Məhkəmə qərarları › İş №1(049)-297/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-297/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-297/2023 13.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 1(049)-227/2020 №-li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan və barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 mart 2023-ci il tarixdə Lənkəran şəhəri «Kiçik Bazar» adlanan ərazidən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) bükümdə, ümumi təmiz çəkisi 8,875 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış DİN-in Baş Narkotiklə Mübarizə İdarəsiniun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının 31 mart 2023-cü il tarixdə saat 09:25-də Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq regional polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümdə narkotik vasitə tiryək sellofan kəsiyinə bükülmüş halda əynində olmuş gödəkçənin sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 5 ildən çoxdur ki, müxtəlif narkotik vasitə tiryəkdən istifadə edir. Narkotik vasitələrə aludəçiliyi o həddədir ki, qəbul etmədiyi vaxtlarda bədənində şiddətli ağrılar olur. Narkotik vasitələrə olan tələbatını ödəmək üçün Lənkəran şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən narkotik vasitələr qəbul edirə. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 28 mart 2023-cü il tarixdə saat 20 radələrində narkotik vasitə tiryək almaqdan ötrü Lənkəran şəhəri “Kiçik Bazar” adlanan ərazisində yerləşən çayxanaya tərəf getmişdir. Bu zaman həmin ərazidə əvəllər də narkotik vasitə tiryək aldığı “Dədə” adı ilə tanıdığı şəxsi görmüşdür. “Dədə” adlı yaşlı kişiyə yaxınlaşıb ondan istifadəsi üçün narkotik vasitə tiryək olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə tiryək çıxarıb onları 50 manata satdığını demişdir. O da həmin şəxsə üzərində olan cəmi 50 manat pulu verib, tiryək bükümünü ondan alıb, oradan uzaqlaşıb yaşadığı evə tərəf piyada yola çıxmışdır. Aldığım tiryəkdən bir neçə dəfə qəbul etmişdir. 31 mart 2023-cü il tarixdə saat 09 radələrində aldığı tiryəkdən qəbul etmək üçün yaşadığı evdən çıxıb Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ilə hərəkətdə olan zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirib, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduğunu bildirib, onu Lənkəran şəhəri, P.Təhməzov küçəsi ev 8-də yerləşən regional şöbənin inzibati binasına gətirmişlər. Regional şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmiş, müdafiəçimin iştirakı ilə üzərində şəxsiaxtarış aparmağa başlamışlar. Üzərinə şəxsi-axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu zaman onda “Dədə” adı ilə tanıdığı şəxsdən 50 manata istifadəsi üçün aldığı və üzərində saxladığı 1 ədəd bükümdə narkotik vasitə tiryəkin polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində cibindən aşkar ediləcəyini bilib, həmin bükümü əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etmiş, sonra həmin cibdən “Tecno Pova” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi bükümündə narkotik vasitə tiryək saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 1 bükümdə tiryək elektron tərəzidə çəkilmiş, çəkisi 9,22 qram olmuşdur. Sonra aşkar olunmuş 1 bükümdə tiryəki ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərflərin üstünü o və müdafiəçisi İntiqam Hüseynov tərəfindən imzalanmışdır. Sonra mobil telefon iş üçün əhəmiyyət daşıdığı üçün təhqiqatçı tərəfindən götürülmüşdür.Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş keçirilməklə aparılmışdır. Axtarış aparılması barədə protokol tərtib olunaraq onlara elan olunmuş və həmin protokol o və başqa iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X6 barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqla gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən regional şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, ondan və polis baş leytenantı X1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. 31 mart 2023-cü il tarixdə, saat 09:25 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yaşadığı evin yaxınlığında küçədə, piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduğunu təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına dəvət etmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş və bu təklifədn sonra o da, əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefon və bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olmasını bildirmişdir. Həmin maddələri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində yerləşən çayxanadan “Dədə” adlı şəxsdən şəxsi istifadəsi 50 manata şəxsi istifadəsi üçün almış və iki dəfə həmin maddədən qəbul etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryək elektron tərəzidə çəkilmiş və aşkar edilmiş büküm məhkəmə kimyəvi-ekspertizaya göndərilməsi məqsədilə zərflə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barərə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki Lənkəran şəhəri “Kiçik Bazar” ərazisindən “Dədə” adlı şəxsdən şəxsi istifadə məqsədilə əldə etməsi barədə əməliyyat məlumatları olduğunu və “Dədə” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbilərin davam etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ev 110-da qeydiyyatda olan və yaşayan X6 barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqla gəzdirməsi ilə məşğul olmasıyla bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən regional şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, regional şöbənin əməliyyat məkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı X1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Belə ki, Şəhriyar Hüsyenovu əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmayıb. İşin mahiyyəti üzrə bildirmişdir ki, 31 mart 2023-cü il tarixdə, saat 09:25 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yaşadığı evin yaxınlığında küçədə, piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduğunu təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində X7 şəhəri P.Təhməzov küçəsi 8-də yerləşən inzibati binasına dəvət etmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş və bu təklifədn sonra o da, əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefon və bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olmasını bildirmişdir. Həmin maddələri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində yerləşən çayxanadan “Dədə” adlı şəxsdən şəxsi istifadəsi 50 manata şəxsi istifadəsi üçün almış və iki dəfə həmin maddədən qəbul etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryək elektron tərəzidə çəkilmiş və çəkisi 9,22 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş büküm məhkəmə kimyəvi-ekspertizaya göndərilməsi məqsədilə zərflə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barərə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını. Onun üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki Lənkəran şəhəri “Kiçik Bazar” ərazisindən “Dədə” adlı şəxsdən şəxsi istifadə məqsədilə əldə etməsi barədə əməliyyat məlumatları olduğunu və “Dədə” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbilərin davam etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 31 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olmuş gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər bir ədəd sellofan bükümü təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 1 ədəd bükümün içərisində narkotik vasitə tiryək olduğunu, istifadəsi üçün saxlanılmamışdan 2-3 gün öncə Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində “Dədə” adlı şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Toğrul Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə narkotik vasitə tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2023-cü il tarixli 19/186 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs təqdim edtiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -8,875 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatı üçün 0,05 qram tiryək istifadə edilmiş, 8,825 qram tiryək qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cüil tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından və Lənkəran rayon məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 1(049)-227/2020 nömrəli hökmünün surətindən görünür ki, Hüseynov X5 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 69.3 və 306.1-ci maddələri ilə təqsirli bilinib, 11 (on bir) ay 28 iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Maddi sübut kimi tanınma haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 8,825 qram çəkidə narkotik vasitə tiryək, 1 (bir) bükümdə, ümumi təmiz çəkisi 8,875 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və şəxsi axtarış zamanı videoçəkilişə dair CD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyət 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xasiyyətnamə və Arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri 11,05,2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-111/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 mart 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalından dərhal həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 8,825 qram çəkidə narkotik vasitə tiryək məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 8,825 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar