Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-30/2024 02.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1962-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin 1(049)-141/2019 saylı, 01 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2800 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 7(049)-83/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qərarına cərimə cəzası 320 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 14 aprel 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında Lənkəran rayonunda dəqiq müəyyən edilməyən vaxtda və mənbədən xeyli miqdarda - 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,462 qram, -0,276 qram, -0,260 qram, -0,305 qram, ümumi təmiz çəkisi -1,303 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 07 aprel 2023-cü il tarixdə, saat 15:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Qala Xiyabani küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibində olan siqaret qutusunun içərisindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ildir ki, kakos deyilən narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən almışdır. 07 aprel 2023-cü il tarixdə kakos deyilən narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhəri, kiçik bazar tərəfə getmiş və üzdən tanıdığı Akif adlı şəxslə rastlaşmış, ondan 20 manata dörd bükümdə heroin almış və üzərində saxlamışdır. 07 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu deyib və onu polis şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynindəki gödəkçənin sağ yan cibindən içərisində dörd ədəd narkotik vasitə heroin bükümü olan siqaret qutusunu təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nın NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur, onunla birlikdə polis sahə rəisi Şahid2 və polis nəfəri Şahid3 tədbirin keçirilməsində iştirak etmişdirlər. 07 aprel 2023cü il tarixdə axşam saat 15:45 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şərifov X1 şəhəri, Qala Xiyabanı küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən siqaret qutusunun içərisində dörd ədəd sellofana bükülmüş kütlələr təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində Akif şəxsdən ümumilikdə 20 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisidir. 07 aprel 2023-cü il tarixdə axşam saat 15:45 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən siqaret qutusunun içərisində dörd ədəd sellofana bükülmüş kütlələr təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində Akif şəxsdən ümumilikdə 20 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin polis nəfəridir. 07 aprel 2023-cü il tarixdə axşam saat 15:45 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən siqaret qutusunun içərisində dörd ədəd sellofana bükülmüş kütlələr təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində Akif şəxsdən ümumilikdə 20 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 29-31-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 07 aprel 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindəki gödəkçənin sağ yan cibindən 04 ədəd bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 1,44 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində Akif şəxsdən ümumilikdə 20 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 38-40-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 08 aprel 2023-cü il tarixli 19/430 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,462 qram, -0,276 qram, -0,260 qram, -0,305 qram, ümumi təmiz çəkisi -1,303 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Tədqiqatdan sonra qalıq 1.103 qram olmuşdur. Cinayət işinin 91-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 06 iyul 2023-cü il tarixli, 697 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 12-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə saat 15.45-də saxlanılmış, həmin gün saat 16:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2023cü il tarixdə saat 15:40-da saxlandığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 76-cı vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 18:00-da Lənkəran şəhəri ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Cinayət işinin 79-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsin tutulmadan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 19:40-da tutulmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-86-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Maddi sübut kimi tanıma haqqında” 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümdə 1,303 qram çəkidə narkotik vasitə - heroin və 1 ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitənin ekspertizadan sonra qalıq qalmış 1,103 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd CD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin 105-106-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Şərifov X1 şəhəri, Ş.Zahid küçəsi ev 10 ünvanında tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 83-cü sırasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasiitə heroinin miqdarı 1.303 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 98-100-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 1(049)-141/2019 saylı, 01 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 102-103-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 7(049)-83/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-141/2019 saylı, 01 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2800 manat cərimə cəzası 320 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 101-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, ona təyin edilmiş 320 saat ictimai işlər cəzasını tam çəkib qurtarmış və xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli qaəraında müəyyən edilmişdir ki, CM-nin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 07 aprel 2023-cü il tarixdə onun Lənkəran Rayon Məhkəməsinin 1(049)-141/2019 saylı, 01 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və Lənkəran Rayon Məhkəməsinin 7(049)- 83/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qərarı ilə ictimai işlər cəzası ilə əvəz edilmiş cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Şərifov X1 Rayon Məhkəməsinin 1(049)-141/2019 saylı, 01 avqust 2019-cu il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Buna görə və CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək tutulduğu 2 gün və axtarışda olan şəxs kimi saxlanıldığı 19 iyun 2023-cü il tarixdə 18.00-dan 19.40-dək olan müddət bir gün qəbul edilməklə ümumulikdə 3 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılmalı, habelə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesabllanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 06 iyul 2023-cü il tarixli, 697 saylı rəydinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.103 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 07 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək, həmçinin 19 iyun 2023-cü il tarixdə tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 1 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,103 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-30/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-30/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver