Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-30/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, deməsinə görə fərdi əmək - küçə ticarəti ilə məşğul olan, xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 12 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 22 avqust 2024-cü il tarixdə, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-1,645 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 13 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin və narkotik vasitənin satışında vasitə kimi istifadə etdiyi üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada zor və hədə-qorxu tətbiq edilmədiyini bildirib ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ondan aşkar olunmuş tərəzi və heroin onun özünə məxsusdur. Tutulduğu zaman üstündə çanta da olmuşdur. Belə ki, o, küçə ticarəti ilə məşğul olur və müxtəlif növ gümüş məmulatlarını çantasına yığaraq onların satışı ilə məşğul olur. Satdığı gümüş məmulatlarının çəkisini müəyyən etmək məqsədilə həmişə çantasında tərəzi daşımışdır. Əməliyyatçılar birinci dəfə onu çəkilişdən yarım saat əvvəl saxlayaraq polis şöbəsinə gətirmişlər. Həmin zaman əlində həmin çanta, içərisində elektron tərəzi, cibində isə heroin olmuşdur. Polis şöbəsində ondan tərəzi ilə heroini aşakar etdikdən sonra, onların istintaq üçün əhəmiyyət kəsb etdiyini, çantanın isə kəsb etmədiyini göstərib, təkrar olaraq heroinlə tərəzini ona qaytararaq onu çəkilişə aparmışlar. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Ondan aşkar olunaraq götürülmüş heroin özünə məxsus olmuş və özünün istifadəsi üşün Lənkəran şəhəri, köhnə hərbi hissədə, Ehtiramdan almışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, saxlanılan zaman üstündə təxminən 1,5 qram heroin, əlində əl çantası, içərisində isə tərəzi olmuş, köhnə telefondan istifadə edir, həmin telefonun bir düyməsi hətta işləmir, buna görə də nömrə ilə kimisə yığa bilmir, yalnız adla zənglər edir, şahid kimi göstərilən Şahid4 onun arvadının kəndçisidir, telefonla Tehranla əlaqə saxlayaraq bir yerdə narkotik vasitələr qəbul etmişlər, onu Ehtiram kimi tanıyır, sonuncu dəfə Ehtiram ona zəng vurmuş, ona narkotik vasitə alamaq üçün pulunun olmadığını demiş, Tehran “Bakıya gedirsən, gəl al, qayıdandan sonra pulu verərsən” demiş, o da, gedib ondan heroini, pulunu sonradan vermək şərti ilə nisyə almış, Ehtiramdan heroini alıb küçəyə çıxan kimi tutulmuş, heroinin 01 qramı 80 manat qiymətləndirlimiş, özü Tehrana narkotik vasitə verməmiş, məhkəməyə sanksiya CM-nin 243.1-ci maddəsi ilə gətirildiyindən, orada etdiyi əməli tam etiraf etmiş, həmin sanksiya qərarından şikayət etməmiş, Tehranın onun mobil telefonuna atdığı mesajı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndiurlən şəxsi əvvəllər tanımamış, hazırki işlə bağlı onu tanımışdır. Ona Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barəsində məlumat daxil olmuş, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində onu, Lənkəran şəhəri, Şəhidlər Xiyabaı küçəsində, köhnə hərbi hissəsinin yanında saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman heroinə bənzər kütlə və tərəzi aşkar olunaraq ondan götürülmüşdür. Verilən sullara cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxsin göstərdiyi Tehran da onlar tərəfində tutulmuş, Tehranla təqsirləndirlən şəxs çox vaxt bir yerdə olmuşlar. Onlar bir birlərini “satmırlar” Onların qrupunun bütün üzvləri tutulmuşlar. Ehtiramın əsl adı Tehrandır. Təqsirləndirlən şəxs saxlanıldığı zaman sonuncunu əlində əl çantası görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs iəvvəllər tanımışdır. Şahid1 sonuncu barəsində məlumat daxil olmuş, buna görə də müvafiq tədbir keçirilmişdir. Təqsirləndirlən şəxsi Lənkəran şəhəri, Şəhidlər Xiyabaı küçəsində saxlayaraq polis şöbəsinə gətirmişlər. Təqsirləndirlən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxsə qarşı qanunsuz hərəkətlər edilməmiş və onu qızıl-gümüş satan kimi tanımamış, Tehranı tanımır, məlumat əməliyyatçı Rahidə satış kimi daxil olmuşdur. Təqsirləndirlən şəxsi saxladıqları yerdə çəkiliş aparılmış, saxlanılıb polis şöbəsinə aparılıb təkrar olaraq çəkilişə gətirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Liman PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs saxlanıldığı zaman sonuncunun deyəsən əlində çanta da olmuşdur. Videokonfrans əlaqə sistemi vasitəsilə hazırda Bakı İstintaq Təsridxanasında saxlanılan Şahid4 şahid qismində dindirilmiş və o, göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış özünün işi ilə bağlı verdiyi ifadəsini təsdiq edir, lakin Təqsirləndirilən şəxsun işi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Bu işlə bağlı heç nə bilmir. Verilən suallara cavbab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsu kəndlərinin yeznəsi kimi 10 ildir ki, tanıyır. Tutulanadək ***-***-**-** mobil telefon nömrəsi ona məxsus olmuşdur. Samidin mobil telefonunun nömrəsini bilmiş, onunla telefonda danışmış və bir yerdə narkotok vasitələrdən istifadə etmişlər. Özü Samiddən narkotik vasitə istəməmişdir. Özü ona yazdığı mesajında “ot istəyirlər, harda ala bilərik,” mesajını göndərməklə “ot istəyirlər, gedək götürək” demək istəmişdir. Özü Samiddən narkotik vasitə almamış, Samidlə birlikdə gedib onu almışlar. Narkomanlar narkotik vasitəni ondan isyəndə, o da tapa bilmədiyi üçün belə mesajları Samidə yazmışdır ki, o, yerini bildirsin. Özü Samiddən heç nə almamışdır. İşdə olan 22 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhəri M.Ə.Sabir küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 1,645 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd elektron tərəzi və şalvarının sol yan cibindən bir ədəd “Corn” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin “kokos” deyilən narkotik vasitə heroin olduğunu, həmin bükümü saxlanılmamışdan qabaq Lənkəran şəhəri üzdən tanıdığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə çəkidə onu aldatmamaları üçün narkotik vasitə alan zaman özü ilə götürdüyünü bildirmişdir. Şəxsin üstünün yoxlanılarkən videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İşdə olan “baxış keçirilməsi haqqında” protokoldan görünür kı, iş üzrə “Azercell MMC”-dən xx.xx.2024-cü il tarixli, 19812 saylı məktubla Lənkəran ŞRPŞ-nə daxıl olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı diskdə ********* saylı cinayət ışı tızrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində mövcud olan zənglər və SMS-lər siyahısının, SMS mətnlərinə, əhatə dairəsinə və nömrələr adına rəsmiləşdirilmiş şəxslərə dair məlumatların olduğu məlum olur. Diskdə olan SMS mətnlərinə baxış keçirilərkən xx.xx.2024-cü il tarixdə, saat 03:24-də Şahid4 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaq. Bi dene 101q daş, diz qow xayiw edrem”, xx.xx.2024-cü il tarixdə, saat 15:50-də “Acda ot vara nece karbka olar de mene ot isdyler tez ac” kimi SMS mətnlərinin olması müəyyən edildi. Abunəçilərin siyahısına baxış zamanı Təqsirləndirilən şəxs danışdığı 113 nəfər şəxsə məxsus nömrələrin olduğu görünür. “Antenna.xlsx” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 11:34-də “Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi”, saat 12:58-də “Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi ev 68”, saat 13:01-də “Lənkəran şəhəri X2 küçəsi” və saat 13:04-də “Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi 68” anten dairələrində olması məlum olur. CD diskdəki məlumatlara baxış keçirildikdən sonra CD disk bir ədəd zərlə qoyularaq cinayət işinin materiallarında saxlanılmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2024-cü il tarixli, 19/619 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vas. bənzər kütlə ” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,645 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış tərəzi ” sözlər və imzalar olan zərfdəki, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqatdan sonra qalıq çəkisi 1,545 qram və ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 24 avqsut 2024-cü il tarixli, 664 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, nisbətən ucuz qiymətə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək baha qiymətə narkoman tanışlarına satmaqla, narkotik vasitələrə olduğu maddi ehtiyacını ödəməsi barədə xx.xx.2024-cü il tarixdə şöbənin cinayət axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Babayev X3 şəhəri Ş.Xiyabanı küçəsində saxlanılmış və orada üstünün yoxlanılması zamanı bir büküm narkotik vasitə heroin və bir ədəd elektron tərəzi Təqsirləndirilən şəxs üzərindən aşkarlanmışdır. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən narkotik vasitə heroini satmaq üçün əldə etmiş, bu məqsədlə üzərində elektron tərəzi də saxlamışdır. İşdə olan “Sübutların qiymətləndirlməsi və cinayət əməlinin hüquqi tövsüfü haqqında” xx.xx.2024-cü il tarixli Qəraradan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,645 qram narkotik vasitə - heroinin ekspertizadan qaytarılmış təmiz çəkisi 1,545 qramı, 01 ədəd elektron tərəzi, videogörüntünün olduğu bir ədəd CD disk və “Azercell ASC”-dən götürülmüş bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu qapalı məhkəmə iclasında narkotik vasitələrdən 7-8 ildir ki, istifadə etdiyini, həftədə 2-3 dəfə narkotik vasitə heroin qəbul etdiyini, əvvəllər üç dəfə məhkum edildiyini, 2023-cü ilin mart ayında azad edildiyini, CM-nin 234.2-ci maddəsi ilə ittiham üzrə özünü tam təqsirli bildiyini bildirmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs oglu əvvəllər 3 dəfə məhkum olunmaqla sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İşdə olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, təyin edilmiş 01 ay 12 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı nəzarət işinin müddəti bitdiyi üçün xx.xx.2023-cii iltarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cəfər və xx.xx.2008-ci il təvəllüdlü Xanım adlı uşaqları vardır. Barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla şikayət daxil olmamışdır. Məhkəməq eyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxsu CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsinə kifayət qədər əsaslı şübhələr vardır. Bunlar aşağıdakılardır :
1. İşdə olan 22 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan aydın olunur ki, həmin gün Təqsirləndirilən şəxs üstündən bir ədəd bükümdə 1,645 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin üzərindən həmin tarixdə narkotik vasitə ilə bərabər elektron tərəzin də aşkar olunsa da, istintaq orqanı həmin tərəzinin təqsirləndirlən şəxs tərəfindən narkotik vasitənin satışı məqsədilə üzərində gəzdirdiyi qənaətinə gəlməyərək onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsüf etmişdir. Yəni, təqsirləndirlən şəxsin üzərindən narkotik vasitə ilə bərabər tərəzinin də aşkar edilməsi, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət etməmişdir.
2. Təqsirləndirlən şəxs ona ibtidai istintaq zamanı zor tətbiq edilmədiyini göstərib CM-nin 234.2-ci maddəsi ilə yeni ittiham elan olunanadək, ibtidai sitintaq zamanı bir mənalı olaraq özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, həmin təqsirini barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilən zaman da məhkəmə iclasında etiraf etmişdir.
3. Ona CM-nin 234.2-ci maddəsi ilə yeni ittiham elan olunduqdan sonra o, həmin maddə ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli hesab etmişdir.
4. İstintaq orqanın Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsüf edilməsi üçün 3 əsasa istinad etmişdir. Onlardan birincisi - Azercell MMC”-dən Lənkəran ŞRPŞ-nə daxıl olmuş bir ədəd CD diskdəki xx.xx.2024-cü il tarixdə, Şahid4 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaq. Bi dene 101q daş, diz qow xayiw edrem”, xx.xx.2024-cü il tarixdə, saat 15:50-də “Acda ot vara nece karbka olar de mene ot isdyler tez ac” kimi SMS mətnlərinin olmasına; ikincisi - Şahid4 ifadəsinə; üçüncüsü - Şahid4 Təqsirləndirilən şəxslə üzləşməsinə. Birinci əsasla bağlı məhkəmə qeyd edir ki, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə göndərilmiş mesaj Təqsirləndirilən şəxs tərəfindən cavablandırılmamışdır. Şəxsin telefonuna hər hansı bir şəxsdən, hər hansı bir məzmunda, o cümlədən də cinayət xarakterki məzmunda mesajın gəlməsi, hələ həmin şəxsin həmin mesajı bəyəndiyinə, onu arzuladığına dəlalət etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid4 onun mobil telefonuna atdığı mesajı görməmişdir. O, Tehrana narkotik vasitə satmamışdır. Yəni, birinci əsasın təqsirləndirlən şəxsi CM-nin 234.2-ci maddəsi ilə təqsirləndilməsi üçün kifayət etməsi böyük şübhə doğurur. İkinci və üçüncü əsaslarla bağlı məhkəmə qeyd edir ki, Şahid4 ibtidai istintaq zamanı ifadə alınan zaman o, külli miqdarda narkotik vasitələrinin satışı ilə bağlı başqa bir cinayət işi üzrə təqsirləndirlən şəxs statusunda olmuşdur. O, həmin vaxt təqsirləndirlən şəxs qismində dindirilsəydi, yanında müdafiəçisi olardı. Lakin Təqsirləndirilən şəxs işi üzrə şahid qismində dindirilmiş və bu səbəbdən də yanında müdafiəçi olmamışdır. Belə olan halda, onun özünün istintaqın altında olduğu zaman verdiyi ifadəni məhkəmə mötəbər sübut kimi qəbul etmir. Belə ki, onun şahid qismində verdiyi ifadəsi ilə (i.v. 144), Təqsirləndirilən şəxslə üzləşmə zamanı verdiyi ifadəsi (işv.145) nöqtəbənöqtə üst-üstə düşür. Bu hal isə ona dəlalət edir ki, üzləşmə formal olaraq aparılmış və Şahid4 ibtidai sitintaq zamanı verdiyi ifadələr iəsaslı şübhələr yaradır. Belə ki, işə əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-774/2024 nömrəli hökmün surətindən görünür ki, Şahid4 narkotik vasitələrini külli miqdarda satışı ilə əlaqədar CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Yəni narkotik vasitələrinin satışı ilə məşğul olan şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə almasını məhkəmə inandırıcı görmür. Bundan əlavə Şahid4 hazırki məhkəmə iclası zamanı Samidin mobil telefonunun nömrəsini bildiyini, onunla telefonda danışdığını və bir yerdə narkotik vasitələrdən istifadə etdiklərini, özünün Samiddən narkotik vasitə istəmədiyini, özünün ona yazdığı mesajında “ot istəyirlər, harda ala bilərik, gedək onu götürək” demək istədiyini, özünün Samiddən narkotik vasitə almadığını, narkomanların ondan narkotik vasitə istəyən zaman tapa bilmədiyi və satılan yeri müəyyən etmək üçün belə mesajları Samidə yazdığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 243.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair əsaslardan biri də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələridir. Lakin o, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsindən kəskin surətdə fərqlənən ifadə verərək heç zaman Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, ondan aşkar olunmuş narkotik vasitəni pulu olmadığı üçün nisyə olaraq Ehtiramdan almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdursa, onda ondan aşkar olunmuş həmin narkotik vasitəni alamaq üçün nağd pulu olardı. Məhkəmə ona da qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, təqsirləndirlən şəxsin Ehtiram kimi tanıdığı şəxs əslində Şahid4dur.
5. Məhkəmə iclasında təqsirləndirlən şəxs bildirmişdir ki, birinci dəfə əməliyyatçılar onu çəkilişdən yarım saat əvvəl saxlayaraq polis şöbəsinə gətirmişlər. Həmin zaman əlində gümüş məmulatları üşün nəzərdə tutulmuş çanta, içərizində isə elektron tərəzi olmuşdur. Polislər ondan tərəzi ilə narkotik vasitəni aşkar etdikdən sonra, onların istintaq üçün əhəmiyyət kəcb etdiyini, çantanın isə kəsb etmədiyini göstərib, təkrar olaraq onu çantasız çəkilişə aparmışlar. Məhkəmə təqsirləndirlən şəxsin dediklərini araşdırmaq məqsədilə 22 avqust 2024cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş CD diskinə baxış keçirmiş, həmin diskdəki görüntülər bir sıra şübhələr yaratmışdır. Belə ki, görüntülərdə əməliyyatçıların təqsirləndirlən şəxsə yaxınlaşdırları zaman, sonuncunun, təqsirləndirlən və məhkum şəxslərə xas əlamət olan əllərini arxada tutduğu və özünün yerində dayandığı vəziyyətdə olduğu görünür. Bundan əlavə həmin çəkiliş zamanı iştirakçıların səsləri aydın eşidilmir, ara sıra təqsirləndirlən şəxs öz iradlarını bildirdiyi əks olunmuşdur. Təqsirləndirlən şəxsin əllərini arxada tutuduğu vəziyyətdə dayanması, əməliyyatçıları gördükdə isə heç bir reaksiya verməməsi kifayət qədər şübhələr yaradır ki, həmin şübhələr də təqsirləndirləın şəxsin xeyrinə yozulmalıdır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə iclasında təqsirləndirlən şəxs bildirdi ki, o, küçə ticarəti və gümüş məmülatlarını satışiı ilə məşqul olduğuna görə üzərində onların çəkisini ölçmək məqsədilə elekrton tərəzi gəzdirmişdir. Qeyd olunan Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız təqsirləndirlən şəxsin telefonuna daxil olmuş mesajlar və Şahid4 ifadələrindən irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitə və tərəziyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Bundan sonra onun əməlini CM-nin 234.2-ci maddəsinə tövsüf etsə də, nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə onun üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, ibtidai istintaqın sonunda ona məlum olan yuxarıda qeyd olunmuş ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlərin məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitənin satdığı barədə heç nə bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 01 bükümdə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin -1,645 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitə qəbul edən, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, xx.xx.2023-cü ildə şübhəli şəxsin üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs üstündən bir ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə ilə bərabər tərəzi istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir digər predmet –kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə - istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 01 bükümdə narkotik vasitə heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri predmetə (kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-1,645 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 13 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin və narkotik vasitənin satışında vasitə kimi istifadə etdiyi üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,645 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs bundan əvvəl məhkum olunduğu CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 03 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə o cümlədən hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 1,545 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan bir ədəd CD disk və Azercell ASC-dən götürülmüş bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 1,545 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan bir ədəd CD disk və Azercell ASC-dən götürülmüş bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Muradağa Qasımov