Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-292/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Liman şəhəri X4 küçəsi ev 72-də qeydiyyatda olmaqla Lənkəran rayonu Liman şəhəri Mais İbayev küçəsi ev 120-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin mart ayının ortalarında, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd sellofan bükümdə, eyni tərkibli, ayrıayrılıqda təmiz çəkiləri 0,266 qram, 0,232 qram, ümumi təmiz çəkisi 0,498 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 mart 2023-cü il tarixdə saat 17 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Balıqçılar qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin ünvanı ünvan 1 və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, iş yeri yoxdur, iş olan zaman fəhləliklə məşğul olur və bu yolla ailəsini dolandırır. Evdə ondan başqa işləyən yoxdur. Anası ürək xəstəsidir, atası isə ahıl yaşdadır. Təxminən, 3 ay olar ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Bir dəfə istifadə edəndən sonra aludəçisi olmuş və tərgidə bilməmişdir. Psixotrop maddəni Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə şəxsiyyəti barədə hər hansı bir məlumata malik olmadığı şəxsdən alır. 16 mart 2023-cü il tarixdə, səhər saatlarında həmin ünvana gedib bir neçə dəfə psixotrop maddə aldığı şəxsdən öz istifadəsi üçün 2 ədəd bükümdə metamfetamin almış və ağrıları olan zaman qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Lənkəran rayonu, Balıqçılar qəsəbəsində piyada hərəkətdə olarkən tanımadığı üç nəfər şəxs ona yaxınlaşıb özlərini X5 əməkdaşı kimi təqdim edərək X5 inzibati binasında şəxsi axtarış keçirilməli olduğunu deyib onu Liman polis bölməsinə dəvət etmişlər. İnzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının sağ yan cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ X5 cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 120-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib həm saxlaması, daşıması, həm də istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları əldə etmişdir. Həmin məlumatların dəqiqliyini bir neçə mötəbər mənbədən yoxlayandan sonra onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmək üçün bölmə rəhbərliyinə müraciət etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayətkar əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun rəhbəri məlumat sahibi kimi o təyin olunmuş, qrup üzvləri isə bölmənin polis nəfərləri Şahid3 və Şahid2 olmuşdur. 16 mart 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olan zaman polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Özünü polis əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlamış, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Qeyd edilən predmetlərdən başqa sonuncu üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə psixotrop maddə var, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat qarşılığında almış və üzərində saxlamışdır. Bundan sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ Liman polis bölməsində polis nəfəri vəzifəsində işləyir. 16 mart 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Özünü polis əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlamış, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Qeyd edilən predmetlərdən başqa sonuncu üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə psixotrop maddə var, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat qarşılığında almış və üzərində saxlamışdır. Bundan sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış cinayət işinin 80-82-ci vərəqlərində olan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ Liman polis bölməsində polis nəfəri vəzifəsində işləyir. 16 mart 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Özünü polis əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlamış, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Qeyd edilən predmetlərdən başqa sonuncu üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə psixotrop maddə var, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat qarşılığında almış və üzərində saxlamışdır. Bundan sonra protokol tərtib edilmiş və imzalanmışdır. Cinayət işinin 27-28-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 16 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 0,6 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Cinayət işinin 29-cu vərəqində olan və məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş videoçəkilişdən də görünür ki, 16 mart 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 0,6 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Cinayət işinin 41-44-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli 19/313 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,266 qram, 0232 qram, ümumi təmiz çəkisi 0,498 qram olan ağ rəngli kristal formada olan maddələr metamftamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 65-ci vərəqində olan və məhkəmədə elan olunaraq məhkəmənarkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 83-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,498 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,398 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmışdır Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi 0.498 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 59-61-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 mart 2023-cü il tarixli dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 17.30-dan 18.10-dək Lənkəran ŞRPŞ-nin MSY-də təqsirləndirilən şəxs qismində ifadə vermişdir. Cinayət işinin 76-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 72-73-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Məcidli X2 rayonu, Liman şəhəri, M.Ə.Rəzulzadə küçəsi, ev 72-da atası (işləmir), anası (evdar qadın), arvadı (işləmir) və xx.xx.2019-cu il təvəllüdlü uşağı ilə birlikdə yaşayır, yaşadığı dövrdə barəsində heç bir şikayıt olmamışdır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində bir nəfər azyaşı uşağının olmasını, ailəsinin qazanc gətirən yeganə şəxsi olması, habelə məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, habelə əldə olunmuş narkotik vasitənin miqdarını, yəni qanunda həmin miqdarda nəzərdə tutulmuş istehlak miqdarından az miqdarda çox olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ailə vəziyyətini, nəzərə alaraq hesab edir ki, narkomaniyadan müalicəsi azadlıqda olduğu təqdirdə daha effektiv ola bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 17.30-da faktiki olaraq azadlığının məhdudlaşdırılmasını və 17 mart 2023-cü il tarixdə, saat 18.10-dək Lənkəran ŞRPŞ MSY-də ifadə verməsini və MSY-dən azad olunması vaxtının qeyd edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma müddəti iki gün müəyyən edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.398 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 310 saylı rəyini nəzərə almaqla CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmaalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamiinin 0,398 qram qalığı məhv edilsin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-292/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-292/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver