Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-29/2024 04.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Lənkəran şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında CM-nin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında əvvəlcədən sövdələşdiyi onunla qonşuluqda yaşayan xx xxxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai» markalı avtomobilə əyləşdirərək, Lənkəran şəhəri, Ş.Qurbanov küçəsi ilə hərəkət edib dəniz kənarına gələrək avtomobili saxlayıb arxa sərnişin oturacağına əyləşdikdən sonra orada öz cinsi ehtirasını təmin etmek məqsədilə Zərərçəkmiş şəxs sinə nahiyəsini əli ilə sıxıb öz cinsiyyət orqanını sonuncunun cinsiyyat orqanına sürtmüş, Zərərçəkmiş şəxs əlini öz cinsi orqanına toxundurmasını istədikdə, Zərərçəkmiş şəxs də əli ilə onun cinsiyyət orqanına toxunub, ardınca oral yolla, daha sonra təbii yolla Zərərçəkmiş şəxs ilə əlaqədə olaraq cinsi aktı sonuncunun cinsiyyət orqanının daxilinə yekunlaşdırmış, bundan əlavə təkrar olaraq 2022-ci ilin avqust ayının ortalarında yenidən Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılığa gələrək özü idarə etdiyi «Hyundai» markalı avtomobilinə əyləşdirib, yenidən eyni istiqamət ilə Lənkəran şəhəri, Ş.Qurbanov küçəsi ilə hərəkət edib avtomobili saxlayaraq, arxa sərnişin oturacaq yerində oturub Zərərçəkmiş şəxs sinə nahiyəsini əli ilə sıxmış, öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına sürtdükdən sonra sonuncu ilə təbii yolla cinsi əlaqədə olub cinsi aktı Zərərçəkmiş şəxs cinsiyyət orqanının daxilinə yekunlaşdırmış, tekrar olaraq 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılığa gələrək özü idarə etdiyi «Hyundai» markalı avtomobilinə əyləşdirib, yenidən eyni istiqamət ilə Lənkəran şəhəri, Ş.Qurbanov küçəsi ila hərəkət edib avtomobili saxlayaraq, arxa sərnişin oturacaq yerində oturub Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq cinsi aktı Zərərçəkmiş şəxs cinsiyyət orqanının daxilinə yekunlaşdırmış, sonuncu dəfə 2022-ci ilin sentyabr ayının əvvəllərində Fidan Qasımzadanı öz yaşadığı evə dəvət edərək orada onunla cinsi əlaqədə olub, cinsi aktı Zərərçəkmiş şəxs cinsiyyət orqanının daxilinə yekunlaşdıraraq 16 yaşına çatmayan Zərərçəkmiş şəxs İsmet qızı ilə cinsi əlaqədə olmuş ve ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, onunla qonşuluqda yaşayan X3 tanıyır, qonşu olduğu üçün o və həyat yoldaşı Zərərçəkmiş şəxsgilə gedir, həmçinin Zərərçəkmiş şəxs ailəsi də onlara gedib-gəlirdi. O, Zərərçəkmiş şəxsgildə olan zaman sonuncuya şirin sözler demiş, ona bədən qurluşunun yaxşı olduğunu bildirmişdir. 2022-ci ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs yaşadıqları evin qapısının ağzında olan skamyada oturarkən onun yanına getmiş, Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamışdır. Fidanın cinsi cəhətdən tam yetişdiyini, hemçinin onun vasitəsilə ilə cinsi ehtirasını ödəmək istədiyini ona bildirmişdir. Zərərçəkmiş şəxs ilə bir-iki dəfə bu formada söhbət etmiş, onu razı salmışdır. 2022-ci ilin avqust ayının əvvəllərində istifadəsində olan 050 ***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs zəng ederek ona küçəyə çıxmasını bildirmişdir, Fidan da küçəyə çıxdıqdan sonra onu oğluna məxsus «Hyundai» markalı avtomobilə otuzdurub Ş.Qurbanov küçəsi ilə hərəkət edib orada dəniz kənarına tərəf avtomobili sürmüşdür. Maşını bir tərəfə verib saxlamış, daha sonra sürücü yerindən düşüb arxa oturacağa keçmişdir, Fidanın sinə nahiyəsini, budlarını əli ila sığallamağa başlamışdır. Daha sonra öz cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına sürtməyə başlamışdır. Bundan əlavə Fidan Qasımzadanin baş nahiyəsini aşağı əyərək oral yolla onunla əlaqədə olmuşdur. Daha sonra yaşadıqları məhəlləyə gəlmişlər. Dəqiq xatırlamasa da bu hərəkəti müqabilində Zərərçəkmiş şəxs 5 manat pul vermişdir. Zərərçəkmiş şəxs tez-tez zang edir, görüşmələri üçün vaxt istəmiş, növbəti dəfə 2022-ci ilin avqust ayının ortalarında Fidanla görüşüb, onu dəniz kənarına aparmışdır. Orada olarkan Zərərçəkmiş şəxs ilə oral yolla əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı psixi və ya fiziki zor tətbiq etməmişdir. Genetik ekpertizanın rəyi ilə razıdır. Zərərçəkmiş şəxs yeni doğulmuş övladının bioloji atasıdır. Doğulmuş Fərid adlı uşağa atalıq vermiş, onun maddi təmatını tam şəkildə ödəyir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, özünü elan edilmiş ittihamla təqsirli bilir və tutuğu əməldən peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Hal hazırda zərərçəkmiş şəxslə münasibətlərindən doğulmuş Fərid adlı uşağa atalıq vermiş, onun bütün maddi ehtiyaclarını özü ödəyir. «Hepatit C» və «Qara ciyər serrozu» xəstəliklərindən əziyyət çəkir. Buna görə də ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, ünvan 2 ünvanında atası X4, anası Şahid, qardaşı X9 ile birlikdə yaşayır, hal-hazırda orta mektebin 11-ci sinfində təhsil almışdır. 1-9-cu sinifləri Lənkəran şəhəri, 7 nömrəli tam orta məktəbində 10-cu sinifi ve 11ci sinifin ilk 3 ayını isə 2 saylı tam orta məktəbdə oxumuşdur. Dərslərə davamiyyəti normal olmadığı üçün 2023-cü ilin noyabr ayından orta məktəbə getməyi dayandırmışdır. Məktəbdə oxuduğu vaxtlarda həm müəllimlər, həm də sinif yoldaşları ilə münasibəti normal olmuşdur. Həmçinin yaşadığı məhəllədə də qonşuları ilə münasibəti normaldır. Onlarla qonşuluqda yaşayan təxminən 50 yaşlı Təqsirləndirilən şəxs Əliməmməf oğlunu tanıyır, Təqsirləndirilən şəxs onlara tez-tez gəlirdi. O bəzən arvadı ilə bəzən də tək gəlirdi. Atası ilə dost olduğu üçün atası işdən evə gələndə Təqsirləndirilən şəxs də onlara gəlirdi. Bəzən atası evdə olmayan vaxtda da Təqsirləndirilən şəxs onlara gəlirdi. Yusif həmişə ona tərif edərdi. Bəzən onun qeyrətli qız olduğunu, bəzən də bədən qurluşunun yaxşı olduğunu, hətta anasına da oxşadığını bildirmişdir. Təqsirləndirilən şəxs onlarda olanda bu kimi sözləri dəfələrlə deyirdi. 2022-ci ilin iyun-iyul aylarında o, küçə qapılarının ağzında olanda skamyada oturarkan Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Yusif onun yanında oturduqdan sonra yenə ona «sənin fiquran yaxşıdı, sən maniken kimi qızsan» kimi ifadələr demişdir. O əvvəlcə Yusifin niyyətini anlamamış və ona sərt sözlər demişdir. Təqsirləndirilən şəxs onun bu sözlərindən sonra ciddi olmağa, onunla əmi kimi danışmağa başlamışdır. Növbati gün o, yenidən küçəyə çıxıb qapılarının ağzında olan skamyada oturmuşdur. Yenidən Təqsirləndirilən şəxs yanına gəldiyini görmüşdür, Təqsirləndirilən şəxs har dəfə onun yanına gələndə o, Təqsirləndirilən şəxs acılayırmış, bu minvalla Təqsirləndirilən şəxs 1 həftə onun yanına gələrək ona qeyd etdiyi sözləri deyərdi. Bu barədə evdə kimsəyə deməmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2022-ci ilin avqust ayının əvvəllərində onun yanına gəlib ona qəribə sözlər deməyə başlayanda o, Təqsirləndirilən şəxs qulaq asmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs açıq şəkilde ona öz niyyətini bildirməyə başlamışdır. Ona sinələrinin, arxa nahiyəsinin yaxşı olduğunu, dar şalvar geyinəndə daha da gözəl olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona tam olaraq cinsi cəhətdən yetişdiyini, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Yusif da ona aralarındaki baş verəcək cinsi əlaqənin bir dəfə olacağını, bunun qarşılığında ona xərclik də verəcəyini bildirmişdir. O da Yusifə bir dəfə ilə yetinəcəyini bildirmiş, Yusif də ona vəziyyətə baxcacağını, yaxşı olacağı təqdirdə yeniden edəcəyini bildirmiş, o da Yusiflə razılaşmışdır. 2022-ci ilin avqust ayının 4-5-i Təqsirləndirilən şəxsla görüşəcəklərini qərarlaşdırmışlar. Növbəti gün günorta saatlarında Təqsirləndirilən şəxs telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə qısa zəng edərək xabərdarlıq etmiş, o da mağazaya getmək adı ila evdən çıxmışdır. Evdən çıxan zaman küçədə Təqsirləndirilən şəxs avtomobilini görmüşdür. Təqsirləndirilən şəxs maşının işıqları ila ona xebardarlıq etmişdir. O da Təqsirləndirilən şəxs qara rəngli, «Hyundai» markalı avtomobilinin arxa oturacağına oturmuşdur. Təqsirləndirilən şəxs maşını dəniz kənarına sürmüşdür. Deniz kenarına çatdıqda Təqsirləndirilən şəxs sürücü oturacağından düşüb arxa oturacaqda onun yanında oturmuşdur. Avtomobilə oturan kimi onun sinə nahiyəsinə əlini sürtməyə başlamış, daha sonra ayaqlarına əllərini sürtmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ondan da əlini onun cinsiyyet orqanına vurmağını istəmişdir. O da əlini Təqsirləndirilən şəxs cinsiyyət orqanına vurmuş ve dərhal əlini geri çəkmişdir. Daha sonra ona şalvarını çıxarmağını bildirmiş ve o da şalvarını çıxarmışdır. Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtməyə başlamış ve onun cinsiyyet orqanına daxil etmişdir. Bu zaman onun cinsiyyət orqanının ətrafının qan olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onun cinsi orqanının daxilinə cinsi aktı yekunlaşdırdıqdan sonra o, cinsi orqanının ətrafında olan qanı silmişdir. Daha sonra evə qayıtmışlar. Yusif onu məhəllədə qoyduqda ona 5 manat verdikdən sonra getmişdir. Yusif tez-tez ona zəng edirdi, o da ya zənglərə cavab vermir, ya da zəngə cavab verərək işinin olduğunu bildirmişdir. Təxminən 5 gün sonra avqust ayının 15-də Yusiflə danışarkən yenidən görüşmək üçün vaxt müəyyən etmiş və günorta saat 12-13 radələrində görüşmüşlər. Təqsirləndirilən şəxs onu yaşadığı məhəllədə öz maşınına mindirərək yeniden deniz kenarına aparmışdır. Əvvəllər elədiyi hərəkətləri yenidən eləmişdir. Daha sonra onu məhəlləyə gətirmiş ve 5 manat pul vermişdir. Növbəti dəfə 2022-ci ilin avqust ayının 20sində Təqsirləndirilən şəxs yenidən telefonla qeyd etdiyi nömrəyə zəng edib küçəyə çıxmağını ondan istəmiş, o da çölə çıxdıqdan sonra Yusif onu yenidən dəniz kənarına aparmışdır. Bu defa da Təqsirləndirilən şəxs arxa oturacağa keçmiş və yenidən ondan şalvarını çıxarmağını istemişdir. O da şalvarı çıxardıqdan sonra Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını tam onun cinsiyyət orqanına daxil etmiş, onunla cinsi əlaqədə olmuşdur. Daha sonra onlar yaşadıqları məhəlləyə qayıtmışlar, bu dəfə də Təqsirləndirilən şəxs ona 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs ilə sonuncu dəfə 2022-cü ilin sentyabr ayının əvvəllərində görüşmüşlər. Təqsirləndirilən şəxs telefonla onunla əlaqə saxlayarkən onu öz yaşadığı evə çağırmış, o da Təqsirləndirilən şəxs evinə getmişdir. Evdə olarkən onu otaqlardan birinə aparmış, çarpayının üzerinə uzandırmışdır. Yenidən şalvarını çıxarmağı ona bildirmişdir. O da şalvarı çıxardıqdan sonra onunla cinsi əlaqədə olmağa başlamış və cinsi aktını yenidən onun cinsi orqanının daxilinə yekunlaşdırmışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olarkən qoruyucu vasitalərdən istifadə etməmişdir. Onunla oral və ya anal yolla Təqsirləndirilən şəxs ilə əlaqədə olmamışdır. O, Təqsirləndirilən şəxs ilə görüşdükdən sonra özünü qəribə hiss etmişdir. Tez-tez qusmuşdur. Hamilə olduğunu bildikdə qorxusundan bu haqda heç kəsə bir söz deməmişdir. Lakin qarnı böyüyəndən sonra anası onun hamilə olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olarkan ona psixi va ya fiziki zor tatbiq etməmişdir. Yusiflə könüllü şəkildə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs ile barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, hal-hazırda doğulmuş uşağına atalıq verdiyini, uşağına maddi yardım göstərdiyini bildirərək, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid ifadəsində göstərmişdir ki, ünvan 2-də həyat yoldaşı X4, qızı Zərərçəkmiş şəxs və oğlu X9 ilə birlikdə yaşayır. Heç bir yerde işləmir. Maddi güzəranlarını həyat yoldaşı işləyərək təmin edir. Qızı Zərərçəkmiş şəxs dərsərə davamiyyəti normal olmadığı üçün 2023-cü ilin noyabr ayından orta məktəbə getməyi dayandırmışdır. Onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tanıyır. Qonşu olduqları üçün Təqsirləndirilən şəxs onlara tez-tez gəlirdi. Təqsirləndirilən şəxs bəzən arvadı ilə, bəzən isə tək gəlirdi. Həyət yoldaşı ilə dost olduğu üçün əri işdən evə gələndə Yusif də onlara gelirdi. Bəzən əri evdə olmayanda da Təqsirləndirilən şəxs onlara gəlirdi. Təqsirləndirilən şəxs onlarda olarkən qızı Fidanı tərifləyir, ona qarşı müəyyən ifadələr işlədirdi. Fidana bu gözəl qızdır, maniken kimi qızdır ve sair kimi ifadələr işlədirdi. O bir neçə dəfə buna görə Yusifə öz etirazını da bildirmişdir. Lakin Yusifin çirkin niyyətlə bu cür sözlər dediyini bilməmişdir. Bu vaxta kimi qızı Fidanın hərəkətlərindən bir şey sezməmişdir. 02 may 2023-cü il tarixində səhər saatlarında Fidanın qarının şişdiyini görmüşdür. Fidandan nə səbəbə belə olduğunu soruşduqda Fidan böyrəklərinin şişdiyini, daha sonra mədəsinin şişdiyini bildirmişdir. Lakin o, Fidana inanmamış və əynindəki köynəyi çıxarmışdır. Köynəyi çıxaranda Fidanın qarnının yekə olduğunu görmüşdür. Bu haqda ondan soruşanda evvelcə bildirmək isteməsə də lakin sonradan hamilə olduğunu ona bildirmişdir. O, dəhşətə gəlmiş və bir neçə dəfə Fidanın dediklərinin yalan və ya doğru olub-olmadığını Fidandan soruşmuşdur, Fidan da həqiqətən hamilə olduğunu ona bildirmişdir. O da dərhal əri İsmetə daha sonra DİN-in 102 xidmətinə bu haqda məlumat vermişdir. Polis şöbəsinə gəlmiş, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qızı Fidan qonşuluqda yaşayan Yusiflə cinsi əlaqədə olmuş ve hamilə qalmışdır. Fidan da bu haqda danışarkan 2022-ci ilin iyun-iyul aylarında küçə qapılarının çölündə oturarkan Təqsirləndirilən şəxs ona yaxınlaşdığını, Fidana şirnikləndirici sözlər deyərək onu aldatdığını və Fidanla cinsi əlaqədə olmağı ona təklif etdiyini bildirmiş, daha sonra aralarında razılaşaraq 2022-ci ilin avqust ayının əvvəllərində məhəllədə görüşmüş, sonra dəniz kənarına gedərək Təqsirləndirilən şəxs ona qarşı qeyri-etik hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs Fidanla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Hazırda uşaq doğulmuş, uşağa Fərid adı verilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid məhkəmə çıxından bildirmişdir ki, hal hazırda o, Təqsirləndirilən şəxslə barışmış, Yusif doğulmuş uşağa atalıq vermiş, onun bütün maddi təminatını ödəyir. Onun da Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Yusif həbs olunacağı təqdirdə uşağa kimsə baxmayacaqdır, ona maddi yardım göstərməyəcəkdir. Buna görə də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Məhkəmə-tibbi ekspertizasının 03 may 2023-cü il tarixli 425 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir, hemçinin qızlıq pərdəsinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin tamlığı pozulmadan onunla cinsi əlaqədə olma mümkündür, düz bağırsağının arxa keçəcəyinin ətrafında qeyri-təbii yolla əlaqədə olmaya xas ola bilən hər hansı bir xəsarət və əlamət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs 36-37 həftəlik hamiləlik aşkar edilmişdir. Kompleks mahkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilindədir. Ona qarşı əməl törədilən zaman hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmanın, seksual xarakterli və əxlaqsız hərəkətlərin xarakter ve mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Məhkəmə genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 25/584R saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs dünyaya gətirdiyi uşağın bioloji atası 99,99 % ehtimalla Təqsirləndirilən şəxsdur.(eyni yumurta əkizi istisna olmaqla) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsində nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı, X5 və övladı X7 ilə birlikdə Lankaran şəhəri, Səttərxan küçəsi ev 201-də yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən də o təqsirləndirilən şəxsi bağışlamış və təqsirindən keçmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də ərizəsinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o tutulmadan azad olunmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxsdır. Lənkəran şəhər Mərkəzi Xəstəxanasından verilmiş xəstənin ambulator tibbi kartasından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs fəqərələrin vərəm mənşəli spondiliti, spondilitik faza, aşağı ətraflarda hərəkətin məhdudlaşması, ağrı sindromu, qra ciyərin sirrozu, öd daşı xəstəliyi aşkar edilmişdir. X8 verilmiş xx.xx.2023-cü il tarixli və Medican Hospital tibbi mərkəzindən verilmiş xx.xx.2024-cü ilı tarixli Arayışlardan görünür ki, Təqsirləndirilən şəxs qaraciyərdə diffuz fibroz dəyişiklik(seroz əlamətləri), portal hipertenziya əlamətləri, splenomeqaliya İ dərəcə, öd kisədə konkremet, xroniki pankreatit əlamətləri, xroniki pielonefrit əlamətləri, pileoekyaziya İ dərəcə və konkrement aşkar edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması özünün etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə tibbi ekspertiza rəyi, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 152.1-ci maddəsinin dispozisiyasına görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etmiş, törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 152.1-ci maddəsinin dispozisiyasına görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirini etiraf etməsini, əməlinə görə peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsin ona qarşı hər hansı tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, ağır xəstəliklərdən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Buna görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Qeyd olunanları, habelə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda göstərilən halları, həmçinin hazırda iş üzrə zərər çəkmiş şəxsin onunla barışması, ona yüngül cəza verilməsini xahiş etməsini, Təqsirləndirilən şəxs ağır xəstəliklərdən əziyyət çəkməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin, eyni zamanda yeni doğulmuş X6 həyat şəraitinə və maddi durumuna təsirini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkün sayıldığından CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinə görə sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək, həmçinin xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üçün (aliment tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilənədək) hər ay ən azı «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərci həddində Zərərçəkmiş şəxs maddi yardım göstərmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 1(bir) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası 3(üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, ətrafdakılarla nümunəvi davranmaq və ictimai qaydalara riayət etmək, həmçinin xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üçün (aliment tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilənədək) hər ay ən azı «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərci həddində Zərərçəkmiş şəxs maddi yardım göstərmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu gündən 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-29/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-29/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver