Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-298/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:20 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovunun tələbləri”nin 2, 4 və 5 ci maddələrində nəzərdə tutulmuş tələbləri, yəni, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca ov alətindən istifadə olunması, ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçü cədvəlinə əsasən şamayı balığı üçün 19 sm-dən böyük, qarasol balığı üçün 17 sm-dən böyük olması və 01 may-30 iyun tarixləri arasında Xəzər Dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq ovunun qadağan olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə 18 may 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran çayının Lənkəran rayonu Sütəmurdov kəndi ərazisindən keçən gəlib, 1 ədəd kapron sapdan toxunmuş, ovalvari olan, dəstəyinin uzunluğu 3.62 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.04 metr, gözlərinin ölçüsü 16x16 mm olan 1 ədəd domcadan istifadə etməklə həmin gün saat 15 radələrinə qədər qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən, hər biri 19 sm-dən kiçik olan və 33 manat təşkil edən 23 ədəd şamayı balıqlarını, hər biri 17 sm-dən kiçik olan və 11 manat təşkil edən 24 ədəd qarasol balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1023 manat ziyan vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmiş əməli törətmiş şəxs hesab edilmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir. Balıqçılıqla məşğul olmur. xx.xx.2023-cü il tarixdə qida ehtiyacını ödəmək üçün saat təxminən 12:00 radələrində Lənkəran rayonu Sütəmurdov kəndindən keçən Lənkəran çayına balıq tutmaqdan ötrü getmişdir. O, çayda balıq tutmaqdan ötrü 1 ədəd ovalvari olan, kapron sapdan toxunmuş, “domca” adlanan balıq tutma vasitəsindən istifadə etmək niyyətində olmuşdur. Həmin zaman saat təxminən 15:00 radələrinə qədər balıq tutmaqla məşğul olmuş və şamayı ilə qarasol növündən balıqlar tutmuşdur. Saat təxminən 15:00 radələrində 2 nəfər şəxs ona yaxınlaşaraq Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Sorğu zamanı bildirmişdir ki, balıq ovlamağa rəsmi icazəsi yoxdur. Qida ehtiyacını ödəmək üçün Lənkəran çayının Lənkəran rayon Sütəmurdov kəndindən keçən hissəsində 1 ədəd domca adlanan balıqovlama vasitəsilə qanunsuz balıq ovu etmişdir. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsini və Lənkəran çayının Lənkəran rayon Sütımurdov kəndindən keçən hissəsində tutduğu balıqları aşkar etmişdirlər. Polis əməkdaşları ondan Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə o, etiraz etməmişdir. O, Lənkəran çayının Lənkəran rayon Darquba kəndindən keçən hissəsində tutduğu balıqların 23 ədədi şamayı, 24 ədədi isə qarasol balıqları olmuşdur. Polis əməkdaşları tərəfindən ondan 1 ədəd domca və icazəsiz tutduğu 23 ədəd şamayı və 24 ədəd qarasol balıqlarını maddi sübut kimi götürülmüşdür. Maddi imkanı olmadığından ona qarşı irəli sürülmüş mülki iddia üzrə 1023 manat pulu tam şəkildə ödəyə bilmir və həmin maddi ziyanı hissə-hissə ödəyəcəkdir. Həmçinin təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərəçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Su NPİnin Lənkəran xətt polis şöbəsinin əməkdaşlarının Lənkəran çayının Lənkəran rayonu Sütəmurdov kəndi ərazisindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Lənkəran çayının Lənkəran rayonu Sütəmurdov kəndi ərazisindən keçən hissəsində 1 ədəd ovalvari olan, kapron sapdan hazırlanmış, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm “domca” adlanan balıq tutma vasitəsi ilə 23 ədəd şamayı və 24 ədəd qarasol balığı tutarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs bu əməli ilə təbiətə 1023 manat məbləğində maddi ziyan vurmuşdur. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi iddia ərizəsində göstərilmiş 1023 manat ziyana görə mülki iddianı müdafiə edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, X7 İdarəsinin Lənkəran xətt polis şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Su NPİ-nin Lənkəran xətt polis şöbəsinin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Lənkəran çayının Lənkəran rayon Sütəmurdov kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən yaxınlaşmışdırlar. Həmin zaman özlərini təqdim edərək Su NPİ-nin Lənkəran XPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişdirlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm. “domca” adlanan balıq tutma vasitəsi, həmin ekran vasitəsilə Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndindən keçən hissəsində qanunsuz tutduğu 23 ədəd şamayı və 24 ədəd qarasol balıqları aşkar etmişdirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş balıqovlama vasitəsini və Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndindən keçən hissəsində qanunsuz tutduğu balıqlarını hadisə yerində sənədləşdirmə işləri aparmaq üçün şərait olmadığından onu Lənkəran xətt polis şöbəsinə dəvət etmişdirlər. Sorğu zamanı bildirmişdir ki, qida ehtiyacını ödəməkdən ötrü üçün 23 ədəd şamayı və 24 ədəd qarasol balıqlarını Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndindən keçən hissəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri polis serjantı X1 Həxiyev ilə eyni məzmunlu ifadə vermişdir. Baxış keçirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmiş baxış protokoluna əlavə edilmiş DVD diskdən müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsi, 23 ədəd şamayı və 24 ədəd qarasol balıqları aşkar edilərək götürlümüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-424/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi X2 Xidməti tərəfindən ünvan 1 ünvanında Təqsirləndirilən şəxs balıq və digər bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsi, 23 ədəd şamayı və 24 ədəd qarasol balıqları maddi sübut kimi tanınmış, aşkar edilərək götürlümüş 23 ədəd şamayı və 24 ədəd qarasol balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixli , № 18 saylı mədaxil qəbzi ilə "xxxx" MMC-nə təhvil verilmiş və balıqovlama vasitəsi hesab edilən 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsi isə saxlanması üçün Su NPİ-nin Lənkəran XPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsi saxlanması üçün Su NPİ-nin Lənkəran XPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan balıq qəbulu haqqında xx.xx.2023-cü il tarixli 18 saylı qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 23 ədəd şamayı və 24 ədəd qarasol balıqları "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli mütəxxəsis rəyindən görünür ki, təqdim olunmuş 47 (qırx yeddi) ədəd balıqlara baxış keçirilmiş, balıqlardan 23 (iyirmi üç) ədədi şamayı, 24 (iyirmi dörd) ədədi isə qarasol növünə aiddir. 23 (iyirmi üç) ədəd şamayı və 24 (iyirmi dörd ) ədəd qarasol növlü balığa görə təbiətə vurulmuş ziyanın məbləği aşağıdakı kimi hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarına əsasən 1 ədəd şamayı növlü balığa görə təbiətə vurulmuş ziyanın məbləği 33,00 manat və 1 ədəd qarasol növlü balığa görə təbiətə vurulmuş ziyanın məbləği 11,00 manat təşkil etdiyindən şamayı 23 ədəd x 33,00 =759,00 manat, qarasol 24 ədəd x11 manat=264,00manat. Cəmi ziyan 1023,00 manatdır. Beləliklə 23 ədəd şamayı və 24 ədəd qarasol növlü balıqlara görə təbiətə vurulmuş ziyanın ümumi məbləği 1023,00 manat təşkil edir. Belə olan halda dəymiş ziyan 1023 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” barədə qaydaların 10-cu bəndində göstərilmişdir ki, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd şamayı balığına vurulmuş ziyanın məbləği - 33 manat, bir ədəd qarasol balığına vurulmuş ziyanın məbləği – 11 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Muradov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Beləliklə sadalananlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur və o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından xasiyyətnamədə görünür ki, Muradov X3 şəhəri, B.Mirsalayev küçəsi ev 46 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, bunu tamamlayan zərərçəkmiş şəxsin münayəndəsi və şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 256.1-ci maddələrinə görə; 256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1023 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı qaldırılmış mülki iddianı etiraf edərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün həmin məbləğdən heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, 23 ədəd şamayı və 24 ədəd qarasol balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, həmçinin 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Maddi sübut kimi tanınmış 1 ədəd, ovalvari olan, kapron sapdan toxunmuş, dəstəyinin uzunluğu 3.65 metr, diametri bir tərəfdən 2.04 metr, digər tərəfdən 1.13 metr, gözlərinin ölçüsü 16x16 mm olan “domca” adlanan balıq tutma vasitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 23 ədəd şamayı və 24 ədəd qarasol balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 1.023 (bir min iyirmi üç) manat manat məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-298/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-298/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver