Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-302/2023 23.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Lənkəran rayon Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni sonuncunun ona spirtli içki içdiyinə görə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən yumruqla vurmaqla ona üst dodaq nahiyəsində əzilmiş-cırılmış yaradan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdr. Zərərçəkmiş şəxs 2013-cü ildə X1 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki uşağı olmuşdur. Lakin son zamanlar Zərərçəkmiş şəxs kürəkəni Məhərrəm Qurbanovla münasibətlərinin pis olması səbəbindən o, 2 övladı ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayır. O, ara-sıra spirtli içki qəbul edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Lənkəran rayonu, Sütəmurdov kənd ərazisində bir qədər spirtli içki qəbul etdikdən sonra yaşadığı evə getmiş və evin mətbəx otağına girdikdə qızı Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs spirtli içki qəbul etdiyinə görə ona irad bildirmişdir. Zərərçəkmiş şəxs ona irad bildirdiyinə görə əsəbləşib qızı Zərərçəkmiş şəxs ilə münaqişə etməyə başlamışdır. Münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir zərbə vurmuş və Zərərçəkmiş şəxs ağzından qan gəldiyini görüb qorxaraq evdən çıxıb getmişdir. Münaqişə 1-2 dəqiqə davam etmiş və arvadı Şahid münaqişənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013cü ildə X1 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 uşağı olmuşdur. Lakin son zamanlar əri X1 ilə aralarında olan narazılığa görə o, iki övladı ilə birlikdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Lakin atası Təqsirləndirilən şəxs çoxlu spirtli içki qəbul edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evinin mətbəxində olan zaman atası Təqsirləndirilən şəxs yenə də spirtli içki qəbul edərək yaşadıqları evə gəlmişdir. O da atası Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsinə görə ona irad bildirmişdir. Atasına irad bildirdiyinə Təqsirləndirilən şəxs onunla münaqişə etməyə başlamışdır. Münaqişə zamanı atası Təqsirləndirilən şəxs yumruqla onun ağız nahiyəsinə vurmuş və onun ağzından qan gəlməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadıqları evdən çıxıb getmişdir. O da bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Münaqişə 1-2 dəqiqə davam etmiş və anası Şahid Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirməsinin şahidi olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdr. Zərərçəkmiş şəxs 2013-cü ildə X1 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 uşağı olmuşdur. Lakin son zamanlar Zərərçəkmiş şəxs kürəkəni Məhərrəm Qurbanovla münasibətlərinin pis olması səbəbindən 2 övladı ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evində onlarla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evinin mətbəxində qızı Zərərçəkmiş şəxs ilə birlikdə olan zaman əri Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında evə gəlmişdir. Qızı Zərərçəkmiş şəxs da atası Rasifə spirtli içki qəbul etdiyinə görə irad bildirmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs ilə münaqişə etməyə başlamış, münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir zərbə vurmuş və Pərvanənin ağzından qan gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs qaçaraq evdən uzaqlaşmışdır. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 27 may 2023-cü il tarixli il “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 514 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - üst dodaq nahiyəsində əzilmiş-cırılmış yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 924 saylı arayışından görünür ki, Qurbanov X4 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Qurbanov X4 rayonu, Sütəmurdov kəndinə ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-302/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-302/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver