Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-290/2023 21.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 10:45 xx xxxxxx 1978-ci ildə Lənkəran şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri Cavanşir küçəsi ev 9-da qeydiyyatda olmaqla orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə Lənkəran şəhərində oğurluq, yəni özgənin əmlakının gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin tarixdə saat 19 radələrində qonşuluğunda yaşayan qardaşı arvadı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən evin həyətinə qanunsuz daxil olaraq, həyətdə qoyulmuş hər biri 1x2 m ölçüdə, 1 ədədinin qiyməti 10 manat olmaqla ümumi qiyməti 500 manat olan 50 ədəd dəmir lövhələri, 7 sm diaqonallı 3 metr uzunluğunda qiyməti 8 manat olmaqla ümumi 400 manat olan 50 ədəd dəmir boruları, 1 ədədinin qiyməti 100 manat olmaqla ümumi 200 manat olan 2 ədəd alüminium qazanları, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1100 (min yüz) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, 18 mart 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,513 qram, 0,550 qram, 0, 452 qram, ümumi təmiz çəkisi 1,515 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2023-cü il tarixdə saat 20:30-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Cavanşir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitələrdən inyeksiya üsulu ilə istifadə edir. Tutulmamışdan əvvəl hər gün, narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitə almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Mərhum qardaşı Hidayət Ağayevin həyətindən oğurluq etmək fikrinə düşmüşdür. Mərhum qardaşı Hidayət onun qonşuluqda, ünvan 2-da yaşamışdır. 2022-ci ilin yanvar ayında qardaşı Hidayət vəfat etmişdir. Həmin evdə qardaşı arvadı Zərərçəkmiş şəxs yaşamışdır. Onun yaşadığı evlə qardaşı arvadı Azadənin evin arasında daş hasar vardır. Təxminən 2023-cü ilin fevral ayının sonlarında qardaşı arvadı Azadənin Bakı şəhərinə getdiyi ona məlum olmuşdur. Azadənin evinin həyətində dəmir lövhələr və dəmir borular olduğunu bildiyi üçün onları oğurlayıb satmaq qərarına gəlmişdir. 01 mart 2023-cü il tarixdə saat 19 radələrində gizlincə evdən çıxıb çay kənarı ilə gedib Azadənin həyətinə girmək istəmişdir. Çay kənarı ilə gəlib balaca dəmir məftil çəpərin üstündən keçib Azadənin evinin həyətinə daxil olmuşdur. Evin kənarında daş hasarın dibində meyvə ağaclarının altında dəmir lövhələr (dəmir list) və dəmir borular görmüşdür. Orada kvadrat formada rezinlər də olmuşdur. O həmin boruları və dəmir lövhələri oğurlamaq qərarına gəlmişdir. Orada təxminən 50-yə yaxın dəmir lövhələri və dəmir boruları bir yerə yığmışdır. Lövhələr 1x1 kvadrat metr ölçüdə olmuşdur. Dəmir boruların isə hər biri 7 sm diaqonallı olmaqla 3 metrə yaxın uzunluqda olmuşdur. Dəmir borular köhnə olmuşdur. O, həmin boruları və dəmir lövhələri götürüb gətirib çay kənarına qoymuşdur. Həmin vaxt həyətdə kənarda iki ədəd aliminium qazanları da görüb götürmüşdür. Onların hamısını gətirib çəpərdən çıxarıb çay kənarında qoymuşdur. Daha sonra onları elə həmin gecə daşıyıb evin həyətinə gətirmişdir. Onun bu hərəkətlərini görən olmamışdır. Həmin dəmir lövhələri, dəmir boruları dəmirkəsən mişarla kəsib xırda hissələrə satmaq məqsədilə bölmüşdür. Aliminium qazanları da əzib sıxmışdır. Həmin oğurladığı əşyaları kəsdikdən sonra hissə-hissə satmışdır. Oğurladığı həmin əşyaları küçəsinə gəlib motosikletlə metal qırıntaları alan şəxslərə satmışdır. Onlar bunun oğurluq olduğunu bilməmişlər. Həmin şəxslərin adını və hansı ünvanda yaşadığını da bilməmişdir. Həmin oğurladığı əşyaları hissə-hissə cəmi 300 manata satmışdır. Həmin pulla özünə siqaret və narkotik vasitə alıb istifadə etmişdir. Bu oğurluğu tək etmiş və bu işdə ona kömək edən olmamışdır. Bundan sonra 18 mart 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri “böyük bazar” ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən, 3 bükümdə 10 manata narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin bükümləri əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Narkotik vasitə alandan sonra evə qayıtmışdır. Aldığı narkotik vasitə heroin bükümlərindən birindən az miqdarda götürüb istifadə etmişdir. Qalan narkotik vasitə heroin bükümlərini əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün saat 20 radələrində yaşadığı evin qarşısında küçəyə çıxmışdır. Küçədə təxminən 15-20 dəqiqə qalmış və evə qayıtmaq istəyəndə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demiş və onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O, Lənkəran ŞRPŞ-nin təhqiqatçısı polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya olduğu halda təqdim etsin. O, əynində olan şalvarının sağ yan cibində saxladığı 3 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroin elektron tərəzidə çəkilmuş və çəkisi 1,61 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında tək yaşayır. Üç övladı vardır. Övladları Bakı şəhərində yaşayır. Həyat yoldaşı Hidayət Ağayev vəfat etmişdir. O da hərdən Bakı şəhərinə gedib övladlarına baş çəkir. 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində təxminən 10 gün qaldıqdan sonra Lənkərana evinə gəlmişdir. 09 mart 2023-cü il tarixdə gecə vaxtlarında yaşadığı evə gəlmişdir. 10 mart 2023-cü il tarixdə həyətə düşüb baxanda həyətində qoyduğu 50 ədəd dəmir listin yerində olmadığını görmüş və həmin dəmir listlərin oğurlandığını düşünmüşdür. O, həmin listlərin oğurlanmasında qonşusu və qaynı Təqsirləndirilən şəxs şübhələnmişdir. Çünki Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisidir. Bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün ailəsindən də ayrılmışdır. Cəmil evdə tək yaşamışdır. Cəmilin yaşadığı evlə onun evinin arasında hasar olsa da, evi çay kənarında yerləşdiyi üçün həyətin bəzi yerlərinə məftil çəpər vurulmuşdur. O, evdən çıxıb gedəndə evə nəzarət etməyi heç kimə tapşırmamışdır. Qaynı Cəmil onun evdən çıxıb getməyini bilib, evdə heç kimin olmamasından şübhələnərək həyətindən oğurluq etmişdir. O, həyətindən oğurluq edilməsini bilib DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin gün Lənkəran ŞRPŞ-dən əməkdaşlar gəlib həyətə baxmışlar, şəkillər çəkmişlər. O da həmin gün ərizə vermişdir. Sonra həyətində qoyulmuş 3 metr dəmir boruların da olmadığını görmüşdür. Dəmir boruların uzunluğu 3 metr olmuşdur. Həmçinin, həyətdə kənar da qoyduğu iki ədəd alüminium qazanların da olmadığını görmüşdür. Təqsirləndirilən şəxs həyətindən əşyaları oğurlamaqla ona ümumilikdə 1100 manat ziyan vurmuşdur. Zərərçəkmiş şəxs ifadəsinin sonunda, həmçinin məhkəməyə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantıdır. 18 mart 2023-cü il tarixdə Lənkəran şəhəri, Cavanşir küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 18 mart 2023-cü il tarixli qərara əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 18 mart 2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Cavanşir küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələri üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onu Lənkəran ŞRPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 3 ədəd sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa heç bir qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroindir və özünə məxsusdur, narkotik vasitəni Lənkəran şəhəri “böyük bazar” ərazisində tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün almış, bundan başqa Lənkəran şəhəri Cavanşir küçəsində yaşayan qardaşı arvadı Azadəyə məxsus fərdi yaşayış evinin həyətindən oğurluq etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,61 qram olmuşdur. Sonra həmin narkotik vasitə olan heroinə bənzər kütlələr bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 18 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 4ünvanının həyətində oğurluq hadisəsi baş vermiş və oradan dəmir lövhələr, dəmir borular və alüminium qazanlar oğurlanmışdır. 18 mart 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən üç bükümdə ümumi 1,61 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin narkotik vasitənin özünə məxsus olduğunu, tanımadığı şəxsdən 10 manata alaraq istifadəsi üçün üzərində saxladığını və Lənkəran şəhəri, Cavanşir küçəsində yaşayan qardaşı arvadı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən 50 ədəd dəmir lövhələri və 50 ədəd dəmir borunu oğurladığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 19 mart 2023-cü il tarixli, 19/321 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,513 qr; - 0,550 qr; -0,452 qram: ümumi təmiz çəkisi -1,515 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 25 may 2023-cü il tarixli, 561 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin verdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 1 ədəd, 1 m2 ölçüdə, istifadə olunmuş, dəmir lövhənin qiyməti 10 manatdır. Qeyd olunmuş 1 ədəd, 7 sm diaqonallı 3 metr uzunluğunda dəmir borunun qiyməti 8 manatdır. Qeyd olunmuş 1 ədəd, alüminium qazanın qiyməti 100 manatdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağayev X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 19 gün azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-08/2021 saylı, 19 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, ona təyin edilmiş 1 il 2 ay 19 gün azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 mart 2023-cü il tarixli, 4(049)-94/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 mart 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üç ədəd bükümdə ümumi çəkisi 1,515 qram narkotik vasitə heroin, şəxsi axtarış istintaq hərəkətinin görüntüsü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış üç ədəd bükümdə 1,365 qram çəkidə narkotik vasitə heroinin sübutları saxlama kamerasına təhvil verilməsi, 1 ədəd DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X2 şəhəri, Cavanşir küçəsi ev 9 ünvanında tək yaşamışdır. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Lənkəran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12ci, əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsini nəzərə alaraq hesab edir ki, ona CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 mart 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış üç ədəd bükümdə 1,365 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut 3 ədəd bükümdə 1,365 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarışın görüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-290/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-290/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver