Məhkəmə qərarları › İş №1(049)-300/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-300/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-300/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla birlikdə restorana getməməsinə irad bildirməyi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu qəsdən bıçaq ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsinə zərbə vurmaqla - sol bazu nahiyəsində kəsilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə fəhləlik etmək məqsədilə Lənkəran şəhərinə gəlmişdir. Təqribən 1 həftə ərzində Lənkəran şəhərində işi yekunlaşdırdıqdan sonra Bakı şəhərinə qayıtmalı olmuşdur. Bu müddət ərzində Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən adını bilmədiyi şəxsin evində usta kimi fəaliyyət göstərən Sahil və fəhləliklə məşğul olan İlkin adlı şəxslə birlikdə qalmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Sahil və İlkin ilə birlikdə işi yekunlaşdırmışdır. Evində işlədikləri şəxs onlara qonaqlıq verəcəyini bildirib restorana aparmışdır. Lakin o, üzərində olan paltarların restorana uyğun olmadığını bildirib evə getmək istədiyini demiş və evə gəlmişdir. Saat 00 radələrində Sahil İlkin ilə birlikdə evə gəlmişdir. Həmin vaxt İlkin içkili vəziyyətdə olmuşdur. İlkin ondan hansı səbəbə onlarla birlikdə restorana getmədiyini aqressiv formada soruşduqda təkrar sonuncuya izah etmişdir. Lakin İlkin onunla nalayiq ifadələrlə danışmağa başlamış, ona əhəmiyyət verməmişdir. Sahil onu evdən çölə çıxartmışdır. Bu zaman o, İlkinin onu nalayiq ifadələrlə təhqir etməsini eşitmiş, mətbəxə gedərək oradan mətbəx bıçağını götürüb üzərində saxlamışdır. Darvazanın qarşısına gəlmişdir. Sahil də onun yanına gəlib onunla söhbət etməyə başlamışdır. Bu zaman İlkin evin həyətyanı sahəsində onlara yaxınlaşmışdır. İlkindən ona yaxınlaşmamasını tələb etmişdir. Lakin İlkin ona əhəmiyyət verməyərək sonuncunun üzərinə gəlmişdir. O, əsəbləşdiyindən belinə qoyduğu bıçağı götürərək İlkinin sol qoluna zərbə vurmuşdur. Həmin vaxt Sahil onu tutaraq ayırmışdır. Bundan sonra İlkin qolunu tutaraq otağa qaçmışdır. Həyəcanlı olduğundan həmin bıçağı küçəyə çıxaraq tullamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəmişdir, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, barışdıqlarını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə fəhləlik etmək məqsədilə Lənkəran şəhərinə gəlmişdir. Təqribən 1 həftə ərzində Lənkəran şəhərində işi yekunlaşdırdıqdan sonra Salyan rayonuna qayıtmalı olmuşdur. Bu müddət ərzində Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən adını bilmədiyi şəxsin evində usta kimi fəaliyyət göstərən Sahil və fəhləliklə məşğul olan Əli adlı şəxslə birlikdə qalmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Sahil və Əli ilə birlikdə işi yekunlaşdırmışdır. Evində işlədikləri şəxs onlara qonaqlıq verəcəyini bildirib restorana aparmışdır. Lakin Əli üzərində olan paltarların restorana uyğun olmadığını bildirib evə getmək istədiyini demişdir. Bu səbəbdən Əliyə onlarla getməsini israr etməmişdir. Əli çıxıb evə getmişdir. Saat 00 radələrində Sahil ilə birlikdə evə gəlmişdir. Həmin vaxt o, içkili vəziyyətdə olmuşdur. İlkin ona onlarla restorana gəlməməsi, onlara və işini gördükləri şəxsə qarşı hörmətsizlik sayılmasını deyərək irad bildirmişdir. Lakin Əli ona yaxşı etməsini demişdir. İçkili olduğundan həmin şəxs barəsində nalayiq ifadə işlətdiyini xatırlamamasını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Əli otaqdan çıxmış, Sahil də onun arxasıyca getmişdir. Bir neçə dəqiqə sonra həmin şəxslərin otağa qayıtmaması səbəbindən o, çölə çıxmışdır. Evin həyətyani sahəsində darvazanın qarşısında Sahillə Əlinin söhbət etmələrini görüb onlara yaxınlaşmışdır. Əli ona yaxınlaşmamağı tələb etmişdir. Lakin o Əliyə əhəmiyyət verməmişdir. Bu zaman Əli belindən çıxartdığı bıçaq ilə İlkinin sol qoluna zərbə vurmuşdur. Həmin vaxt Sahil Əlini tutaraq ayırmışdır. Bundan sonra İlkin qolundan qan axmasını görüb otağa qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 19-22-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 17-18-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 496 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində sol bazu nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Hərbi Məhkəməsinin xx.xx.2010-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.2.1, 232.2.1, 232.2.3,66.3,70-ci maddələri ilə 05 il 03 ay azadlıqdan məhrum etmə cəzası 02 il şərti sınaq müddəti verilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29. 120.2.4, 29. 120.2.9-cu maddələri ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. ACDİÜ AR Hərbi Məhkəməsinin 08.10.10-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müstəqil icra olunub. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiqlənmiş ərizədən və teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı ödədiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar