Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-29/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 iştirakları ilə 29 avqust 2000-cü il tarixdə Lənkəran rayon Darquba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 1772.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, saxlanc yerləri hesab olunan yerə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 avqust 2024-cü il tarixdə, saat 02-03 radələrində ünvan 1 ünvanında yerləşən X1 məxsus saxlanc yeri hesab edilən qeyri-yaşayış sahəsi olan "Ton-Ton" dönər evinə dəmir parçası ilə giriş qapısının sol tərəfində yerləşən alüminium materialından hazırlanmış şüşəli pəncərəni açmaqla qanunsuz daxil olaraq, masanın üzərindən həmin dönər evini X2 ilə birlikdə icarə götürüb işlədən Zərərçəkmiş şəxs1 məxsus 30 (otuz) manat qiymətində l (bir) ədəd "PLUZZ Hero 600S" markalı mobil telefonu, həmin "PLUZZ Hero 600S" markalı mobil telefonun içərisində olan 5 (beş) manat qiymətində "Azerfon" mobil operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsini və masanın dolabında olan iki ədəd plastik qabların içərisindən cəmi 240 (iki yüz qırx) manat olan kağız pul əskinaslarını və cəmi 20 (iyirmi) manat olan dəmir qəpikləri gizli olaraq talamaqla, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, oğurluq yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 avqust 2024-cü il tarixdə, saat 04 radələrində Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən "Köz dönəri" köşkünə, köşkün arxa tərəfində yerləşən kiçik ölçülü plasmas çərçivəli şüşə pəncərəsini əli ilə sıxıb açmaqla qanunsuz daxil olaraq, taxtadan olan dolabın üzərindən 30 (otuz) manat qiymətində l (bir) ədəd "itel" markalı mobil telefonu, həmin dolabın içərisindən cəmi 200 (iki yüz ) manat olan kağız pul əskinaslarını və cəmi 9 manat 40 qəpik olan dəmir pulları və 150 (bir yüz əlli) manat qiymətində l(bir) ədəd Cucci markalı gün eynəyini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 389.40 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin yanvar ayında bibisi Şahnazın qızıl- zinət əşyalarını oğurladığı üçün məhkum edilmişdir. O, 07 avqust 2024-cü il tarixdə, saat 00 radələrində yaşadığı Kərgəlan kəndindən çıxıb piyada gəzmiş və xərcləməyə pulu olmadığı üçün "Ton-ton" dönər evinə girib pul oğurlamaq qərarına gəlmişdir. Bir neçə dəqiqədən sonra "Ton-Ton" dönər evinin qarşısına çatmış və həmin dönər evinin bağlı olduğunu görmüşdür. O, ətrafda adamların olmadığına tam əmin olduqdan sonra 08 avqust 2024-cü il tarixdə, saat 02-03 radələrində "Ton-Ton" dönər evinin giriş qapısına yaxınlaşmışdır. Sonra isə cibində olan dəmir parçasını çıxartmış və həmin dəmir parçası ilə giriş qapısının sol tərəfində yerləşən kiçik pəncərəni açmışdır. O, həmin pəncərədən içəri daxil olmuş və alışqanın işığı ilə içərini axtarmağa başlamışdır. Həmin vaxtı taxtadan olan masaya yaxınlaşmış və masanın üzərində kiçik bir mobil telefonun olduğuu görmüşdür. O, həmin mobil telefonu masanın üzərindən götürüb cibinə qoymuşdur.Sonra isə masanın dolablarını açmış və bir dolabın içərisindəki iki ədəd plastik qabların içərisində kağız və dəmir pulların olduğunu görmüşdür.O, dərhal həmin kağız və dəmir pulları götürüb ciblərinə qoymuşdur.Sonra isə dönər evinə daxil olduğu pəncərədən küçəyə çıxmış yə piyada bazara tərəf getməyə başlamışdır. Dəmir parçasını və alışqanı küçədə hazırda xatırlmadığı yerə tullamışdır. O, bazarın yanında olan Access Bankın qarşısında dayanmış və oğurladığı pulları sayan zaman kağız pulların 240 manat, dəmir pulların isə 20 manat olduğunu görmüşdür. Həmin pulları Bakı şəhərində xərcləmişdir. 09 avqust 2024-cü il tarixdə, saat 02 radələrində Lənkəran şəhərində küçədə gəzdiyi zaman fikirləşmişdir ki, nə vaxtsa polis işçiləri onun oğurluq etdiyini bilcəklər və buna görə də oğurladığı "PLUZZ" markalı mobil telefonla 102 xidmətinə zəng edib "Ton-Ton" dönər evindən oğurluq etdiyini və hazırda Lənkəran şəhərində olduğunu polisə təslim olmaq istədiyini bildirmişdir. Lakin Lənkəran şəhərində olduğu yeri 102 xidmətinə bildirməmişdir. 09 avqust 2024-cü il tarixdə saat 17 radələrində Lənkəran polis şöbəsinə gəlmiş və "Ton- Ton" dönər evindən 260 manat pul, bir ədəd "PLUZZ" markalı mobil telefon oğurladığını etiraf etmişdir. 11 avqust 2024-cü il tarixdə Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onu məhkəmə iclas zalından buraxmışlar. 13 avqust 2024-cü il tarixdə, saat 04 radələrində Lənkəran şəhər ərazisində piyada təkbaşına gəzdiyi zaman H.Aslanov küçəsində, "Dosa" adlı parkın girişində yerləşən "Köz dönəri" köşkünün yanından keçərkən ətrafda heç kimin olmadığından istifadə edərək gizli şəkildə oradan oğurluq etmək qərarına gəlmişdir. O, həmin köşkün arxa tərəfindəki kiçik ölçülü plasmas çərçivəli şüşə pəncərəni əli ilə sıxıb açmış və pəncərədən içəri daxil olmuşdur. Köşkün içərisində taxta dolabın üzərində mobil telefon olduğunu görmüş və həmin mobil telefonu götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Sonra isə həmin dolabın siyirmələrini açmış və siyirmələrdən 1 ədəd 100 manatlıq və 5 ədəd 20 manatlıq, şəffaf qabın içərisindən 10, 20 və 50 qəpiklərdən ibarət cəmi 9 manat 40 qəpik pulları və bir ədəd gün eynəyini götürüb cibinə qoymuşdur.Sonra isə həmin pəncərədən küçəyə çıxmış və köşkdən uzaqlaşmışdır. O, həmin mobil telefona baxan zaman telefonun içərisində telefon nömrələrinin olmadığını görmüşdür. Səhər açılandan sonra Lənkəran şəhər ərazisində yerləşən restoranların birində əyləşib yeyibiçmişdir. 13 avqust 2024-cü il tarixdə saat 20 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsində piyada gəzdiyi zaman polis işçiləri ona yaxınlaşıb onu Lənkəran polis şöbəsinə dəvət etmişlər və o da onlarla birlikdə polis şöbəsinə gəlmişdir.O, Lənkəran polis şöbəsində təhqiqatçıya izahat vermiş və "Köz dönəri" köşkündən oğurladığı xərclədikdən sonra cibində qalan 9 manat 40 qəpik pulu, bir ədəd "itel" markalı mobil telefonu və gün eynəyini polis işçisinə təhvil vermişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilməklə araşdırılmış Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 mart 2023-cü il tarixdən etibarən ünvan 2 ünvanında yerləşən "Alov" dönər evində menecer işləyir. Bununla bağlı onun əmək müqaviləsi də vardır.B undan başqa, o, Bakı şəhərində yaşayan qohumu X2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən "Ton-Ton" dönər evini icarəyə götürüb işlədir. Amma icarə sənədləri qohumu Firuzə Abdullayevanın adınadır. Firuzə Abdullayeva Bakı şəhərində yaşadığı üçün hərdən bir həmin dönər evinə gəlib-gedir.Əsasən həmin dönər evini, o, işlədir. "Ton-Ton" dönər evi bir ümumi otaqdan ibarətdir.Ümumi otaqda bir dönər aparatı, oturub dönər yemək üçün altı masa vardır. Bundan başqa, həmin otaqda al-verin hesabatını aparmaq üçün bir ədəd taxta masa, masanın üzərində bir ədəd kompüter, posterminal və vergi kassa aparatı vardır. Həmin dönər evinin giriş qapısı və pəncərəsi şüşədəndir, çərçivələri isə alüminium materiahndandır."Ton-Ton" dönər evində iş vaxtı hər gün saat 09:00 dəqiqədə başlayır, saat 18:00 dəqiqədə qurtarır. "Ton-Ton" dönər evində bir dönərçi, bir kassir və bir xadimə işləyir. Belə ki, Anar dönərçi, Gültəkin kassir, Ziyafət isə xadimə işləyir.O, hər gün iş vaxtının sonunda al-verlə bağlı hesabat aparır və qazancı taxta masanın dolabına qoyur. Səhərisi gün isə həmin pullarla dönər evi üçün lazım olan ərzaq məhsullarını alır.07 avqust 2024-cü il tarixdə həmişə olduğu kimi səhər saat 09:00 dəqiqədə dönər evində iş saatı başlamış və saat 18:00 dəqiqədə iş vaxtı qurtardıqdan sonra, o, al-verin hesabatını aparmışdır.Ona məlum olmuşdur ki,həmin günü al-ver cəmi 260 manatdır.Həmin 260 manatın 240 manatı kağız pullar və 20 manatı isə qəpik pullardan ibarət olmuşdur.O, həmin pulları masanın sol dolabında olan plastik qabların içərisinə qoymuşdur.Həmişə dönər sifarişi qəbul etmək üçün "PLUZZ" markalı mobil telefon masanın üzərində olmuşdur.Həmin mobil telefonda 077-244- 53-20 mobil telefon nömrəsini işlətmişlər.Həmin telefon və mobil telefon nömrəsi ona məxsusdur.08 avqust 2024-cü il tarixdə, saat 09 radələrində Gültəkin onun mobil telefon nömrəsinə zəng edərək, dönər evinin kiçik pəncərəsinin, masanın dolablarının açıq vəziyyətdə olduğunu və masanın üzərində olan mobil telefonun yerində olmadığını,kiminsə dönər evinə girərək oğurluq etdiyini bildirmişdir.O, dərhal yaşadığı evdən çıxıb dönər evinə gəlmiş və dönər evinin kiçik pəncərəsinin, masanın dolablarının açıq vəziyyətdə olduğunu və mobil telefonun masanın üzərində olmadığını görmüşdür.Həmçinin dolaba qoyduğu cəmi 260 manat pulun da yerində olmadığını görmüşdür. O, dərhal anlamışdır ki, kimsə pəncərəni sıxıb açaraq dönər evinə daxil olmuş və mobil telefonu,260 manat pulu oğurlayıb aparmışdır.O, dərhal istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng edərək "Ton-Ton" dönər evində oğurluq hadisəsinin baş verdiyi barədə məlumat vermişdir.Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri dönər evinə gəlmişlər və dönər evinə baxış keçirmişlər. 10 avqust 2024-cü il tarixdə ona məlum olmuşdur ki, dönər evindən 260 manat pulunu və bir ədəd mobil telefonunu oğurlayan şəxs Lənkəran rayonu Kərgəlan kənd sakini Təqsirləndirilən şəxsdur.O, Təqsirləndirilən şəxs tanımır.Ona məxsus oğurlanmış mobil telefonun qiyməti 30 manat, həmin mobil telefonun içərisində olan ***- ***-**-** mobil telefon nömrəsinin qiyməti isə 5 manatdır və baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 295 manat ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən "Köz dönəri" köşkü vardır. Həmin "Köz dönəri" köşkü hər gün saat 09:00-dan, gecə saat 01:00-dək fəailiyyət göstərir.O, həmin köşkdə özü işləyir. 12 avqust 2024-cü il tarixdə həmişə olduğu kimi səhər saat 09:00 dəqiqədə "Köz dönəri" köşkündə iş saatı başlamış və 13 avqust 2024-cü il tarixdə saat 01:00 dəqiqədə iş vaxtı qurtardıqdan sonra, o, al-verin hesabatını aparmışdır.Ona məlum olmuşdur ki,həmin günü al-ver cəmi 209 manat 40 qəpikdir.Həmin pullar 1 ədəd 100 manatlıq, 5 ədəd 20 manatlıq kağız pul əskinazları, 2 ədəd 50 qəpiklik.25 ədəd 20 qəpiklik və 34 ədəd 10 qəpiklikdən ibarət olmuşdur.O, həmin pulları "Köz dönəri" köşkündə sağ tərəfdə olan taxta dolabın içərisinə qoymuşdur.Həmçinin həmin dolabın içərisinə 150 manat qiymətində olan gün eynəyini də qoymuşdur.Dolabın üzərində işlək vəziyyətdə olan amma içərisində mobil telefon nömrəsi olmayan 30 manat qiymətində işlənmiş "itel" markalı mobil telefonu da olmuşdur.O, köşkün qapısını açarla bağlayıb yaşadığı evə getmişdir.Səhərisi günü,yəni 13 avqust 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən həmin "Köz dönəri" köşkünün qarşısına gəlmiş və açarla qapını açıb içəri daxil olmuşdur.Həmin vaxtı mobil telefonunun dolabın üzərində olmadığını və dolabın siyirməsinin yarımaçıq vəziyyətdə olduğunu görmüşdür.O, dolabın içərisinə baxan zaman dolabın içərisinə qoyduğu cəmi 209 manat 40 qəpik pullarının və gün eynəyinin olmadığını görmüşdür.O, dərhal anlamışdır ki, kimsə köşkə girərək,pullarını, mobil telefonunu və gün eynəyini oğurlayıb aparmışdır.O. köşkə göz gəzdirən zaman köşkün arxa tərəfində yerləşən plasmas çərçivəli şüşə pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür.O, dərhal anlamışdır ki, kimsə həmin pəncərədən içəri daxil olaraq,pullarını.mobil telefonunu və gün eynəyini oğurlayıb aparmışdır.O, Lənkəran polis şöbəsinə getmiş və "Köz dönəri" köşkündə baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir.Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 389 manat 40 qəpik ziyan dəymişdir. 13 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran polis şöbəsindən ona məlumat vermişlər ki, onun dönər köşkündən oğurluq edən şəxs saxlanılmış və adı da Təqsirləndirilən şəxsdur, Lənkəran rayonu Kərgəlan kənd sakinidir.O, Lənkəran rayonu Kərgəlan kənd sakini Təqsirləndirilən şəxs tanımır. Hazırda ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin fevral ayından etibarən ünvan 4 ünvanında yerləşən "Ton- Ton" dönər evində kassir işləyir. Həmin dönər evinin ondan başqa iki işçisi vardır. Onlardan biri Anardır ki, dönərçi işləyir, Ziyafət xala isə xadimə işləyir."Ton-Ton" dönər evini Zərərçəkmiş şəxs1 işlədir.Həmin dönər evi bir ümumi otaqdan ibarətdir. Ümumi otaqda bir dönər aparatı, oturub dönər yemək üçün altı masa vardır.Bundan başqa, həmin otaqda alverin hesabatını aparmaq üçün bir ədəd taxta masa, masanın üzərində bir ədəd kompüter, posterminal və vergi kassa aparatı vardır.Həmin dönər evinin giriş qapısı və pəncərəsi şüşədəndir,çərçivələri isə alüminium materiahndandır."Ton-Ton" dönər evində iş vaxtı hər gün saat 09:00 dəqiqədə başlayır, saat 18:00 dəqiqədə qurtarır.Dönər evinin açarları həmişə onda olur.O və Ziyafət xala həmişə işə saat 09 radələrində gəlirlər və o, qapını açarla açdıqdan sonra içəri daxil olurlar.Ziyafət xala otağı silib təmizləyir.Anar da saat 09:00 dəqiqədə işə gəlir.Bir neçə dəqiqədən sonra isə Aleksey işə gəlir.07 avqust 2024-cü il tarixdə həmişə olduğu kimi səhər saat 09 radələrində dönər evində iş saatı başlamış və saat 18:00 dəqiqədə iş vaxtı qurtardıqdan sonra, o və Aleksey al-verin hesabatını aparmışlar.Ona məlum olmuşdur ki,həmin günü al-ver cəmi 260 manatdır.Həmin 260 manatın 240 manatı kağız pullar və 20 manatı isə qəpik pullardan ibarət olmuşdur.Aleksey həmin pulları masanın sol dolabında olan plastik qabların içərisinə qoymuşdur.Həmişə dönər sifarişi qəbul etmək üçün "PLUZZ" markalı mobil telefon masanın üzərində olmuşdur.Həmin mobil telefonda 077-244- 53-20 mobil telefon nömrəsini işlətmişlər.Həmin telefon və mobil telefon nömrəsi Alekseyə məxsusdur.Bundan sonra Aleksey, Anar və Ziyafət xala yaşadğı evlərə getmişlər.O da dönər evinin qapısını bağlayıb yaşadığı evə getmişdir.O, 08 avqust 2024-cü il tarixdə, saat 09 radələrində dönər evinin qarşısına gəlmiş və Ziyafət xala ilə görüşmüşdür.Sonra isə dönər evinin qapısını açarla açarkən,dönər evinin kiçik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür.O, əvvəlcə buna əhəmiyyət verməyərək dönər evinə daxil olmuşdur.Onun arxasınca isə Ziyafət xala içəri daxil olmuşdur.O, masaya yaxınlaşmış və masanın siyirmələrinin yarımaçıq vəziyyətdə olduğunu görmüşdür.O, siyirməni çəkmiş və pulların masanın dolabında olmadığını görmüşdür.Həmin vaxtı mobil telefonun da masanın üzərində olmadığını görmüşdür.O, dərhal anlamışdır ki,kimsə dönər evinin kiçik pəncərəsini açaraq içəri daxil olub cəmi 260 manat pulu və bir ədəd mobil telefonu oğurlayıb aparmışdır.O, əvvəlcə bu barədə Ziyafət xalaya bildirmişdir.Sonra isə Alekseyin mobil telefonuna zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir.Bir neçə dəqiqədən sonra Aleksey dönər evinə gəlmişdir. O, Alekseyə, kiminsə dönər evinin kiçik pəncərəsini açıb içəri daxil olaraq, dolaba qoyduqları cəmi 260 manat pulu və masanın üzərində olan mobil telefonu oğurladığını bildirmişdir. Aleksey dərhal mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək "Ton-Ton" dönər evində oğurluq hadisəsinin baş verdiyi barədə məlumat vermişdir.Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri dönər evinə gəlmişlər və dönər evinə baxış keçirmişlər. 11 avqust 2024-cü il tarixdə səhər saatlarında Lənkəran polis şöbəsinin işçiləri bir nəfər şəxsi dönər evinə gətirmişlər və həmin şəxs dönər evindən 260 manat pulu və mobil telefonu oğurladığını etiraf etmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, həmin şəxsin adı İlkindir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o ünvan 4 ünvanında yerləşən "Ton-Ton" dönər evində xadimə işləyir. "Ton-Ton" dönər evini Zərərçəkmiş şəxs1 işlədir. Həmişə dönər sifarişi qəbul etmək üçün "PLUZZ" markalı mobil telefon masanın üzərində olmuşdur. Digər işçi Gültəkin 08 avqust 2024 tarixdə, saat 09 radələrində dönər evinin qapısını açarla açarkən, dönər evinin kiçik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, masaya yaxınlaşmış və masanın siyirmələrinin yarımaçıq vəziyyətdə olduğunu görmüşdür.O, siyirməni çəkmiş və pulların masanın dolabında olmadığını görmüşdür. Həmin vaxtı mobil telefonun da masanın üzərində olmadığını görmüşdür. O, dərhal anlamışdır ki, kimsə dönər evinin kiçik pəncərəsini açaraq içəri daxil olub cəmi 260 manat pulu və bir ədəd mobil telefonu oğurlayıb aparmışdır. Gültəkin əvvəlcə bu barədə ona bildirmişdir.Sonra isə Alekseyin mobil telefonuna zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Aleksey dönər evinə gəlmişdir. Alekseyə kiminsə dönər evinin kiçik pəncərəsini açıb içəri daxil olaraq, dolaba qoyduqları cəmi 260 manat pulu və masanın üzərində olan mobil telefonu oğurladığını bildirmişdir. Aleksey dərhal mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək "Ton-Ton" dönər evində oğurluq hadisəsinin baş verdiyi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri dönər evinə gəlmişlər və dönər evinə baxış keçirmişlər. 11 avqust 2024-cü il tarixdə səhər saatlarında Lənkəran polis şöbəsinin işçiləri bir nəfər şəxsi dönər evinə gətirmişlər və həmin şəxs dönər evindən 260 manat pulu və mobil telefonu oğurladığını etiraf etmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, həmin şəxsin adı İlkindir. Cinayət işinin 7-10 vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 08 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 işlətdiyi "Ton-Ton" dönər evi ünvan 5 ünvanında yerləşir və Zərərçəkmiş şəxs1 həmin dönər evinin giriş qapısının sol tərəfində yerləşən alüminium materialından hazırlanmış şüşəli pəncərənin açıq vəziyyətdə olduğunu göstərir, həmçinin "Ton-Ton" dönər evində olan masanın dolablarının açıq vəziyyətdə olduğu görünür. Cinayət işinin 16-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə saat 01:35 dəqiqədə ***-***-**-** mobil telefon nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng edərək, 08 avqust 2024-cü il tarixdə "Ton-Ton" dönər evindən oğurluq etdiyi, hal-hazırda Lənkəran şəhərində olduğu və polisə təslim olmaq istədiyi barədə məlumat vermişdir. Cinayət işinin 96-99-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus "Köz dönəri" köşkü Lənkəran şəhəri Həzi Aslanov küçəsində yerləşir və həmin "Köz dönəri" köşkünün qarşı tərəfi, arxa tərəfində olan kiçik ölçülü plasmas çərçivəli şüşə pəncərənin açıq vəziyyətə olduğu və köşkün içərisində olan taxta dolab görünür. Cinayət işinin 27-30-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 09 avqust 2024-cü il tarixli təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs içərisində "Azerfon" mobil operatoruna məxsus (077) 244- 53-20 mobil telefon nömrəsi olan "PLUZZ Hero 600S" markalı mobil telefonu təqdim edir və içərisində "Azerfon" mobil operatoruna məxsus (077) ***-**-** mobil telefon nömrəsi olan "PLUZZ Hero 600S" markalı mobil telefon iş üzrə Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilərkən, həmin mobil telefon nömrəsinin və mobil telefonun ona məxsus olduğunu və "Ton-Ton" dönər evindən oğurlandığını təsdiq edir. Cinayət işinin 106-107-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 avqust 2024-cü il tarixli təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkildən görünür ki,Təqsirləndirilən şəxs l(bir) ədəd "itel" markalı mobil telefonu, 1 (bir) ədəd Cucci markalı gün eynəyini,25 ədəd 20 qəpik,2 ədəd 50 qəpik və 34 ədəd 10 qəpiklik dəmir pulları təqdim edir və 1 (bir) ədəd "itel" markalı mobil telefon,!(bir) ədəd Cucci markalı gün eynəyi, 25 ədəd 20 qəpik, 2 ədəd 50 qəpik və 34 ədəd 10 qəpiklik dəmir pullar iş üzrə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilərkən,həmin mobil telefonun, gün eynəyinin və 25 ədəd 20 qəpik,2 ədəd 50 qəpik və 34 ədəd 10 qəpiklik dəmir pulların ona məxsus olduğunu və "Köz dönəri" köşkündən oğurlandığını təsdiq edir. Cinayət işinin 176-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış "xxxx" MMC-nin direktoru Miri Ağayevin 22 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki; təqdim olunmuş "Azerfon" mobil operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsinin 08 avqust 2024-cü il tarixə orta bazar qiyməti 5 (beş) manatdır. Təqdim olunmuş l(bir) ədəd "PLUZZ Hero 600S" markalı mobil telefon qara rənglidir, İMEİ 1:**********48224, İMEİ 2:**********48232 kodludur, Çin istehsalıdır, işlənmiş vəziyyətdədir.Həmin 1 (bir) ədəd "PLUZZ Hero 600S" markalı mobil telefonun 08 avqust 2024-cü il tarixə orta bazar qiyməti 30 (otuz) manatdır. Təqdim olunmuş l(bir) ədəd "itel" markalı mobil telefon qara rənglidir, İMEİ 1: **********64744, İMEİ 2:**********64751 kodludur. Çin istehsalıdır, işlənmiş vəziyyətdədir. Həmin 1 (bir) ədəd "itel" markalı mobil telefonun 13 avqust 2024-cü il tarixə orta bazar qiyməti 30 (otuz) manatdır.Təqdim olunmuş l(bir) ədəd gün eynəyi Cucci markalı, İtaliya istehsalıdır, yüksək keyfiyyət standartlarına uyğun hazırlanmış kişi gün eynəyinin qiyməti 150 manatdır. Cinayət işinin 23-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə saat 16.00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gələrək "Ton-Ton" dönər evindən oğurluq etdiyini bildirib təslim olmuşdur. Cinayət işinin 45-46-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış protokoldan görünür ki, 09 avqust 2024-cü il tarixdə, saat 17:50 dəqiqədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-90-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 11 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilərək, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 121-122-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış protokoldan görünür ki, 13 avqust 2024-cü il tarixdə, saat 21:10 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 155-160-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust 2024-cü il tarixdən, saat 19.45-dən hesablanmışdır. Cinayət işinin 195-200-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 1(049) -148/2024 saylı, 16 may 2024-cü il tarixli hökmündən görünür ki, X5 CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olması hesabı ilə 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 194-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya şöbəsinin 23 sentyabr 2024-cü il tarixli, 42 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 206-207-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası və iki qardaşı ilə birlikdə Lənkəran rayonu, Kərgalan kəndində yaşayır, yaşadığı müddətdə rəftarı yaxşı olmuşdur, barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 177-182-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 24 avqust 2024-cü il tarixli Maddi sübut kimi tanıma haqqında qərarlar və qəbzlərdən görünür ki, cinayət işi üzrə maddi sübutlar olan "Azerfon" mobil operatoruna məxsus 077-244- 53-20 mobil telefon nömrəsi və l(bir) ədəd "PLUZZ Hero 600S" markalı mobil telefon məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübutlar olan 2 ədəd 50 qəpiklik,25 ədəd 20 qəpiklik və 34 ədəd 10 qəpiklikdən ibarət cəmi 9 manat 40 qəpik dəmir pullar, 1 (bir) ədəd "itel" markalı mobil telefon və l (bir) ədəd Cucci markalı gün eynəyi məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 və Zərərçəkmiş şəxs1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumkluq ödənilmiş hesab edilir. Hazırda Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 il 11 ay 22 gün müddətinin çəkilmədiyi müəyyən olunur. Məhkəmə, CM-nin 59.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna almasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanı qismən, yəni Zərərçəkmiş şəxs2 ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən isə törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, cinayət nəticəsində vurulmuş maddi ziyanın məbləğlərini nəzərə almaqla yanaşı yuxarıda sadalanan cinayət qanunvericiliyinin normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa da, əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini, habelə həmin əmələ görə müəyyən edilmiş cəzanın çəkilməsi dövründə hazırkı cinayət əməlini törətməsini diqqətə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 11 ay 22 gün müddəti göstərilən qayda ilə hesablanmaqla ona təyin ediləcək ümumi cəzaya hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 09 avqut 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 avqut 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Maddi sübut - "Azerfon" mobil operatoruna məxsus 077-244- 53-20 mobil telefon nömrəsi və l (bir) ədəd "PLUZZ Hero 600S" markalı mobil telefon məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi, eləcə də 2 ədəd 50 qəpiklik, 25 ədəd 20 qəpiklik və 34 ədəd 10 qəpiklikdən ibarət cəmi 9 manat 40 qəpik dəmir pullar, 1 (bir) ədəd "itel" markalı mobil telefon və l (bir) ədəd Cucci markalı gün eynəyi məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs1 tərəfindən vurulmuş ziyana dair mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 11 ay 22 gün müddəti CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - "Azerfon" mobil operatoruna məxsus 077-244- 53-20 mobil telefon nömrəsi və l(bir) ədəd "PLUZZ Hero 600S" markalı mobil telefon məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi, eləcə də 2 ədəd 50 qəpiklik, 25 ədəd 20 qəpiklik və 34 ədəd 10 qəpiklikdən ibarət cəmi 9 manat 40 qəpik dəmir pullar, 1 (bir) ədəd "itel" markalı mobil telefon və l (bir) ədəd Cucci markalı gün eynəyi məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Zərərçəkmiş şəxs1 vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-29/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-29/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver