Məhkəmə qərarları › İş №1(049)-294/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-294/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-294/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 25 iyul 2023-cü il tarixdə, saat 15.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovunun tələbləri”nin 2 və 5 ci maddələrində nəzərdə tutulmuş tələbləri, yəni, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən, hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması və 01 may-30 iyun tarixləri arasında Xəzər Dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq ovunun qadağan olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə 14 may 2023-cü il tarixdə, saat 02 radələrində Masallı rayonu Qızılağac kəndi ərazisindən keçən kanal vasitəsilə “Qızılağac Milli Parkı”nın Lənkəran rayonu sahil ərazisi hesab olunan Kiçik Körfəz su sahəsinə 1 ədəd alüminium materialdan olan qayıqla daxil olaraq uzunluğu 20 metr, eni 2 metr, gözlərinin ölçüsü 45x45 mm olan 1 ədəd tordan istifadə etməklə həmin gün saat 06 radələrinə qədər qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən, hər biri 22 manat təşkil edən və Milli Parklarda və ya xüsusi mühafizə olunan təbiət ərazisində baş verməsi səbəbindən 3 qatına vurulması yolu ilə hesablanan, 16 ədəd çəki balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1056 manat ziyan vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək və ona qarşı qaldırılmış mülki iddianı qəbul edərək göstərmişdir ki, heç bir yerdə işləmir. Ailəsini dolanışığını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə gecə Qızılağac Milli Parkına alüminium qayıqla daxil olub jilka torundan istifadə etməklə balıq tutmuşdur. Balıq tutduğu müddət ərzində çəki balığı növünə aid balıqlar tutmuşdur. Səhər, saat 06 radələrində X10 İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onun balıq ovlamağa rəsmi icazəsi olmadan balığ ovladığını bilib ona məxsus 1 ədəd qayığı, 1 ədəd avar, 1 ədəd toru və oradan tutduğu 16 ədəd çəki balıqlarını maddi sübut kimi götürmüşlər. Baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və onlar imza etmişdirlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi onun səmimi etirafı, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı X4 göstərmişdir ki, o, Qızılağac Milli Parkında böyük elmi işçisi işləyir. xx.xx.2023-cü il tarixdə Su NPİ-nin Lənkəran xətt polis şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının ərazisində olan Kiçik körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs Kiçik körfəz su sahəsində 1 ədəd “Vixr-3” tipli mühərriklə təchiz olunmuş, alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 1 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor ilə 16 ədəd çəki balıqları tutarkən saxlanılması barədə məlumatı vardır. Lənkəran XPŞ-də qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış, buna görə də Qızılağac Milli Parkının verdiyi iddia ərizəsində göstərilmiş 1056 manat ziyana görə mülki iddianı müdafiə və onun təmin olunmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, səhər saat 06 radələrində Su NPİnin Lənkəran xətt polis şöbəsinin polis nəfərləri polis serjantı Şahid2 və X5 ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz balıq tutduğunu aşkar etmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 1 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış tor, həmin tor vasitəsilə tutduğu 16 ədəd çəki balıqları aşkar etmişdirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş balıqovlama vasitələrini və Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu balıqlarını hadisə yerində sənədləşdirmə işləri aparmaq üçün şərait olmadığından onu Lənkəran xətt polis şöbəsinə dəvət etmişdirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs izah etişmişdir ki, qida ehtiyacını ödəmək üçün 16 ədəd çəki balıqlarını Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid2 Şahid1 ilə oxşar ifadə verərək sonuncunun ifadəsində göstərilənlər xüsusatları təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran XPŞ-nin məsul növbətçisi, polis mayoru İlkin Əliyev tərəfindən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 1 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor və 16 ədəd çəki balıqları aşkar edilərək götürlümüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 14 may 2023-cü il tarixli müətəxəssis rəyindən görünür ki, Lənkəran xətt polis şöbəsi əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Qızılağac Milli Parkın Kiçik körfəz ərazisində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 16 ədəd balıqlara baxış keçirilmişdir. Müəyyən edlmişdir ki, Təqsirləndirilən şəxs 16 ədəd çəki tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd çəki üçün ziyanın miqdarı şərti maliyyə vahidinin (1,10) 10 əmsalına vurulması yolu ilə heasablanır. 1 (bir) ədəd çəki 1,10 man x 20 misli =22,00 manat, 16 (on altı) ədəd çəki balığı x 22manat=352,00 manat. Milli parklarda və ya xüsusi mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanır 352,00 manat x 3 qat=1056,00 manat (bir min iyirmi üç) manat təşkil edir. Məhkəmədə müəyyən olundu ki, aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 1 ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor, 16 ədəd çəki balıqları maddi sübut kimi tanınmış, aşkar edilərək götürülmüş 16 ədəd çəki balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixli, № 14 saylı mədaxil qəbzi ilə "xxxx" MMC-nə təhvil verilməsi və balıqovlama vasitəsi hesab edilən 1 ədəd alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 1 ədəd jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor isə Su NPİ-nin Lənkəran XPŞ-nin məsul növbətçisi, polis mayoru İlkin Əliyev tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli, 3-14-21/2-400/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixə kimi X2 Xidməti tərəfindən Masallı rayonu, Qızılağac kənd sakini Təqsirləndirilən şəxs balıq və digər bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş “Maddi sübut kimi tanıma və məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə etmə haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd alüminium materialdan hazılranmış qayıq, 1 ədəd avar, 1ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor və 16 ədəd çəki balıqları maddi sübut kimi tanınmış və məhkəməyədək sadələşədirilmiş icraat materialına əlavə edilmiş, ondan götürlümüş 16 ədəd çəki balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixli, 14 saylı mədaxil qəbzi ilə "xxxx" MMC-nə təhvil verilmiş, balıqovlama vasitəsi hesab edilən 1 ədəd alüminium materialdan hazılranmış qayıq, 1 ədəd avar, 1ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor isə Su NPİ-nin Lənkəran XPŞ-nin məsul növbətçisi, polis mayoru İlkin Əliyev tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 256.2.3-cü maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə ona təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ilk dəfə cinayət törəməsini, məsuliyyətini yüngülləşdirici halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Zərərçəkmiş şəxs Qızılağac Milli Parkı cavabdeh Təqsirləndirilən şəxs qarşı 1056 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs iddianı etiraf etməsi təsdiq olunmalı və iş üzrə 1056 manat mülki iddia təmin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 16 ədəd çəki balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Su NPİ-nin Lənkəran XPŞ-də saxlanılan 1 ədəd alüminium materialdan hazılranmış qayıq, 1 ədəd avar, 1ədəd jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor Zərərçəkmiş şəxs X7 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil veriməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə Su NPİ-nin Lənkəran XPŞ-də saxlanılan 1 ədəd alüminium materialdan hazırlanmış qayıq, 1 ədəd avar, 1ədəd, jilka adlanan sintetik sapdan hazırlanmış, uzunluğu 20 metr, eni 2 metr olan, gözlərinin ölçüsü 45x45 mm olan tor Zərərçəkmiş şəxs X7 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 16 ədəd çəki balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1056 manat alınıb Zərərçəkmiş şəxs Qızılağac Milli Parkının hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar