Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-303/2023 16.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu, Yuxarı- Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 16 iyun 2023-ci il tarixdə, saat 12:55də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni X3 Zərərçəkmiş şəxs Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində çayın kənarında yerləşən çardağı sökməkdə günahlandırması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən baş, sol dirsək və kürək nahiyələrinə ağac parçasıyla vurmaqla onatəpə nahiyəsində əzilmiş yara, sol dirsək, təpə, sağ kürək nahiyələrində qançırlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, zərəçəkmiş şəxs X4 dayısı oğludur və onunla münasibətləri həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində çayın kənarında onunla birlikdə yemək və spirtli içki qəbul etdikdən sonra Xaqani çayın kənarında dincəlmək üçün qurduğu çardağın onun tərəfindən söküldüyünü bildirdikdə, aralarında münaqişə baş vermişdir. O, Xaqaninin üzərinə gəldiyini görüb yerdə olan ağac parçasını götürərək onun baş, qol və kürək nahiyələrinə zərbələr vurmuşdur. Xaqani yerə yıxılmış və buna görə də oradan uzaqlaşaraq evinə getmişdir. Aralarında olan münaqişə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, Xəqani ilə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur, Onunla əvvəllər münasibətləri həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində çayın kənarında onunla birlikdə yemək və spirtli içki qəbul etdikdən sonra o, İsmayıla çayın kənarında dincəlmək üçün qurduğu çardağın onun tərəfindən söküldüyünü bildirdikdə, aralarında münaqişə baş vermişdir. O, İsmayılın üzərinə getmiş, bu zaman İsmayıl yerdə olan ağac parçasını götürərək onun baş, qol və kürək nahiyələrinə zərbələr vurmuşdur. O,yerə yıxılmış və buna görə də İsmayıl oradan uzaqlaşaraq evinə getmişdir. Aralarında olan münaqişə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir.O, yıxıldığı yerdən durub evinə gəldikdən sonra olmuş hadisəni arvadı Şahid danışmışdır. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və oğlunun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 504 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- təpə nahiyəsində əzilmiş yara, sol dirsək, təpə, sağ kürək nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materialında olan 24 may 2023-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində, çayın kənarında baş vermişdir. İş materialında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 76-cı maddəsinə əsasən 10 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2018-ci il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, hazırda onun məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №1(049)-303/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-303/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver