Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-289/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxx 1981-ci ildə Lənkəran rayon Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, üç azyaşlı uşağı olan, Lənkəran rayon Qumbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 25 avqust 2023-cü il tarixdə, saat 10.55-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə, yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 22 mart 2023-cü il tarixdə saat 17:20 radələrində idarə etdiyi “X7 111 CDİ” minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara–İran sərhədi yolunun Liman şəhər ərazisindən keçən 186,5-ci km\də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən etdiyi manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sola doğru manevr etməzdən əvvəl ondan arxada sol zolaqla ötmədə olan nəqliyyat vasitəsinə yol verməli, daha sonra manevrə başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağ zolağından sola doğru dönmək istəmiş, bu zaman arxadan sol zolaqla ötmədə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21061” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks hərəkət zolaqda toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşının sürücüsü Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus “X7 111 CDİ” minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 22 mart 2023-cü ildə saat təxminən 17 radələrində idarə etdiyi “X7 111 CDİ” minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara–İran sərhədi yolunun Liman şəhər ərazisindən keçən 186,5-ci km\də Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Liman şəhər şərazisində avtomaşının sürətini azaltmaqla sola dönmə işıqları yandırmış və daha sonra yolun sol ayrıcığına doğru dönmək istəmişdir. Yolun əks hərəkət zolağında olduğu zaman sol zolaqla ötmədə olan “Vaz 21061” minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmaqla heç bir xəsarət almamışdır. Hazırda o, zərəçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı ödəmiş, sonuncu ondan şikayətçi və tələbkar deyil, buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli, özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, fotoşəkillər, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri ilə sübuta yetirilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus “Vaz 21061” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 22 mart 2023-cü il tarixdə saat təxminən 17 radələrində idarə etdiyi həmin avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşdur. Lənkəran rayon Liman şəhər ərazisindən keçdikdən sonra, təxminən 30-40 metr məsafədə, qarşısında, eyni istiqamətdə, yolun sağ zolağı ilə təqsirləndirlən şəxsin idarə etdiyi X7 markalı avtomaşının hərəkətdə olduğunu görüb onu ötmək üçün əks hərəkət zolağa çıxmışdır. Sol zolaqda ötmədə əməliyyatını həyata keçirən zaman “X7” markalı avtomaşın ani olaraq hərəkət hissənin sağından yolun soluna doğru manevr etmiş, bu zaman avtomaşının əyləcini basmış, lakin buna baxmayaraq avtomaşınlar əks yolda toqquşmuşdur. Hadisə zamanı xəsarət almışdır. Avtomobilində olan sərnişin xəsarət almamışdır. Hazırda təqsirləndirlən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Şikayəti və tələbi yoxdur. Daha sonra o, məhkəmə iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərərək təqsirləndirlən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 22 mart 2023-cü ildə saat təxminən 17 radələrində zərəçəkmiş şəxs Arifin idarə etdiyi avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olduqları zamanı həmin avtomaşının arxa sərnişin oturacaqda əyləşmişdir. Lənkəran rayon Liman şəhər ərazisindən keçdikdə Arif idarə etdiyi avtomaşınla əks zolağa çıxmaqla ötmə əməliyyatı aparmaq istəmiş, bu zaman sağ zolaqdan sola doğru dönmək istəyən təqsirləndirlən şəxsin idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə zamanı o və Arif xəsarət almamış, avtomaşında başqa sərnişin olmamışdır. İşdə olan Lənkəran RMX-nın 22 mart 2023-cü il tarixli 000425 nömrəli tibbi müayinə protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İşdə olan Lənkəran QİS-in 12 may 2023-cü il tarixli 3-13-16-5/2-4344/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2017-ci ildə AC serialı 354270 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan məhkəmə tibbi ekspertizasının 20 aprel 2023-cü il tarixli 379 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bud sümüyünün aşağı 1/3nin qapalı sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt travma nəticəsində törənmişlər. Həmin xəsarətlər 22 mart 2023-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının 13 aprel 2023-cü il tarixli 8/912 nömrəli rəyindən görünür ki, “X7 111 CDİ ” minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. İşdə olan “Sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, “VAZ-21061 minik” markalı, ** RS *** dövlət nömrə nişanlı avtomobil və “X7 111 CDİ minik” markalı ** XU *** dövlət nömrə nişanlı avtomobil maddi sübut qismində tanınmışdır. “VAZ-21061 minik” markalı, ** RS *** dövlət nömrə nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs, “X7 111 CDİ minik” markalı ** XU *** dövlət nömrə nişanlı avtomobilin isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürətinin aidiyyatı üzrə BDYPİ-nin YPXA-nın 11-ci taqımına göndərilməsi qərara alınmışdır. İşdə olan arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində müvafiq olaraq xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2019-cu il təvəllüdlü Aydan, Ayaz və Aylin adlı üç azyaşlı uşaq vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona tam həcmdə ödənilmiş, hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin «sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən etdiyi manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sola doğru manevr etməzdən əvvəl ondan arxada sol zolaqla ötmədə olan nəqliyyat vasitəsinə yol verməli, daha sonra manevrə başlamalıdır.» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X8 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “VAZ-21061 minik” markalı, ** RS *** dövlət nömrə nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs, “X7 111 CDİ minik” dövlət nömrə nişanlı avtomobil isə sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 8/912 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “VAZ-21061 minik” markalı, ** RS *** dövlət nömrə nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs, “X7 111 CDİ minik” markalı ** XU *** dövlət nömrə nişanlı avtomobilin isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №1(049)-289/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-289/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver