Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-29/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: Qafarova Tünzalə NurŞahid2 qızı, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxxx 1982-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu olmayan, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23:00-da Lənkəran rayonu, Zövlə kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə, Zərərçəkmiş şəxs evində heç kimin olmamasından istifadə edərək, qanunsuz olaraq evin həyətinə çəpərdən keçməklə daxil olmuş, daha sonra həyətdəki iki mərtəbəli evin birinci mərtəbəsinə pəncərəni açmaqla qanunsuz olaraq evin birinci mərtəbəsinə daxil olub, orada pilləkanın altında olan saxlanc yerində qoyulmuş 250 manat qiymətində bir ədəd “LG” markalı 80 diaqonallı televizoru və mətbəxtdən 80 manat qiymətində qazan naborunu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 330 manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 23 aprel 2022-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində yaşayan bacısı Xəyalənin evinə qonaq getmiş, bacısı əri Zamin ilə birlikdə evdə yemək yeyib spirtli içki qəbul etmişdir. Saat 22 radələrində bacısı Xəyaləgildən çıxıb piyada yaşadığı Masallı rayonu Mahmudavar kəndinə gələrkən işıqforun yaxınlığında Zövlə kəndində yolun kənarında iki mərtəbəli, işıqları yanmayan bir ev görmüşdür. O, həmin evdə yaşayış olmadığını bilib evdən oğurluq etmək istəmişdir. Evin dörd tərəfi daş çəpərlə bağlanmış, o, çəpərdən tullanmaqla həyətə daxil olmuş, həyətdə oğurlamağa heç bir əşya tapmamış, sonra evə yaxınlaşmış, evin sol tərəfində olan birinci mərtəbənin pəncərəsinin dəmir barmaqlığının söküldüyünü görmüş, plastik materialdan olan pəncərəni əli ilə içəri itəliyib aça bilmişdir. Pəncərəni açdıqdan sonra evə daxil olmuş, evin içərisi toz-torpaq olmuş, o, zaldan bir ədəd televizor, mətbəxtədən bir ədəd qazan naborunu, bir ədəd ət çəkən maşını, bir ədəd qızıdırılmış yeməkləri bişirmək üçün nəzərdə tutulmuş dəmir tor setkanı götürüb evə girdiyi pəncərədən çölə çıxmışdır. Oğurladığı bir ədəd ət çəkən maşını və dəmir tor setkanı həyətdə saxlamış, televizoru və bir dəst qazan naborunu isə götürüb həyətdən çıxmışdır. Daha sonra yoluna davam edərək piyada Masallı rayonu Mahmudavar kəndinə gəlmişdir. Oğurladığı qazanları yaşadığı Masallı rayonu Mahmudavar kənd yolunun kənarında kolluqların arasında gizlətmişdir. Televizoru isə özü ilə götürüb aparmışdır. Səhəri gün, yəni 24 aprel 2022-ci il tarixdə saat təxminən 12 radələrində oğurladığı qabları kolların arasından götürüb yolda tanımadığı dəmir yığan motosiklet sürənə 13 manata satmışdır. Vurulmuş ziyanı ödəməyə hazırdır. Anası dəfələrlə zərərçəkmiş şəxsə vurulmuş ziyana görə pul təklif etsə də, zərərçəkmiş şəxs artıq pul tələb etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Rusiya Federasiyasında yaşayan qardaşı Safəddin üçün 2012-ci ildə Lənkəran rayonu Zövlə kəndində ev tikmişdir. Evin bütün xərclərini o çəkmiş və qardaşına hədiyyə kimi saxlamışdır. Evə özü nəzarət edir. 24 aprel 2022-ci il tarixdə, saat 17 radələrində evə baxmaq üçün gələndə evin sol tərəfində birinci mərtəbənin mətbəxtinin dəmir barmaqlığının qırılıb yerdə olduğunu, daha sonra plastik pəncərənin aralama yolu ilə evə daxil olub oradan pilləkənin altında qoyduğu istifadə olunmamış 250 manat qiymətində bir ədəd LG markalı, 80 diaqonallı televizorunu və bir ədəd 80 manat qiymətində qazan dəstinin oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər, müvafiq sənədləşmələr aparmışlar, hadisə yerində polis əməkdaşları ondan şübhələndiyi şəxs olub-olmaması soruşulmuş, o da heç kimdən şübhələnmədiyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, evindən oğurluq etmiş şəxs Masallı rayon Mahmudavar kənd sakini Təqsirləndirilən şəxsdur. Ona vurulmuş maddi ziyan 330 manatdan çoxdur, hazırda ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədov Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. 24 aprel 2022-ci il tarixdə Lənkəran rayonu Separadi kənd sakini Zərərçəkmiş şəxs Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək Lənkəran rayonu Zövlə kəndində yeni tikdirdiyi yaşayış olmayan evindən 2022-ci ilin arprel ayının əvvəllərindən 24 aprel 2022-ci il tarixdək olan müddət ərzində naməlum şəxslərin onun evindən 250 manat qiymətində LG markalı televizorunu və 80 manat qiymətində bir dəst qazan dəstinin oğurladığını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Lənkəran rayonu Zövlə kəndinə gedib hadisə yerinə baxış keçirmişlər. Bundan sonra hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat tədbirləri keçirməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı daxil olmuş məlumatda Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxs Masallı rayon Mahmudavar kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Həşimov X2 ŞRPŞ-nə dəvət olunmuş, şöbədə onunla keçirilən şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs səmimi olaraq 23 aprel 2022-ci il tarixdə Lənkəran rayonu Zövlə kəndində yerləşən Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 85-86-cı vərəqlərində olan ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 aprel 2022-ci il tarixdə Lənkəran rayonu Separadi kənd sakini Zərərçəkmiş şəxs Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək Lənkəran rayonu Zövlə kəndində yeni tikdirdiyi yaşayış olmayan evindən 2022-ci ilin arprel ayının əvvəllərindən 24 aprel 2022-ci il tarixdək olan müddət ərzində naməlum şəxslərin onun evindən 250 manat qiymətində LG markalı televizorunu və 80 manat qiymətində bir dəst qazan dəstinin oğurladığını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Lənkəran rayonu Zövlə kəndinə gedib hadisə yerinə baxış keçirmişlər. Bundan sonra hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində sahə rəisi polis mayoru Şahid2 Əhmədovla birlikdə əməliyyat tədbirləri keçirtməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı daxil olmuş məlumatda Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxs Masallı rayon Mahmudavar kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Həşimov X2 ŞRPŞ-nə dəvət olunmuş, şöbədə onunla keçirilən şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs səmimi olaraq 23 aprel 2022-ci il tarixdə Lənkəran rayonu Zövlə kəndində yerləşən Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, 23 aprel 2022-ci il tarixdə Lənkəran rayonu Separadi kəndindən gecə saat 23 radələrində yaşadığı Masallı rayonu Mahmudavar kəndinə piyada gedən zaman Lənkəran rayonu Zövlə kəndində yolun kənarında yaşayış olmayan bir ev görmüşdür. Qərara gəlmiş ki, həmin evdən oğurluq etsin. Evdə heç kimin olmadığını bilib həmin gecə çəpərdən həyətə tullanmış, pəncərədən evə girib televizor və qazan dəstini oğurlamışdır. Cinayət işinin 45-53 vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 18 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs оğlu ifadəsinin yerində yoxlanılması zamanı törətdiyi cinayət əməli barədə işin faktiki hallarına uyğun ifadə verərək hadisə yerində necə hərəkət etdiyini göstərmişdir. Cinayət işinin 87-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış mütəxəssis rəyindən görünür ki, 1 ədəd istifadəyə tam yararlı LG markalı 80 diaqonallı televizorun orta bazarda ikinci əl satış qiyməti 220 manatdır.1 dəst istifadəyə tam yararlı qazan dəstinin orta bazarda ikinci əl satış qiyməti 80 manatdır. Cinayət işinin 19-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-5209-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Zövlə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl barmaq izləri RF Tümen vilayətində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əski ilə eynilik təşkil etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 31-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 iyun 2022-ci il tarixli, 4(049)-207/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 75-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 334.1 və 66.5-ci maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 95-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayışdan görünür ki, Həşimov X3 rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın məbləğini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ümumi müddət cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Masallı Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana dair mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 7 ay 24 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 il 3 ay 18 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il 8 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməmiş hissəsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-29/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-29/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver