Məhkəmə qərarları › İş №1(049)-288/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-288/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-288/2023 07.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkının nümayəndəsi Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 11:15 xx.xx.1962-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun qaydaları”na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovunun tələbləri”nin 2 və 5 ci maddələrində nəzərdə tutulmuş tələbləri, yəni, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən, hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması və 01 may-30 iyun tarixləri arasında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq ovunun qadağan olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə 11 may 2023-cü il tarixdə, saat 18 radələrində Masallı rayonu Qızılağac kəndi ərazisindən keçən çay vasitəsilə “Qızılağac Milli Parkı”nın Lənkəran rayonu sahil ərazisi hesab olunan Kiçik Körfəz su sahəsinə 1 ədəd “Vixr-30” tipli mühərriklə təchiz olunmuş alüminium materialdan olan qayıqla daxil olaraq hər birinin uzunluğu 18 metr, eni 1,10 metr, gözlərinin ölçüsü 26x26 mm olan 2 ədəd tordan istifadə etməklə 12 may 2023-cü il tarixdə saat 03 radələrinə qədər qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyriqanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən, hər biri 11 manat təşkil edən və Milli Parklarda və ya xüsusi mühafizə olunan təbiət ərazisində baş verməsi səbəbindən 3 qatına vurulması yolu ilə hesablanan, 33 ədəd kefal balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1089 manat ziyan vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 11 ildən çoxdur ki, Masallı rayonu Qızılağac kənd uşaq bağçasında ocaqçı işləyir. Yerinə yetirdiyi iş qış mövsümü ilə əlaqədar olduğundan hər il noyabr ayının 15-də işə qəbul edilir, növbəti ilin aprel ayının 15-də isə işdən azad edilir. İşləmədiyi 6 ay ərzində fəhləlik etməklə ailəsini dolandırır. Ara-sıra balıq ailəsinin dolanışığını təmin etmək üçün balıq tutur. Təxminən 6 aydır ki, balıq tutmaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Masallı rayonu Qızılağac kəndi ərazisindən keçən çay vasitəsilə “Qızılağac” Milli Parkının ərazisinə daxil olmuşdur. O, dənizə bir ədəd “Vixr-30” tipli mühərriklə təchiz olunmuş, alüminium qayıqla daxil olmuşdur. Həmin zaman o, balıq tutmaq üçün 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tordan istifadə etməklə bir xeyli müddət “Qızılağac” Milli parkının Kiçik Körfəz adlanan hissəsində balıq tutmaqla məşğul olmuşdur. Balıq tutduğu müddət ərzində kefal balığı növünə aid balıqlar tutmuşdur. Bundan sonra yəni, gecə saat təxminən 03 radələrində 3 nəfər şəxs ona, yaxınlaşaraq X10 İdarəsinin X14 Şöbəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, “Qızılağac” Milli Parkında balıq ovlamağa rəsmi icazəsi yoxdur. Qida ehtiyacını ödəmək üçün “Qızılağac” Milli Parkının ərazisinə bir ədəd alüminium materialdan hazırlanmış qayıqla icazəsiz daxil olaraq 2 ədəd, “jilka” adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor ilə qanunsuz balıq ovu etmişdir. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd alüminium qayıq, 1 ədəd avar, 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan toru və “Qızılağac” Milli Parkından tutduğu balıqları aşkar еtmişdirlər. Polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-yə getməli olduğunu bildirdikdə o, etiraz etməmişdir. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı məlum olmuşdur ki, “Qızılağac” Milli Parkının Kiçik Körfəz su sahəsindən tutduğu balıqlar 33 ədəd kefal balıqlarıdır. Polis əməkdaşları ona məxsus 1 ədəd qayığı, 1 ədəd avar, 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan toru və “Qızılağac” Milli Parkının ərazisindən icazəsiz tutduğu 33 ədəd kefal balıqlarını maddi sübut kimi götürmüşdürlər. Baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və onlar imza etmişdirlər. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, tutduğu əməlindən son dərəcə peşmandır. Ailədə yeganə qazanc gətirən yeganə şəxsdir. Mülki iddianı tam olaraq qəbul edir və mülki iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkının nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Qızılağac Milli Parkının nümayəndəsidir. Törədilmiş cinayət əməli nəticəsində Qızılağac Milli Parkına 1089 manat ziyan dəymişdir. Hazırki vaxtadək vurulmuş ziyandan ödəniş edilməmişdir. Mülki iddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, X10 İdarəsinin Lənkəran xətt pois şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Su NPİ-nin X14 şöbəsinin polis nəfərləri polis serjantı Şahid2 və X7 ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonu Qızılağac kəndində yaşayan Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz balıq tutarkən yaxınlaşmışdırlar. Həmin zaman özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor, həmin tor vasitəsilə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu 33 ədəd kefal balıqları aşkar etmişdirlər. Rasim Ağablayevdən aşkar edilmiş balıqovlama vasitələrini və Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu balıqlarını hadisə yerində sənədləşdirmə işləri aparmaq üçün şərait olmadığından onu X14 şöbəsinə dəvət etmişdirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs izah etmişdir ki, qida ehtiyacını ödəmək üçün 33 ədəd kefal balıqlarını Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadəvermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor və 33 ədəd kefal balıqları aşkar edilərək götürlümüşdür. 12 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X14 şöbəsi əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Qızılağac Milli Parkın Kiçik Körfəz ərazisində saxlanılan Masallı rayonu Qızılağac kəndində yaşayan Təqsirləndirilən şəxs götürülmüş 33 ədəd balıqlara baxış keçirilmişdir. Müəyyən edlmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 33 ədəd kefal balıqları tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd kefal balığı üçün ziyanın miqdarı şərti maliyyə vahidinin (1,10) 10 əmsalına vurulması yolu ilə heasablanır. 1 (bir) ədəd kefal 1,10 man x10misli =11,00 manat, 33 (otuz üç) ədəd kefal balığı x11 manat=363,00 manat. Milli parklarda və ya xüsusi mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanır 363,00 manat x 3 qat=1089,00 manat (bir min səksən doqquz) manat təşkil edir. Maddi sübut kimi tanıma haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 2 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor, 33 ədəd kefal balıqları maddi sübut kimi tanınmış, aşkar edilərək götürlümüş 33 ədəd kefal balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixli , № 15 saylı mədaxil qəbzi ilə "xxxx" MMC-nə təhvil verilməsi və balıqovlama vasitəsi hesab edilən 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor isə Su NPİ-nin Lənkəran XPŞ-nin məsul növbətçisi, polis mayoru İlkin Əliyev tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmışdır. Baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk isə iş materiallarında saxlanılmışdır. Mülki iddiaçının nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Qızılağac Milli Parkın Kiçik körfəz su sahəsində 33 ədəd kefal balıqlarının qanunsuz tutması nəticəsində Qızılağac Milli Parkına 1089 manat ziyan dəydiyi üçün Qızılağac Milli Parkı mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-399/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixə kimi X3 Xidməti tərəfindən Masallı rayonu, Qızılağac kənd sakini Təqsirləndirilən şəxs balıq və digər bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 899 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, oğlu X6 və gəlini X13 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığı qanunsuz ovlamaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. CM-nin 256.1 və 256.2-ci maddələrinə görə; 256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 256.2. Eyni əməllər: 256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; 256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlləri CM-nin 256.2.2 və 256.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş həm ibtidai istintaq dövründə təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə gəlir gətirən şəxsi olması və yaşayış yerindən müsbəxt xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar yoxdur. CM-nin 256.2.2 və 256.2.3-cü maddələrinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs CM-nin 256.2.2 və 256.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, X14 Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 2 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, X4 tərəfindən qanunsuz olaraq tutulmuş 33 ədəd kefal balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı və həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli, bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar qeyd edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1089 (bir min səksən doqquz) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının hesabına (AZ62CTRE******************** VÖEN **********, Təsnifat kodu 142584, Səviyyə kodu 1) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və X14 Şöbəsində saxlanılan 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 2 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 18 metr, eni 1,10 metr olan, gözlərinin ölçüsü 26x26 mm olan tor, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin, baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk isə iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X4 tərəfindən qanunsuz olaraq tutulmuş 33 ədəd kefal balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1089 (bir min səksən doqquz) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının hesabına (AZ62CTRE******************** VÖEN **********, Təsnifat kodu 142584, Səviyyə kodu 1) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar