Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-291/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:57 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni tanışı Zərərçəkmiş şəxs 50 manat pul borcunu ondan geri istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağ göz nahiyəsinə yumruqla vurmaqla ona- sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları- gözaltı nahiyəsində qançırdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə onun barəsində Lənkəran ŞRPŞ-nə ərizə ilə etdiyi müraciətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs dostudur, onu uşaqlıqdan tanıyır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Farizə zəng edərək evdə tək olduğunu, evdə ürəyi sıxıldığını bildirmiş və onlara gəlməsini istəmişdir. Biraz müddət keçdikdən sonra Zərərçəkmiş şəxs təxminən saat 16 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78, bina 7, ev 33 ünvanında yerləşən yaşadığı evə gəlmişdir. İçəri keçmiş, Fariz qonaq otağında oturmuşdur. Biraz keçdikdən sonra Fariz ondan 50 manat pul borcunu ger qaytarmasını istəmiş, o da həmin vaxt Farizə bildirib ki, hal-hazırda pulu yoxdur, kasıbçılıqdı olanda verəcək. Fariz ona əsəbiləşərək üzərinə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. O da Farizə əsəbiləşərək yumruqla Farizin sağ göz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Fariz yaşadığı ünvanı tərk etmişdir. Münaqişə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Onlar arasında olan münaqişə ünvan 3 ünvanında yaşadığı evin qonaq otağında baş vermişdir. Həmin vaxt evdə başqa kimsə olmamışdır. Münaqişə baş verən zaman o, Farizə əsəbiləşərək yumruqla onun sağ göz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, onu çoxdan tanıyır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Qabil ona zəng edərək evdə tək olduğunu, evdə ürəyi sıxıldığını, söhbət etyməyə adam axtardığını bildirərək onlara gtməsini istəmişdir. Biraz müddət keçdikdən sonra saat 16 radələrində Qabilin yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78 ünvanında yerləşən yaşadığı evə qonaq getmişdir. Qabil onu qarşılamış və qonaq otağına dəvət etmişdir. Biraz keçdikdən sonra o, Qabildən ona olan 50 manat borcunu geri qaytarmasını istəmiş, Qabil də həmin vaxt ona bildirib ki, hal-hazırda pulu yoxdur, kasıbçılıqdı olanda verəcək. O da Qabilə əsəbiləşərək üzərinə getmiş və bir-birilə mübahisə etməyə başlamışlar. Bu zaman Qabil ona əsəbiləşmiş və “Olanda verecəm də”- ifadəsini işlədərək yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Qabilin yaşadığı ünvanı tərk etmişdir. Münaqişə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Aralarında olan münaqişə ünvan 3 ünvanında yerləşən Qabilin yaşadığı evin qonaq otağında baş vermişdir. Həmin vaxt evdə başqa kimsə olmamışdır, lakin o, evdən çıxdıqdan sonra hadisəni və Təqsirləndirilən şəxs onu döydüyünü şəhərdə rastlaşdığı tanışı olan Şahid danışmışdır. Aralarında münaqişə baş verən zaman Qabil onun üzərinə gələrək yumruqla sağ göz nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78, bina 7, ev 33 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 483 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları- gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-291/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-291/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver