsdiq etmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərəçəkmiş şəxsin və şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.14-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalı, zərərçəkmiş şəxsə təqsirləndirlən şəxsə qarşı vurulumuş zərələ bağlı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs təqsirləndirlən şəxsə qarşı vurulmuş zərərlə bağlı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-287/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-287/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver